Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1221/2025 23.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 23 oktyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1asında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri Hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİ qrup əlilliyinin bərpa olunması və 2024-cü ilin aprel ayından bu günədək ödənilməmiş pul məbləğinin hesablanaraq ona ödənilməsi” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1221/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2019-cu il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik vəziyyətinin səhiyyə müəssisəsinin göndərişi ilə xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 il müddətə İİ dərəcə əlillik təyin olunmuşdur. Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən bütün döyüş proseslərində, bütün əməliyyatlarında, müharibədə iştirak etmişdir. 2016-2017-ci ildə Xocavənd Lələtəpə istiqamətində gedən döyüşlərdə hərbi əməliyyatın iştirakçısıdır. O, uzun illərdir “XR.virus hepatit C persistəedici forma Hepatosplenomeqaliya, Qaraciyər çatmamazlığı İİ dərəcəli Assist” xəstəliyindən əziyyət çəkir. Ona İİ dərəcəli əlillik təyin olunarkən xx.xx.2019-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsinə dair məlumatda 0262003AAHVT saylı Forma 88-ə əsasən xəstəliyi ilə bağlı diaqnoz qeyd olunmuşdur. Eyni zamanda bununla bağlı Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 400(dörd yüz) manat məbləğində Prezident təqaüdü, 1030 (bir min otuz) manat məbləğndə əlilliyə görə müavinət və üç övladına hər biri üçün 15 (on beş) manat olmaqla 45 (qırx beş) manat müavinət də təyin olunmuşdur. Lakin, xx.xx.2024-cü il tarixində yenidən qiymətləndirmə keçirərək, diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qanunsuz və əsassız qərar qəbul edərək ona imtina cavabı verilmişdir. Diaqnozda isə “XR.virus hepatit C persistəedici forma Hepatosplenomeqaliya, Qaraciyər çatmamazlığı İİ dərəcəli Asist” diaqnozu deyil, “vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, Vegeto-Damar Distoniası” diaqnozu qeyd olunmuşdur. Bunun əsassız olduğunu, qeyriqanuni olduğunu bildirdikdə isə sistemdə bu diaqnozun qeyd olunduğunu bildirmişlər. Beləliklə, əlilliyi qanunsuz olaraq dayandırılmış iddiaçıya və övladlarına təyin olunmuş müavinətlər kəsilmişdir. O, iş funksiyasını tamamilə itirmiş, heç bir yerdən gəliri və qazancının olmadığını bildirmişdir. Himayəsində olan üç azyaşlı övladlarının eytiyacını qarşılaya bilmədiyini qeyd etmişdir. Övladları böyüdükcə onların tələbatları da artır. Ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. Xəstəliyi ilə əlaqədar mütəmadı olaraq müalicə almalıdır, müalicə üçün tələb olunan dərmanları da almağa maddi vəziyyəti kifayət etmir. 2024-cü ilin aprel ayından etibarən ona heç bir müavinət ödənilmir. Hesab edir ki, qanunsuz olaraq dayandırılmış əlilliyi və təqaüdü bərpa olunmalı və eyni zamanda ona ödənilməmiş 3 aylıq müavinət cavabdehdən tutularaq ona ödənilməlidir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİ qrup əlilliyin bərpa olunmasına və 2024-cü ilin aprel ayından bu günədək ödənilməmiş pul məbləğinin hesablanaraq ona geri ödənilməsi” tələbinə dair şikayət üzrə bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinin araşdırılması üçün X6 göndəriş verilməsi üçün yeni forma təqdim olunmuşdur. Diaqnozun mətni: Başqa rubrikalarda təsnif olunmayan xroniki aktiv hepatit, XR.AKTİV HEPATİT PERSİSTƏEDİCİ FORMA. Vegetаtiv (avtonom) sinir sisteminin digər pozğunluqları, VEGETO-DAMAR DİSTONİASİ. Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi “Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. İmişli rayon sakini xx.xx.1978-ci ildə təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018ci il tarixli 1683 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol körpücüyün akromion ucunun qapalı küt travmatik yerdəyişən köhnə sınığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri X7” və “Xroniki “C” virus hepatiti, natamam remissiya mərhələsində, qaraciyərin funksiyasının mülayim dərəcədə pozulması ilə İİİ (üçüncü) dərəcəli alimentar-konstitusional piylənmə. Diskogen mənşəli sağtərəfli S1 radikulopatiyası, remissiya mərhələsində. Vegetativ-damar distoniyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yüksək arterial təzyiq, başağrıları, qarın nahiyəsində ağrılar, sol yuxarı ətrafda keyimə hissindən şikayətlənmişdir. Anamnestik məlumatlarında 2014-cü ildən hepatit xəstəliyindən əziyyət çəkdiyini, soyuq havalarda sol yuxarı ətrafının keyidiyini bildirmişdir. Müayinə zamanı vətəndaş kəkələməni simulasiya etmiş, sol çiynində çapıqlar, sağtərəfli perarektal kəsiyin çapığı (appendektomiya) izlənilmiş, sol bazu oynağında 90 dərəcəyə qədər hərəkət həcmi göstərmiş, yuxarı və aşağı ətraflarda hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Görünən selikli qişalar adi rəngdə, təmiz, dili nəm və təmiz olmuş, qaraciyər əllənməmiş (bədən kütləsi çox olduğundan), qarnı yumşaq və ağrısız olmuşdur. X15 xx.xx.2024xx.xx.2024-cü il tarixli ******* nömrəli çıxarışında diaqnoz: “Hipertenziv ensefalopatiya. Hipertoniya xəstəliyi, İİİ mərhələ. Beyinin xroniki işemiyası. Vegetativ damar distoniyası. Tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-10 dəfə). Konversion tipli nevrotik pozuntu” kimi müəyyənləşdirilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2024-cü il tarixli Beynin MRT müayinəsinin nəticəsi “Hər iki beyin yarımkürəsində, periventrikulyar, subkortikal sahələrdə, T2 və Flair rejimlərində hiperintens ocaqlar (demielinizasiya) qeyd edilmişdir. Sağ maksilyar, sfenoidal sinuslarda retension kistalar, etmoidal sinusda mülayim iltihabi dəyişiklik qeyd edilmişdir” kimi müəyyənləşdirilmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2024-cü il tarixli Bel-oma fəqərələri MRT müayinəsinin nəticəsi “L4-L5 fəqərəarası diskin sağ lateralforaminal protruziyası (3.5mm), sağ lateral sinir kökcüyünün sıxılması, L5-S1 fəqərəararası diskin sol lateral-foraminal və ekstratoraminal yırtığı (ölçüsü-5.0 mm), sol lateral sinir kökcüyünün sıxılması diqqəti cəlb etmişdir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatınına əsas verməmişdir. X15 xx.xx.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Beynin paroksizmal aktivliyi (müvafiq şikayətlərini nəzərə alaraq, qıcolma həddinin enməsinə meyillik) və biopotensialların artması (əsasən sol yarımkürədə) qeyd olunur” kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeçiliyində DTSERA-da xx.xx.2024-cü il tarixli X16 müayinəsinin nəticəsi: “Hepatomeqaliya, hepatosteatoz (grade İİ-İİİ)” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeçiliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 3 nömrəli Biokimyəvi analizin nəticəsi “ALAT 42 U/l (norma<41), ASAT 31 U/l (norma<37), Bilirubin ümumi 0.81 mg/dl (norma 0.3-1.2), dəqiq 0.39 mg/dl (norma 0.1- 0.3), qeyri-düz 0.42 (norma 0.2-0.9)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeçiliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Qanın ümumi analiz nəticəsi “WBC-Leykositlərin sayı 7.2×10^91/LYM%,Limfositlər 32.5%, MON%- Monositlər 11,7% GRA%-Qranulositlər 55.8%, RBC-Eritrositlərin sayı 4.64x10^121, HGB- Hemoglobin 132g/l, HCT-Hemotokrit 38.1%, MCV-Eritrosit. Orta həcmi-82.1 fl, MCH-HGB. Erit. Otra tutumu 28.4 pg, MCHC-HGB. Erit. Orta Konsen-346 q/l, RDW-Erit. Pay.enliliyi 13.7%, PLT-Trombositlərin sayı 220×10^91, MPV-Tromb. Orta həcmi 7.1 fl, PCT- Trombokrit 0.156 %, PDW-Tromb. Pay.enliliy 16.0 %, EÇS-Erit. Çökmə sürəti 10 mm/s” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyalar (bundan sonra - Komissiya) tərəfindən "Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator va ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına manə olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyatində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinasinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndarişi tesdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrənilərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir va gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi asasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müayyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, keçiriləcək məhkəmə iclaslarının onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcbur etmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, həmin qərar cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir. İddiaçının iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və qeydə alınmışdır. Bu hal onu deməyə əsas verir ki, iddiaçı vaxtında iddia qaldırmış, cavabeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt məhkəmə icraatına qədər iddiaçıya təqdim edilməmiş, məhkəmə icraatı zamanı iddiaçı həmin qərardan məlumatlı olmuş və bu səbəbdən tələbinin dəqiqləşdirməsinə dair ərizə məhkəməyə təqdim etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallatında olan: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının 638 nömrəli 17 oktyabr 2018-ci il tarixli Qərarının surətindən görünür ki, N saylı hərbi hissənin hərbi qulluqçusu sabiq əsgər İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə X8 rayon şöbəsinin 26.07.18-ci il tarixli 667 nömrəli göndərişinə əsasən xidmət zamanı alınmış xəstəliyin səbəb əlaqəsinə baxılmışdır. Təqdim olunan sənədlərə əsasən (N saylı hərbi hissənin xx.xx.2018-ci il tarixli 2356 nömrəli arayışı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon Şöbəsinin xx.xx.2018-ci il tarixli 50 nömrəli arayışı, xx.xx.1997-xx.xx.1997 tarixli 213 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi və xəstəlik tarixində olan xx.xx.1997-ci il tarixli zədə haqqında aktı) İddiaçı Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində xidmət edərkən xx.xx.1996-cı il tarixdə idman tədbiri zamanı turnikdən yıxılaraq qolundan zədə almış, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixə qədər “Sol körpücüyün akromion ucunun qapalı küt travmatik yerdəyişən köhnə sınığı” diaqnozu ilə DSX Hərbi Hospitalında müalicə olunmuşdur, “Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrini İcra Edərkən Alınmışdır”. N nömrəli hərbi hissə komandirinin N nömrəli, 05 aprel 2016-cı il tarixli Əmri-ndən çıxarış (nizami hissə üzrə - 6) görünür ki, Füzuli rayonu Lələtəpə istiqamətində gedən döyüşlərdə iştirak edən hərbi hissənin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları 02 aprel 2016-cı il tarixdən döyüş əməliyyatlarında döyüş tapşırıqlarını yerinə yetirdiklərinə görə iki qat pul təminatı ilə təmin olunmuşdur. Maliyyə xidməti rəisi aşağıda adları göstərilən hərbi qulluqçulara pul təminatını 020 aprel 2016-cı il tarixdən döyüş tapşırıqları gününə uyğun olaraq hesablansın. 45. Baş gizir İddiaçı. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1683 nömrəli, xx.xx.2018-ci il tarixli Qərarının surətindən görünür ki, İmişli RHK tərəfindən 1996-cı ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən xx.xx.1997-ci ildə aldığı və xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə kimi Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müayinə və müalicə olunduğu travma-diaqnoz: “Sol körpücüyün akromion ucunun qapalı küt travmatik yerdəyişən köhnə sınığı” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 1107 nömrəli göndərişi, xx.xx.2018ci il tarixli 437 nömrəli arayışı, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 638 nömrəli qərarı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrini (Xidməti Vəzifələri) X7” və xx.xx.2018-ci ildə MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tibbi şəhadətləndirmə zamanı təyin edilmiş xəstəlik-diaqnoz: “Xroniki “C” virus hepatiti, natamam remissiya mərhələsində, qaraciyərin funksiyasının mülayim dərəcədə pozulması ilə. İİİ (üçüncü) dərəcəli alimentar-konstitusional piylənmə. Diskogen mənşəli sağtərəfli S1 radikulopatiyası, remissiya mərhələsində. Vegetativ-damar distoniyası” (MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 86 nömrəli xəstəlik haqqında şəhadətnaməsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır”. 86 nömrəli, 18 yanvar 2018-ci il tarixli X1 surətindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissənin komandirinin göndərişi ilə xx.xx.2018-ci il tarixli 64 nömrəli Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi MHHK-nın qərarı: Xroniki “C” virus hepatiti, natamam remissiya mərhələsində, qaraciyərin funksiyasının mülayim dərəcədə pozulması ilə. İİİ (üçüncü) dərəcəli alimentar-konstitusional piylənmə. Diskogen mənşəli sağtərəfli S1 radikulopatiyası, remissiya mərhələsində. Vegetativ-damar distoniyası”. “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır”. Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı EEQ Protokolundan müəyyən olunur ki, İddiaçı Baş beyində, fon yazısında, fotostimulyasiya və hiperventilyasiya zamanı, sağ alıngicgah-məkəz payından əmələ gələn, (bilateral-sinxron) və sağ və sol alın gicgah-mərkəz paylarına yayılan, paroksizmal (epi-tipli) prosesə cəlb olunması ilə, baş beynin qıcolma hazırlığ həddinin enməsi qeydə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin **********9 nömrəli, xx.xx.2019cu il tarixli məktubunun surətindən görünür ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi ilə xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar səbəbindən beş il müddətə ikinci dərəcə əlilik təyin edilmişdir. Məhkəmənim müvafiq sorğusuna əsasən verilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 3-17-4/3- 3-3947/2024 nömrəli, 30 may 2024-cü il tarixli Qərarından görünür ki, İmişli rayon sakini xx.xx.1978-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 1683 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol körpücüyün akromion ucunun qapalı küt travmatik yerdəyişən köhnə sınığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) X7” və “Xroniki “C” Virus hepatitis, natamam remissiya mərhələsində, qaraciyərin funksiyasının mülayim dərəcədə pozulması ilə. İİİ (üçüncü) dərəcəli alimentar-konstitusional piylənmə. Diskogen mənşəli sağtərəfli S1 raddikulopatiyası, remissiya mərhələsində. Vegetativ-damar distoniyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yüksək arterial təzyiq, baş ağrıları, qarın nahiyəsində ağrılar, sol yuxarı ətrafda keyimə hissindən şikayətlənmişdir. Anamnestik məlumatlarında 2014-cü ildən hepatit xəstəliyindən əziyyət çəkdiyini, soyuq havalarda sol yuxarı ətrafının keyidiyini bildirmişdir. Müayinə zamanı vətəndaş kəkələməni simulyasiya etmiş, sol çiynində çapıqlar, sağtərəfli pararektal kəsiyin mapığı (appendektomiya) izlənilmiş, sol bazu oynağında 90 dərəcəyə qədər hərəkət həcmi göstərilmiş, yuxarı və aşağı ətraflarda hipotrofiya, atrofiya, parez, iflic aşlarlanmamışdır. Görünən selikli qişalar adi rəngdə, təmiz, dili nəm və təmiz olmuş, qaraciyər əllənməmiş (bədən kütləsi çox olduğundan), qarnı yumşaq və ağrısız olmuşdur. X15 xx.xx.2024-xx.xx.2024-cü il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Hipertenziv ensefalopatiya. Hipertoniya xəstəliyi, İİİ mərhələ. Beynin xroniki işemiyası. Vegetativ damar distoniyası. Tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-10 dəfə). Konversion tipli nevrotik pozuntu” kimi müəəyyənləşdirilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2024-cü il tarixli Beyin MRT müayinəsin nəticəsi “ Hər iki beyin yarımkürəsində, periventrikulyar, subkortikal sahələrdə, T2 və Flair rejimlərində hiperintens ocaqlar (demielinizasiya) qeyd edilmişdir” kimi müəyyənləşdirilmişdir. Respublika Neyrocərrahiyə Xəstəxanasının xx.xx.2024-cü il tarixli Bel-oma fəqərələri MRT müayinəsinin nəticəsi “L4-L5 fəqərəarası diskin sol lateralforaminal və ekstraforaminal yırtığı (ölçüsü-5.0 mm), sol lateral sinir kökcüyünün sıxılması diqqəti cəlb etmişdir” kimik müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. X15 xx.xx.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Beyinin paroksizmal aktivliyi (müvafiq şikayətlərini nəzərə alaraq, qıcolma həddinin enməsinə meyillik) və biopotensialların artması (əsasən sol yarımkürədə) qeyd olunur” kimi müəyyənləşdirilmişdir. əəsmn tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli X16 müayinəsinin nəticəsi “Hepatomeqaliya , hepatosteatoz (grade İİ-İİİ)” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 3 nömrəli Biokimyəvi analizin nəticəsi “ALAT 42 U/l (norma<41), ASAT 31 U/l (norma<37), Bilirubin ümumi 0.81 mg/dl (norma 0.3-1.2), dəqiq 0.39 mg/dl (norma 0.1-0.3), qeyri-düz 0.42 (norma 0.2-0.9)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeçiliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Qanın ümumi analiz nəticəsi “WBC-Leykositlərin sayı 7.2×10^91/LYM%,Limfositlər 32.5%, MON%-Monositlər 11,7% GRA%-Qranulositlər 55.8%, RBC-Eritrositlərin sayı 4.64x10^121, HGB-Hemoglobin 132g/l, HCT-Hemotokrit 38.1%, MCV-Eritrosit. Orta həcmi-82.1 fl, MCH-HGB. Erit. Otra tutumu 28.4 pg, MCHC- HGB. Erit. Orta Konsen-346 q/l, RDW-Erit. Pay.enliliyi 13.7%, PLT-Trombositlərin sayı 220×10^91, MPV-Tromb. Orta həcmi 7.1 fl, PCT-Trombokrit 0.156 %, PDW-Tromb. Pay.enliliy 16.0 %, EÇS-Erit. Çökmə sürəti 10 mm/s” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X12 pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə 1030 manat 37 qəpik pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin **********724 nömrəli, xx.xx.2024-cü il tarixli Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair Elektron Arayışından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Baş Gizir İddiaçı həqiqətən xx.xx.1996-xx.xx.1999, xx.xx.2000-xx.xx.2018-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir. HHK-nın rəyinə əsasən Xəstəliyə görə ehtiyyata buraxılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 29 noyabr 2024-cü il tarixli, 3-17-4/2-31340/2024 nömrəli məktubdan görünür ki, məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətralı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 3-17-4/3- 3-8142/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli Qərarından görünür ki, İmişli rayon sakini xx.xx.1978-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2024-cü il tarixli U00177783BEİ nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS 3-17-4/3-1-11688/2024). X9 Məhkəməsinin 3- 17-4/1-34880/2024 nömrəli məktubu ilə DTSERA-ya daxil olmuş 2-1(120)-3869/2024 nömrəli qərardadı əsasında əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 1683 nömrəli Qərar verilmişdir. Həmin Qərarda “Sol körpücüyün akromion ucunun qapalı küt travmatik yerdəyişən köhnə sınığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) X7” və “Xroniki “C” Virus hepatitis, natamam remissiya mərhələsində, qaraciyərin funksiyasının mülayim dərəcədə pozulması ilə. İİİ (üçüncü) dərəcəli alimentar-konstitusional piylənmə. Diskogen mənşəli sağtərəfli S1 raddikulopatiyası, remissiya mərhələsində. Vegetativdamar distoniyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinə olunmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yüksək arterial təzyiq, baş ağrıları, qarın nahiyəsində ağrılar, sol yuxarı ətrafda keyimə hissindən şikayətlənmişdir. Anamnestik məlumatlarında 2014-cü ildən hepatit xəstəliyindən əziyyət çəkdiyini, soyuq havalarda sol yuxarı ətrafının keyidiyini bildirmişdir. Müayinə zamanı vətəndaş kəkələməni simulyasiya etmiş, sol çiynində çapıqlar, sağtərəfli pararektal kəsiyin mapığı (appendektomiya) izlənilmiş, sol bazu oynağında 90 dərəcəyə qədər hərəkət həcmi göstərilmiş, yuxarı və aşağı ətraflarda hipotrofiya, atrofiya, parez, iflic aşlarlanmamışdır. Görünən selikli qişalar adi rəngdə, təmiz, dili nəm və təmiz olmuş, qaraciyər əllənməmiş (bədən kütləsi çox olduğundan), qarnı yumşaq və ağrısız olmuşdur” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, yuxusuzluq, bayılma halları, onurğanın bel şöbəsində yırtıq olmasından şikayətlənmiş, nitqində kəkələmə qeyd edilmiş, əsəbdən sonra iki ildir yarandığını ifadə etmişdir. Həmçinin “hepatit-C”-dən əziyyət çəkdiyini vurğulamışdır. Görünən selikli qişalar adi rəngdə, təmiz, dili nəm və təmiz olmuş, qarnı yumşaq və ağrısız olmuşdur. Nevroloji müayinə zamanı əsas şikayətinin tutmalar olduğunu bildirmişdir. Həftədə 7-10 dəfə tutması olduğunu, gündə 2 dəfə Depakine 500 mg qəbul etdiyini söyləmişdir. obyektiv müayinə zamanı patalogiya qeyd edilməmiş, refleksləri canlı alınmış, Romberq vəziyyətində dayanıqlı olmuşdur. Təqdim etdiyi EEQ müayinələrində paroksizmal aktivlik qeyd olunmuşdur. İmişli rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Xroniki aktiv hepatit. Portal hipertenziya. Xroniki qaraciyər çatmamazlığı. Xroniki qaraciyər sirrozu. Assit. Bel və boyun fəqərələrinin radikulopatiyası. X13 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 8840 nömrəli Çıxarışında diaqnoz “Qaraciyərin qarışıq tip (C virus toksiki) sirrozu. Dekompensasiya mərhələsində portal hipertenziya (Assit, meduza başı) Hepatolineal sindrom.Hepatotoksik sindromla gedən ensefalopatiya” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Respublika Neyrocərrahiyə Xəstəxanasının xx.xx.2024cü il tarixli Bel-oma fəqərələri MRT müayinəsində nəticə “Bel lordozu dəyişməmişdir. Bel fəqərə cismlərininyüksəklikləri normal dəyərləndirilmişdir. L4-L5 fəqərəarası diskin sol latera-foraminalvə ekstraforamenal yığıntı ölçüsü (5.0 mm) sol lateral sinir kökcüyünün sıxılması diqqəti cəlb etmişdir” kimi qeyd olunmuşdur. X17 xx.xx.2024-xx.xx.2024-cü il tarixli ******* nömrəli çıxarışında diaqnoz: “Hipertenziv ensefalopatiya. Hipertoniya xəstəliyi, İİİ mərhələ. Beyinin xroniki işemiyası. Vegetativ damar distoniyası. Tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-10 dəfə). Konversion tipli nevrotik pozuntu” kimi qeyd olunmuşdur. X15 xx.xx.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Beyinin paroksizmal aktivliyi (müvafiq şikayətlərini nəzərə alaraq, qıcolma həddinin enməsinə meyillik) və biopotensialların artması (əsasən sol yarımkürədə) qeyd olunur” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024cü il tarixli 4 nömrəli Biokimyəvi analizin nəticəsi “ALAT qanda 41.5 U/l (norma<31-<41 U/İ), ASAT 37.6 U/l (Norma), <31-<37 U/İ, Bilirubin ümumi 0.68 mg/dl (norma <1.1 mq/dl), Albumin 41,9 q/l(Norma 39-50 q/l)” kimi müəyyənləşdirilmiş, göstəricilər normal olmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeçiliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Qanın ümumi analiz nəticəsi “WBC-Leykositlərin sayı 7.8×10^91/LYM%, Limfositlər 23.9%, MON%-Monositlər 9,6% GRA%-Qranulositlər 66.5%, RBC-Eritrositlərin sayı 5.4x10^121, HGB-Hemoglobin 13,7g/l, HCT-Hemotokrit 40.5%, MCV-Eritrosit. Orta həcmi- 74 fl, MCH-HGB. Erit. Otra tutumu 25.1pg, MCHC-HGB. Erit.Orta Konsen-34q/l, RDW-Erit. Pay.enliliyi 12.7%, PLT-Trombositlərin sayı 221×10^91, MPV-Tromb. Orta həcmi 8.7 fl, PCT-Trombokrit 0.193 %, PDW-Tromb. Pay.enliliy 17.0 %, kimi müəyyənləşditilmişdir, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli USM Müayinə nəticəsi: “Hepatomeqaliya , hepatosteatoz (grade İİ-İİİ)” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Respublika Neyrocərrahiyyə Xəstəxanası” X18 29 aprel 2025-ci il tarixli, 18-1-5/2-321/2025 nömrəli vətəndaş İddiaçı haqqında tibbi rəydən görünür ki, iddiaçı xx.xx.1978-ci ildə İmişli rayonu Cəfərli kəndində anadan olmuş və İmişli rayonu Cəfərli kəndində qeydiyyatda olan İddiaçı (AZE********, Fin:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiliyinə qarşı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentiliyi TibbiSosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi” tələblərinə dair inzibati iş üzrə 09 dekabr 2024-cü il tarixli qərardadla mütəxəssis rəyinin verilməsi qərara alınaraq və mütəxəssis rəyinin məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı xx.xx.2025-ci il tarixdə tibb müəssisəsinə ambulator müraciət etmiş və X10 tərəfindən müayinə olunmuşdur. Vətəndaş İddiaçı başın təpə nahiyəsində və belində ağrılar, başgicəllənmə, qıcolma, əsəbilik, yuxu-yaddaş pozğunluqları və kəkələmədən əziyyət çəkdiyini bildirmişdir. X10 İddiaçı “Baş-beyin” və “Bel-oma” MRT müayinələrini təyin etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı “Rezonans Klinikası”nda keçirilmiş “Bel-oma fəqərələrinin” MRT müayinə nəticəsinə əsasən: “Bel lordozu düzləşib. Fəqərə cisimlərinin hündürlükləri və siqnal intensivliyi normaldır. Disk məsafələri normal genişlikdədir. L3-S1 diskin siqnal intensivliyi T2 rejimlərdə degenerasiyaya bağlı azalıbdır. L4-5 diskdə sol lateral recessi inferiordan daraldan diffuz qabarma zəmində sağ lateral recessi ve neural forameni inferiordan daraldan 4 mm ölçüdə sol foraminal yırtıq izlənilir. L5-S1 diskdə dural kisəni, sol S1sinir kökcüyünü sıxan, sol lateral recessi daraldan 4 mm ölçüdə sol foraminal yırtıq izlənilir. Digər disklərdə kanal yönünüdə yerdəyişmə görülmədi. Onurğa beyni Th12-L1 səviyyəsində conus medullaris şəklində sonlanır. “Cauda equina” kökləri simmetrik və sərbəstdir. Müayinə sahəsində spinal kanalın diametri norma daxilindədir. Bilateral fəqərəarası dəliklər normal genişlikdədir. Paravertebral və psoas əzələlərinin forması və siqnal intensivliyi təbiidir. Nəticə: Bel lordozu düzləşmə. L4-5 diskdə sol lateral recessi inferiordan daraldan diffuz qabarma zəmində sağ lateral recessi və neural forameni inferiordan daraldan 4 mm ölçüdə sağ foraminal yırtıq. L5-S1 diskdə dural kisəni, sol S1 sinir kökçüyünü sıxan, sol lateral recessi daraldan 4 m ölçüdə sol foraminal yırtıq” və “Baş-beyin” MRT müayinə nəticəsinə əsasən: “Arxa kəllə çüxurunda beyincik yarımkürələrinin, Varoli körpüsünün və mezensefalonun morfologiya və siqnal intensilviyi təbiidir. Dördüncü mədəcik normal forma və lokalizasiyadadır. Bazal sisternalar açıqdır. Vİİ-Vİİİ sinir komplekslərinin siqnal intensivliyi normaldır. Daxili qulaq keçəcəkləri simmetrik olub, normal genişlikdədir. Supratentoryal sahədə orta xətdə dislokasiya izlənilmədi. Üçüncü və yan mədəciklər normal genişlikdədir. Bazal gangliyaların və talamusların morfologiya və siqnal intensivliyi təbiidir. Hər iki periventrikulyar dərin ağ maddədə və centrum semiovaledə bir neçə ədəd millimetrik T2, FLAİR hiperintens işemik-qliotik ocaqlar izlənilir. Hipofiz vəzi normaldır. Hippokampusların strukturu və ölçüləri normaldır. Beyin şırımları və hər iki Sylvian fissura normal genişlikdədir. İntra və ekstraaksiyal törəmə aşkar edilmədi. Hər iki göz almasının siqnal intensivliyi təbiidir. Görmə çarpazı sərbəstdir. Görmə sinirlərinin ölçüsü və siqnal intensivliyi təbiidir” qeyd edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə müayinə nəticələri ilə birlikdə tibb müəssisəsinə yenidən ambulator müraciət etmiş və X10 tərəfindən müayinə olunmuşdur. Vətəndaş İddiaçı müayinə nəticələrinə əsasən (Diaqnoz: 167.4 Hipertenziv ensefalopatiya; M51.2-L4-L5 və L5-S1 fəqərəarasın diskin sol lateral recessi və M51.1daraldan 4 mm ölçüdə yırtıqlar, sol tərəfli kökçün ağrı sindromu) X10 xəstədə hazırda neyrocərrahi patalogiya olmadığını bildirmiş, yaşayış yeri üzrə nevroloqun müayinə və müalicəsini tövsiyə etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “İmişli Rayon Mərkəzi Xəstəxanası” X18 21 avqust 2025-ci il tarixli, 18-1-46/2-941/2025 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə İmişli HMK-da müayinədə olub. Vətəndaşın “G40.2-Simptomatik epilepsiya. T92.4-Kecirilmiş sol yuxarı ətrafın travma nəticəsində sol yuxarı ətrafın yüngül monoparezi. Essensial hipertenziya İİ dərəcə. Üzvi mənşəli emosional labil pozuntu. Yüngül koqnitiv pozuntu, kəkələmə” diaqnozu ilə aldığı sənədlərin əsasına əlavə müalicə (10 gün stasionar müalicə və müayinələr ) olması şifahi şəkildə məsləhət görülüb. Tətbiq edilən hüquq. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.7. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X4 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X11 üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə” Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası:
1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları (bundan sonra– TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”:
1.1. Bu Təlimat Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 163-cü maddəsinin birinci hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə (bundan sonra Silahlı Qüvvələr), hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda), habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmət (hərbi toplanış) keçmiş şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması qaydalarını tənzimləyir. 1.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi məqsədilə hərbi qulluqçular aşağıdakı kateqoriyalara bölünür: 1.2.1. həqiqi hərbi xidmətdən xəstəliyə (səhhətinə) görə buraxılmış və hərbi tibbi sənədləri olan şəxslər; 1.2.2. həqiqi hərbi xidmətdən xəstəliyə (səhhətinə) görə buraxılmış, lakin hərbi tibbi sənədləri olmayan şəxslər; 1.2.3. həqiqi hərbi xidmətdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci və 42-ci maddələrində müəyyən edilmiş digər əsaslara görə buraxılmış hərbi tibbi sənədləri olan və ya hərbi tibbi sənədləri olmayan şəxslər. 1.3. Bu Təlimat Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində xidmət keçmiş xüsusi rütbəli şəxslərə də şamil edilir. 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra–Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.1.3. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik; 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 2.1.5. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik; 2.1.6. Ümumi xəstəliklə əlaqədar əlillik. 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. 3.4. xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK-na göndərilir. 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) X7”.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnamə
1.1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra Əsasnamə) Azərbaycan Respublikası Prezidentinin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının 2.4.1-ci yarımbəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra– Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemindən (bundan sonra– MEİS) istifadənin, MEİS-də informasiya ehtiyatlarının formalaşdırılmasının, uzlaşdırılmasının, aparılmasının, inkişaf etdirilməsinin və informasiya təhlükəsizliyinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. 1.2. MEİS-in əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra müvafiq sahə) informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir. 2.1. MEİS-in strukturuna aşağıdakı altsistemlər daxildi. 2.1.4. “Sosial ödənişlər” altsistemi; 2.1.5. “Əlillik” (TSERAS) altsistemi; 2.1.8. “Pensiya” altsistemi; 2.2. MEİS-in strukturuna aşağıdakı reyestrlər daxildir: 2.2.2. “Əlilliyi olan şəxslərin” reyestri; 2.3. MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir: 2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, əlilliyi olan şəxslərin reyestrinin aparılması, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması; 2.3.5-1. “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi vasitəsilə hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə, o cümlədən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə uyğun olaraq aparılan yekun tibbi müayinəyə dair sənədlər üzrə məlumatların toplanması və sistemləşdirilməsi; 2.3.8. “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması; 2.4. Vətəndaşların təqdim etdikləri, həmçinin başqa informasiya ehtiyatlarından sorğular vasitəsilə əldə olunan və MEİS-ə daxil edilən informasiyanın tərkibi və informasiyanın növü Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin məşğulluğu, sosial müdafiəsi və sosial təminatı, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirmək üçün zəruri məlumatları əhatə edir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.8. qarşılıqlı etimad- inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
MƏHKƏMƏNİN MÖVQEYİ
Hazırkı iş üzrə iddiaçının tələbi- onun hüquqi marağı və məqsədi ona “Hərbi Xidmət dövrü ilə əlaqədar” 61-80 faiz olmaqla, müddətsiz əlilliyin təyin edilməsinə nail olmaqdan ibarətdir. İlkin olaraq məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməsinin tələblərinə görə, şəxslərin TSEK-də əlilliyinin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir (4.1, 4.3, 4.16-cı bəndlər). “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə görə, göndərişlər “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə hərbi həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Həmçinin, həmin dövrdə qüvvədə olan "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Nəzərə alınmalıdır ki, əlilliyin qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyinin səbəbini, dərəcəsini və müddətini TSEK və həmin normalarda nəzərdə tutulan müəyyən hallarda isə TSEK-in funksiyalarını həyata keçirən Agentlik müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, istehsalat zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, terror hadisəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblər üzərindən əlillik müəyyən edilir. İstinad olunan normalara əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İşin yuxarıda göstərilən halları onu deməyə imkan verir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən hesablanmaqla “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” 5 il müddətə İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilib və əliliyin etibarlılıq müddətinin 2024-cü ilin aprel ayından bitməsi ilə əlaqədar ona pensiya ödənişi dayandırılmışdır. İş materiallarından da göründüyü kimi iddiaçının barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 86 nömrəli tibbi şəhadətləndirmə barədə Arayış verilmiş və hal hazırdada qüvvədədir. Bundan başqa “Respublika Neyrocərrahiyyə Xəstəxanası” X18 29 aprel 2025-ci il tarixli, 18-1-5/2-321/2025 nömrəli tibbi rəydən görünür ki, İddiaçı “Bel-oma” MRT müayinə nəticəsinə əsasən: “Bel lordozu düzləşmə. L4-5 diskdə sol lateral recessi inferiordan daraldan diffuz qabarma zəmində sağ lateral recessi və neural forameni inferiordan daraldan 4 mm ölçüdə sağ foraminal yırtıq. L5-S1 diskdə dural kisəni, sol S1 sinir kökçüyünü sıxan, sol lateral recessi daraldan 4 m ölçüdə sol foraminal yırtıq” və “Başbeyin” MRT müayinə nəticəsinə əsasən: “Hər iki periventrikulyar dərin ağ maddədə və centrum semiovaledə bir neçə ədəd millimetrik T2, FLAİR hiperintens işemik-qliotik ocaqlar izlənilir” kimi qeyd edilmişdir. “İmişli Rayon Mərkəzi Xəstəxanası” X18 21 avqust 2025-ci il tarixli, 18-1-46/2- 941/2025 nömrəli Çıxarışında diaqnoz “G40.2-Simptomatik epilepsiya. T92.4-Kecirilmiş sol yuxarı ətrafın travma nəticəsində sol yuxarı ətrafın yüngül monoparezi. Essensial hipertenziya İİ dərəcə. Üzvi mənşəli emosional labil pozuntu. Yüngül koqnitiv pozuntu, kəkələmə” kimi qeyd olunmuşdur. Kifayət qədər əsaslar olduğu halda cavabdeh inzibati orqan iddiaçının arzuladığı aktı qəbul etməmiş, baxmayaraq ki, 2019-cu il tarixdən 2024-cü il tarixədək ona müddətli əlillik təyin edilsədə iddiaçının sağlamlıq vəziyyətinin yaxşılaşmasını həmçinin yuxarda sadalanan tibb müəssələri tərəfindən təqdim edilmiş sənədləri təkzib edən sübutları təqdim etmədən iddiaçının hüquqi marağının ziddinə qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsində təsbit olunmuş normanın təfsiri, iddiaçının etimad hüququnun qorunmağa layiq olub-olmamasının müəyyən edilməsi və etimad hüququnun müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, cavabdehin özünün ehtimal olunan təqsiri nəticəsində, iddiaçının sağlamlığında 2019-cu il tarixdən hazır ki, vaxta kimi hər hansı müsbət irəlləyiş olmamışdır. İddiaçının xeyrinə kifayət qədər müxtəlif tibb müəssələrindən arayışlar təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən həyata keçirilmiş ekspertiza üçün əhəmiyyət kəsb etməmiş və əlillik təyinatına əsas vermədiyi qeyd edilsədə bu halların hər hansı mötəbər subutlarla əsalandırmamışdır. Cavabdeh inzibati orqan müayinə zamanı vətəndaş kəkələməni simulasiya etmiş, sol çiynində çapıqlar, sağtərəfli perarektal kəsiyin çapığı (appendektomiya) izlənilmiş, sol bazu oynağında 90 dərəcəyə qədər hərəkət həcmi göstərmiş, yuxarı və aşağı ətraflarda hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmadığını və Görünən selikli qişalar adi rəngdə, təmiz, dili nəm və təmiz olmuş, qaraciyər əllənməmiş (bədən kütləsi çox olduğundan), qarnı yumşaq və ağrısız olmuşdur. X15 xx.xx.2024-xx.xx.2024-cü il tarixli ******* nömrəli çıxarışında diaqnoz: “Hipertenziv ensefalopatiya. Hipertoniya xəstəliyi, İİİ mərhələ. Beyinin xroniki işemiyası. Vegetativ damar distoniyası. Tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-10 dəfə). Konversion tipli nevrotik pozuntu” kimi müəyyənləşdirilsə də, klinik olaraq öz təsdiqini tapmadığını qeyd etsədə həmin halları sübut edən sənədlər məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavabdeh inzibati orqan Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2024-cü il tarixli Beynin MRT müayinəsinin nəticəsi “Hər iki beyin yarımkürəsində, periventrikulyar, subkortikal sahələrdə, T2 və Flair rejimlərində hiperintens ocaqlar (demielinizasiya) qeyd edilmişdir. Sağ maksilyar, sfenoidal sinuslarda retension kistalar, etmoidal sinusda mülayim iltihabi dəyişiklik qeyd edilmişdir” kimi müəyyənləşdirildiyini, Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2024-cü il tarixli Bel-oma fəqərələri MRT müayinəsinin nəticəsi “L4-L5 fəqərəarası diskin sağ lateralforaminal protruziyası (3.5mm), sağ lateral sinir kökcüyünün sıxılması, L5-S1 fəqərəararası diskin sol lateral-foraminal və ekstratoraminal yırtığı (ölçüsü-5.0 mm), sol lateral sinir kökcüyünün sıxılması diqqəti cəlb etmişdir” kimi müəyyənləşdirildiyini qeyd etsədə həmin tibbi sənədlər təkzib edən hər hasnı tibbi sənədə istinat etmədən inzibati icraatın sonunda əlillik təyinatınına əsas verməməklə əlaqədar qərar qəbul etmişdir. Bununla yanaşı Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının 638 nömrəli 17 oktyabr 2018-ci il tarixli Qərarı qüvvədən düşməmişdir. Həmçinin iddiaçıya əvvəllər təyin edilmiş əlliliyin səbəb əlaqəsinin “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” müəyyən edilməsi hazırda da ona təyin edilən əlilliyin səbəb əlaqəsinin “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” hesab edilməlidir. İddiaçının orqanizmində olan patofunksional pozuntualar müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə, həmçinin ekspert rəyi ilə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olur ki, iddiaçının orqanizminin funksiyalarının pozulması faizi və əlilliyin müddəti hissəsində iddiaçının tələbi qismən əsaslıdır. Beləliklə, iş materiallarına əlavə olunmuş tibbi sənədlərlə müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli, İddiaçı barəsində xx.xx.2024-ci il tarixdən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş U00177783BEİ nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq hərbi xidmətlə əlaqədar travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia qismən təmin edilsin. İddiaçı barəsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli, İddiaçı barəsində xx.xx.2024-ci il tarixdən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş U00177783BEİ nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq hərbi xidmətlə əlaqədar travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyi cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şahəli Musayev