Məhkəmə qərarları › İş №2-1(120)-1226/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1226/2020

25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1226/2020 25.08.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «sosial sığorta stajı müəyyən edilərək, əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx xxxx 1955-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində doğulmuşdur. İddiaçı 1970-1973, 1976-1996-cı illərdə Lənkəran rayonu «N.Nərimanov» adına sovxozda işləmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün Cavabdehnə müraciət etmişdir. Lakin cavabdeh xx xxxxxx 2020-ci il tarixli **********2 saylı məktubunda iddiaçının iş stajının arayışda qeyd olunduğunu əsas gətirərək, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət X3 Lənkəran rayon şöbəsinin üzərinə onun 1970-1973, 1976-1996-cı illər ərzində fasiləsiz olaraq Lənkəran rayonu «N.Nərimanov» adına sovxozda işlədiyi illərin iş stajı faktı kimi müəyyən edilərək həmin işlədiyi illərin onun pensiyasına hesablanmasından ötrü qərar qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddiа ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1955-ci il tarixdə Lənkəran rayonunun Mamusta kəndində anadan olmuş və Lənkəran rayonu Mamusta kəndində yaşayır. O, xx xxxx 1970-ci ildə əmək fəaliyyətinə başlamış və həmin tarixdə 49 nömrəli əmr ilə Lənkəran rayon Nəriman Nərimanov adına sovxozda mövsümi işə fəhlə qəbul edilmişdir. xx xxxxxxxx 1973-cü il tarixli 120 nömrəli əmr ilə növbəti əmək məzuniyyətinə buraxılmışdır. 1973-cü ilin noyabr ayında hərbi xidmətə getmiş və xx xxxxxx 1975-ci il tarixdə hərbi xidməti başa vuraraq rayona qayıtmışdır. Daha sonra yenidən xx xxxxxx 1975-ci il tarixdə 149 nömrəli əmr ilə N.Nərimanov adına sovxozda fəhlə kimi işə qəbul edilmişdir. Lənkəran rayon Mamusta istehsal-istehlak kooperativinin xx xxxx 1997-ci il tarixli 39 nömrəli əmri ilə işdən azad edilmişdir. 1970-1973, 1976-1996-cı illər ərzində fasiləsiz olaraq əmək haqq almışdır. Həmin illərdə əmək haqqı almağı barədə sənədlər arxiv sənədləri ilə təsdiqini tapmışdır. Belə ki, göstərdiyi xüsusatlar təqdim etdiyi Dövlət Arxivinin Lənkəran filialının xx xxxxx 2018-ci il tarixli a/257 saylı və eləcə də xx xxx 2020-ci il tarixli A/184 saylı arxiv arayışında öz əksini tapmışdır. Eləcə də həmin arayışda xx xxxx 1997-ci il tarixli 39 nömrəli əmri ilə işdən azad edilməsi qeyd edilmişdir. Həmin vaxtı əmək kitabçası olmadığına görə işlədiyi dövrlər əmək kitabçasında qeyd edilməmişdir. O, pensiya yaşına çatdığından əmək pensiyası təyin edilməsindən ötrü ilk olaraq Cavabdehnə müraciət etmişdir. Lakin Cavabdeh xx xxxxxx 2020-ci il tarixli **********2 nömrəli məktubla cavab verərək həmin məktubda qeyd etmişdir ki, yaşa görə əmək pensiyası təyin olunmasından ötrü iş stajı şəxsin əmək kitabçasına əsasən müəyyən edilir. Qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanuna əsasən hazırda kişilərə 64 yaş 6 ay və 25 il iş stajı olduqda yaşa görə pensiya təyin olunur. İş stajının təsdiq olunmasından ötrü Dövlət Arxivinin Lənkəran filialı tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli A/257 saylı iş stajı barədə arayışı məhkəmə qaydasında təsdiq etmək ona tövsiyə olunmuşdur. Cavabdeh tərəfindən ona izah edilmişdir ki, həmin illərin iş stajı faktı məhkəmə tərəfindən müəyyən edildikdən sonra onun pensiyasına hesablana bilər. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin xx xxxxxx 2020-ci il tarixli **********1 saylı məktubunda işə iştirakları olmadan baxılmasına etiraz etmədikləri qeyd edilmişdir. İddiaçıya və cavabdehə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətlərini, Lənkəran Şəhər İHB-nin Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını, Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli A/257 №-li və xx.xx.2020-ci il tarixli A/184 №-li arxiv arayışlarını və cavabdehin imtina məktubunu əlavə etmiş etmişdir. Həmçinin iş materiallarına İddiaçı Mahmud oğlunun Lənkəran rayon Mamusta kənd N.Nərimanov adına sovxozda işləməsi barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli A/257 №-li və xx.xx.2020-ci il tarixli A/184 №-li arxiv arayışlarının yoxlanılması barədə xx.xx.2020-ci il tarixli akt əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X1 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət X4 Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X4 adlandırılmışdır. İddia mahiyyəti üzrə qismən uğurludur, yəni qismən əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxx 1955-ci il tarixdə doğulmuşdur. xx xxxxxx 2020-ci il tarixdə 64 yaş 6 ayı tamam olmuşdur. İddiaçının 1973- 1975-ci illərdə hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İddiaçının 1970-1973, 1976-1996-cı illərdə Lənkəran rayonu «N.Nərimanov» adına sovxozda işləyib əmək haqqı alması Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli A/257 №-li və xx.xx.2020-ci il tarixli A/184 №-li arxiv arayışları ilə təsdiq olunur. Həmçinin Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli A/257 №-li arxiv arayışında iddiaçının Lənkəran rayon Mamusta kənd «N.Nərimanov» adına sovxozun xx.xx.1970-ci il tarixli 49 №-li əmrilə xx.xx.1970-ci il tarixdən sovxoza mövsümi fəhlə qəbul edilməsi, Lənkəran rayon Mamusta kənd «N.Nərimanov» adına sovxozun xx.xx.1973-cü il tarixli 120 №-li əmrilə növbəti əmək məzuniyyətinə buraxılması, Lənkəran rayon Mamusta kənd «N.Nərimanov» adına sovxozun xx.xx.1975-ci il tarixli 149 №-li əmrilə sovxoza fəhlə qəbul edilməsi və Lənkəran rayon Mamusta İstehsal-İstehlak kooperativinin xx.xx.1997-ci il tarixli 39 №-li əmrilə işdən azad edilməsi öz əksini tapmışdır. Eləcə də Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli A/257 №-li arxiv arayışında iddiaçının 1970-1973, 1976-1996-cı illərdə fasiləsiz, son 7 ildə 1990-1996-cı illərdə əmək haqqı alması qeyd edilmişdir. Lakin mövcud qanunvericilikdə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ 15 yaşından yarandığından və qanunvericilik normaları həmin yaş həddindən başlayan əmək münasibətlərinə şamil edildiyindən iddiaçının xx.xx.1970-ci il tarixədək Lənkəran rayonu «N.Nərimanov» adına sovxozda işləməsinin sosial sığorta stajı kimi nəzərə alınması qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, İddiaçı xx.xx.1970-1973, 1976-1996-cı illərdə Lənkəran rayonu «N.Nərimanov» adına sovxozda işləməsi sosial sığorta stajı kimi müəyyən edilərək, ona əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddia təmin edilməli, xx.xx.1970-ci il tarixədək Lənkəran rayonu «N.Nərimanov» adına sovxozda işləməsi sosial sığorta stajı kimi müəyyən edilərək, əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə əsasən 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 249-cu maddəsinə əsasən yaşı 15dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən iddiaçının Lənkəran rayonu «N.Nərimanov» adına sovxozda işləməsinin onun əmək kitabçasında qeyd olunmamasını əsas gətirməsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli A/257 №-li və xx.xx.2020-ci il tarixli A/184 №-li arxiv arayışlarını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübutlar kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının xx.xx.1970-1973, 1976-1996-cı illərdə Lənkəran rayonu «N.Nərimanov» adına sovxozda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.1970- 1973, 1976-1996-cı illərdə Lənkəran rayonu «N.Nərimanov» adına sovxozda işləməsi barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli A/257 №-li və xx.xx.2020-ci il tarixli A/184 №-li arxiv arayışlarında göstərilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq, оnа əmək pensiyası təyin edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1970-1973, 1976-1996-cı illərdə Lənkəran rayonu «N.Nərimanov» adına sovxozda işləməsi barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli A/257 №-li və xx.xx.2020-ci il tarixli A/184 №-li arxiv arayışlarında göstərilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq, оnа əmək pensiyası təyin edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun.

2. İddia qalan hissədə təmin edilməsin.

3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar