Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1227/2023 22.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara regional filialına qarşı “xx.xx.2020-ci il tarixdən dayandırılmış yaşa görə sosial müavinətin xx.xx.2020 tarixdən bərpa edilməsi və xx.xx.2020-cı il tarixdən bu günə kimi ödənilməmiş yaşa görə sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara regional filialına qarşı “dayandırılmış yaşa görə müavinətin bərpa edilməsi və 2020-ci il tarixdən bu günə kimi ödənilməmiş yaşa görə müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1227/2023 nömrəli qərardadı ilə iddia tələbinə “xx.xx.2020-ci il tarixdən dayandırılmış yaşa görə sosial müavinətin xx.xx.2020 tarixdən bərpa edilməsi və xx.xx.2020-cı il tarixdən bu günə kimi ödənilməmiş yaşa görə sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, xx.xx.2020-ci il tarixdən dayandırılmış yaşa görə sosial müavinətin xx.xx.2020 tarixdən bərpa edilməli və xx.xx.2020-cı il tarixdən bu günə kimi ödənilməmiş yaşa görə sosial müavinət ödənilməlidir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, İddiaçı xx.xx.2017-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh tərəfindən İddiaçı xx.xx.2017-ci il tarixdən vergi ödəyicisi kimi (**********) qeydiyyatda olması əsas gətirilərək yaşa görə sosial müavinət xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Belə ki, iş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Qızılağac kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 885 nömrəli arayışından görünür ki, İddiaçı Masallı rayonu, Qızılağac kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2017-ci il tarixdən vergi ödəyicisi kimi (**********) qeydiyyatdan keçdiyinə görə sosial müavinəti dayandırılmışdır. İş materiallarında olan Dövlət Vergi Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli uçota dair arayışdan görünür ki, sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır. İş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, **********347800 nömrəli uçota dair arayışdan görünür ki, sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aktiv olmuşdur. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İş materiallarında olan fiziki şəxsin vergi uçotu haqqında ərizədən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınması üçün müraciət etmişdir. İş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********681200 nömrəli vergi ödəyicisinin uçotdan çıxarılması haqqında arayışdan görünür ki, İddiaçı (VÖEN: **********) vergi uçotu xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-112-124165/2023 nömrəli etirazında qeyd edilmişdir ki, icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran- Astara regional filialına qarşı “sosial müavinətin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş vardır. Hesab edirik ki, icraatınızda olan 2- 1(120)-2967/2022 nömrəli iş üzrə iddia tələbi aşağıdakı hüquqi əsaslara görə təmin edilə bilməz və rədd edilməlidir. Belə ki, Fondun 2 saylı Lənkəran-Astara regional filialı tərəfindən iddiaçı xx.xx.1960-ci il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş şəxs kimi 57 yaşının tamam olduğu tarixdən yaşa görə sosial müavinət təyin edilərək ödənilmişdir. Aparılmış inzibati araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı xx.xx.2017-ci il tarixdə vergi uçotuna alınmışdır (VÖEN **********). İddiaçının xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələbləri pozularaq xx.xx.2017-cü il tarixdən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda xx.xx.2018-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Bu səbəbdən “Sosial mavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.2-ci maddəsinə əsasən iddiaçının yaşa görə sosial müavinəti xx.xx.2020-ci il tarixdə dayandırılmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir, bu Qanunun 11.1.2-ci maddəsinə əsasən şəxs əmək fəaliyyətinə başladıqda müavinətin ödənişi dayandırılır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********5 nömrəli məktubu ilə daxil olan təlimatı izahatın 5-ci bəndinə görə “Aktiv” statuslu VÖEN-i olanlara yaşa görə müavinətin təyin olunmasından imtina edilir. İddiaçı adına xx.xx.2017-ci il tarixdən “Aktiv” statuslu VÖEN olduğu üçün ona xx.xx.2020-ci il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış şəxs kimi yaşa görə müavinət hüququ dayandırılmışdır. Qanunun 11.1.2-ci maddəsinə uyğun olaraq yaşa görə müavinət-şəxs əmək fəaliyyətinə başladıqda həmin halın yarandığı gündən dayandırılır. Bu qanunun 12-ci maddəsinin 12.1-ci bəndinə əsasən müavinət alan şəxs bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Burada əmək fəaliyyəti dedikdə, fiziki şəxsin sahibkarlıq fəaliyyəti də daxil olmaqla fərdi və kollektiv iqtisadi fəaliyyət başa düşülür. Fiziki şəxsin sahibkarlıq fəaliyyəti onun vergi ödəyicisi kimi qeydiyyata alındığı eyniləşdirmə nömrəsi (VÖEN) ilə təsdiq olunur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Beləliklə, İddiaçı yaşa sosial müavinətin təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Lakin bütün hallarda müavinətin təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Yuxarıda qeyd edilənləri, İPM-in 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı 2-1(120)-2967/2022 nömrəli inzibati iş üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə qeyd edir ki, hal-hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun normalarına əsasən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir, bu Qanunun 11.1.2-ci maddəsinə əsasən şəxs əmək fəaliyyətinə başladıqda müavinətin ödənişi dayandırılır. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2017-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdən vergi ödəyicisi kimi (**********) qeydiyyatdan keçməsi məlum olduğu üçün yaşa görə sosial müavinət xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Göründüyü kimi, cavabdehin İddiaçı xx.xx.2017-ci il tarixdən təyin edilmiş yaşa görə sosial müavinət xx.xx.2020-ci il tarixdən dayandırılmasından imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.2-ci maddəsinə əsasən şəxs əmək fəaliyyətinə başladıqda müavinətin ödənişi dayandırılır. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən dayandırılmış yaşa görə sosial müavinətin xx.xx.2020 tarixdən bərpa edilməsi və xx.xx.2020-cı il tarixdən bu günə kimi ödənilməmiş yaşa görə sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara regional filialına qarşı “xx.xx.2020-ci il tarixdən dayandırılmış yaşa görə sosial müavinətin xx.xx.2020 tarixdən bərpa edilməsi və xx.xx.2020-cı il tarixdən bu günə kimi ödənilməmiş yaşa görə sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası əsassız olduğundan təmin edilmir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1227/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1227/2023
22.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver