Məhkəmə qərarları › İş №2-1(120)-1228/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1228/2020

22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1228/2020 22.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, X1 (Salyan rayonu, Kürqaraqaşlı kəndində yaşayan) iştirakı ilə, X1 cavabdeh Dövlət X16 publik hüquqi şəxsinin Salyan rayon filialına qarşı «mərhum X3 sığorta stajı nəzərə alınaraq öhdəsində olan 18 yaşına çatmamış övladı X8 hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: X2 xx.xx.1969-cu il tarixdə Salyan rayonu, Kürqaraqaşlı kəndində doğulmuşdur. Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatdadır. İddiaçının övladı - xx.xx.2005-ci il təvəllüdlü X6 atası X15 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı X4 əmək stajı nəzərə alınmaqla vəfat etmiş ailə başçısının öhdəsində olan 18 yaşına çatmamış övladı xx.xx.2005-ci il təvəllüdlü X8 ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün Cavabdehnə müraciət etmişdir. Lakin cavabdeh xx xxx 2020-ci il tarixli **********0 saylı məktubunda X11 1982-2003-cü illərdə Salyan rayonu Pambıq zavodunda işləməsi faktının əmək kitabçasında qeyd edilmədiyini əsas gətirərək, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X11 1982-2003-cü illərdə Salyan rayonu Pambıq zavodunda işləməsinin əmək kitabçasına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun əri X15 1982-2003-cü illərdə Salyan rayonu Pambıq zavodunda işləyərək əmək haqqı almışdır. Lakin onun işlədiyi illər əmək kitabçasına yazılmamışdır. Ona görə də o, ərinin işlədiyi illərə görə müəyyən güzəştlərdən istifadə edə bilmir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə təqdim edib, iddia tələbində dəqiqləşmə apararaq, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə X4 1982-2003-cü illərdə fasilələrlə Salyan rayon Pambıq zavodunda işləməsi barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxx 2020-ci il tarixli, 91 nömrəli arxiv arayışında qeyd edilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq öhdəsində olan 18 yaşına çatmamış övladı – xx.xx.2005ci il təvəllüdlü X8 hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(120)-1228/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət X16 publik hüquqi şəxsinin Salyan rayon filialına Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Cavabdeh Dövlət X16 publik hüquqi şəxsinin Salyan rayon filialına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, nikah haqqında şəhadətnamənin, X11 ölüm haqqında şəhadətnaməsinin, əmək kitabçasının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin arayışının, Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının arxiv arayışının və doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətlərini, Salyan Rayon İHB-nin Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X7 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Salyan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət X16 Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət X16 adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və X10 Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanına əsasən bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət X16, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət X13, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçının qızı - X12 hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, X6 atası X15 xx xxxxxxxx 1960-cı il tarixdə doğulmuş və xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. X4 hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla öhdəsində olan 18 yaşına çatmamış övladı-xx.xx.2005-ci il təvəllüdlü X6 xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə əmək pensiyası hüququ yaranmışdır. X4 1982-2003-cü illərdə fasilələrlə Salyan rayon Pambıq zavodunda işləməsi Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxx 2020-ci il tarixli 91 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 14.1 və 14.1.1.1-ci maddələrinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) 18 yaşına çatmamış övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən X4 Salyan rayon Pambıq zavodunda işləməsinin onun əmək kitabçasında qeyd olunmamasını əsas gətirməsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxx 2020-ci il tarixli 91 nömrəli arxiv arayışını mərhum X3 sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, X4 1982-2003-cü illərdə fasilələrlə Salyan rayon Pambıq zavodunda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı X4 1982-2003-cü illərdə fasilələrlə Salyan rayon Pambıq zavodunda işləməsi ilə bağlı əmək stajı nəzərə alınmaqla, öhdəsində olan 18 yaşına çatmamış övladı - xx.xx.2005-ci il təvəllüdlü X8 hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X4 1982-2003-cü illərdə fasilələrlə Salyan rayon Pambıq zavodunda işləməsi barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxx 2020-ci il tarixli 91 nömrəli arxiv arayışında qeyd edilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq öhdəsində olan 18 yaşına çatmamış övladı - xx.xx.2005-ci il təvəllüdlü X8 xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət X16 publik hüquqi şəxsinin Salyan rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

1. İddia təmin edilsin. X4 1982-2003-cü illərdə fasilələrlə Salyan rayon Pambıq zavodunda işləməsi barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxx 2020-ci il tarixli 91 nömrəli arxiv arayışında qeyd edilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq öhdəsində olan 18 yaşına çatmamış övladı - xx.xx.2005-ci il təvəllüdlü X8 xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət X16 publik hüquqi şəxsinin Salyan rayon filialının üzərinə qoyulsun.

2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar