Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1230/2025 16.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı, Saatlı rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Saatlı rayon Qeydiyyat şöbəsinə qarşı “nikahın bağlanması haqqında xx.xx.1997-ci il tarixli, 114 saylı akt qeydinin ləğvi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Saatlı rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Qasımova (Nəzərova) Şamayıl Ağamməd qızı ilə nigahın etibarsız sayılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3884/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iş üzrə X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3884/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbi dəqiqləşdirilərək, iş üzrə “nikahın bağlanması haqqında xx.xx.1997-ci il tarixli, 114 saylı akt qeydinin ləğvi” kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zülfüqarova (Nəzərova) Xatirə Hüseyn qızı ilə Saatlı rayonu Əlisoltanlı İƏD-si üzrə nümayəndəlikdə nigaha daxil olmaqları barədə xx.xx.1991-ci il tarixli 33 saylı nigah aktı qeydi tərtib olunmuşdur. Bundan əlavə Qasımova (Nəzərova) Şamayıl Ağamməd qızı ilə Saatlı rayon Qeydiyyat şöbəsi tərəfindən 29.08. 1997-ci il tarixli 114 saylı nigahın dövlət qeydiyyatına dair akt qeydi tərtib edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Saatlı rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxnmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -İşdə olan AA0863498 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə Saatlı rayonunda anadan olmuş, Saatlı rayonu, Potubəyli kəndində yaşayır. -İşdə olan Saatlı rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/12-104/2024 nömrəli məktubuna əsasən, Saatlı rayon qeydiyyat şöbəsi İddiaçı xx.xx.1991-ci il tarixli 33 saylı və xx.xx.1997-ci il tarixli 114 saylı nikah haqqında akt qeydinin təsdiq olunmuş surətini göndərmişdir. - İşdə olan Saatlı rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı 3-16-5/12- 220/2024 nömrəli, 21 sentyabr 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Saatlı rayon Potubəyli kənd sakini İddiaçı Zülfüqarova (Nəzərova) Xatirə Hüseyn qızı ilə Saatlı rayonun Əlisoltanlı İƏD-si üzrə nümayəndəlikdə nikaha daxil olmuşdur.Bu barədə xx.xx.1991-ci il tarixli 33 saylı nikah akt qeydi tərtib olunmuşdur. Bundan əlavə İddiaçı münasibətdə Saatlı rayon qeydiyyat şöbəsində Qasımova (Nəzərova) Şamayıl Ağamməd qızı ilə nikahı qeydə alınmış və bu barədə xx.xx.1997-ci il tarixli 114 saylı nikah akt qeydi tərtib edilmişdir. Hər iki nikah akt qeydinin təsdiq olunmuş surəti xx.xx.2024-cü il tarixli 3-16-5/12-104/2024 saylı məktubla Şirvan İnzibati məhkəməsinə göndərilmişdir. -İşdə olan xx.xx.1991-ci il tarixli, 33 nömrəli nigahın bağlanması haqqında akt qeydinin surətinə əsasən, İddiaçı ilə X2 arasında nigah bağlanmışdır. Nigahdan sonra qadın Nəzərova soyadını götürmüşdür. -İşdə olan xx.xx.1997-ci il tarixli, 114 nömrəli nigahın bağlanması haqqında akt qeydinin surətinə əsasən, İddiaçı ilə X4 arasında nigah bağlanmışdır. Nigahdan sonra qadın Nəzərova soyadını götürmüşdür. - İşdə olan Saatlı rayon Qeydiyyat şöbəsinin İddiaçı verdiyi 3-16-5/xx-xx/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Zülfüqarova (Nəzərova) Xatirə Hüseyn qızı ilə Saatlı rayonu Əlisoltanlı İƏD-si üzrə nümayəndəlikdə nikaha daxil olması barədə xx.xx.1991 -ci ıl tarixli 33 saylı nikah akt qeydi tərtib olunmuşdur. Bundan əlavə Qasımova (Nəzərova) Şamayıl Ağamməd qızı ilə Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1997-ci il tarixli 114 saylı nikahın dövlət qeydiyyatına dair akt qeydi tərtib edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin məcəllənin 26.1.3-cü maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan,yəni məcburiyyət.aldatma.yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Ailə Məcəlləsinin 163-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin akt qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında icra edilir. Beləliklə göründüyü kimi, nikahın ləğv və ya etibarsız hesab edilməsi məfrkəmə səlahiyyətinə aiddir. Odur kı, müvafiq məsələ ilə məhkəmədə müəyyən olunmuş qaydada iddia qaldıra bilər. -İşdə olan Vətəndaşlıq vəziyyəti aktlarının Reyestri Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5xx-xx-9176/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Zülfüqarova (Nəzərova) Xatirə Hüseyn qızı, daha sonra isə Qasımova (Nəzərova) Şamayıl Ağamməd qızı ilə rəsmiləşdirdiyi nikaha dar məlumatın istənilməsi barədə müraciətinizə baxılmışdır. «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən İddiaçı Zülfüqarova (Nəzərova) Xatirə Hüseyn qızı ilə xx.xx.1991 -ci ildə Saatlı rayonunun Əlisoltanlı icra nümayəndəliyində, xx.xx.1997-ci ildə isə Qasımova (Nəzərova) Şamayıl Ağamməd qızı ilə həmin rayonun qeydiyyat şöbəsində nikaha daxil olduğu müəyyən edilmişdir. Sonuncu nikah haqqında akt qeydində İddiaçı ailə vəziyyəti “evlənməyib” kimi göstərilmişdir Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 23-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 26-cı bəndinə əsasən, Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 28-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Saatlı rayon Potubəyli kənd sakini İddiaçı Zülfüqarova (Nəzərova) Xatirə Hüseyn qızı ilə Saatlı rayonun Əlisoltanlı İƏD-si üzrə nümayəndəlikdə nikaha daxil olmuşdur. Bu barədə xx.xx.1991-ci il tarixli 33 saylı nikah akt qeydi tərtib olunmuşdur. Bundan əlavə İddiaçı münasibətdə Saatlı rayon qeydiyyat şöbəsində Qasımova (Nəzərova) Şamayıl Ağamməd qızı ilə nikahı qeydə alınmış və bu barədə xx.xx.1997-ci il tarixli 114 saylı nikah akt qeydi tərtib edilmişdir. Hər iki nikah akt qeydinin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçmələri və onların nikah yaşına çatmaları zəruridir. 11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; ... 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər. Məhkəmə tərəfindən iş materialları araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı Zülfüqarova (Nəzərova) Xatirə Hüseyn qızı ilə Saatlı rayonu Əlisoltanlı İƏD-si üzrə nümayəndəlikdə nikaha daxil olmuşdur və barədə xx.xx.1991 -ci ıl tarixli 33 saylı nikah akt qeydi tərtib olunmuşdur. Bundan sonra İddiaçı ilə Qasımova (Nəzərova) Şamayıl Ağamməd qızı arasında Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1997-ci il tarixli 114 saylı nikahın dövlət qeydiyyatına dair akt qeydi tərtib edilmişdir. Hər iki nikah haqqında akt qeydlərində İddiaçı ailə vəziyyəti “evlənməyib” olaraq qeyd edilmişdir. İddiaçı nikahın bağlanması haqqında xx.xx.1997-ci il tarixli, 114 saylı akt qeydinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu verilməsinə baxmayaraq nikah haqqında akt qeydinin tərtib edilməsinə əsas olan sənədləri məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, nikah haqqında akt qeydinin ləğv edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Saatlı rayon Qeydiyyat şöbəsinin üzərinə nikahın bağlanması haqqında xx.xx.1997-ci il tarixli, 114 saylı akt qeydinin ləğv edilməsi öhdəliyi qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1230/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1230/2025
16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver