Məhkəmə qərarları › İş №2-1(120)-1231/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1231/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1231/2020 22.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi Məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi iştirakı ilə, İddiaçı cavabdeh Əmək və X3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsibarədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və X3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsibarədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdən İİİ qrup əlillik dərəcəsi verilməklə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdən DSMF-nun Şirvan şəhər şöbəsi tərəfindən ona əlilliyə görə əmək pensiyasının verilməsidayandırılmışdır. Bu barədə dəfələrlə DSMF-nun Şirvan şəhər şöbəsinə müraciətlər etsə də, müraciətlərinə cavab verilməmiş, nəhayət DSMF-nun Şirvan şəhər şöbəsi tərəfindən ona ünvanlanmış xx xxx 2020-ci il tarixli məktubda Əmək və X3 Nazirliyinin Tibbi-Sosial Ekspertiza və X4 tərəfindən onun əlilliyinin xx.xx.2019-cu il tarixdən etibarsız hesab edildiyi və bu səbəbdən də onun əlilliyə görə əmək pensiyasının ödənişinin dayandırılması qeyd olunmuşdur. Onun görmə qabiliyyətində ciddi problemlər olduğu üçün 2006-cı ildə hərbi xidmətə yararsız hesab edilmişdir. Daha sonra müvafiq tibbi yoxlamalardan keçirildikdən sonra ona İİİ qrup əlillik dərəcəsi verilmişdir. Onun əlilliyinin etibarsız hesab edilməsi tamamilə əsassız və qanunsuzdur. Bu səbəbdən də cavabdehin onun əlilliyiiin etibarsız hesab edilməsi barədə qərarı ləğv edilməlidir. İş materiallarında olan Əmək və X3 Naziriliyi tabeliyində Dövlət X5 publik hüqiqi şəxsinin Şirvan şəhər filialının məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən vətəndaşlara əlillik pensiyası X1 qərarına əsasən təyin edilir. İddiaçı əlilliyi Əmək və X3 Nazirliyinin Tibbi-Sosial Ekspertiza və X4 tərəfindən xx.xx.2019-cu il tarixdən etibarsız sayılmışdır. Əlillik ləğv olunduğu üçün Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Publik Hüquqi şəxsin Şirvan şəhər filialı tərəfindən Nazirliyin **********3 saylı xx.xx.2019- cu il tarixli məktubuna əsasən əlilliyə görə (İİİ qrup) əmək pensiyası da xx.xx.2019-cu il tarixdən dayandırılmış, artıq ödənilmiş 16110.67 manat vəsaitin DSMF Şirvan şəhər filialının hesabına ödənilməsi tələb olunmuşdur. Bu barədə İddiaçı DSMF- nun Şirvan şəhər filialı tərəfindən xx.xx.2020-ci il tarixli **********0 saylı məktubla rəsmi məlumat verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdeh Əmək və X3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin və üçüncü şəxs Əmək və X3 Naziriliyi tabeliyində Dövlət X5 publik hüqiqi şəxsinin Şirvan şəhər filialının nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materialını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. 32.1-ci maddəsinəəsasən mübahisələndirmə haqqında id-dia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nə-ti-cəsində mey--dana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündəəks etdirən əlavəərizə ilə birlikdə də qal-dıra bilər. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının xx.xx.2019-cu il tarixdən mübahisələndirdiyi qərardan məlumatı olmuş və prosessual müddətin axımı ona əlilliyə görə (İİİ qrup) əmək pensiyasının dayandırıldığı vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən başlamışdır. İddia ərziəsi isə xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya xx.xx.2020-ci il tarixli, 2-1(120)-1231/2020 saylı hüquqi yardım məktubu ünvanlanaraq, həmin hüquqi yardım məktubuna münasibət bildirmək təklif olunmuş, lakin iddiaçı hüquqi yardım məktubunu xx.xx.2020-ci il tarixdə poçt xəbərnaməsinə imza edərək qəbul etməsinə baxmayaraq, xx.xx.2020-ci il tarixə təyin edlmiş məhkəmə iclasına gəlməmiş və hüquqi yardım məktubuna münasibət bildirməmişdir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, İddiaçı cavabdeh Əmək və X3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsibarədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Əmək və X3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsibarədə iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar