Məhkəmə qərarları › İş №2-1(120)-1233/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1233/2022

21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1233/2022 21.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X20 Şəxsinin 1 saylı X3 nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X20 Şəxsinin 1 saylı X4 qarşı «ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 21 oktyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus əmək kitabçasında işlədiyi dövləri, eyni zamanda onunla işləyən şahidləri nəzərə alıb ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X20 Şəxsinin 1 saylı X5 ilə əvəz olunmuşdur. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X20 Şəxsinin 1 saylı X3 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Qazı-Məmməd şəhərində anadan olmuşdur. O, 1972-ci ildən işləmişdir. 28 il 8 ay 9 gün sosial sığorta stajı var. O, yaşa görə əmək pensiyası təyin olunmasından ötrü DSMF Hacıqabul rayon şöbəsinə rəsmi olaraq müraciət etmişdir. xx.xx.1991-ci ildən xx.xx.2021-ci il tarixədək Azenerjitikinti Trestinin Avtonəqliyyat müəssisəsində işlədiyi dövrün Dövlət Arxivinə verilmədiyi üçün akt tərtib edilməmişdir. Ona görə də onunla işləyən X10 rayonu, C.Cabbarlı küçəsi, ev 56-da, X2 rayonu, S.Vurğun küçəsi, ev 43-də, X1 rayonu, Xətai küçəsi, ev 7, mənzil 9-da yaşayan şəxslər onunla bir yerdə işləmişdir. Ona görə də əmək pensiyaları haqqında “Azərbaycan Respublikası Qanunun 30.1-ci maddəsində göstərilir ki, əmək pensiyası (ərizəçinin) daimi yaşadığı yer üzrə məcburi dövlət sığortası pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafıq İcra Hakimiyyəti orqanları tərəfındən təyin edilir. Ona məxsus əmək kitabçasında 28 il 8 ay 9 giin sosial sığorta stajı vardır. Lakin xx.xx.1991-ci ildən xx.xx.2001-ci il tarixədək Azərenerjitikinti Trestinin Avtonəqliyyat müəssisəsində işlədiyi dövrlərin sənədləri olmadığı üçün əmək sığorta hissəsi hesablanmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X20 Şəxsinin 1 saylı X3 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı iddia ərizəsində 1972-ci il tarixdən işləməyə başladığını və xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Azenerjitikinti” trestinin avtonəqliyyat müəssisəsində işlədiyini iddia edir. İddiaçı 1 saylı X4 xx.xx.2022-ci il tarixli, **********0 nömrəli müraciətinə cavab olaraq verilən imtina məktubuna əsasən xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrün düzgünlüyü X17 filialında yoxlanılmış və sənədlərin arxivdə aşkarlanmaması səbəbilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Sosial Ödənişlərin Təyinatı Üzrə Mərkəzi filialına xx.xx.2022-ci il tarixli, **********5 nömrəli sorğuya cavab olaraq göndərilən xx.xx.2022-ci il tarixli, **********7 nömrəli cavab məktubunda da xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrün sənədləri aşkarlanmamış və sosial sığorta stajına daxil edilməmişdir. İşə tam, hərtərəfli və obyektiv baxılması məqsədi ilə xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrün yoxlanılması məqsədi ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə xx.xx.2022-ci il tarixli, **********8 nömrəli sorğu verilmiş və cavab olaraq göndərilən xx.xx.2022-ci il tarixli, 4/691 nömrəli məktuba əsasən “Azenerjitikinti” trestinin avtonəqliyyat müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Beləliklə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sosial sığorta stajının və pensiya kapitalının tamamlanmaması səbəbindən yaşa görə əmək pensiyasınının təyin edilməsinin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların (1 iyul 2019-30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqları müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçının yaşa görə əmək pensiyası hüququ 65 yaşla xx.xx.2021-ci il tarixində yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sıäorta stajından asılı olmayaraq. 2) pensiva təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 1.1-ci hissəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə almmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialınm xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubuna əsasən əmək kitabçasındakı dövrlər və xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək olan hərbi xidmət dövrüdə daxil olmaqla İddiaçı sosial sığorta stajı 18 il 6 ay 19 gün olmaqla qanunvericiliklə tələb edilən müddətdən (25 il) azdır. Eyni zamanda 1 saylı X3 imtina məktubuna əssasən İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyini iddia etdiyi dövrün (10 il 1 ay 23 gün) sənədləri arxivdə aşkar edilməmişdir. Əlavə olaraq İddiaçı fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır.Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qevdə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan iddiaçıya məxsus 05 noyabr 1974-cü il tarixli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1972-ci il tarixli, 72/k nömrəli əmrə əsasən “Aztransqaz” İstehsalat Birliyinin magistral qaz kəmərlərinin Qazı Məmməd xətti-istehsalat İdarəsinə İ (birinci) dərəcəli montyor vəzifəsinə qəbul edilmiş, xx.xx.1972-ci il tarixli, 59/k nömrəli əmrə əsasən ŞPR-da (şaquli polad reservuarları) KMS (katod müdafiə stansiyasının) montyorunun İİ (ikinci) dərəcəsi verilmiş, xx.xx.1973-cü il tarixli, 34/k nömrəli əmrə əsasən ŞPR-da (şaquli polad reservuarları) KMS (katod müdafiə stansiyasının) montyorunun İİİ (üçüncü) dərəcəsi verilmiş, xx.xx.1974-cü il tarixli, 29/k nömrəli əmrə əsasən Rabitə qovşağının İV (dördüncü) dərəcəli kabelçi-lehimləyici vəzifəsinə keçirilmiş, xx.xx/1974-cü il tarixli, 85/k nömrəli əmrə əsasən Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmiş, H/B-3072291xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək müddət ərzində Sovet Ordusu sıralarında olmuş, xx.xx.1976-cı il tarixli, 89/k nömrəli əmrə əsasən “Aztransqaz” İstehsalat Birliyinin magistral qaz kəmərlərinin Qazı Məmməd xətti-istehsalat İdarəsinə “ZİL-131” avtomaşınının sürücüsü vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci il tarixli, 38/k nömrəli əmrə əsasən “QAZ-66” avtomaşınının sürücüsü vəzifəsinə keçirilmiş, xx.xx.1979-cu il tarixli, 4/k nömrəli əmrə əsasən “LUAZ-969”un sürücüsü vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci il tarixli, 59/k nömrəli əmrə əsasən “ZİL-157” avtomaşınının sürücüsü vəzifəsinə keçirilmiş, xx.xx.1984-cü il tarixli, 12/k nömrəli əmrə əsasən 4/İ-84-cü il tarixli, 1/1-2 nömrəli əmrə əsasən “Aztransqaz” İstehsalat Birliyinin texnoloji avtonəqliyyat sexinin sərancamına keçirilmiş, xx.xx.1984-cü il tarixli, 24/k nömrəli əmrə əsasən “Aztransqaz” İstehsalat Birliyinin texnoloji avtonəqliyyat sexinin Qazı Məmməd xəttindən köçürülmə qaydasında sürücü qəbul edilmiş, xx.xx.1984-cü il tarixli, 62/k nömrəli əmrə əsasən Texnoloji avtonəqliyyat sexinin yenidən təşkili ilə əlaqədar olaraq magistral qaz kəmərlərinin Qazı Məmməd xətti-istehsalat İdarəsinə keçirilmiş, xx.xx.1984-cü il tarixli, 45/k nömrəli əmrə əsasən “Aztransqaz” İstehsalat Birliyinin magistral qaz kəmərlərinin Qazı Məmməd xəttiistehsalat İdarəsinə “Aztransqaz” İstehsalat Birliyinin texnoloji avtonəqliyyat sexindən köçürülmə qaydasında sürücü qəbul edilmiş, xx.xx.1985-ci il tarixli, 24/k nömrəli əmrə əsasən Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, xx.xx.1985-ci il tarixli, 101/k nömrəli əmrə əsasən Azərbaycan “Azərenerji Tikinti” TQİ-nə 3 (üçüncü) dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1985-ci il tarixli, 42/k nömrəli əmrə əsasən 8 nömrəli a/d ANM-nin sərancamına keçirilməklə işdən azad edilmiş, xx.xx.1985-ci il tarixli, 186/k nömrəli əmrə əsasən köçürmə ilə 8 nömrəli a/d-nə 3 (üçüncü) dərəcəli sürücü qismində işə qəbul edilmiş, xx.xx.1985-ci il tarixli, 252/k nömrəli əmrə əsasən Azərbaycan “Azərenerji Tikinti” TQİ-nə köçürmə ilə işdən azad edilmiş, xx.xx.1985-ci il tarixli, 104 a/k nömrəli əmrə əsasən köçürmə ilə 3 (üçüncü) dərəcəli sürücü qəbul edilmiş, xx.xx.1986-cı il tarixli, 59/k nömrəli əmrə əsasən “Azərenerji Tikinti” trestinin avtonəqliyyat müəssisəsinin sərancamına keçirilmiş, xx.xx.1986-cı il tarixli, 105/k nömrəli əmrə əsasən “Azərenerji Tikinti” trestinin avtonəqliyyat müəssisəsi Azərbaycan “Azərenerji Tikinti” TQİnə 3 (üçüncü) dərəcəli sürücü qəbul edilmiş, xx.xx.1989-cu il tarixli, 3/k nömrəli əmrə əsasən A\d ləğvi ilə əlaqədar olaraq Əli Bayramlı TQİ-nin sərancamına keçirilməklə işdən azad edilmiş, xx.xx.1989-cu il tarixli, 6k nömrəli əmrə əsasən Əli Bayramlı TQİ-nə köçürmə ilə 3 (üçüncü) dərəcəli sürücü qəbul edilmiş, xx.xx.1991-ci il tarixli, 14-k nömrəli əmrə əsasən “Azərenerji Tikinti” trestinin avtonəqliyyat müəssisəsinə köçürmə ilə işdən azad edilmiş, xx.xx.1991-ci il tarixli, 5k nömrəli əmrə əsasən “Azərenerji Tikinti” trestinin avtonəqliyyat müəssisəsinə köçürmə yolu ilə 3 (üçüncü) dərəcəli sürücü qəbul edilmiş, xx.xx.1992-ci il tarixli, 21/k nömrəli əmrə əsasən “Şirvanenerjitikinti” İdarəsinə keçirilməsi ilə əlaqədar olaraq köçürmə yolu ilə işdən azad edilmiş, xx.xx.1992-ci il tarixli, 36 nömrəli əmrə əsasən Əli Bayramlı TQİ-nə köçürmə yolu ilə 3 (üçüncü) dərəcəli sürücü qəbul edilmiş, xx.xx.1993-cü il tarixli, 10 nömrəli əmrə əsasən Avtonəqliyyat müəssisəsi idarəsinə köçürmə yolu ilə işdən azad edilmiş, xx.xx.1993-cü il tarixli, 08 nömrəli əmrə əsasən Avtonəqliyyat müəssisəsinə köçürmə yolu ilə İİİ dərəcə sürücü qəbul edilmiş, xx.xx.1994-cü il tarixli, 02 nömrəli əmrə əsasən “Şirvanenerji” Tİ 2 nömrəli xx.xx.1994-cü il tarixli əmri ilə ANM ləğv edilmiş, Azərbaycan SSR ƏQM-nin 38-ci maddəsinin 1-ci bəndinə əsasən köçürmə yolu ilə "xxxx" TQİ-nə keçirilmiş, xx.xx.1994-cü il tarixli, 52 nömrəli əmrə əsasən “Şirvanenerjiinşaaat” Tİ-nin a/kl sahəsinə köçürmə yolu ilə 3 (üçüncü) dərəcəli sürücü qəbul edilmiş, xx.xx.1955-ci il tarixli, 58 nömrəli əmrə əsasən “Azərenerji Tikinti” DŞ-nin avtonəqliyyat müəssisəsinə köçürmə ilə işdən azad edilmiş, xx.xx.1995-ci il tarixli, 26/k nömrəli əmrə əsasən köçürmə yolu ilə Avtonəqliyyat müəssisəsinə sürücü qəbul edilmiş, xx.xx.2001-ci il tarixli, 05/k nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, dövlət reyestrində Avtonəqliyyat müəssisəsi adlı hüquqi şəxslərin sayı çox olduğundan sorğu etdiyiniz hüquqi şəxsi müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialına ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Azərenerjitikinti Trestinin Avtonəqliyyat” müəssisəsi Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan müəssisə deyil. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialına ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sorğuda qeyd olunan “Azərenerjitikinti” Trestinin avtonəqliyyat müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin olunması üçün kişilər 65 yaş - 34560 manat pensiya kapitalı, olmadıqda ümumilikdə 25 il sosial sığorta stajı olmalıdir. Təqdim etdiyiniz sənədlərə əsasən bidiririk ki, əmək kitabçanıza əsasən 28 il 8 ay 9 gün sosial sığorta stajınız vardır. Lakin xx.xx.1991-ci ildən xx.xx.2001-ci il tarixdək Azenerjitikinti Trestinin Avtonəqliyyat müəssisəsində işlədiyiniz dövrlərin düzgünlüyü X17 şəhər filialında yoxlanılmış və sənədlərin arxivdə aşkarlanmaması barədə xx.xx.2021-ci il tarixli Akt tərtib edilmişdir. Bu səbədən Sizə yaşa görəəmək pensiyası təyin etmək mümkün olmadı. Göründüyü kimi, cavabdehin mübahisələndirdiyi məsələ iddiaçının əmək kitabçasında qeyd olunmuş “Azərenerji Tikinti” trestinin avtonəqliyyat müəssisəsində xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (10 il 1 ay 23 gün) işlədiyi illərdir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Məhkəmə cavabdehin “iddiaçının işlədiyi “Azərenerji Tikinti” trestinin avtonəqliyyat müəssisəsinin xx.xx.1991-ci il-xx.xx.2001-ci il illəri əhatə edən dövrün sənədlərinin arxivdə aşkar edilməməsi, bu səbəbdən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunması” barədə imtina dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçı onun iş stajını təsdiq edən sənədləri cavabdehə təqdim etsə də sonuncu öz vəzifələrini yerinə yetirərək sənədlərin qarşılıqlı yoxlanılmasını həyata keçirə bilmədiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının işlədiyi iş yerlərinin sənədlərinin arxivə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, qanunvericiliyin tələbinə əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci ildə yaranmışdır. İddiaçının hərbi xidmətdə olduğu müddət və işlədiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Belə olan halda da, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X20 Şəxsinin 1 saylı X3 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X20 Şəxsinin 1 saylı X3 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar