Məhkəmə qərarları › İş №2-1(120)-1233/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1233/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1233/2024 10.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət X5 Hüquqi şəxsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “X3 təşkil etdiyi müsahibə komissiyasının xx.xx.2023-cü il tarixli qərarının nəticəsinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyi Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli 16 nömrəli qərarının nəticəsinin ləğv edilməsi” tələbinə dair dair işə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət X5 Hüquqi şəxsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “X3 təşkil etdiyi müsahibə komissiyasının xx.xx.2023-cü il tarixli qərarının nəticəsinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyi Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli 16 nömrəli qərarının nəticəsinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1987-ci il tarixdə Lənkəran rayon Boladi kəndində anadan olmuşdur. 2009-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakültəsini bitirmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 2012-ci ildə X6 tərəfindən elan olunan musabiqədə (test və müsahibə) iştirak etmiş və həmin müsabiqədə (test və müsahibə mərhələsində) uğur qazanmışdır. 2012-ci ilin aprel ayının 12-də Dövlət Sosial Müdafiə Fondun Lənkəran şəhər şöbəsində məsləhətçi vəzifəsinə təyin olunmuşdur. 2020ci ilin iyul ayında dövlət orqanın ləğvi və ştatların ixtisarı ilə işdən azad olunaraq, dövlət qulluğun ehtiyat kadrlar siyahısına salınmışdır. Ümumilikdə 8 il 3 ay 20 gün dövlət qulluğunda iş stajı var. Bu müddət ərzində dövlət qulluğunun kiçik dövlət qulluqçusu, 3-cü dərəcə dövlət qulluqçusu və 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcələri ona verilmişdir. O, həmin inzibati vəzifələrdə çalışdığı müddətdə heç bir töhmət və xəbərdarlıq almamışdır. X6 tərəfindən 10 aprel 2023-cü il tarixdə ümümi müsahibə elan olunmuşdur. O, da həmin ümümi müsahibədə elan olunmuş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Şəmkir rayonu üzrə X2 və xərclərin proqnozlaşdırılması sektoru, aparıcı məsləhətçi - xərclər üzrə vakant vəzifənin müsahibəsində iştirak etmək üçün elekton qaydada müraciət etmişdir. O, həmin ümümi müsahibənin keçirilmə qrafikinə uyğun olaraq 06 iyun 2023-cü il tarixdə saat 12:20-də Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Şəmkir rayon üzrə X2 və xərclərin proqnozlaşdırılması sektoru, aparıcı məsləhətçi-xərclər üzrə vakant vəzifənin tutulması üçün müsahibədə iştirak etmişdir. Müsahibə komissiyası tərəfindən onun iştirak etdiyi müsahibənin nəticəsi üzrə yekun 14 bal qiymətləndirərək vəzifəyə uyğun hesab etməmişdirlər. Maliyyə Nazirliyin Şəmkir rayonu üzrə Maliyyə şöbəsinin Gəlirlər və xərclərin proqnozlaşdırılması sektorunun aparıcı məsləhətçi-xərclər üzrə vəzifəsi üzrə 10 aprel 2023-cü il tarixdə elan olunmuş və 06 iyun 2023-cü il tarixdə keçirilmiş ümumi müsahibənin nəticəsi ilə bağlı 08 iyun 2023-cü il tarixdə Maliyyə Nazirliyinin Apellyasiya Şurasına şikayət etmişdir. 12 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyin Apellyasiya Şurasının qərarı ilə şikayətim təmin edilməmiş və müsahibə komissiyasının qərarı dəyişdirilmədən saxlanılmışdır. Dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının “dövlət qulluğu haqqında” qanuna əsasən aparılır. Həmin qanunun 29.8-ci maddəsinə əsasən Müsahibə zamanı müsahibədə iştirak edən şəxsin bilik səviyəsi, peşə hazırlığı, ümümi dünya görüşü, barəsində müsahibə elan edilən vəzifə üzrə zəruri olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə yararlılığı müəyyən edilir. O, müsahibə komisiyasının qərarından Maliyyə Nazirliyinin Apellyasiya şurasına şikayətində bildirmişdir ki, müsahibə komisiyası namizədin vakant vəzifəyə uyğunluğunu 4 meyar üzrə qiymətləndirir. Musahibə komisiyası tərəfindən qiymətləndirmə aparılarkən ixtisas dərəcələrinin (kiçik dövlət qulluçusu, 2-ci dərəcə dövlət qulluqçusu və 3cü dərəcə dövlət qulluqçusu) olduğu nəzərə alınmamışdır. Müsahibə komissiyasının hər bir üzvü namizədin vakant vəzifəyə uyğunluğunu aşağıdakı meyarlara əsasən qiymətləndirir. Bilik səviyəsi (müsahibə proqramı üzrə biliklər), Peşə hazırlığı (nəzəri və qanunvericilik biliklərinin tətbiqi bacarığı, vəzifənin tutulma şərtlərinə uyğun olaraq xarici dil, informasiya texnologiyaları üzrə biliklər), Ümumi dünyagörüşü (dünyada (ölkədə) və cəmiyyətdə baş verən mühüm hadisələrə dair məlumatlılıq, habelə bu hadisələrə dair mülahizələr), Vakant vəzifə üçün zəruri olan keyfiyyətlər (emosional sabitlik; məsuliyyətlilik; məqsədyönlülük; dürüstlük; özünütənqid; nüfuzetmə; təhliletmə; ünsiyyətqurma onun müsahibə komisiyanın qərarından Maliyyə Nazirliyin Apellyasiya şurasına etdiyi şikayətə diqqət edəndə görərik ki, müsahibə komisyası qiymətləndimə apararkən ixtisas dərəcəsinə görə göstəriciləri nəzərə almayıb və bu göstəriciləri Maliyyə Nazirliyinin Apellyasiya şurası tərəfindən nəzərə almağını və müsahibə komisyasının qərarının dəyişdirilməsini xahiş etmişdir. 12 iyul 2023-cü il tarixdə Maliyyə Nazirliyinin Apellyasiya Şurasının qərarına diqqət edəndə görərik ki, müsahibə komissayısının qərarından etdiyi şikayətdə qeyd etdiyi tələblərə (ixtisas dərəcəsinin nəzərə alınmadığına görə ) toxunulmayıb və bu barədə heç müzakirə aparılmayıb. İyul 2023-cü il tarixdə Maliyyə Nazirliyinin Apellyasiya Şurasının qərarında qeyd edilən iradlara diqqət edəndə (Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı müsahibə zamanı bir sıra sualları cavablandıra bilməmiş, bəzi suallara isə yanlış cavab vermişdir) görərik ki, bu iradlar haqlı iradlardır. Bu iradlar müsahibə komisyası tərəfindən aparılan qiymətləndirmə üzrə 4 meyardan biri olan bilik səviyəsi (müsahibə proqramı üzrə biliklər) üzrə verilən sualların 4/1 hesab etmək olar. Yəni bilik səviyəsi üzrə (musahibə proqramı uzrə biliklər) verilən şulların 4/3 cavab vermiş və 3 meyar üzrə peşə hazırlığı, ümumi dünya görüşü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlər barəsində Maliyyə Nazirliyinin Apellyasiya Şurasının qərarında heç bir irad bildirmədiyinə görə hesab edir ki, bu 3 meyar üzrə qiymətləndirmədə heç bir irad olmamışdır. Məlumat üçün bildirmək istəyir ki, 06 iyun 2023-cü il tarixdə keçirilmiş müsahibədə, müsahibə komissiyasının üzvləri tərəfindən ona yalnız bilik səviyəsi üzrə meyardan və umumi dünya görüşdən suallar ünvanlamışdılar. Musahibənin video çəkilişinə diqqət edəndə görərik ki, Müsahibə komissiyasının hər üç üzvü tərəfindən ona verilən suallarda bilik səviyyəsi üzrə suallara üstünlük verilmişdir. Ümümi dünya görüşü üzrə meyardan 2-3 sual verilmişdir. Ümumi dünya görüşü üzrə verilən bütün suallara cavab vermişdir. Bilik səviyəsi üzrə verilən suallara Maliyyə Nazirliyinin Apellyasiya Şurasının qərarında qeyd edilən iradlarda olan suallardan başqa bütün suallara düzgün cavab verdiyini düşünür. Əgər bütün suallara cavab versəydi müsahibə komissiyası tərəfindən aparılan qiymətləndimədə nəticə ən yüksək maksimum 20 bal ilə qiymətləndirlərdi. Təbii ki, o da cavab vermədiyi suallar olmuşdur. Bu o demək deyil ki, nəticə 14 bal ilə qiymətləndirilsin. Müsahibə komissiyası 4 meyar üzrə qiymətləndirmə aparmalıdır. Maliyyə Nazirliyin Apellyasiya Şurasının qərarına diqqət edəndə görərik ki, qiymətləndirmə 1 (bir) meyar üzrə qiymətləndirmə aparılıb. Niyə 3 meyar üzrə qiymətləndirmədən danışılmır. Niyə ixtisas dərəcəsi müsahibə zamanı nəzərə alınmayıb. Niyə Maliyyə Nazirliyinin Apellyasiya Şurasının qərarında qeyd etdiyi şikayət üzrə (ixtisas dərəcəsi müsahibə zamanı nəzərə alınmalıdır) araşdırma aparılmayıb. Məlumat üçün bildirir ki, o, 2012-ci ildə X6 tərəfindən elan olunan müsabiqədə (test və Müsahibə mərhələsindən) uğurla keçmişdir. Test mərhələsində maksimum 100 baldan 90 bal toplamışdır. Müsahibə mərhələsində 16 bal ilə qiymətləndirilərək vəzifəyə uyğun hesab edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddiaya qarşı etirazla müraciət edərək, etirazda qeyd etmişdir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət X5 Hüquqi Şəxsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “X3 təşkil etdiyi müsahibə komissiyasının xx.xx.2023-cü il tarixli qərarının nəticəsinin və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli 16 nömrəli qərarının nəticəsinin ləğv edilməsi” tələbinə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, iddiaçı E.X4 Mərkəzi tərəfindən 10 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Şəmkir Rayonu üzrə X2 və xərclərin proqnozlaşdırılması sektoru,aparıcı məsləhətçi - xərclər üzrə vakant vəzifə üzrə elan olunmuş ümumi müsahibədə iştirak etmiş, lakin vakant vəzifə üzrə müvafiq tələblərə uyğun gəlmədiyi üçün, onun cavabları müsahibə komssiyası tərəfindən 14 balla qiymətləndirilmişdir. Müsahibənin nəticəsindən narazı qalan İddiaçı 08 iyun 2023-cü il tarixdə müsahibə nəticəsindən Maliyyə Nazirliyinin Apellyasiya Şurasına şikayət etmiş, 12 iyul 2023- cü il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Apellyasiya Şurasının qərarı ilə şikayət təmin edilmədən və müsahibə komissiyasının qərarı dəyişdirilmədən saxlanımışdır. Qərardan narazı qalan iddiaçı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildiririk ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 29.8-ci maddəsinə əsasən müsahibə zamanı müsahibədə iştirak edən şəxsin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə yararlılığı müəyyən edilir. Sözügedən qanunun müddəasından aydın olur ki, vəzifəyə yararlılığın müəyyən edilməsi 4 meyar əsasında - 1. şəxsin bilik səviyyəsi, 2. peşə hazırlığı, 3. ümumi dünyagörüşü, 4. barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətlər yoxlanılmaqla təyin edilir. Eyni zamanda İddiaçı qeyd etdiyi “ixtisas dərəcəsi” ilə bağlı qeyd etmək istərdik ki, həmin göstəricilər nəzərə alınmalıdır. Belə ki bu, yuxarıda qeyd edilən 4 meyarın yoxlanılması zamanı nəzərə alınan göstəricidir. Lakin, ixtisas dərəcəsi ilə bağlı müsahibədə iştirak edən namizədə hər hansı bal verilməsi nəzərədə tutulmamışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.8-ci maddəsinə uyğun olaraq müsahibə zamanı müsahibədə iştirak edən şəxsin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə yararlılığı müəyyən edilir. Eyni zamanda müvafiq Qanunun 29.9-cu maddəsinə əsasən müsahibə zamanı ixtisas dərəcəsi və müvafiq vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalma nəzərə alınmalıdır. İddiaçı müsahibənin nəticəsindən narazı olması barədə 08 iyun 2023-cü il tarixli ərizə ilə Maliyyə Nazirliyinin Apellyasiya Şurasına müraciət etmişdir. Araşdırma zamanı İddiaçı müsahibə zamanı bir sıra sualları cavablandıra bilmədiyi, bəzi suallara isə yanlış cavab verdiyi məlum olmuşdur. İddiaçı ilə aparılan müsahibə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası’nın tələblərinə uyğun olaraq qiymətləndirilmişdir. Həmçinin namizədin müashibəyə uyğunluğu Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydasfna 1 nömrəli əlavədə “Namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair Bal Cədvəli” ilə rəsmiləşdirilir. Həmin bal cədvəlində ixtisas dərəcəsi ilə əlaqədar hər hansı bal verilməsi nəzərdə tutulmamışdır. Odur ki, İddiaçı cavabdeh Maliyyə Nazirliyinə qarşı “X3 təşkil etdiyi müsahibə komissiyasının xx.xx.2023cü il tarixli qərarının nəticəsinin və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli 16 nömrəli qərarının nəticəsinin ləğv edilməsi” iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edəsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, cavabdehlər Azərbaycan Respublikasının Dövlət X5 Hüquqi şəxsinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli 16 nömrəli qərarının nəticəsinin ləğv edilməsi hissəsində mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 3-13/2-298/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinin iddiaçı X1 apellyasiya qərarından şikayəti barədə məktubuna Azərbaycan Respublikasının Maliyyə Nazirliyində baxılmışdır. Qeyd edək ki, “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.8-ci maddəsinə uyğun olaraq müsahibə zamanı müsahibədə iştirak edən şəxsin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə yararlılığı müəyyən edilir. Eyni zamanda müvafiq Qanunun 29.9-cu maddəsinə əsasən müsahibə zamanı ixtisas dərəcəsi və müvafiq vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalma nəzərə alınmalıdır. İddiaçı müsahibənin nəticəsindən narazı olması barədə 08 iyun 2023-cü il tarixli ərizə ilə Maliyyə Nazirliyinin Apellyasiya Şurasına müraciət etmişdir. Araşdırma zamanı İddiaçı müsahibə zamanı bir sıra sualları cavablandıra bilmədiyi, bəzi suallara isə yanlış cavab verdiyi məlum olmuşdur. İddiaçı ilə aparılan müsahibə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq qiymətləndirilmişdir. İddiaçı iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair yekun protokolu və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Apellyasiya Şurasının Qərarını sizə təqdim edirik. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məhkəməyə xx.xx.2024-cü il tarixli, 3- 23/2-972/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinin iddiaçı X1 apellyasiya qərarından şikayəti barədə eyni məzmunlu məktubuna Azərbaycan Respublikasının Maliyyə Nazirliyində baxılmışdır. Qeyd edək ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.8-ci maddəsinə uyğun olaraq müsahibə zamanı müsahibədə iştirak edən şəxsin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə yararlılığı müəyyən edilir. Eyni zamanda müvafiq Qanunun 29.9-cu maddəsinə əsasən müsahibə zamanı ixtisas dərəcəsi və müvafiq vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalma nəzərə alınmalıdır. İddiaçı müsahibənin nəticəsindən narazı olması barədə 08 iyun 2023-cü il tarixli ərizə ilə Maliyyə Nazirliyinin Apellyasiya Şurasına müraciət etmişdir. Araşdırma zamanı İddiaçı müsahibə zamanı bir sıra sualları cavablandıra bilmədiyi, bəzi suallara isə yanlış və ya qismən cavab verdiyi məlum olmuşdur. İddiaçı ilə aparılan müsahibə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası” nın tələblərinə uyğun olaraq Maliyyə Nazirliyinin, X3 nümayəndələri və müstəqil ekspertin daxil olduğu müsahibə komissiyası tərəfindən 4 meyar üzrə qiymətləndirilmişdir. İddiaçı iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair yekun protokolu və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Apellyasiya Şurasının Qərarını sizə təqdim edirik. Məhkəmə qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Şəmkir rayonu üzrə Maliyyə şöbəsində vakant olan Gəlirlər və xərclərin proqnozlaşdırılması sektorunun aparıcı məsləhətçisi - xərclər uzrə vəzifəsinin tutulması uçun elan edilmiş umumi müsahibədə xx.xx.2023-cü il tarixində iştirak etmiş və iddia etdiyi vakant vəzifənin tutulması üçün zəruri olan və Qaydanın 5.2-ci bəndində müəyyən edilmiş meyarlar üzrə (namizədin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü və vakant vəzifə uçun zəruri olan keyfiyyətləri) Nazirliyin, Mərkəzin nümayəndələri və müstəqil ekspert tərəfindən müsahibə komissiyasının hər uç üzvü iddiaçını 14 balla qiymətləndirərək onun vakant vəzifəyə uyğun olmadığı qənaətinə gəlmişdirlər. Mərkəzi icra Hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamənin: 1.1. Mərkəzi icra hakimiyyəti orqanının Apellyasiya Şurası (bundan sonra – Apellyasiya Şurası) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı mərkəzi icra hakimiyyəti orqanının, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (bundan sonra – mərkəzi icra hakimiyyəti orqanı) qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən (bu Əsasnamənin 1.9-cu bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) verdikləri şikayətlərə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə (bundan sonra – şikayət) baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır. 1.7. Mərkəzi icra hakimiyyəti orqanı rəhbərliyinin və aparatının vəzifəli şəxslərinin qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən Apellyasiya Şurasına verilmiş şikayətlərə həmin orqanın Apellyasiya Şurasında baxılır. 7.10. Apellyasiya Şurasının qərarı qəbul edildiyi andan qüvvəyə minmiş hesab olunur. İddiaçıya hüquqi yardım edilərək izah olunnuşdur ki, o, yalnız hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikasının Dövlət X5 Hüquqi şəxsinin xx.xx.2023-cü tarixində keçirilmiş namizədin iddia etdiyi vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair müsahibənin qərarını mübahisələndirməlidir.İddiaçı həmin qərarı mübahisələndirmiş və məhkəmə həmin tələb üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli Qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin : 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Maliyyə Nazirliyi Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli 16 nömrəli qərarının nəticəsinin ləğv edilməsi”nə dair hissədə mümkün sayılmasın. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçı iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Maliyyə Nazirliyi Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli 16 nömrəli qərarının nəticəsinin ləğv edilməsi”nə dair hissədə mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar