Məhkəmə qərarları › İş №2-1(120)-1233/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1233/2025

17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1233/2025 17.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi haqqında” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə ( bundan sonra mətndə DƏDKR 8 saylı Cəlilabad Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus fərdi yaşayış evinin sökülməsi ilə bağlı 150.000 ( yüz əlli min) AZN olmaqla kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olmuş Qəriblər kəndi ərazisində yerləşən 0.53 ha torpaq sahəsi 2018-ci il tarixdə bölünərək notariat qaydasında bağlanmış alqı-satqı müqavilələri əsasında İddiaçı satılmışdır. Həmin şəxslərin almış olduqları torpaq sahələri üzərində xüsusi mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq, Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışlar verilmişdir. Torpaq sahələri üzərində hüquqları Dövlət qeydiyyatına alınandan sonra isə təyinatına uyğun üzərində fərdi yaşayış evləri inşa olunmuşdur. X2 və X15 iddiaçı qismində Masallı Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Masallı rayon Qəriblər bələdiyyəsinə, X31 Xidmət Mərkəzinə və DƏDRX-nin 8 saylı Ərazi İdarəsinə, üçüncü şəxslər X19, X16, İddiaçı və X3 qarşı AN-İN ******* və AN- İN ******* saylı, 03 aprel 2018-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab olunması, həmin müqavilələrdən irəli gələn çıxarışların etibarsız sayılması tələb etmişlər. İddiaçıların müraciətləri üzrə Masallı Rayon Məhkəməsi tərəfindən iddia təmin olunmasa da, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(106)- 145/221 saylı qətnaməsi ilə iddiaçıların apellyasiya şikayətləri təmin edilərək alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışların ləğv edilməsini qət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(102)-6301/2021 saylı qərarı ilə apellyasiya məhkəməsinin sözügedən qərarı qüvvədə saxlanmışdır. Daha sonra iddiaçılar X13 və X15 cavabdehlər X14, X10 və İddiaçı, üçüncü şəxs Masallı rayon Qəriblər Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Qəriblər kəndində yerləşən və 1940-cı illərdən kənd stadionu qismində kənd sakinlərinin istifadəsinə verilən 0.60 ha torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Masallı Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(050)-31/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, tikilmiş fərdi yaşayış evlərinin sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunsa da Ali Məhkəmənin qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır və 2(106)- 749/2024 iş nömrəsi ilə icraatındadır. İddiaçıların iddia tələbləri təmin olunacağı təqdirdə Masallı rayon Qəriblər Bələdiyyəsi tərəfindən cavabdehlərin uğradıqları maddi zərər üzrə kompensasiya mütləq şəkildə ödənilməlidir. Qəriblər kəndi ərazisində yerləşən həmin torpaq sahəsi əvvəllər Stadion tipli idman meydançası olsa da sonradan Masallı rayon Qəriblər Bələdiyyəsinin qərarı ilə həmin torpağın təyinatı dəyişdirilərək yaşayış məntəqələri torpaq sahəsinə aid edilmişdir. Belə ki, Memarlıq və Tikinti şöbəsinin 05 mart 2018-ci il tarixli rəyinə əsasən həmin torpaq sahəsinin yaşayış kateqoriyalı torpaq sahəsi hesab edildiyi açıq şəkildə görünür. Eləcə də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanmış Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı, torpaq sahəsinin kadastr göstəriciləri, eyni zamanda 24 avqust 2017-ci il tarixli 519 saylı rəyə əsasən torpaq sahəsinin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid hesab edildiyini bildirirlər. Əhalinin ümumi istifadəsi üçün yeni stadion başqa ərazidə yenidən inşa edilmişdir. Belə ki, Masallı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin 05 iyun 2007-ci il tarixli rəyindən görünür ki, Qəriblər kəndində futbolun inkişaf etdirilməsi məqsədi ilə futbol idman meydançası üçün torpaq sahəsi kəndin şimalında yerləşir. Bu səbəblə həmin torpaq sahəsini alarkən bu sənədlərlə tanış olan və bələdiyyənin qərarına etimad edən cavabdehlərdə torpaq sahəsinin təyinatına münasibətdə hər hansı bir şübhə yarana bilməzdi. Eləcə də dövlətin mərkəzi hakimiyyət orqanlarından hesab olunan DƏDRX-in 8 saylı Ərazi İdarəsi də alıcıların torpaq üzərində olan mülkiyyət hüququnu tanımışdır ki, bu da sözügedən alğısatqı müqaviləsi üzrə verilmiş çıxarışlarla öz təsdiqini tapır. Belə ki, 12 mart 2018-ci il tarixli **********46 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın AN-İN ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, dövlət reyestirindən çıxarışa əsasən Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olan 0.53 ha torpaq sahəsindən 0.06 ha torpaq sahəsi alqı-satqı qaydasında İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İnzibati icraat haqqında qanunun 13-cü maddəsi ilə müəyyən olunmuş “etimad hüququnun qorunması” prinsipinə əsaslanaraq bildiririk ki, indiki halda bələdiyyə tərəfindən satılaraq notariat qaydada təsdiq olunan daşınmaz əmlakın alğı-satqı müqavilələrinə və həmin müqavilələr əsasında aparılmış hüquqlarının Dövlət qeydiyyatına etimad göstərərək, mübahisəli torpaq sahələrini xüsusi mülkiyyətləri kimi qəbul etmiş və üzərində fərdi yaşayış evləri inşa etmiş şəxslərin hüquqları mütləq şəkildə qorunmalıdır. Həmin tikililər ümumiyyətlə özbaşına tikilmiş və ya yaşanması qadağan olunmuş bir ərazidə tikilmiş olsaydı belə kommunal xidmətlər üzrə xərclər ödənirsə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununa əsasən həmin şəxslər köçürülərkən əvvəlki şəraitə uyğun yeni yaşayyış yeri ilə təmin olunmalıdırlar və ya buna uyğun kompensasiya ödənilməlidir. Hətta bu hallarda belə kompensasiyanın ödənilməsi nəzərədə tutulursa, demək ki, hazırki halda qanuni şəkildə torpağı əldə etmiş, hüquqları dövlət tərəfindən rəsmi şəkildə tanınmış şəxslərin tikdikləri yaşayış evinin sökülməsi və onların həmin ərazidən çıxarılması zamanı bunun müqabilində dövlət tərəfindən mütləq əvəzkompensasiya ödənməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdeh inzibati orqandan iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmuşdur. Cavabdeh iddia tələbinə dair yazılı münasibətində (etiraz) göstərmişdir ki, Masallı rayonu, Qəriblər Bələdiyyəsinin 16 may 2017-ci il tarixli, 05 saylı qərarı, Seçim aktı, torpaq sahəsinin planı, torpaq sahəsinin müayinə aktı, Masallı rayon İcra Hakimiyyətinin Memarliq və Tikinti şöbəsinin xx.xx.2017-ci il tarixli məktubu, rəyi, Komitənin 15 saylı Ərazi şöbəsinin rəyi, yerquruluşundan çıxarışı əsasında DƏDKR 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Masallı rayonu, Qəriblər kəndində yerləşən 0.53 ha torpaq sahəsinə Masallı rayonu, Qəriblər Bələdiyyəsinin adına 12 mart 2018-ci il tarixli, **********46 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü və çıxarış verilmişdir. Sonra həmin torpaq sahəsinin 0.12 ha hissəsi X14 Notariat Kontorunun 03 aprel 2018-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi ilə alğı-satqı edilmiş və Ərazi İdarəsi tərəfindən 16 aprel 2018-ci il tarixli, **********46 reyestr nömrəli çıxarış və plan-ölçü verilmişdir. Bununla yanaşı həmin torpaq sahəsinin 0.06 ha hissəsi X10 Notariat Kontorunun 03 aprel 2018-ci il tarixli, ******* nömrəli alğı-satqı müqaviləsi ilə alğı-satqı edilmiş və Ərazi İdarəsi tərəfindən 16 aprel 2018-ci il tarixli, **********45 reyestr nömrəli çıxarış və plan-ölçü verilmişdir. Masallı rayonu, Qəriblər Bələdiyyəsi Notariat Kontorunun 03 aprel 2018-ci il tarixli alqı- satqı müqaviləsi ilə 0.08 ha torpaq sahəsini X1 və Mənsurə Masallı rayonu, Qəriblər kəndində yerləşən 0.08 ha torpaq sahəsinə öz adına 16 aprel 2018-ci il tarixdə **********48 nömrəli çıxarış və plan və ölçü sənədi almışdır. Masallı rayonu, Qəriblər Bələdiyyəsi Notariat Kontorunun 03 aprel 2018-ci il tarixli alğı-satqı müqaviləsi ilə 0.06 ha torpaq sahəsini İddiaçı-Mirzəli qızına satmış və Gülnaz Masallı rayonu, Qəriblər kəndində yerləşən 0.06 ha torpaq sahəsinə öz adına 16 aprel 2018-ci il tarixdə **********47 nömrəli çıxarış və plan və ölçü almışdır.İddiaçılar X4, X6 torpaq sahələrinə verilmiş alğı-satqı müqavilələrin və çıxarışların ləğvi tələbinə qarşı 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən çıxarışlar müdafiə edilmiş və iddia tələbinə qarşı 10 dekabr 2018-ci il tarixdə **********22 saylı məktubla etiraz münasibəti bildirilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(106)-145/2021 saylı qətnaməsi ilə iddiaçıların iddia tələbləri təmin edilmiş və torpaq sahələrinə verilmiş çıxarışlar ləğv edilmişdir. Həmin Şirvan Apelyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(106)- 145/2021 saylı qətnaməsini Ali Məhkəmənin 29 noyabr 2021-ci il tarixli 2(102)-6301/2021 saylı qərarı ilə dyişdirilmədən qüvvədə saxlanılmışdır.Şirvan Apelyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(106)-145/2021 saylı qətnaməsi icra üçün Masallı rayon İcra və Probasiya şöbəsinin 16 avqust 2022-ci il tarixli 30192/22-2 saylı məktubu ilə 8 saylı Cəlilabad Ərazi İdarəsinə daxil olmuşdur.Şirvan Apelyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(106)-145/2021 saylı qətnaməsinə əsasən torpaq sahələrinə dair 16 aprel 2018-ci il tarixli **********48 reyestr nömrəli çıxarış, 16 aprel 2018-ci il tarixli **********45 reyestr nömrəli çıxarış, 16 aprel 2018-ci il tarixli **********46 reyestr nömrəli çıxarış, 16 aprel 2018ci il tarixli **********46 reyestr nömrəli çıxarış, 16 aprel 2018-ci il tarixli **********47 reyestr nömrəli çıxarış ləğv edilmişdir. İnzibati iş üzrə Masallı rayonu Qəriblər Bələdiyyəsinin məhkəməyə cəlb edilməsi məqsədə müvafiqdir.Göstərilən əsaslardan görünür ki, sənədləşmə prosesləri təqdim edilmiş bələdiyyə qərarına əsasən aparılmışdır. İddiaçı Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbi əsassız və qanunsuzdur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X20 məhkəmə iclasında təqdim olunmuş yazılı etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdiş FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqanın 3-21-3-44/2- KOL-0xx-xx/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını təqdim edilmiş daşınmaz əmlakın hüquqmüəyyənedici və texniki sənədlərinə uyğun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8 və 10-cu maddələrinin tələblərinə uyğun aparır. Ərizədə göstərilən tələbin icrası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin səlahiyyəti xaricindədir.Ərizədə göstərilən tələblə bağlı aidiyyatı üzrə Masallı rayonu Qəriblər Bələdiyyəsinə və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə 210. Mülkiyyət hüququna qanun üzrə xitam verilməsinin nəticələri Mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Maddə 211. Mülkiyyət hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib - edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı fərdi yaşayış sahəsinin söküntüsünə görə kompensasiya ödənilməsinə nail olmaqdan ibarətdir. İşin müəyyən olunan hallarından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6301/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, X13 və X15 cavabdehlər Masallı rayon Qəriblər kənd Bələdiyyəsinə, Masallı regional “ASAN xidmət” Mərkəzinə, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AN- İN ******* və AN-İN ******* saylı 03 aprel 2018-ci il tarixli alğı-satqı müqavilələrinin, eləcə də iş üzrə üçüncü şəxslərlə bağlanmış eyni tipli alğı-satqı müqavilələrinin ləğv olunması, həmin müqavilələrdən irəli gələn çıxarışların etibarsız sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Masallı rayon Məhkəməsinin 2(050)-605/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin rədd olunması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2655/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1517/2020 nömrəli iş üzrə 11 mart 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Apellyasiya İnstansiyası məhkəməsinin 2(106)-146/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia təmin edilmiş, Masallı rayonu Qəriblər Bələdiyyəsi ilə X11 arasında 03 aprel 2018-ci il tarixdə bağlanmış 0,8 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair AN-İ №0647062 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16 aprel 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* qeydiyyat, **********48 reyestr nömrəli çıxarışın ləğv edilməsi, mübahisəli torpaq sahəsi üçün ödənilmiş 1600 manat pulun Qəriblər Bələdiyyəsindən tutularaq X5 ödənilməsi, Masallı rayonu Qəriblər Bələdiyyəsi ilə X17 arasında 03 aprel 2018-ci il tarixdə bağlanmış 0.6 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair AN-İ N ******* saylı daşınmaz əmlakın alğı -satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16 aprel 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* qeydiyyat, **********45 reyestr nömrəli çıxarışın ləğv edilməsi, mübahisəli torpaq sahəsi üçün ödənilmiş 1200 manat pulun Qəriblər Bələdiyyəsindən tutularaq X17 ödənilməsi, Masallı rayonu Qəriblər Bələdiyyəsi ilə X19 arasında 03 aprel 2018-ci il tarixdə bağlanmış 0.12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16 aprel 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* qeydiyyat, **********46 reyestr nömrəli çıxarışın ləğv edilməsi, mübahisəli torpaq sahəsi üçün ödənilmiş 2400 manat pulun Qəriblər Bələdiyyəsindən tutularaq X14 ödənilməsi, Masallı rayonu Qəriblər Bələdiyyəsi ilə İddiaçı arasında 03 aprel 2018-ci il tarixdə bağlanmış 0.06 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair AN-İ N ******* saylı daşınmaz əmlakın alğı -satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16 aprel 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* qeydiyyat, **********47 reyestr nömrəli çıxarışın ləğv edilməsi, mübahisəli torpaq sahəsi üçün ödənilmiş 1200 manat pulun Qəriblər Bələdiyyəsindən tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6301/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə üçüncü şəxslər X19, X7 və İddiaçı tərəfindən birgə, X19 tərəfindən ayrıca verilmi kassasiya şikayətlərinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 (106)-145/2021 nömrəli iş üzrə 21 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Beləliklə iş materialından müəyyən olunur ki, Masallı rayonu Qəriblər Bələdiyyəsi ilə X18 arasında 03 aprel 2018-ci il tarixdə bağlanmış 0.06 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair AN-İ N ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin müqavilə əsasında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16 aprel 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* qeydiyyat, **********47 reyestr nömrəli çıxarış məhkəmə qərarı əsasında ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2024 saylı xx.xx.2024-cü il tarixli məktubunun surətindən müəyyən olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin icraatında iddiaçılar X4 və X8 cavabdehlər X14, X12, İddiaçı və üçüncü şəxs Masallı rayon Qəriblər Bələdiyyəsinə qarşı “özbaşına tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılmas tələbinə dair” mülki iş Şirvan Apellyasiya Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası; Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Nəzərə almaq lazımdır ki, cavabdeh məhz etibarlı və hüquqi qüvvəyə malik hüquqmüəyyənedici sənəd, yəni Masallı rayonu Qəriblər Bələdiyyəsi ilə X18 arasında 03 aprel 2018-ci il tarixdə bağlanmış 0.06 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair AN-İ N ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə almışdır və bu zaman “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinin tələbinə uyğun davranmışdır. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İstinad olunan norma anlamında inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da hərəkət və ya hərəkətsizlik edilməsi); həmin qərarın (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması. Eyni zamanda məhkmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamənin 3-cü bəndində Xidmətin vəzifələri aşağıdakı kimi göstərilmişdir: 3.0.18. Daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23 Daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26 Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, dəymiş ziyana görə 150 000 manat kompensasiyanın ödənilməsi iddiasına cavab verməli inzibati orqan cavabdeh DƏDKR publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsin olmadığı üçün iddiaçının tələbinə baxıla bilməz. Bundan əlavə iş materialları əsasında cavabdehin hansı hərəkətləri nəticəsində iddiaçının hansı hüquqlarının (əmlak hüquqlarının və s.) və ya qanuni maraqlarının pozulması halının, o cümlədən hüquqi müdaxilənin mövcudluğu da müəyyən edilməmişdir. Başqa sözlə desək, cavabdeh inzibati orqanın hərəkətlərinin iddiaçının hansı hüquqlarının pozmasına səbəb olmasını müəyyən etmək mümkün olmamışdır. İddia ərizəsindən də göründüyü kimi hal-hazırda məhkəmə mübahisələri davam etdiyi üçün iddiaçıya məxsus daşınmaz əmlak sökülməmiş və iddiaçı tərəfindən sökülməsinə görə kompensasiya tələb edilən fərdi yaşayış evinin sökülməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halı iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış (yazılı hüquqi yardım məktubu ünvanlanmış), iddiaçı iddia tələbinə cavab verməli inzibati orqanla əvəz olunması ilə bağlı məhkəməyə yazılı müraciət olunmamışdır. İddiaçı vəsatət verərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin inzibati məhkəmə icraatına cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. (Vəsatət baxılmamış saxlanmışdır) Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinə təkrar şifahi hüquqi yardım göstərilərək cavabdeh inzibati orqanın dəqiqləşdilməsi təklif olunsa da məhkəməyə bununla bağlı ərizə daxil olmamışdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar