Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1234/2024 26.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı xx xxxxxx 1962-ci ildə Salyan rayonunda anadan olmuşdur, xx.xx.1982-cı il tarixdən (fasilələrlə) xx.xx.2001-ci il tarixədək müxtəlif idarələrdə işləmişdir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, cavabdeh 14 iyul 2023-cü il tarixli, 3-17-1/2-Q-158244/2023 saylı məktubla iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, onun xx.xx.1982-cı il tarixdən (fasilələrlə) xx.xx.2001-ci il tarixədək işlədiyi illər əmək stajı kimi nəzərə alınmaqla, ona hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməyən pensiya məbləği ödənilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X13 iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, onun 04 fevral 2022-ci ildə 60 yaşı tamam olmuşdur. Onun 60 yaşına uyğun tələb olunan 25 ildən artıq ümumi iş stajı və 12 il 6 aydan artıq zərərli iş stajı vardır. Onun xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olması NZ ******* nömrəli hərbi bilet ilə, xx.xx.1982-ci ildən xx.xx.2006-cı illərdə müxtəlif idarələrdə işləməsi NT-İ №1257810 nömrəli əmək kitabçası ilə, həmçinin xx.xx.1982xx.xx.1987, xx.xx.1993-xx.xx.2001, xx.xx.2001-xx.xx.2006-cı illərdə işlədiyi çilingər vəzifəsinin güzəşli iş stajı olması "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 16 nömrəli, "xxxx" Azərbaycan-X11 xx.xx.2008-ci il tarixli, 69 nömrəli arayışı ilə təsdiq olunur. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin 24-cü bəndinin a yarımbəndində (qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri) göstərilən vəzifədə 12 il 6 aydan artıq iş stajı, həmçinin ümumilikdə 25 ildən çox ümumi iş stajı vardır. Onun xx.xx.1982-xx.xx.1987, xx.xx.1993-xx.xx.2001-ci illərdə işlədiyi çilingər vəzifəsi qeyd olunan Siyahıda (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin 24-cü bəndinin a yarımbəndində (qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri) çilingərlər adı altında güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifə kimi nəzərdə tutulmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Q-158244/2023 nömrəli məktubundan və xx.xx.2023-cü il tarixli, 3-17-1/2-283802/2023 nömrəli etirazından görünür ki, iddiaçının pensiya hüququ verən yaş həddinə çatması, həmçinin güzəştli vəzifəsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Mübahisə iddiaçının “Qafqazenerjitəmir” İstehsalat Birliyi "xxxx" Birgə Müəssisəsinin xx.xx.1994-cü il tarixindən sonra fəaliyyətinin olmaması, xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində pensiya sığorta kapitalının qeydə alınmaması səbəbindən həmin illəri sığorta stajı kimi qəbul etmir. Məhkəmə cavabdehin mübahisələndirdiyi dövrlərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Q-158244 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş 23 iyun 2023-cü il tarixli müraciətinizə və ona əlavə olunmuş sənədlərə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz 24 iyul 1982-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçanızda və "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 16 nömrəli, "xxxx" Azərbaycan-Rusiya BM-in xx.xx.2008-ci il tarixli 69 nömrəli sizə dair arayışlarında xx.xx.1994-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində “Qafqazenerjitəmir” X1 işlədiyiniz qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı “Qafqazenerjitəmir” İstehsalat Birliyi "xxxx" birgə müəssisəsinin xx.xx.1994-cü il tarixindən sonra fəaliyyətdə olmadığı müəyyən edilib. Eyni zamanda xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində fərdi hesabınızın sığorta hissəsində pensiya sığorta kapitalı qeydə alınmayıb. Göstərilən səbəblərdən də yuxarıda qeyd olunan dövrləri iş stajınıza daxil etmək mümkün olmadığından, sizin ümumi iş stajınız 25 ildən az (14 il 3 ay 23 gün (xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1993xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər və 2009- 2013-cü illər üzrə cəmi 2 il 1 ay)), güzəştli iş stajınız isə 12 il 6 aydan az (3 il 19 gün (xx.xx.1984xx.xx.1987-ci il, xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd edilənləri nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 16 nömrəli arayışında qeyd edilmişdir ki, 1962-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən xx.xx.1982-ci ildə (əmr №-35-ok. xx.xx.1982-ci il) Əli-Bayramlı Ümumi təmiri sahəsinə təmir üzrə çilingəri peşəsinə qəbul edilib, xx.xx.1984-cü ildə (Əmr №75-ok, xx.xx.1984-cü il) Əli- Bayramlı Qazanxana avadanlıqlarının təmiri sexinə çilingəri peşəsinə keçirilib və xx.xx.1987-ci ildə (əmr № 30-ok, xx.xx.1987-ci il) Azərbaycan Respublikası Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. xx.xx.1993-cü ildə ( Əmr №-87-ok. xx.xx.1993-cü il ) “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat müəssisəsinin X3 Qazanxana Avadanlığının təmiri üzrə çilingər peşəsinə qəbul edilib, xx.xx.1994-cü ildə "xxxx" Dövlət Şirkətinin "Qafqazenerjitəmir" İstehsalat Birliyi xx.xx.1994-cü il tarixli, 61 №-li əmri ilə "xxxx" Birgə Müəssisəsi adlandırılmışdır və İddiaçı xx.xx.1994-cü ildə (Əmr №-02-km. xx.xx.1994-cü il) həmin müəssisədə 4-cii dərəcəli çilingəri peşəsinə təyin edilmişdir və xx.xx.2001-ci ildə (Əmr №-24-kş, xx.xx.2001-ci il) Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilib. xx.xx.2001-ci ildə (Əmr №-33-kş, xx.xx.2001-ci il) "xxxx" Azərbaycan-X14 müəssisəsinin Katlo-ERA Filialına Qazan avadanlıqlarının təmiri üzrə çilingər peşəsinə qəbul edilib və xx.xx.2006cı ildə (Əmr №-42-kş, xx.xx.2006-cı il) Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilib. İddiaçı işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən çilingərlərin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatfarının 2140000a-18455 saylı şifrəsinə əsasən xx.xx.1983-xx.xx.1995-ci illərdə xidmət üzrə çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. - Güzəştli pensiya üçün stajı 17 il, 09 gün təşkil edir. Hazırkı arayış işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir. "xxxx"ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş “Qafqazenerjitəmir” və "xxxx" Azərbaycan-X15 ilə eyni istehsalat profili üzrə ixtisaslaşdırılmışdır. İş materiallarında olan "xxxx" Azərbaycan-X11 xx.xx.2008-ci il tarixli, 69 nömrəli arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o həqiqətən "Qalqazenerjitəmir" İxtisaslaşdırılmış istehsalat idarəsində xx.xx.1982-ci il tarixindən (ƏMR № 35-KŞ 16.07.82) Qazan avadanlığının təmiri üzrə çilingər vəzifəsində işləmişdir. xx.xx.1987-ci ildə ƏM-nin 37 maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib (ƏMR 30.Kş. 04.05.87). xx.xx.1993-cü il tarixindən ( Əmr 87- KŞ 01.12.93) qazan avadanlığının təmiri üzrə çilingər vəzifəsinə qəbul edilib. xx.xx.2001-ci ildə öz xahişi ilə işdən azad edilib ( ƏMR 24-Kş xx.xx.2001). xx.xx.2001-ci il tarixindən (əmr 33 Kş xx.xx.2001)qazan avadanlığının təmiri üzrə çilingər vəzifəsinə qəbul edilib. xx.xx.2006-cı ildə öz xahişi ilə işdən azad edilib.(Əmr 42 Kş xx.xx.2006.) “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarında qeyd edildiyi kimi bu vəzifələr güzəştli şərtlərlə pensiya hüququna malikdir. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarı. Qeyd: "xxxx" Dövlət şirkətinin xx.xx.1994-cü il tarixli, 61 saylı əmrinə əsasən “Qalqazenerjitəmir” İİB-i "xxxx" Azərbaycan-X16 Müəssisəsi adlandırılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 01-PH/07 nömrəli arayışında qeyd edilmişdir ki, 1962-ci il təvəllüdlü İddiaçı barədə 2-1(120)3900/2023 №li, 16 noyabr 2023-cü il tarixli, sorğunuza cavab olaraq bildirilir ki, o, həqiqətən xx.xx.1982-ci ildə (əmr №-35-ok. xx.xx.1982-ci il) Əli-Bayramlı Ümumi təmiri sahəsinə təmir üzrə çilingər peşəsinə qəbul edilib, xx.xx.1984-cü ildə (Əmr № «75-ok. xx.xx.1984cü il) Əli-Bayramlı Qazanxana avadanlıqlarının təmiri sexinə çilingəri peşəsinə keçirilib və xx.xx.1987-ci ildə (əmr 30-ok, xx.xx.1987-ci il) Azərbaycan Respublikası Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. xx.xx.1993-cü ildə (Əmr №-87-ok. xx.xx.1993-cü il) “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat müəssisəsinin X3 Qazanxana Avadanlığının təmiri üzrə çilingər peşəsinə qəbul edilib. xx.xx.1994-cü ildə “Azərenerji" Dövlət Şirkətinin "Qafqazenerjitəmir" İstehsalat Birliyi xx.xx.1994-cü il tarixli, 61 №-li Əmri ilə "xxxx" Birgə Müəssisəsi adlandırılmışdır və İddiaçı xx.xx.1994-cü ildə (Əmr №-02-km. xx.xx.1994-cü il) həmin müəssisədə 4-cü dərəcəli çilingəri peşəsinə təyin edilmişdir və xx.xx.2001-ci ildə (Əmr №-24-kş, xx.xx.2001-ci il) Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilib. xx.xx.2001-ci ildə (Əmr №-33-kş. xx.xx.2001-ci il) "xxxx" Azərbaycan-X14 müəssisəsinin Katlo-ERA Filialına Qazan avadanlıqlarının təmiri üzrə çilingər peşəsinə qəbul edilib və xx.xx.2006-cı ildə (Əmr.M- 42-kş, xx.xx.2006-cı il) Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə ) əsasən işdən azad edilib. Yuxarıda qeyd edilən müəssisələr SSRİ Energetika Nazirliyinə tabe olduğuna görə X12 yarandığı zaman həmin müəssisələrin arxiv sənədləri də Rusiya Federasiyasının ərazisində (Dəqiq yerləri məlum deyildir) qalmışdır. X4 Qazanxana, Turbin və Generatorların təmiri və sazlanma işləri isə Azərbaycan Respublikası Müstəqillik qazandıqdan sonra "xxxx" ASC və onun struktur bölmələri tərəfindən yerinə yetirilir. İddiaçı işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən çilingərlərin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatlarının 2140000a-18455 saylı şifrəsinə əsasən xx.xx.1983-xx.xx.1995-ci illərdə xidmət üzrə çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Hazırkı arayış işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir. "xxxx" ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş “Qafqazenerjitəmir” və "xxxx" Azərbaycan-X15 ilə eyni istehsalat profili üzrə ixtisaslaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-283802/2023 nömrəli etirazında qeyd edilmişdir ki, icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair 2-1(120)-3900/2023 nömrəli inzibati iş vardır. Hesab edirik ki, icraatınızda olan 2-1(120)-3900/2023 nömrəli iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İşin faktiki halları, iddiaçı xx.xx.2023-cü ii tarixdə cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q-158244/2023 nömrəli imtina məktubunda bildirmişdir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş minimum sosial sığorta stajı və güzəştli iş stajı toplamadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Müvafiq imtina məktubunda qeyd edilmişdir ki, onun ümumi iş stajı 25 ildən az (14 il 03 ay 23 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər və 2009-2013-cü illər üzrə cəmi 2 il 01 ay)), iddiaçının güzəştli iş stajı isə 12 il 06 aydan az (3 i| 19 gün (xx.xx.1984xx.xx.1987-ci il, xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə X10 müraciət etmişdir. Normativ əsaslar, hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1 -ci yarımbəndinə və 4.1 -ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə aşağıdakı sənədlərə əsasən müəyyən edilir: əmək kitabçası; əmək kitabçası olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı; həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Əsaslandırma hissəsi, Cavabdeh orqana təqdim edilmiş xx.xx.1982-ci il tarixli, NT-İ ******* nömrəi əmək kitabçasında və "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 16 nömrəli, "xxxx" Azərbaycan- Rusiya BM-in xx.xx.2008ci il tarixli 69 nömrəli iddiaçıya dair arayışlarında xx.xx.1994-xx.xx.2001-ci il, xx.xx.2001xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində "Qafqazenerjitəmir” X1 işlədiyi qeyd olunmuşdur. Cavabdeh orqan tərəfindən aparılmış araşdırma zamanı “Qafqazenerjitəmir” X2 "xxxx" birgə müəssisəsinin xx.xx.1994-cü il tarixdən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində pensiya sığorta kapitalı qeydə alınmamışdır. Göstərilən səbəblərdən də yuxarıda qeyd olunan dövrləri iddiaçının iş stajına daxil etmək mümkün olmadığından, onun ümumi iş stajı 25 ildən az (14 il 03 ay 23 gün (xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1991 -ci il tarixləri arasındakı dövrlər və 2009-2013-cü illər üzrə cəmi 2 il 01 ay)), iddiaçının güzəştli iş stajı isə 12 il 06 aydan az (3 il 19 gün (xx.xx.1984-xx.xx.1987- ci il, xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdəndir ki, hal-hazırda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM-in 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair 2- 1(120)-3900/2023 nömrəli iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 13-9/2-215/9/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-yə ünvanladınız müraciətinizə (daxil olma xx.xx.2023-cü il tarixli, № 2-1(120)- 3900/2023) cavab olaraq bildiririk ki, “Qafqazenerjitəmir” İxtisaslaşdırılmış Azərbaycan- Rusiya birge İstehsalat müəssisəsi "xxxx" Dövlət Şirkətinin xx.xx.1994-cü il tarixli, 61 nömrəli əmri ilə “Azərenerji“ Dövlət Şirkətinin tərkibindən çıxarılaraq bütün fondu ilə "xxxx" Birgə müəssisəsinə verilmişdir. Nəzərinizə çatdırırq ki, "xxxx" ASC-nin arxivində "xxxx" Birgə müəssisəsinə aid heç bir sənəd yoxdur. Xahiş edirik, nəzərə alasınız. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X17 üzrə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********187000 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin qeydiyyata alınması, ləğv edilməsi və fəaliyyətinin müvəqqəti dayandırılması dövrləri barədə xx.xx.2023-cü il tarixli müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********612700 nömrəli) aidiyyəti üzrə Bakı şəhəri X17 üzrə Baş İdarəsində baxılmışdır. Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin ləğv edilməsi, yenidən təşkil olunması və hüquqi varisi barədə hər-hansı məlumat aşkar edilməmişdir. Vergi orqanının uçot baza məlumatlarına əsasən Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin xx.xx.1997-ci il tarixdə ********* nömrəli 9 rəqəmli VÖEN-lə, xx.xx.2005-ci il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN-lə vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət edilməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan məhkəmənin sorğusu əsasında göndərilmiş Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-83885/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 12 mart 2024-cü il tarixində daxil olmuş 2-1(120)-1234/2024 nömrəli sorğunuza aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, X8 "xxxx" Azərbaycan-Rusiya BM-də çilingər peşəsində işlədiyi xx.xx.1996xx.xx.1996-ci il tarixləri arasındakı dövr ona pensiya təyin edilərkən güzəştli iş stajına daxil edilib. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması, müəssisənin fəaliyyətinin olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının xx.xx.1982-ci ildən xx.xx.2006-cı illərdə müxtəlif idarələrdə işləməsi NT-İ № ******* nömrəli əmək kitabçası ilə, xx.xx.1982-xx.xx.1987, xx.xx.1993-xx.xx.2001, xx.xx.2001-xx.xx.2006-cı illərdə işlədiyi çilingər vəzifəsinin güzəşli iş stajı olması "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 16 nömrəli, "xxxx" Azərbaycan-X11 xx.xx.2008-ci il tarixli, 69 nömrəli arayışlar ilə, həmçinin "xxxx" Azərbaycan-X11 xx.xx.1994-cü il tarixdən sonra vergi ödəyicisi kimi qeydiyyatda olması, fəaliyyətinin olması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X17 üzrə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********187000 nömrəli məktubu və Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 13-9/2-215/9/2024 nömrəli məktubu ilə, həmçinin iddiaçının xx.xx.1982-xx.xx.1987, xx.xx.1993-xx.xx.2001, xx.xx.2001-xx.xx.2006-cı illərdə işlədiyi eyni müəssisədə, eyni çilingər vəzifəsinin güzəşli iş stajı kimi cavabdeh tərəfindən qəbul edilməsi isə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 83885/2024 nömrəli məktubu və ona əlavə olunmuş X7 pensiya işi ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması, müəssisənin sənədlərinin yanması müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar (müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud cavabdeh tərəfindən müəssisənin hal-hazırda fəaliyyətinin olub-olmamasının müəyyən edilə bilməməsi) iddiaçının təqsiri ilə bağlı yarana biləcək hal deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1102/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının hərbi xidmətdə olduğu və işlədiyi illər sığorta stajı kimi qəbul edilməli, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1234/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1234/2024
26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver