Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1235/2024 17.01.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı «tutduğu vəzifə ilə bağlı 2011-ci ildən ödənişi dayandırılmış məcburi köçkünlər üçün nəzərdə tutulan aylıq müavinətin xidmət illərinə görə pensiyaya çıxdığı 27 dekabr 2022-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 17 yanvar 2024-cü il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tutduğu vəzifə ilə bağlı 2011-ci ildən ödənişi dayandırılmış məcburi köçkünlər üçün nəzərdə tutulan aylıq müavinətin xidmət illərinə görə pensiyaya çıxdığı 27 dekabr 2022-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildə Füzuli rayonundan köçkün düşmüş, 2011-ci ildən etibarən tutduğu vəzifə ilə bağlı ona məcburi köçkünlər üçün nəzərdə tutulan aylıq müavinətin ödənilməsi dayandırılmışdır. 27 dekabr 2022-ci il tarixdə pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə (staja görə) pensiyaya çıxmış, lakin vahid aylıq müavinətin ödənişi bərpa edilməmişdir. xx.xx.2023-cü il tarixdə Füzuli Rayon İcra Hakimiyyətinə müraciət edərək aylıq müavinətin ödənilməsinin bərpa edilməsini xahiş etmiş, Füzuli Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-43-10/2-A-40-073/2023 nömrəli məktubu ilə vahid aylıq müavinətin ödənişinin bərpasından imtina edilmişdir. Məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndinə əsasən Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfındən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə, bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara aylıq müavinət şamil edilmir. Bildirir ki, həmin Qaydaların istinad olunan bəndində vahid aylıq müavinətin yaş həddinə görə əmək pensiyasına çıxanlara şamil olunmadığı bildirilir, halbuki, o, 27 dekabr 2022-ci il tarixdə pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə (staja görə) pensiyaya çıxmışdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: (...) dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq;.. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən edir. 1.Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); (...) 1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: (...) 2.13. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfındən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfındən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə, bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Füzuli Rayon İcra Hakimiyyəti məhkəməyə iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı əvvəllər məcburi köçkün kimi vahid aylıq müavinət almışdır. Lakin o, Dövlət Gömürük Komitəsində inspektor vəzifəsində işlədiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə müvafiq Təlimatın 2.12-ci (dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən zabitlərə və digər məsul vəzifəli şəxslərə) bəndinə əsasən ona vahid aylıq müavinətin ödənişi dayandırılmışdır. İddiaçı işdən çıxdıqdan sonra vahid aylıq müavinətinin bərpa olunması üçün müvafiq sənədləri 01 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Sosial təminat və kommunal xidmətlər şöbəsinə göndərilmişdir. Həmin sənədlərə sözügedən şöbədə baxılmışdır. Lakin, İddiaçı vahid aylıq müavinətin verilməsi mövcud Təlimatın 2.13cü (Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara) bəndinə əsasən məqsədəmüfaviq hesab edilməmişdir. Əlavə olaraq məlumat üçün bildiririk ki, rayon sakinlərinə vahid aylıq müavinətin verilməsi və yaxud da bərpa olunması prosesində Rayon İcra Hakimiyyəti və inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən vətəndaşların bütün hüquqi sənədləri hazırlanıb Azərbaycan Respublikası Qaçınların və X3 üzrə Dövlət Komitəsinin müvafiq Komissiyasına göndərilir. Komissiyada vətəndaşa vahid aylıq müavinətin verilib verilməməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili X2 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və AA seriyalı, 467545 nömrəli məcburi köçkün vəsiqəsinin surətlərindən görünür ki, xx.xx.1963-cü il tarixdə Füzuli şəhərində doğulmuş İddiaçı məcburi köçkün statusuna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 27 dekabr 2022-ci il tarixli, 1000/1068Ş nömrəli əmrinin təsdiq olunmuş surətindən görünür ki, “Beynəlxalq Dəniz Ticarəti Limanı” gömrük postunun baş inspektoru, gömrük xidməti polkovniki İddiaçı ərizəsinə əsasən “pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə” səbəbi ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan iddiaçının Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən, Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış 24 iyul 2023-cü il tarixli, 5- 43-10/2-A-40-073/2023 nömrəli məktubdan müəyyən olunur ki, iddiaçının aylıq müavinətinin bərpa edilməsinə köməklik göstərilməsi barədə müraciəti cavabdeh inzibati orqan tərəfindən Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birgə araşdırılmış və ona bildirilmişdir ki, Siz məcburi köçkün kimi vahid aylıq müavinət almışsınız. Lakin, Dövlət Gömürük Komitəsində inspektor vəzifəsində işlədiyiniz üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə müvafiq Təlimatın 2.12-ci (dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən zabitlərə və digər məsul vəzifəli şəxslərə) bəndinə əsasən Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi vahid aylıq müavinətin ödənişini dayandırmışdır. Sizin vahid aylıq müavinətinizin bərpa olunması üçün müvafiq sənədləriniz 01 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Sosial təminat və kommunal xidmətlər şöbəsinə göndərilmişdir. Həmin sənədlərə sözügedən şöbədə baxılmış, lakin Sizə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndinə əsasən Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfındən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə, bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara aylıq müavinətin şamil edilmədiyi bildirilərək təyinat məqsədəmüfaviq hesab edilməmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, İddiaçı 2011-ci ilədək məcburi köçkün kimi vahid aylıq müavinət almış, Dövlət Gömürük Komitəsində inspektor vəzifəsində işlədiyi üçün 2011-ci ildən ona vahid aylıq müavinətin ödənişi dayandırılmış, pensiya hüququ verən xidmət illərinə görə 27 dekabr 2022-ci il tarixdən pensiyaya çıxmış, xx.xx.2023-cü il tarixdə aylıq müavinətinin bərpa edilməsinə köməklik göstərilməsi barədə Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciət etmiş, vahid aylıq müavinətinin bərpa olunması üçün müvafiq sənədləri 01 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Sosial təminat və kommunal xidmətlər şöbəsinə göndərilmiş, həmin sənədlərə sözügedən şöbədə baxılmış, lakin ona vahid aylıq müavinətin verilməsi Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndinə əsasən məqsədəmüfaviq hesab edilməmişdir. İddiaçı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndinin həmin bənddə qeyd olunan sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara şamil olunduğunu, özünün isə yaş həddinə çatması ilə bağlı deyil, xidmət illərinə görə pensiyaya çıxdığını, beləliklə, həmin bəndin ona şamil olunmadığını bildirərək, aylıq müavinətin bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının yuxarıda qeyd etdiyi dəlilini əsaslı, ona aylıq müavinətin bərpa edilməsindən cavabdeh inzibati orqanın imtinasını isə əsassız hecab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndinə əsasən Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfındən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə, bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara aylıq müavinət şamil edilmir. Qeyd olunduğu kimi, İddiaçı xidmət illərinə görə pensiyaya Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 27 dekabr 2022-ci il tarixli, 1000/1068Ş nömrəli əmri ilə “Beynəlxalq Dəniz Ticarəti Limanı” gömrük postunun baş inspektoru, gömrük xidməti polkovniki rütbəsində çıxmışdır. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin 2-ci bəndinə əsasən bu Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Həmin “Əsasnamə”nin 120-ci maddəsinin 3-cü bəndinə əsasən pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Göründüyü kimi, Qanunverici gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsinin “yaş həddinə çatdığına görə” və “pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə” əsaslarını ayrı-ayrı hallar kimi nəzərdə tutmuşdur. Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsinin “yaş həddinə çatdığına görə” əsası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndinin əhatə dairəsinə daxil olduğu halda, “pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə” əsası 2.13-cü bəndinin təsir dairəsinə düşmür. Belə ki, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 27-ci maddəsində “Gömrük orqanlarının vəzifəli şəxslərinin son yaş həddi gömrük xidməti polkovniki üçün 60 yaş müəyyən edilmişdir. Lakin iş materiallarından göründüyü kimi xx.xx.1963-cü ildə doğulmuş İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/1068Ş nömrəli əmri ilə 27 dekabr 2022-ci il tarixdə, yəni son yaş həddinə çatmamış xidmət illərinə görə pensiyaya çıxmışdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh inzibati orqanın iddiaçının tutduğu vəzifə ilə bağlı 2011-ci ildən ödənişi dayandırılmış məcburi köçkünlər üçün nəzərdə tutulan aylıq müavinətinin xidmət illərinə görə pensiyaya çıxdığı 27 dekabr 2022-ci il tarixdən bərpa edilməsindən imtinasının hüquqi əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndi İddiaçı münasibətdə tətbiq oluna bilməz və həmin bəndin tələbinin iddiaçıya şamil edilməsi qanunun tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı «tutduğu vəzifə ilə bağlı 2011-ci ildən ödənişi dayandırılmış məcburi köçkünlər üçün nəzərdə tutulan aylıq müavinətin xidmət illərinə görə pensiyaya çıxdığı 27 dekabr 2022-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 75-ci, 78-79-cu, 81-ci və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı tutduğu vəzifə ilə bağlı 2011-ci ildən ödənişi dayandırılmış məcburi köçkünlər üçün nəzərdə tutulan aylıq müavinətinin xidmət illərinə görə pensiyaya çıxdığı 27 dekabr 2022-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən ona ödənilməsi öhdəliyi cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1235/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1235/2024
17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver