Məhkəmə qərarları › İş №2-1(120)-1236/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1236/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1236/2020 03.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və X6 Naziriliyi tabeliyində Dövlət X12 publik hüquqi şəxsin Lerik rayon filialına qarşı xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum əri X8 ödənilməli olan iki ay pensiya məbləğinin və dəfn xərcinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum əri X8 ödənilməli olan iki ay pensiya məbləğinin və dəfn xərcinin verilməsi üçün cavabdeh Dövlət X7 Lerik rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxx 2020-ci il tarixli, **********6 nömrəli məktubla ona imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum əri X8 ödənilməli olan iki ay pensiya məbləğinin və dəfn xərcinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasınıxahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Lerik rayon Dizdipok kəndində qeydiyyatda olmaqla yaşayır. Mərhum əri X3 plevral mezotelioma. cT3N2M1.İV İVKLQR. Xroniki tənəffüs çatışmamazlığı İİ dərəcə sol ağciyərin, boyun, çənəltı, körpücüküstü və qolaltı linfas vəzilərinin MTS-Xroniki anemiya, şiş intoksikasiyası diaqnozu ilə xx xxx 2019-cu il tarixində 1-ci dərəcəli müddətsiz əlillik təyin olunmuşdur. Mərhum ərinin vəziyyətinin tez-tez pisləşməsi və daimi həkim nəzarətində olmaqla yardıma möhtac olduğu üçün Əmək və X6 Nazirliyi yanında Dövlət X7 Lerik rayon şöbəsinə əlilliyin rəsmiləşdirilməsindən ötrü müraciət edə bilməmişdir. Mərhum əri X11 xx xxxx 2019-cu il tarixdə ağ ciyər xərçəngindən vəfat etmişdir. Dövlət X7 Lerik rayon şöbəsinə ərizə ilə müraciət edərək 24 .06.2019-cu il tarixdə ağ ciyər xərçəngindən vəfat etmiş mərhum əri X8 ödənilməli olan iki ay pensiya məbləğinin və dəfn xərcinin ona verilməsini istəsə də, Dövlət X7 Lerik rayon şöbəsi xx xxx 2020-ci il tarixli, **********6 saylı məktubla cavab olaraq bildirmişdir ki, mərhum əri X11 DSMF-nin Lerik rayon şöbəsinə müraciət etmədiyindən ona pensiya və ya müavinət təyin edilmədiyindən dəfn xərcinin və iki aylıq pensiya məbləğinin verilməsi DSMF Lerik rayon şöbəsinin imkanı xaricindədir. Mərhum ərinin vəziyyətinin tez-tez pisləşməsi və daimi həkim nəzarətində olmaqla yardıma möhtac olduğu üçün Əmək və X6 Nazirliyi yanında Dövlət X7 Lerik rayon şöbəsinə əlilikin rəsmiləşdirilməsindən ötrü müraciət edə bilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət X7 Lerik rayon şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Cavabdeh Əmək və X6 Naziriliyi tabeliyində Dövlət X12 publik hüquqi şəxsin Lerik rayon filialına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, ancaq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X5 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lerik rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lerik rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum əri X8 ödənilməli olan iki ay pensiya məbləğinin və dəfn xərcinin verilməsini tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçıxx.xx.1968-ci il tarixdə anadan olmuş, Lerik rayonu, Dizdipok kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Lerik rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, V-ЖГ 297774 nömrəli çıxarışdan görünür ki, X11 ilə İddiaçı nikahları bağlanmış və bu barədə xx.xx.1990-cı il tarixdə Lerik rayonu, Daster icra nümayəndəsinin xx.xx.1990-cı il tarixli, 01 nömrəli kitabın 13 səhifəsində qeyd edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, AZ-İ 987920 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi X1 sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında elektron çıxarışdan görünür ki, X8 xx.xx.2019-cu il tarixdə birinci dərəcəli əlillik təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********0 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci bəndinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Həmin qanuna əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Müraciət edən şəxsin əmək pensiyası hüququ olmadığı hallarda əmək pensiyası təyin edən orqan pensiya təyin olunmasından imtina edilməsi barədə qərarı 5 gün ərzində imtinanın səbəblərini göstərmək şərtilə bütün sənədlərlə birlikdə ərizəçiyə göndərir. Həmçinin sözügedən Qanunun 42.2-ci bəndində göstərilir ki, əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Nazirlik yanında Dövlət X7 Lerik rayon şöbəsinin təqdim etdiyi məlumata əsasən müraciətdə qeyd olunmuş mərhum həyat yoldaşı X8 xx.xx.2019-cu il tarixdə birinci dərəcə əlillik təyin edilmiş, lakin vəfat etdiyi tarixədək özü və ya qanuni nümayəndəsi tərəfindən əlilliyə görə əmək pensiyası və ya sosial müavinət təyin edilməsi ilə bağlı şöbəyə müraciət daxil olmamışdır. İşdə olan Dövlət X7 Lerik rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, mərhum həyat yoldaşı X8 xx.xx.2019-cu il tarixdə birinci qrup əlillik təyin edilmiş, lakin vətəndaş Dövlət X7 Lerik rayon şöbəsinə müraciət etmədiyindən ona pensiya və ya müavinət təyin edilməmişdir. Buna görə də vətəndaş xx.xx.2019-cu il tarixdə rəhmətə getdiyi üçün ona dəfn pulu və pensiyanın verilməsi Dövlət X7 Lerik rayon şöbəsinin imkan xaricindədir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasənəlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin: 42.1-ci maddəsinə əsasən əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. 42.2-ci maddəsinə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. 42.3-cü maddəsinə əsasən əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət həmin şəxslərə ödənilir. 42.4-cü maddəsinə əsasən dəfn üçün müavinətin ödənişinin maliyyələşdirilməsi əmək pensiyası ödənişinin maliyyə mənbələrinə uyğun qaydada həyata keçirilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mərhum həyat yoldaşı X8 xx.xx.2019cu il tarixdə birinci dərəcə əlillik təyin edildiyi, lakin vəfat etdiyi tarixədək özü və ya qanuni nümayəndəsi tərəfindən əlilliyə görə əmək pensiyası və ya sosial müavinət təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət edilmədiyi, bununla da iddiaçının mərhum həyat yoldaşı X11 əmək pensiyaçısı olmadığı üçün iddiaçıya iki ay pensiya məbləğinin və dəfn xərcinin verilməməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanuna zidd sayıla bilməz. Odur ki, cavabdehin hərəkətləri qanunsuz olmadığından, iddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum əri X8 ödənilməli olan iki ay pensiya məbləğinin və dəfn xərcinin verilməsini tələb etməkdə haqlı deyil. Başqa sözlə, cavabdehin “imtina”sı qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı cavabdeh Əmək və X6 Naziriliyi tabeliyində Dövlət X12 publik hüquqi şəxsin Lerik rayon filialına qarşı xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum əri X8 ödənilməli olan iki ay pensiya məbləğinin və dəfn xərcinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Мəhkəmə hesab edir ki, prosessal xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və X6 Naziriliyi tabeliyində Dövlət X12 publik hüquqi şəxsin Lerik rayon filialına qarşı xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum əri X8 ödənilməli olan iki ay pensiya məbləğinin və dəfn xərcinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə(Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar