Məhkəmə qərarları › İş №2-1(120)-1237/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1237/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1237/2020 20.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh İmişli rayon Qaragüvəndikli bələdiyyəsinə qarşı xx.xx.2020-ci il tarixli 02 və 04 nömrəli qərarlarının etibarsız hesab edilməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İmişli rayon Qaragüvəndikli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli 02 və 04 nömrəli qərarlarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxslər X2 və X3 iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin qaytarılması ilə bağlı hər hansı qaydanı müəyyən etmədiyindən, məhkəmə hazırki vəziyyətdə məsələnin nizama salınması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarının tətbiq edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 254-cü, 255-ci, 261.0.1-ci, 261.0.3-cü və 261.0.6-cı, 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmədə mülki (iqtisadi və inzibati mübahisələrin) işlərin başlanması bir qayda olaraq məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, icraatın sonradan davam etdirilibetdirilməməsi də məhz iddiaçının iradəsindən asılıdır. İddiaçının iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını tələb etməsi, icraatın davam etdirilməsini mümkünsüz edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmçinin, iddiaçıya izah olunur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması onun yenidən eyni tələblə məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia mümkün sayılmamalı, iddiaçının ərizəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci, 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh İmişli rayon Qaragüvəndikli bələdiyyəsinə qarşı xx.xx.2020-ci il tarixli 02 və 04 nömrəli qərarlarının etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmasın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar