Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1237/2022 23.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 23 sentyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şətrlərlə yaşa görə əmək pensiyasının təmin edilməsinin imtina olunmasının qanunsuz hesab edilməsi və pensiya hüququnun yarandığı 11 may 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1959-cu il tarixdə Salyan şəhərində anadan olmuşdur. Ailəlidir, 3 uşağı var. Uzun müddət o, müxtəlif yerlərdə mıixtəlif sahələrdə işləmişdir. Qeyd edir ki, o, 25 may 1977-ci il tarixdən əmək fəaliyyətinə başalmışdır. Eləcə də onun iş şəraiti xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək zərərli iş şəraitində keçirilmişdir. Əmək fəaliyyətinə dair bütün qeydlər ИТ-İ № ******* saylı əmək kitabçasında aparılmışdır. Güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Miidafıə Foııdunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Azərbaycan Respublikasınm Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Mıidafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********1 saylı, 04 fevral 2022-ci il tarixli məktubu ilə onun “güzəştli iş stajı 10 ildən az (2 il 7 ay 9 gün, yəni xx.xx.1977-xx.xx.1980-ci il tarixləri arasındakı dövr) təşkil etdiyindən imtina verilmişdir. Qeyd edir ki, 18 avqust 1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək iş şəraiti zərərli iş şəraitində keçirilmişdir. Əmək fəaliyyətinə dair bütün qeydlər əmək kitabçasında aparılmışdır. 18 avqust 1977-ci il tarixində X11 Emalı Zavodunda isti üsulla kütlədən məmulatların presləyiciləri şagirdi peşəsinə işə qəbul edilmişdir. O, əmək fəaliyyəti ilə əlaqədar bütün sənədləri, o cümlədən əmək kitabçasını, zərərli işdə çalışmağı barədə Azərbaycan Respublikası “X11 Emalı” ASC-nin 01-36 saylı, 07 dekabr 2021-ci il tarixli Arayışını Azərbaycan Respublikası Dövlət Sosial Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etsə də, bugunki dövrdə zərərli işdə çalışmağına dair təqaüdü ala bilməmişdir. Göstərilən bu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı» XXXlİİ-cü fəsil. “Ümumi Peşələr” 23200000-17008 koduna əsasən tərkibində plastik kütlədən məmulatların presləyiciləri, eləcə də 2110A010 koduna əsasən plastik kütlələrdən, plaştik kütlələr, viniplast, polixlorvini 1 plastikatı (*). fenol və karbomid plastikatları, üzvü süsədən məmulatların, poliamidin, polimetakril birləşmələrin, stirol və onun polimerkimilərinin əsasında plastik kütlələr: zəylər: sintetik korundu: mineral doldurucuları. 2110A020 koduna əsasən əridicilərin rekuperasiyasında və rektifikasiyasında, kinomaterialların gümüs tərkibli tullantılarının regenerasiyasında, 1 №-li Siyahıda sadalanmıs bərk, maye və qaz halında tullantıların emal olunması və istifadə edilməsi sexlərində (bölmələrdə, sahələrdə): qazogenerator sexlərinin və texnoloji təyinatlı stansiyaların işlərində; 1 №-li Siyahıda sadalanmıs cənlərin, tutumların və kimyəvi aparatların tənzimlənməsində, zərərli kimyəvi məhsulla istifadə olunmuş qaytarılan qabların yuyulmasında və emalında; çirkab sənaye sularının neytrallasdırılmasında və təmizlənməsində, zərərli buxar və qazların zərərsizləsdirilməsində: 1 №-li siyahıda sadalanmış kağız (polietilen) kisələrdə qablanmış kimya məhsullarının üyüdülməsində, qurudulmasında, qarışdırılmasında, əridilməsində, 1080B000-17541 koduna əsasən məhsul istehsalında texnoloji proseslərdə tam is günü məşğul olan xalq təsərrüfatında və sənayenin başqa sahələrində müəssisələrin ustaları və fəhlələr: qeyri-üzvü kimya, gübrələr, polimerlər, plastik kütlələr, kompozik materiallar, süsə plastik və poliuretanlar. (o cümlədən tozlama üsulu ilə). Kauçuklar, lak-boyama, məisət kimyası, üzvi sintez, sintetik rəngləyicilər, neft-kimya, rezin texniki və azbest, kimyəvi bəndləri ilə güzəştli alma hüququ verir. «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunu 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. Həmin Qanunun 31-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 37.7-ci maddəsinə görə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondu tərəfındən təsdiq olunmuş 24 novabr 2011-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının mliəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq sürətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmavaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və xüsusi ilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1-nömrəli Siyahısı və “əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədəıı diişmüşdür) əsasında müəyyən edilir. O, əmək fəaliyyəti ilə əlaqədar bütün sənədləri, o cümlədən əmək kitabçasını, zərərli işdə çalışmağı barədə arxiv arayışını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdatləsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etsə də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilməsi ona iş stajının olmaması səbəbindən imtin edilmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi Kollegiyasının 1 1.12.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.10-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmıış normalar əsasında təyin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 38.3-cü maddəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda. xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının təqdim etdiyi sənədlərdə onun xx.xx.1977-xx.xx.1994-cü illər ərzində X11 Emalı zavodunda isti üsulla plastik kütlələrdən plastik kütlə hazırlayan Presləmə sexində plastik kütlədən məmulatların presləyici peşəsində çalışdığı qeyd edilmişdir. Lakin iddiaçının işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə inzibati orqan tərəfindən aidiyyəti üzrə sorğu verilmişdir. Həmin sorğuya daxil olmuş cavabda iddiaçının xx.xx.1977-xx.xx.1980-ci illərdə (02 il 07 ay 09 gün) presləyici, xx.xx.1980-xx.xx.1994-cü illərdə isə çilingər peşəsində çalışdığı bildirilmişdir. Göründüyü kimi, inzibati orqan tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçının güzəştli iş stajının 10 ildən az, yəni 2 il 07 ay 09 gün təşkil etdiyi müəyyənləşdirilmişdir. Beləliklə, iddiaçının pensiya hüququnun yaranması üçün tələb edilən şərtlərdən biri onun güzəştli iş stajına malik olmasıdır. Lakin bu hal təkzib edilir. Odur ki, inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X11 Emalı” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021ci il tarixli, 01-36 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən (Əmr 18 “K” xx.xx.1977) X11 Emalı zavodunda isti üsulla plastik kütlələrdən plastik kütlə hazırlayan (məhsullar) Presləmə sexinə Plastik kütlədən məmulatların presləyiciləri kimi şagird qəbul edilmişdir. xx.xx.1977-ci il tarixində 1-ci dərəcə verilmişdir (Əmr 104 “K” xx.xx.1977); xx.xx.1978-ci il tarixində 2-ci dərəcə verilmişdir (Əmr 202 “K” xx.xx.1978); xx.xx.1979-cu il tarixində 3-cü dərəcə verilmişdir (Əmr 146 “K” xx.xx.1979); xx.xx.1994-cü il tarixindən Dəftərxana şöbəsinə kodifikator-teletayipçı keçirilmişdir (Əmr 49 “K” xx.xx.1994); xx.xx.1998-ci il tarixindən Doğrayıcı Sahəyə 4-cü dərəcəli doğrayıcı keçirilmişdir (Əmr 119 “K” xx.xx.1998); xx.xx.2000-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndinə əsasən (ixtisarla) işdən azad edilmişdir (Əmr xx.xx.2000). 16 il 07 ay 08 gün plastik kütlələrdən plastik məhsullar istehsal edən presləmə sexində plastik kütlədən məmulatların presləyicisi işləmişdir (Ümumi Peşələr bölməsi 35). Cəmi Güzəştli- 16 il 07 ay 08 gün (ümumi 23 il 02 ay 05 gün) ona isti üsulla plastik kütlələrdən plastik kütlələr (məhsullar) hazırlayan sahədə plastik kütlələrin məmulatların presləyicisi işləməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarına əsasən Ümumi peşələr bölməsi 35 (Plastik kütlədən məmulatların Presləyiciləri) əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxamağa hüquq verir. İş materiallarında olan “X11 Emalı” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 01-13 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1977-ci il tarixindən xx.xx.2000-ci il tarixinə kimi “X11 Emalı” zavodunda işləmişdir. “X11 Emalı” zavodu Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Özəlləşdirmə Departamentinin 29 yanvar 2002-ci il tarixli, 33 saylı Sərancamına əsasən “X11 Emalı” Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş və zavoda aid sənədlər X9 Filialına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 2 saylı X2 Pensiya təminatı şöbəsinin böyük mütəxəsisi X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X2 Pensiya təminatı şöbəsinin mütəxəsisi X4, X9 rayon filialının arxivçisi X1 iştirakı ilə tərtib edilmiş 03 fevral 2022-ci il tarixli, 1 nömrəli Akdan görünür ki, vətəndaş Məmmədova (Yahyayeva) Ceyran Hacağa qızının xx.xx.1977-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində X11 emalı zavodunda (hazırki X11 Emalı ASC) iş stajı faktını Salyan rayon Dövlət Arxivində saxlanılan əmr və əmək haqqı kitablarına əsasən yoxlanıldı. Yoxlanma zamanı İddiaçı adına olan faktlar aşağıda qeyd edilən qaydada müəyyən edildi: 1). xx.xx.1977-ci il tarixli 58-K nömrəli əmrin 8-ci paraqrafında qeyd olunur ki, Press sexinə presləyici şagird qəbul edilsin; 2) xx.xx.1977-ci il tarixli 104-K nömrəli əmrin paraqrafında qeyd olunur ki, xx.xx.1977-ci il tarixdən İ dərəcə verilsin; 3) xx.xx.1979-cu il tarixli 145-K nömrəli əmrin paraqrafında qeyd olunur ki, İİ dərəcədən İİİ dərəcə verilsin; 4) xx.xx.1980-ci il tarixli 26-K nömrəli əmrin paraqrafında qeyd olunur ki, İİ dərəcə çilingər xx.xx.1979-xx.xx.1980-ci illər dövrünə əsasən 18 günlük əmək məzuniyyəti verilsin; 5) xx.xx.1981-ci il tarixli 59-K nömrəli əmrin paraqrafında qeyd olunur ki, xx.xx.1981-ci il tarixdən İİ dərəcə çilingərə İİİ dərəcə verilsin; 6) xx.xx.1982-ci tarixli 85-K nömrəli əmrin 2-ci paraqrafında qeyd olunur ki, İİİ dərəcə çilingərə xx.xx.1981-xx.xx.1982-ci illər dövrünə əsasən 24 günlük əmək məzuniyyəti verilsin; 7) xx.xx.1983-cü il tarixli 79-K nömrəli əmrin 2-ci paraqrafında qeyd olunur ki, İİİ dərəcə çilingərə xx.xx.1982-xx.xx.1983-cü illər dövrünə əsasən 24 günlük əmək məzuniyyəti verilsin; 8) xx.xx.1984-cü il tarixli 55-K nömrəli əmrin 2-ci paraqrafında qeyd olunur ki, İİİ dərəcə çilingərə xx.xx.1984-xx.xx.1984-cü il tarixədək xəstəlik vərəqəsinə əsasən əmək məzuniyyəti verilsin; 9) xx.xx.1985-ci il tarixli 119-K nömrəli əmrin 6-cı paraqrafında qeyd olunur ki, İİİ dərəcə çilingərə xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək doğuma qədər məzuniyyətə buraxılsın; 10) xx.xx.1987-ci il tarixli 60-K nömrəli əmrin 2-ci paraqrafında qeyd olunur ki, İİİ dərəcə çilingərə xx.xx.1986xx.xx.1987-ci illər məzuniyyəti verilsin; 11) xx.xx.1988-ci il tarixli 14-K nömrəli əmrin 8-ci paraqrafında qeyd olunur kı, İİİ dərəcə çilingərə xx.xx.1987-xx.xx.1988-ci illər dövrünə əsasən 24 günlük əmək məzuniyyəti verilsin; 12) xx.xx.1988-ci il tarixli 110-K nömrəli əmrin 10-cu paraqrafında qeyd olunur ki, XİX № 737173 əsasən Məmmədova soyadına keçirilir; 13) xx.xx.1989-cu il tarixli 101-K nömrəli əmrin 5-ci paraqrafında qeyd olunur ki, İİİ dərəcə çilingərə xx.xx.1988-xx.xx.1989-ci illər dövrünə əsasən 24 günlük əmək məzuniyyəti verilsin; 14) xx.xx.1990-cı il tarixli 113-K nömrəli əmrin 7-ci paraqrafında qeyd olunur ki, İİ dərəcə çilingər xx.xx.1990-cı ildən xx.xx.1991-ci il tarixədək analıq məzuniyyəti verilsin; 15) xx.xx.1991 -ci il tarixii 136-K nömrəli əmrin 4-cü paraqrafında qeyd olunur ki, İİ dərəcə çilingərə xx.xx.1991-xx.xx.1991 -ci illər dövrünə əsasən 24 günlük əmək məzuniyyəti verilsin; 16) 12.01,1994-cü il tarixli 5-K nömrəli əmrin 9-cu paraqrafında qeyd olunur ki, HÖC və Avtomatika şöbəsinin İİİ dərəcəli çilingəri 03.01,1994-cü il tarixdən dəftərxanaya koolifikator-teletayçı keçirilsin; 17) xx.xx.1998-ci il tarixli 119-K nömrəli əmrin 9-cu paraqrafında qeyd olunur ki, dəftərxana şöbəsinin teletayipçisi 01.101998-ci il tarixdən doğrayıcı sahəyə İV dərəcəli doğrayıcı keçirilsin; 18) xx.xx.2000-ci il tarixli 94-K nömrəli əmrin 8-ci paraqrafında qeyd olunur ki, doğrayıcı sahəsinin İV dərəcəli doğrayıcısı xx.xx.2000-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən işdən azad edilsin. X11 emalı zavodu (hazırki X11 Emalı ASC) xx.xx.1990-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində məcburi dövlət sığorta haqlarının ödənilməsinə cəlb edilmişdir. İş materiallarında olan “X11 Emalı” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 01-22 nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüquqi verən X11 X8 Sexinə isti üsülla plastik kütlələrdən plastik kütlə hazırlayan (məhsullar) Plastik kütlədən məmulatların presləyiciləri kimi xx.xx.1977-ci il tarixli, 18 “K” saylı əmrə əsasən şagird kimi işə qəbul edilmişdir. xx.xx.1977-ci il tarixli, 104 “K” saylı əmrə əsasən 1-ci (birinci) dərəcə verilmişdir. xx.xx.1978-ci il tarixli, 202 “K” saylı əmrə əsasən 2-ci (ikinci) dərəcə verilmişdir. xx.xx.1979-cu il tarixli, 146 “K” saylı əmrə əsasən 3-cü (üçüncü) dərəcə verilmişdir. xx.xx.1994 - cü il tarixindən 49 “K” saylı əmrə əsasən Dəftərxana Şöbəsinə kodifikator-teletayipçı kecirilmişdir. xx.xx.1998-ci il tarixli, 119 “K” saylı əmrə əsasən Doğrayici Sahəyə 4-cü dərəcəli doğrayıcı kecirilmişdir. xx.xx.2000-ci il tarixli, 94 “K” saylı əmrə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin B) bəndinə əsasən (ixtisarla) işdən azad edilmişdir. xx.xx.1977-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 23 il 2 ay 5 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1 saylı əlavənin 10800000 Vİİİ Kimya Bölməsinin 1080AOO-17541-(A,Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri) və 1080B000- 17541-( B. Məhsul istehsalında texnoloji proseslərdə tam iş günü məşğul olan xalq təsərrüfatında və sənayenin başqa sahələrində müəssisələrin ustaları və fəhlələr; qeyriüzvü kimya, gübrələr, polimerlər, plastik kütlələr, kompozik materiallar, şüşə plastik və poliuretanlar, (o cümlədən tozlama üsulu ilə), kauçuklar, lak-boyama, məişət kimyası, üzvi sintez, sintetik rəngləyicilər, neft-kimya, rezin texniki və azbest, kimyəvi) bəndlərinə; İX. Təkrarlama materialların istehsalı - 2110B000-1753a(B. Məhsul istehsalının texnoloji prosesində tam işgünü məşğul olan sənayenin və xalq təsərrüfatının digər sahələrinin müəssisələrinin fəhlələri və ustaları: qeyri-üzvi kimya, kübrələr, polimerlər, plastik kütlələr (kompozisiya materialları və şüşə plastiki də daxil olmaqla), kauçuklar, lak-boyaq, foto texniki, məişət kimyası, üzvi sintez, sintetik boyayıcılar, neft kimyası, rezintexniki və azbest, kimyəvi reaktivlər, iş zonasının havasında 3-cü sinif təhlükəli zərərli maddələr olan ayrı-ayrı sexlərdə, bölmələrdə, sahələrdə və qurğularda yüksək təmizlikli maddələr) ; 2 saylı əlavənin ******* - X. Kimya istehsalatı 2110A00 (A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri.) 2110A010 -(dekorativ, emulsiya, sürtülmüş, bədii, keramik, quru boyaq, xalis əlifdə boyaq; yodbrom suyu (hasilat və hazırlama); polietilendən məmulatlar, polietilen və onların məmulatları əsasında kompozisiyalar; ftor-xlor-üzvi birləşmələrin əsasında polimerkimilərdən və polimerlərdən məmulatlar; isti üsul ilə məmulatlar: plastik kütlələrdən, plastik kütlələr, viniplast, polixlorvinil plastikatı (*), fenol və karbomid plastikatları, üzvü şüşədən məmulatların, poliamidin, polimetakril birləşmələrin, stirol və onun polimerkimilərinin əsasında plastik kütlələr; zəylər; sintetik korundu; mineral doldurucuları; dolama məmulatları; akril və metakril birləşmələri əsasında plastik kütlələr; süni qaragül lifi əsasında plastik dəri (*) və süni dərilər (*); lifin kimyəvi hazırlanma şöbəsi; təbii və quyusodası (hasilatı); parçaların hopdurulması və emalı (*), təbii sulfatın və tenarditin hasilatı; rezin, texniki rezin və şin;) ; 2110A07a-16970 (presləyicilər) bəndlərinə və XXXİİİ Ümümi peşələr bölməsinin 23200000-17008 plastik kütlədən məmulatların presləyiciləri saylı bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Özələşdirmə Departamentinin 29 yanvar 2002-ci il tarixli, 33 saylı sərəncamına əsasən “X11 Emalı” zavodu “X11 Emalı” ASC-nə cevrilmişdir İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) plastik kütlədən məmulatların presləyiciləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz MT-İ ******* nömrəli əmək kitabçanızda və “X11 Emalı” ASC-nin sizə dair 7 dekabr 2021-ci il tarixli 01-36 nömrəli arayışında sizin xx.xx.1977- 03.01,1994-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə presləyici işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz dövrün dəqiqləşdirilməsi ilə bağlı tərəfimizdən aidiyyəti üzrə sorğu verilmişdir. Sorğumuza daxil olmuş müvafiq cavabda sizin xx.xx.1977-xx.xx.1980-ci il tarixləri arasındakı dövr ərzində presləyici, xx.xx.1980-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində isə çilingər işlədiyiniz bildirilmişdir. Bu səbəbdən də sizin güzəştli iş stajınız 10 ildən az (2 il 7 ay 9 gün (xx.xx.1977-xx.xx.1980-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsindəgöstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olanşəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1). iddiaçının 55 yaşının tamam olması; 2). 20 il ümumi iş stajının mövcud olması; 3). 10 il güzəştli iş stajının mövcud olması. Cavabdeh iddiaçının 55 yaşının tamam olmasını; 20 il ümumi iş stajının mövcud olmasını mübahisələndirmir. İşdə mövcud olan sənəd və sübutlar da bu halları təsdiq edir. Cavabdehin əsas mübahisələndirdiyi məsələ iddiaçının 10 il güzəştli iş stajının mövcud olmaması ilə bağlıdır. Belə olan halda, qiymət verilməli olan yeganə məsələ iddiaçının xx.xx.1980-ci ildən xx.xx.1994-cü ilə kimi “X11 Emalı” zavodunda işlədiyi çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun olmamasıdır. Məhkəmə cavabdehin sözügedən dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarında olan “X11 Emalı” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022ci il tarixli, 01-22 nömrəli arayışından görünür ki, iddiaçının işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1 saylı əlavənin 10800000 Vİİİ Kimya Bölməsinin 1080AOO-17541-(A,Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri) və 1080B000-17541-( B. Məhsul istehsalında texnoloji proseslərdə tam iş günü məşğul olan xalq təsərrüfatında və sənayenin başqa sahələrində müəssisələrin ustaları və fəhlələr; qeyri-üzvü kimya, gübrələr, polimerlər, plastik kütlələr, kompozik materiallar, şüşə plastik və poliuretanlar, (o cümlədən tozlama üsulu ilə), kauçuklar, lak-boyama, məişət kimyası, üzvi sintez, sintetik rəngləyicilər, neft-kimya, rezin texniki və azbest, kimyəvi) bəndlərinə; İX. Təkrarlama materialların istehsalı - 2110B000-1753a(B. Məhsul istehsalının texnoloji prosesində tam işgünü məşğul olan sənayenin və xalq təsərrüfatının digər sahələrinin müəssisələrinin fəhlələri və ustaları: qeyri-üzvi kimya, kübrələr, polimerlər, plastik kütlələr (kompozisiya materialları və şüşə plastiki də daxil olmaqla), kauçuklar, lak-boyaq, foto texniki, məişət kimyası, üzvi sintez, sintetik boyayıcılar, neft kimyası, rezintexniki və azbest, kimyəvi reaktivlər, iş zonasının havasında 3-cü sinif təhlükəli zərərli maddələr olan ayrı-ayrı sexlərdə, bölmələrdə, sahələrdə və qurğularda yüksək təmizlikli maddələr) ; 2 saylı əlavənin ******* - X. Kimya istehsalatı 2110A00 (A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri.) 2110A010 -(dekorativ, emulsiya, sürtülmüş, bədii, keramik, quru boyaq, xalis əlifdə boyaq; yodbrom suyu (hasilat və hazırlama); polietilendən məmulatlar, polietilen və onların məmulatları əsasında kompozisiyalar; ftor-xlor-üzvi birləşmələrin əsasında polimerkimilərdən və polimerlərdən məmulatlar; isti üsul ilə məmulatlar: plastik kütlələrdən, plastik kütlələr, viniplast, polixlorvinil plastikatı (*), fenol və karbomid plastikatları, üzvü şüşədən məmulatların, poliamidin, polimetakril birləşmələrin, stirol və onun polimerkimilərinin əsasında plastik kütlələr; zəylər; sintetik korundu; mineral doldurucuları; dolama məmulatları; akril və metakril birləşmələri əsasında plastik kütlələr; süni qaragül lifi əsasında plastik dəri (*) və süni dərilər (*); lifin kimyəvi hazırlanma şöbəsi; təbii və quyusodası (hasilatı); parçaların hopdurulması və emalı (*), təbii sulfatın və tenarditin hasilatı; rezin, texniki rezin və şin;) ; 2110A07a-16970 (presləyicilər) bəndlərinə və XXXİİİ Ümümi peşələr bölməsinin 23200000-17008 plastik kütlədən məmulatların presləyiciləri saylı bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Bundan əlavə, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 04 fevral 2022-ci il tarixli **********1 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 2021-ci ilin dekabr ayının 13-də müraciət etmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı işlədiyi dövlər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı 55 yaşdan, yəni, xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (13 dekabr 2021-ci il) əvvəlki illər üçün, yəni 13 dekabr 2018-ci il tarixdən 13 dekabr 2021-ci il tarixədək hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı işlədiyi dövlər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı 55 yaşdan, yəni, xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (13 dekabr 2021-ci il) əvvəlki illər üçün, yəni 13 dekabr 2018-ci il tarixdən 13 dekabr 2021-ci il tarixədək hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1237/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1237/2022
23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver