Məhkəmə qərarları › İş №2-1(120)-1237/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1237/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1237/2023 02.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1995-xx.xx.2000-ci illərdə “Elburus” fermer təsərrüfatında xx.xx.2000xx.xx.2006-cı illərdə” “Xıl” SİB-də işlədiyi illər nəzərə alınaraq hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə kimi “Çapayev” adına sovxozda, xx.xx.1977-xx.xx.1979-cu il tarixlərdə hərbi xidmətdə, xx.xx.1980-xx.xx.1980-cı il tarixdə “Çapayev*’ adına sovxozda, xx.xx.1980-xx.xx.1994-cü il tarixlərdə X14 refrijator qatarının mexaniki, xx.xx.1995-xx.xx.2000-ci il tarixlərdə “Elbrus” fermer təsərrüfatında, xx.xx.2000-xx.xx.2006-cı il tarixlərdə isə “Xıl” SİB-də işlədiyi illər əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması və pensiya hüququnun yarandığı vaxtdan hazıradək ödənilməmiş qalan məbləğin ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1995xx.xx.2000-ci illərdə “Elburus” fermer təsərrüfatında xx.xx.2000-xx.xx.2006-cı illərdə” “Xıl” SİBdə işlədiyi illər nəzərə alınaraq hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə kimi “Çapayev” adma sovxozda işləmiş, xx.xx.1977-xx.xx.1979-cu il tarixlərdə hərbi xidmətdə olmuş, xx.xx.1980- xx.xx.1980-cı il tarixdə yenidən “Çapayev” adına sovxozda, xx.xx.1980xx.xx.1994-cü il tarixlərdə X14 refrijator qatarının mexaniki, xx.xx.1995-xx.xx.2000-ci il tarixlərdə “Elbrus” fermer təsərrüfatında, xx.xx.2000-xx.xx.2006-cı il tarixlərdə isə “Xıl” SİB- də işləmişdir. Ümumilikdə iş stajı 25 ildən artıqdır və həmin dövrün 13 il 08 ay 09 gününü əmək şəraiti zərərli olan işlərdə işləmiş, lakin ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmamışdır. Halbuki, onun işlədiyi illər hamsı əmək kitabçasında qeyd olunmuş və təsdiq olunmuşdur. İşlədiyi dövrdə əmək haqqı almış və əmək kitabçasına qeydlər aparılmışdır. Sadə işçi olmuş və çalışmış, sığorta haqqının ödənilməməsi onun pensiya hüququnun pozulmasına səbəb olmalı deyildir. Həmçinin, ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunmadığı üçün hüququnun yarandığı vaxtdan hazıradək ödənilməmiş pensiya ona ödənilməlidir. Həmçinin, güzəştli şərtlərlə pensiya təyin olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin Sosial Ödənişlərin Təyinat İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktub əsasında pensiya təyin olunmasından imtina edilmişdir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. “Əmək Pensiyaları” haqqında Qanunun 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 5-ci maddəsində göstərilir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnu və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etditi hallarda məhkəmədə iş başlanır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Masallı rayonunun Lürən kəndində anadan olmuşdur. İddiaçının xx.xx.2016-cı il tarixdə 57 yaşı tamam olmuşdur. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977ci il tarixədək “Çapayev” adına sovxozda, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək yenidən “Çapayev” adına sovxozda, xx.xx.1980-ci il tarixdən xx.xx.1994-cü il tarixədək X14 refrijator qatarının mexaniki vəzifəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “ELBRUS” fermer təsərrüfatında, xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Xıl” X11ndə çalışmışdır. İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçı iddia edir ki, onun ümumilikdə, 25 ildən artıq stajı var və həmin dövrün 13 il 8 ay 9 gününü əmək şəraiti zərərli olan işlərdə işləyib. Buna uyğun olaraq iddiaçı qeyd edir ki, onun 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmış və ona pensiya təyin edilmədiyi üçün hüququnun yarandığı tarixdən ödənilməmiş pensiya iddiaçıya ödənilməlidir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi şərtlərlə üzrə mərkəzi filiala müraciət etmişdir. Müraciətə mərkəzi filialda baxılaraq cavab məktubunda bildirilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunmuşdur. Cavabdeh imtina cavabını belə əsaslandırmışdır ki, ‘ELBRUS” fermer təsərrüfatında və “XİL” X11ndə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Fondun sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrləri iddiaçının stajına aid etmək mümkün deyil. Həmçinin iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün “ELBRUS” fermer təsərrüfatında və “XİL” X11ndə şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim etməmişdir. Bu səbəbdən İddiaçı ümumi iş stajı 25 ildən az (20 il 2 ay 14 gün (xx.xx.1977xx.xx.1979-cu il, xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1981 -ci il və xx.xx.1981-xx.xx.1994-cü il, məcburi dövlət sığorta haqları ödənildiyi üçün xx.xx.2006-xx.xx.2006, xx.xx.2007-xx.xx.2007 tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa İddiaçı fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 34560,00 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16424,15 manat təşkil edir. Hesab edirik kı, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qeyd elməyi zəruri hesab edirik ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iş yerindən güzəştli iş stajı barədə arayış təqdim edilməlidir. Arayış iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi təqdirdə, məhkəmə İPM-nin 12.1-ci maddəsinə əsasən öz təşəbbüsü ilə arayışı tələb etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 18 aprei tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci Dəndinə görə, müraciət edən şəxs "Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu təsdiqləməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalattexnoioji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Eyni zamanda bildiririk ki, xüsusi şərtlərlə təyinat üzrə mərkəzi fiiial əsasnaməsinə uyğurı olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X10 qərarlarını, X10 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Yuxarıda istinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı güzəştli sosial sığorta stajı yetərəli olmadığından, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. İddiaçının vəkili Vəkil xx.xx.2023-cü tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmənin keçmiş iclaslarında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuş, Masallı rayonunun Lürən kəndində qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli, ИТ-l ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan ADY Ekspress” Məhdud Məsuliyyətli Cəmiyyəti X15 xx.xx.2019-cu il tarixli, 75 nömrəli məktubundan görünür ki, X15 keçmiş işçisi xx.xx.1959 il təvəllüdlü İddiaçı həqiqətən depoda 30 mart 1981-ci ildən 07 dekabr 1994-ci ilədək refrijerator qatarının( seksiyasının) mexaniki vəzifəsində işləyib. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının “Nəqliyyat” bölməsinin 21.4 bəndinə əsasən refrijerator qatarının (seksiyasının) mexanikləri güzəştli şərtlə 12 il 6 ay iş stajı ilə təqaüdə çıxa bilər. İddiaçı güzəştli şərtlə iş stajı 13 ( on üç ) il, 08 ay, 09 gündür. İşdə olan Masallı rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, A-617 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixli 88-6-8 saylı əmrlə, sabiq Çapayev adına toxumçuluq sovxozun 6 saylı briqadasına fəhlə qəbul edilmiş, 1975-ci ilin iyun ayında, 6 saylı briqadanın tərkibində son əmək haqqı almışdır. Yenidən, Çapayev adına sovxoza qəbul edilməsi və azad edilməsi barədəki əmrlərə rast gəlinmədi, lakin 1976-cı ilin iyun ayında, 6 saylı briqadanın tərkibində əmək haqqı almağa başlamış və 1976-cı ilin avqust ayında son əmək haqqı almılşdır. xx.xx.1977-ci il tarixli 163/1 saylı əmrlə, sovxoza avtomaşın üzrə çilingər təyin olunmuş, xx.xx.1977-ci il tarixli 214/1 saylı əmrlə, hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. xx.xx.1980-cı il tariuxli 20/14 saylı əmrlə, sabiq “3 saylı Mexanikləşdirmə İdarəsi"nə 3-cü dərəcəli çilingər qəbul edilmiş, xx.xx.1980-ci il tarixli 87/5 saylı əmrlə, ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1980-cı il tarixli 290 saylı əmrlə sabiq Çapayev adına sovxozun inşaat briqadasına fəhlə qəbul edilmiş, xx.xx.1980-ci il tarixli 390 saylı əmrlə, inşaat btiqadasının fəhləliyindən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 83 nömrəli arayışından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı həqiqətən 02 dekabr 1977-ci ildən 14 noyabr 1979-cu ilədək keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin tərkibində xidmət etmişdir. İşdə olan “Elburus” fermer təsərrüfatı tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı xx.xx.1995-ci ildən xx.xx.2000-ci il tarixə kimi fəhlə kimi işlədiyi müəyyən edilir. İşdə olan “Xıl” X11 tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı xx.xx.2000-ci ildən xx.xx.2006-cı il tarixə kimi fəhlə kimi işlədiyi müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 15 iyul 2022-ci il tarixində daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, "Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyiniz 16 avqust 1975-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1995-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində "ELBRUS” fermer təsərrüfatında və xx.xx.2000-05.01,2006-cı il tarixləri arasındakı dövr ərzində isə “XİL” X11ndə işlədiyiniz qeyd olunmuşdur. Adıçəkilən müəssisələrdə işlədiyiniz dövrlərin dəqiqləşdirilməsi məqsədilə "Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrləri sizin stajınıza aid etmək mümkün deyil. Bu səbəbdəndə sizin ümumi iş stajınız 25 ildən az (20 il 2 ay 14 gün (xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1980-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1981-ci il və -xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövlər və xx.xx.2006-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə 1 il 4 ay)) təşkil edir. Bundan başqa sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı örnək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16424,15 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan ADY Ekspress” Məhdud Məsuliyyətli Cəmiyyəti X15 xx.xx.2022-ci il tarixli, 53 nömrəli məktubundan görünür ki, X15 keçmiş işçisi xx.xx.1959 il təvəllüdlü İddiaçı həqiqətən depoda 30 mart 1981-ci ildən 07 dekabr 1994-ci ilədək refrijerator qatarının (seksiyasının) mexaniki vəzifəsində işləyib. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının “Nəqliyyat” bölməsinin 21.4 bəndinə əsasən refrijerator qatarının (seksiyasının) mexanikləri güzəştli şərtlə 12 il 6 ay iş stajı ilə təqaüdə çıxa bilər. İddiaçı güzəştli şərtlə iş stajı 13 ( on üç ) il, 08 ay, 09 gündür. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********550300 nömrəli məktubundan görünür ki, “Elbrus” Fermer Təsərrüfatının və “Xıl" X5 dövlət qeydiyyatı barədə müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildiririk ki, dövlət reyestrində oxşar adlı "Elbrus” X2 xx.xx.1996- cı il tarixdə 93 nömrə ilə və Xıl X1 (VÖEN **********) xx.xx.2000- ci il tarixdə 5/71 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək "Elbrus" X7 adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Həmçinin bildiririk ki, xx.xx.2023-ci il tarixə Xıl X1 dövlət büdcəsinə vergi, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə borcu mövcud deyildir. xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Birlik tərəfindən dövlət büdcəsinə 274,2 manat ödəniş edilmişdir. X6 Birliyində səyyar vergi yoxlamalarının və operativ vergi nəzarət tədbirlərinin həyata keçirilməsi barədə məlumat müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********329400 nömrəli məktubundan görünür ki, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “ELBRUS” Fermer Təsərrüfatı və xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “XİL” X1 dövlət qeydiyyatından keçib-keçməməsi, vergi uçotuna alınıb-alınmaması, İddiaçı həmin müəssisələrdə işlədiyi dövrlər üzrə əmək haqqından vergilərin tutulub- tutulmaması, hazırda fəaliyyətinin olub-olmaması barədə məlumatların təqdim edilməsi haqqında müraciətinizə aidiyyəti üzrə 6 saylı Ərazi Vergilər Baş idarəsində baxılmışdır. Bildiririk ki, baza və arxiv məlumatlarına əsasən “ELBRUS” Fermer Təsərrüfatının dövlət qeydiyyatına alınması haqqında heç bir məlumat aşkar edilməmişdir. Uçot-baza məlumatlarında “XİL” X1 (VÖEN: **********) xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınması haqqında məlumat mövcuddur. Hazırda fəaliyyət vəziyyəti aktivdir.“Xıl” X5 (VÖEN:**********) şəxsi hesab vərəqəsinin göstəricilərinə əsasən xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə vergi, müvafiq fondlara sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcu yoxdur. Həmçinin bildiririk ki, 2019-cu ildən əvvəlki dövrlər üzrə vergi ödəyiciləri tərəfindən MDSS və işsizlikdən sığorta üzrə bəyannamələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-100161/2023 nömrəli etiraza əlavəsində qeyd edilmişdir ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Masallı rayonunun Lürən kəndində anadan olmuşdur. İddiaçının xx.xx.2016-cı il tarixdə 57 yaşı tamam olmuşdur. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977- ci il tarixədək “Çapayev” adına sovxozda, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək yenidən Çapayev” adına sovxozda, xx.xx.1980-ci il tarixdən xx.xx.1994-cü il tarixədək X14 refrijator qatarının mexaniki vəzifəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “ELBRUS” fermer təsərrüfatında, xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “XİL” X11ndə çalışmışdır. İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçı iddia edir ki, onun ümumilikdə, 25 ildən artıq stajı var və həmin dövrün 13 il 8 ay 9 gününü əmək şəraiti zərərli olan işlərdə işləyib. Buna uyğun olaraq iddiaçı qeyd edir ki, onun 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmış və ona pensiya təyin edilmədiyi üçün hüququnun yarandığı tarixdən ödənilməmiş pensiya iddiaçıya ödənilməlidir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi şərtlərlə üzrə mərkəzi filiala müraciət etmişdir. Müraciətə mərkəzi filialda baxılaraq cavab məktubunda bildirilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunmuşdur. Cavabdeh imtina cavabını belə əsaslandırmışdır ki, “ELBRUS” fermer təsərrüfatında və “XİL” X11ndə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Fondun sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrləri iddiaçının stajına aid etmək mümkün deyil. Həmçinin iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün “ELBRUS” fermer təsərrüfatında və "XİL” X11ndə şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim etməmişdir. Bu səbəbdən İddiaçı ümumi iş stajı 25 ildən azdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X15 xx.xx.2023-cü il tarixli, 38 nömrəli məktubunda qeyd edilmişdir ki, X15 keçmiş işçisi xx.xx.1959 il təvəllüdlü İddiaçı həqiqətən depoda 30 mart 1981 -ci ildən 07 dekabr 1994-ci ilədək refrijerator qatarının( seksiyasının) mexaniki vəzifəsində işləyib.Refrijerator seksiyasının mexanikləri zərərli amillərlə işlədikləri üçün güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququna malikdirlər. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının “Nəqliyyat” bölməsinin 21.4 bəndinə əsasən refrijerator qatarının (seksiyasının) mexanikləri güzəştli şərtlə 12 il 6 ay iş stajı ilə təqaüdə çıxa bilər(Səhifə 134). Refrijerator seksiyasının mexanikləri zərərli amillərlə işlədikləri üçün güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququna malikdirlər. İddiaçı güzəştli şərtlə iş stajı 13 ( on üç ) il, 08 ay, 09 gündür. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-202925/23 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 18 avqust 2023-cü il tarixində daxil olmuş 2-1 (120)-1237/2023 nömrəli sorğunuza aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi 16 avqust 1975-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1995xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “ELBRUS” fermer təsərrüfatında və xx.xx.2000-05.01,2006-cı il tarixləri arasındakı dövr ərzində isə “XİL" X11ndə işlədiyi qeyd olunmuşdur. İddiaçı sözügedən müəssisələrdə işlədiyi dövrlərə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığorta edən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunar dövrləri onun stajına aid etmək mümkün deyil. Bu səbəbdən də adıçəkilən şəxsin ümumi iş stajı 25 ildən az (20 il 2 ay 14 gün (xx.xx.1977xx.xx.1979-cu il, xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1980-xx.xx.1980-cı il, xx.xx.1980xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1981-ci il və xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövlər və xx.xx.2006-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə 1 il 4 ay)), güzeştli iş stajı ise 13 il 8 ay 7 gün (xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün 2 halı əsas götürmüşdür:

1. xx.xx.2006-cı il tarixədək ümumi iş stajının toplanmaması;

2. İddiaçının “xx.xx.1995-xx.xx.2000-ci illərdə “Elburus” fermer təsərrüfatında xx.xx.2000xx.xx.2006-cı illərdə” “Xıl” SİB-də işlədiyi dövrlərin mübahisəli olması. Məhkəmə hazırkı inzibati məhkəmə mübahisəsinin yaranmanın əsası qismində çıxış edən həmin halın araşdırılmasına keçməzdən əvvəl, ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hansı zəruri şərtlərin ödənilməli olmasına qiymət verir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun və “Vətəndaşların pensiya təminatı” haqqında Qanununun müddəalarına istinad edir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan içox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı xx.xx.2017-ci il tarixədək toplanmalıdır. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının 57 yaşı tamam olduğu vaxta, yəni xx.xx.2016-cı il tarixə ümumi iş stajı 25 ildən çox təşkil edir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan imtina məktubunda iddiaçının işlədiyi xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az olduğunu bildirmişdir. (20 il 02 ay 14 gün) Cavabdeh etiraz və etiraza əlavə məktublarında iddiaçının xx.xx.1995-xx.xx.2000-ci il tarixlərdə “Elbrus” fermer təsərrüfatında və xx.xx.2000-xx.xx.2006-cı il tarixlərdə işlədiyi “Xıl” X11ndə işlədiyi dövrləri mübahisələndirmiş və qeyd etmişdir ki, sözügedən müəssisələrdə işlədiyi dövrlərə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığorta edən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunar dövrləri onun stajına aid etmək mümkün deyil. Məhkəmə bildirir ki,“Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinin tələbləri rəhbər tutaraq hərbi və əmək kitabçasında olan müddət nəzərə alındıqda iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən çox olması müəyyən olunur. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydlər şübhə doğurmur. Çünki, məhkəmə cavabdeh inzibati orqanın “Elbrus” fermer təsərrüfatı və “Xıl” X11 ilə bağlı tam araşdırma apararaq sorğu cavabları nəticəsində aşağıda qeyd edilən halları müəyyən etmişdir: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********550300 nömrəli məktubundan görünür ki, “Elbrus” Fermer Təsərrüfatının və “Xıl" X5 dövlət qeydiyyatı barədə müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildiririk ki, dövlət reyestrində oxşar adlı "Elbrus” X2 xx.xx.1996- cı il tarixdə 93 nömrə ilə və Xıl X1 (VÖEN **********) xx.xx.2000- ci il tarixdə 5/71 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək "Elbrus" X7 adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Həmçinin bildiririk ki, xx.xx.2023-ci il tarixə Xıl X1 dövlət büdcəsinə vergi, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə borcu mövcud deyildir. xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Birlik tərəfindən dövlət büdcəsinə 274,2 manat ödəniş edilmişdir. X6 Birliyində səyyar vergi yoxlamalarının və operativ vergi nəzarət tədbirlərinin həyata keçirilməsi barədə məlumat müəyyən edilməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********329400 nömrəli məktubundan görünür ki, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “ELBRUS” Fermer Təsərrüfatı və xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “XİL” X1 dövlət qeydiyyatından keçibkeçməməsi, vergi uçotuna alınıb-alınmaması, İddiaçı həmin müəssisələrdə işlədiyi dövrlər üzrə əmək haqqından vergilərin tutulub- tutulmaması, hazırda fəaliyyətinin olub-olmaması barədə məlumatların təqdim edilməsi haqqında müraciətinizə aidiyyəti üzrə 6 saylı Ərazi Vergilər Baş idarəsində baxılmışdır. Bildiririk ki, baza və arxiv məlumatlarına əsasən “ELBRUS” Fermer Təsərrüfatının dövlət qeydiyyatına alınması haqqında heç bir məlumat aşkar edilməmişdir. Uçot-baza məlumatlarında “XİL” X1 (VÖEN: **********) xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınması haqqında məlumat mövcuddur. Hazırda fəaliyyət vəziyyəti aktivdir.“Xıl” X5 (VÖEN:**********) şəxsi hesab vərəqəsinin göstəricilərinə əsasən xx.xx.2023cü il tarixə dövlət büdcəsinə vergi, müvafiq fondlara sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcu yoxdur. Həmçinin bildiririk ki, 2019-cu ildən əvvəlki dövrlər üzrə vergi ödəyiciləri tərəfindən MDSS və işsizlikdən sığorta üzrə bəyannamələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödənişlər İşlərinin İnventarlaşdırması üzrə Mərkəzi Filialının 24 fevral 2023-cü il tarixli, 3-17-1/2-37652/2023 saylı məktubu ilə “ELBRUS” Fermer Təsərrüfatının və “XİL” X1 40 vərəqdən ibarət təsis sənədləri, nizamnamə və digər sənədlər üzrə iş qovluqları məhkəməyə təqdim edilmişdir. - “Elburus” fermer təsərrüfatı tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı xx.xx.1995-ci ildən xx.xx.2000-ci il tarixə kimi fəhlə kimi işlədiyi müəyyən edilir. - “Xıl” X11 tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı xx.xx.2000-ci ildən xx.xx.2006-cı il tarixə kimi fəhlə kimi işlədiyi müəyyən edilir. Yuxarıda şərh olunan qanunvericiliyin müddəalarını hazırki işin faktiki hallarına tətbiq etdikdə, məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının xx.xx.2006-cı il tarixə kimi təsdiq olunan iş dövrü onun sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının “Elbrus” fermer təsərrüfatında və “Xıl” X11ndə işləməsi ilə bağlı dövrdə müəssisənin fəaliyəti ilə bağlı qeydlərin tam olmaması onun iradə ifadəsindən asılı olan hal deyil və onun ziyanına şərh olunmamalıdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlər toplusundan görünür ki, iddiaçı həqiqətən də “Elbrus” fermer təsərrüfatında və “Xıl” X11ndə işləmiş və qeyd edilən dövrdə müəssisə fəaliyyət göstərmişdir. Göstərilən sənədlərin mötəbərliyi hər hansı şübhə doğurmamışdır. Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. Məhkəmə iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı qeyd edir ki, həmin güzəştli iş illəri onun (iddiaçının) işlədiyi peşənin zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” əsasında müəyyən edilməlidir. Belə ki, ADY Ekspress” Məhdud Məsuliyyətli Cəmiyyəti X15 xx.xx.2019-cu il tarixli, 75 nömrəli məktubunda X15 keçmiş işçisi xx.xx.1959 il təvəllüdlü İddiaçı həqiqətən depoda 30 mart 1981-ci ildən 07 dekabr 1994-ci ilədək refrijerator qatarının( seksiyasının) mexaniki vəzifəsində işləyib. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının “Nəqliyyat” bölməsinin 21.4 bəndinə əsasən refrijerator qatarının (seksiyasının) mexanikləri güzəştli şərtlə 12 il 6 ay iş stajı ilə təqaüdə çıxa bilər. İddiaçı güzəştli şərtlə iş stajı 13 ( on üç ) il, 08 ay, 09 gündür. Məhkəmə qeyd edir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. İddiaçının xx.xx.2006-cı il tarixə 13 il 8 ay 9 gün güzəştli iş stajı olmuşdur ki, qeyd edilən dövr inzibati orqan tərəfindən mübahisələndirilməmiş və mübahisəsiz hal kimi qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı işin hallarından eləcə də cavabdehin təqdim etdiyi etiraz məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Beləliklə, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə (imtina məktubunda göstərilən tarix) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2019-cu il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1995-xx.xx.2000-ci illərdə “Elburus” fermer təsərrüfatında və xx.xx.2000xx.xx.2006-cı illərdə “Xıl” SİB-də işlədiyi illər nəzərə alınaraq xx.xx.2016-cı il tarixindən, yəni 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən 36 ay əvvəl, yəni 15 iyul 2019-cu il tarixindən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar