Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1237/2025 23.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, İddiaçı X18 cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə qarşı “şəhid ailəsi statusunun alınması üçün X4 şəhid hesab olunması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı X18 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə qarşı “şəhid ailəsi statusunun alınması üçün X4 şəhid hesab olunması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-3893/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Qazax” X16 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “şəhid ailəsi statusunun alınması üçün X4 şəhid hesab olunması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, oğlu X10 28 oktyabr 2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, hərbi xidmətini Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” X8 (2009 No-li hərbi hissə) Qazax rayonunun Xanlıqlar kəndinin ərazisində yerləşən 3cü sərhəd komendantlığınm 25-ci sərhəd zastavasının şərti olaraq “Şahin” adlandırılan 1-ci sərhəd döyüş məntəqəsində keçirmişdir. 10 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhədinin müdafiəsi və mühafizəsi zamanı xidməti vəzifələrini icra edərkən almış olduğu güllə yarasından həlak olmuşdur. Bu halı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” X8 SHXÇDX-nin Beyləqan Rayon Şöbəsinə ünvanladığı 14 dekabr 2022-ci il tarixli məktubu ilə təsdiq olunur. 29 mart 2024-cü il tarixli ərizə ilə SHXÇDX-nin Beyləqan Rayon Şöbəsinə müraciət edərək oğlu X5 şəhid statusunun verilməsini xahiş etmiş, 24 may 2024-cü il tarixdə SHXÇDX-nin Beyləqan Rayon Şöbəsi oğlu X5 şəhid statusunun verilməsindən imtina etmişdir. Cavabdeh təşkilat müraciətinin təmin edilməsindən imtina etmiş və imtinasında yalnız Gəncə Hərbi Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 1-1(095)-03/2024 nömrəli hökmünə istinad edərək, qeyd etmişdir ki, arayışın verilməsi SHXÇDX-nin Beyləqan Rayon Şöbəsinin səlahiyyəti xaricindədir. Cavabdeh inzibati orqan öz cavabını heç bir qanun norması ilə əsaslandırmamışdır. Cavabdeh təşkilatın oğlu X5 şəhid statusunun verilməsindən imtinası qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Qazax” X8 nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iddiaçı X21, vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında cavabdehin nümayəndəsi X13 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Beyləqan rayon Qeydiyyat şöbəsinin AZ-İİ 290899 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin dekabr ayının 19 günündə 569 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Qazax” X8 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisinə ünvanladığı xx.xx.2022-ci il tarixli, k/8/5514 nömrəli məktubundan görünür ki, 28 oktyabr 2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgər X10 10 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhədinin müdafiəsi və mühafizəsi zamanı xidməti vəzifələrini icra edərkən güllə yarasından həlak olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2024cü il tarixli, 3-38-6/-Q-1215/227/24 nömrəli məktubundan görünür ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 №-li Qərarına əsasən Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Bu qərarın 1.2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilir. Bu Qərarın 4.1. bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarələri tərəfindən, digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti,) isə hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarələrinin (şöbələrinin) verdiyi arayışları əsasında təsdiq edilir. Məktubunda qeyd etdiyi məsələ ilə bağlı mərhum X4 qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin verli idarəsinə (şöbəsinə) və ya aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-11/2-641/24 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Qazax” X15 xx.xx.2022-ci i! tarixli məktubunda «əsgər X10 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhədinin müdafiəsi və mühafizəsi zamanı xidməti vəzifələrini icra edərkən güllə yarasından həiak olmuşdur.» bildirişi verilmişdir. Gəncə Hərbi Məhkəməsinin 13 fevral 2024-cü il tarixli İş № 1-1(095)-03/2024-cü il tarixli Hökmünün müəyyən etdi” hissəsində hadisənin növbəni dəyişmək üçün səngər əlaqə yolunun girişində yerləşən silah doldurulub-boşaldılması məntəqəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinə zidd olaraq, silahla müxtəlif qadağan edilmiş hərəkətlər (davranışlar) edildiyi zaman baş verməsinə və Məhkəmənin Hökm etdi” hissəsində “X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X6 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.” hökmü verilmişdir. Odur ki, ərizədə qeyd etdiyi arayışın verilməsi SHXÇDX-nin Beyləqan rayon şöbəsinin səlahiyyəti xaricindədir. İş materiallarında olan Gəncə Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(095)-3/2024 nömrəli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, X6 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli 11 dekabr 2022-ci il tarixdən hesab edilməsi, X2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxs X14 cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsi, Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax" X9 saxlanılan N ədəd “AK-74 M" markalı, 3704 №-li və N ədəd “AK-74 M" markalı, 3771 №-li avtomat silahlar, 05 ədəd daraq, 45 ədəd ballistik ekspert tərəfindən eksperimental atəşlər açıldıqdan sonra (gilizləri təqdim olunmaqla) qalan 103 ədəd patron, 02 ədəd dəbilqə, N ədəd binokl, N ədəd metal fincan hərbi hissənin istifadəsinə verilsin, 02 ədəd giliz, N ədəd güllə hissəciyi, N ədəd qoruyucu gödəkcə, N ədəd (maska tipli) yun papaq, 02 ədəd isti qış gödəkcəsi, N ədəd boğazlıq, N ədəd uzunboğaz jaket, N ədəd boğazsız jaket, N ədəd isti alt paltarının uzunqol köynəyi, N ədəd belində kəməri olan şalvar, N ədəd şalvar, N ədəd idman şalvarı, N ədəd isti alt paltarının şalvarı, 02 cüt hərbi çəkmə, 02 cüt corab, N ədəd mələfə, 02 ədəd konfet, 02 ədəd qanabənzər ləkələrdən götürülmüş nümunələr, N ədəd beyin möhtəviyyatından götürülmüş nümunə və təqsirləndirilən şəxs M.M.Məmmədovun hər iki əlindən götürülmüş tampon nümunələri yararsız olduqlarından məhv edilsin, M.M.Məmmədova məxsus N ədəd “Samsung" markalı, smartfon tipli mobil telefon onun özünə qaytarılsın, mərhum X5 məxsus olmuş N ədəd qol saatı zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı təhvil verilməsi hökm edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1-1(104)-50/2024 nömrəli qərarı ilə Gəncə Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(095)-3/2024 nömrəli hökmü təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Qazax” X8 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-38/2k/6/3043/24 nömrəli məktubundan görünür ki, 28 oktyabr 2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgər X10 10 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhədinin müdafiəsi və mühafizəsi zamanı xidməti vəzifələrini icra edərkən güllə yarasından həlak olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-43-11/2-1042/24 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Qazax” X15 xx.xx.2022~ct il tarixli məktubunda «əsgər Əliyev Məhəmməd İVləhərrəm oğlu xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhədinin müdafiəsi və mühafizəsi zamanı xidməti vəzifələrini icra edərkən güllə yarasından həlak olmuşdur,» bildirişi verilmişdir. Gəncə Hərbi Məhkəməsinin 13 fevral 2024-cü il tarixli İş № 1-1(ö85}-Ö3/2024-cü il tarixli “Hökmünün müəyyən etdi” hissəsində hadisənin növbəni dəyişmək üçün səngər əlaqə yolunun girişində yerləşən silah doldurulub-boşaldılması məntəqəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinə zidd olaraq, silahla müxtəlif qadağan edilmiş hərəkətlər (davranışlar) edildiyi zaman baş verməsinə və Məhkəmənin “Hökm etdi” hissəsində “Məmmədov Mirhasi! Mirtaqət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 14 (on dörd) il 8 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məmmədov Mirhasi! Mirtaqət oğlu cəzasım ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin/5 hökmü verilmişdir, Validəyinsn ərizəsində qeyd etdiyi arayışın verilməsi SHXÇDX-nin Beyləqan rayon şöbəsinin səlahiyyəti xaricindədir. Əlavə olaraq bildirilir ki, mərhumun valideyininin müraciətinə əsasən, Prezident Admlnstirasiyasi tərəfindən Xidmətin Aparatına daxil olmuş ərizəsinə əsasən, tərəfimizdən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Qazax” X12 «əsgər X5 şəhid statusu verilib-verilməməsi barədə” SHXÇDX-nin Beyləqan rayon şöbəsinə arayış göndərilməsi üçün tərəfimizdən məktub göndərilmişdir. Həmin məktuba Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Qazax” X16 tərəfindən cavab verildikdən sonra əlavə məlumat veriləcəkdir. Odur ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Qazax” X16 tərəfindən «əsgər X5 şəhid statusu verilib-verilməməsi barədə” SHXÇDX-nin Beyləqan rayon şöbəsinə arayış daxil olan müddətədək məhkəmə müddətinin uzadılmasını və digər tarixə keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə Hərbi Məhkəməsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 1-1(095)-3/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, mərhum əsgər X4 ölümü ilə əlaqədar olaraq istintaq orqanı tərəfindən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə ittiham verilmişdir. X1 Hərbi Məhkəməsinin 13 fevral 2024-cü tarixli 1-1(095)-3/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən X6 və müdafiəçisi X23 tərəfindən verilmiş apellyasiya şikayətləri vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli 1-1(104)-50/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 1-1(095)- 3/2024 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Hərbi Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 1-1(095)-3/2024 nömrəli hökmü qanuni qüvvəsini aldığından icraya yönəldilmişdir. Azərbaycan Respublikası Penitensiar Xidmətin (Bakı şəhəri, Binəqədi rayonu 7 MKR-da yerləşən) 11 saylı cəzaçəkmə müəssisəsində daxil olmuş 07 iyun 2024-cü il tarixli məlumatdan görünür ki, məhkum Mirhasil Məmmədov hazırda həmin müəssisədə saxlanılmaqla cəza çəkir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-38/16-2-9192/24 nömrəli məktubunda qeyd edilmişdir ki, “Qazax” X8 sabiq hərbi qulluqçusu mərhum X10 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməmişdir. xx.xx.2022ci il tarixdə saat 16:N radələrində N №-li hərbi hissənin 3-cü sərhəd komendantlığının 25-ci sərhəd zastavasının 1-ci sərhəd döyüş məntəqəsinin 1-ci qrup komandirinin müavini- snayperçi kiçik çavuş X6 xidmətə çıxan zaman silah yoxlama yerində silahından açılan təsadüfi atəş nəticəsində yanında olan əsgər X10 baş nahiyyəsindən güllə yarası alaraq vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-38/16-2-600/25 nömrəli məktubunda qeyd edilmişdir ki, “Qazax” X8 sabiq hərbi qulluqçusu mərhum X10 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməmişdir. xx.xx.2022ci il tarixdə saat 16:N radələrində N №-li hərbi hissənin 3-cü sərhəd komendantlığının 25-ci sərhəd zastavasının 1-ci sərhəd döyüş məntəqəsinin 1-ci qrup komandirinin müavini - snayperçi kiçik çavuş X6 xidmətə çıxan zaman silah yoxlama yerində silahından açılan təsadüfi atəş nəticəsində yanında olan əsgər X10 baş nahiyyəsindən güllə yarası alaraq vəfat etmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia mümkün olsa da, əsaslı deyil. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və subutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»na əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər (bənd 1.2.5). Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər (bənd 1.2.6). Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir (bənd 4.1). Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir (bənd 4.2). «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyrimüəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. Göründüyü kimi normatiq hüquqi aktlarda, istərsə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş şəxslər şəhid hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının oğlu X10 28 oktyabr 2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, hərbi xidmətini Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” X8 (2009 No-li hərbi hissə) Qazax rayonunun Xanlıqlar kəndinin ərazisində yerləşən 3cü sərhəd komendantlığınm 25-ci sərhəd zastavasının şərti olaraq “Şahin” adlandırılan 1-ci sərhəd döyüş məntəqəsində keçirmiş, 10 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhədinin müdafiəsi və mühafizəsi zamanı xidməti vəzifələrini icra edərkən almış olduğu güllə yarasından həlak olmuşdur. Belə ki, iddiaçının oğlu döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirərkən deyil, xx.xx.2022-ci il tarixdə saat 16:N radələrində N №-li hərbi hissənin 3-cü sərhəd komendantlığının 25-ci sərhəd zastavasının 1-ci sərhəd döyüş məntəqəsinin 1-ci qrup komandirinin müavini - snayperçi kiçik çavuş X6 xidmətə çıxan zaman silah yoxlama yerində silahından açılan təsadüfi atəş nəticəsində yanında olan əsgər X10 baş nahiyyəsindən güllə yarası alaraq vəfat etmişdir. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(095)-3/2024 nömrəli Hökmündə də öz əksini tapmışdır. Azərbaycan Respublikası Gəncə Hərbi Məhkəməsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 1-1(095)-3/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, mərhum əsgər X4 ölümü ilə əlaqədar olaraq istintaq orqanı tərəfindən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə ittiham verilmişdir. X1 Hərbi Məhkəməsinin 13 fevral 2024-cü tarixli 1-1(095)-3/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən X6 və müdafiəçisi X23 tərəfindən verilmiş apellyasiya şikayətləri vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli 1-1(104)-50/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 1-1(095)-3/2024 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Hərbi Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 1-1(095)-3/2024 nömrəli hökmü qanuni qüvvəsini aldığından icraya yönəldilmişdir. Azərbaycan Respublikası Penitensiar Xidmətin (Bakı şəhəri, Binəqədi rayonu 7 MKR-da yerləşən) 11 saylı cəzaçəkmə müəssisəsində daxil olmuş 07 iyun 2024-cü il tarixli məlumatdan görünür ki, məhkum Mirhasil Məmmədov hazırda həmin müəssisədə saxlanılmaqla cəza çəkir. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericilik normalarının təhlili göstərir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin şəhid hesab olduğunu əhatə edir. X4 şəhid hesab edilməsi üçün hər hansı normativ əsas müəyyən edilməmişdir və ona təhkim olunmuş silahdan atəş açaraq özünə qəsd etməsi şəhid statusu verilməsi üçün əsas ola bilməz. Eyni zamanda, iddiaçı da bununla bağlı hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, cavabdehin iddiaçıya onun tələb etdiyi arayışı vermək öhdəliyi yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İPM-ə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İPM-ə 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı X18 cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə qarşı “şəhid ailəsi statusunun alınması üçün X4 şəhid hesab olunması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X18 cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə qarşı “şəhid ailəsi statusunun alınması üçün X4 şəhid hesab olunması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1237/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1237/2025
23.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver