Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1238/2025 09.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin olunması” tələbinə dair iş üzrə Giriş Hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv olunması və əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0012 nömrəli qərarının ləğv olunması və həmin tarixdən ona ümumi xəstəlik səbəbi ilə müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi 5 saylı Şəhər Klinik Xəstəxanasına tapşırılmışdır. Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1983-cü ildə anadan olmuşdur. 1985-1986-cı illərdə aldığı Termiki yanıqdan 111A dərəcəli döş qəfəsinin sağ bud, bazu, dirsək oynağı nahiyələrində dartılmış çapıqları, sol bazu oynağında konfraktura funksiyanın pozulması xəstəliyindən əziyyət çəkir. Ona bu xəsarətlərə görə 3-cü dərəcəli əlillik qrupu verilmiş, sonradan əlillik müddəti ömürlük müəyyən edilmişdir. Bu xəstəlikdən İmişli rayon mərkəzi xəstəxanasında, Respublika Klinik Xəstəxanasında və digər tibb müəssisələrində müayinə və müalicə olunmuşdur. Həmin faktlar tibbi sənədlərlə təsdiq olunur. Buna baxmayaraq əlilliyi dayandırılmış və cavabdeh tərəfindən ona əlilliyinin bərpası barədə sənəd verilməməklə bundan imtina edilir. Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 271 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qayda” əlilliyin müəyyən edilməsini və ödəmənin verilməsini tənzimləyir. O, yuxarıda göstərilən sənədləri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim etdim. Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi isə bu rəylərə hüquqi qiymət vermədən əsassız olaraq ərizənin təmin edilməsindən imtina edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdehin etirazı: Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə İmişli Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni bədənin bir neçə nahiyəsinin heç olmasa bır nahiyədə üçüncü dərəcəli yanıq göstərilməklə termiki yanıqları Bədənin müxtəlif nahiyələrinin termiki yanıqdan sonrakı kobud dartıcı çapıqları Döş qəfəsinin on və sol yan səthlərinin atrofik çapıqları, Sol qoltuqaltı nahiyyənin bazunun iç bayır və arxa səthlərinin kobud dartıcı çapıqları bazunun doş qəfəsi ilə çapıq birləşməsi, bazunun yaxınlaşdırıcı kontrakturası 90, Sol dirsək oynağının arxa səthinin kobud çapıqları, sağ budun yuxarı və orta 1/3-nin kobud çapıqları. Sol budun boylama çapığı ön-bayır səthinin, sol yuxarı ətrafın funksiyasının və əmək qabiliyyətinin pozulması, Bükücü deformasiya, Keçirilmiş yanıq xəsdən və autodermoplastika əməliyyatından sonra Sağ döş nahiyyənin gövdənin sol yan, ön səthinin sol qoltuqaltının sol bazu və dirsək büküşün ah-nın sağ mil-bilək nahiyyənin. sağ bud-çanaq nahiyyənin çoxsaylı piqmentasiyalı atrofik və kobud dartıcı hipertrofik çapıqları, Ağrı və qaşınma sindromu. Sol bazunun yaxınlaşdırıcı kontrakturası, Sol yuxarı ətrafın məhdudluğu. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb Diaqnoz öz təsdiqini tapmaması. Səbəb Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir səbəbi ilə imtina verilmişdir. Müəyyən olundu ki. İddiaçı əlillik vəziyyəti səhiyyə müəsisəsinin C00142495NBV saylı göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması qərarı verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında tərəflər iştirak etmir. Məhkəmə İPM-in 62.3-cü maddəsini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını və mahiyyəti üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. Məhkəmə hesab edir ki, hazırkı iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati Prosessual Məcəllənin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Həmçinin iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür.
Faktiki hallar və sübutlar: İş materiallarında olan:
İddiaçıya dair Əlillik altsistemdən çıxarışdan müəyyən olunur ki İddiaçı, xx.xx.2000-ci il tarixdə 1 il müddətinə ilkin, xx.xx.2012-ci il tarixdən müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmiş, İmişli Rayon Mərkəzi Xəstəxanasının 0262003AAHKX nömrəli, xx.xx.2018-ci il tarixli göndərişi əsasında əlillik qiymətləndirilmiş və ona xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə termiki yanıqdan (İİİ/A dərəcəli) sonra döş qəfəsinin sağ bud bazu dirsək oynağı nahiyələrdə dartılmış çapıqları sol bazu oynağında kontraktura, funksiyanın pozulması diaqnozu ilə üçüncü dərəcəli əlillik təyin edilmiş, İmişli Rayon Mərkəzi Xəstəxanasının C00142495NBV nömrəli, xx.xx.2023-cü il tarixli göndərişi əsasında əlillik qiymətləndirilmiş və xx.xx.2023-cü il tarixdə diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə, İmişli Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, G00226728JTA nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində əlillik qiymətləndirilmiş və Komissiyanın xx.xx.2024-cü il tarixli, xxxxxxx0012 nömrəli qərarı ilə Diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinindən imtina edilmişdir. TƏBİB X3 xx.xx.2023-cü il tarixli arayışında iddiaçıya keçirilmiş yanma xəstəliyindən və autodermoplastika əməliyyatından sonraki vəziyyət- sağ döş nahiyyəsi, gövdənin sol yan ön səthinin, sol qoltuaqaltının, sol bazu və dirsək büküşü nahiyəsinin, sağ mil bilək nahiyəsinin, sağ bud-çanaq nahiyəsinin çoxsaylı piqmentasiyalı atopik və kobud dartan hiperaktik çapıqları, ağrı və qaşınma sindromu, sol bazunun yaxınlaşdırıcı kontrakturası, sol yuxarı ətrafda hərəkət məhdudluğu, sol yuxarı ətrafın funksiyasının və hissiyatının pozulması diaqnozu qoyulmuşdur. Azərbaycan X1 və Ortopediya İnstitutu PHŞ-nin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli Arayışlarında iddiaçıya bədənin müxtəlif nahiyələrinin termiki yanıqdan sonrakı kobud dartıcı çapıqları, döş qəfəsinin ön və sol-yan səthlərinin atrofik çapıqları, sol qoltuqaltı nahiyəsinin, bazunun iç, bayır və arxa səthlərinin kobud dartıcı çapıqları, bazunun döş qəfəsi ilə çapıq birləşməsi, bazunun yaxınlaşdırıcı kontrakturası 90 dərəcə, sol dirsək oynağının arxa səthinin kobud çapıqları, sağ budun yuxarı və orta 1/3-nün kobud çapıqları, sol budun boylama çapığı, ön-bayır səthinin, sol yuxarı ətrafın funksiyasının və əmək qabiliyyətinin pozulması diaqnozu qoyulmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ilkin olaraq xx.xx.2000-ci il tarixindən ümumi xəstəlik səbəbindən üçüncü dərəcə əlillik statusuna malik olmuşdur və bu barədə məlumatlar müvafiq qaydada Nazirliyin Mərkəzləşdirilmiş informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilmişdir. Daha sonra İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında onlayn qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, xx.xx.2018-ci il tarixindən üçüncü dərəcə 5 il müddətinə (xx.xx.2023-cü il tarixinədək) əlillik təyinatı aparılmışdır. Əlillik müddəti bitdikdən sonra İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin C00142495NBV nömrəli göndəriş: əsasında xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və göndəriş natamam doldurulması səbəbindən dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Qiymətləndirilmənin nəticəsindən narazı qalan vətəndaş xx.xx.2023-cü il tarixində 19 nömrəli Tibbi-sosial ekspert komissiyasında qəbulda olmuşdur. Bu barədə tərtib edilən akt videoçəkilişlə birlikdə X4-Sosial Ekspert Komissiyasına göndərilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2023-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə daxil olan müraciətlərinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, əlillik vəziyyətiniz dövlət tibb müəssisəsinin C00142495NBV nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Belə ki, Sizə dair göndərişdə qeyd edilmiş diaqnozu təsdiq edən funksional-diaqnostik müayinələr barədə məlumatlar ətraflı qeyd edilməmişdir. Nəzərinizə çatdırırq ki, dövlət tibb müəssisəsinin C00142495NBV nömrəli göndərişi və müraciətinizə əsasən Siz xx.xx.2023cü il tarixində 19 nömrəli Tibbi-sosial ekspert komissiyasında qəbulda olmusunuz . Bu barədə tərtib edilən akt baxılması üçün X4-sosial ekspert komissiyasına göndərilmişdir. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adınıza rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barənizdə diaqnozun əlillik əlaməti təyin etməməşi qərarı qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, müraciətiniz əsasında Siz xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və sağiamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər əlillik təyinatına əsas verməmişdir. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 xx.xx.2025-ci il tarixli T39/2024 nömrəli rəyində qeyd edilmişdir ki, 1983-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, əmək qabiliyyətinin itirilməsi TSEK-in ekspertləri tərəfindən 0% qeyd edilmişdir. XBT kodları ilə xəstəliklərin qeydi müvafiq ixtisas sahələrinin həkimlərinin səlahiyyətlərinə aiddir. Yanıq yaraları yüksək hərarətin təsirindən yaranmışlar və zaman-zaman sağalaraq yerində kobud çapıq toxumaları əmələ gəlmişdir. Onun hazırkı vəziyyəti “X1 və Ortopediya İnstitutu” phş-nin həkim komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə “Bədənin müxtəlif nahiyələrinin termiki yanıqdan sonrakı kobud dartıcı çapıqları, döş qəfəsinin ön və sol yan səthlərinin atrofik çapıqları, sol qoltuqaltı nahiyənin, bazunun iç, bayır və arxa səthlərinin kobud dartıcı çapıqları, bazunun döş qəfəsi ilə çapıq birləşməsi, bazunun yaxınlaşdırıcı kontrakturası 90 dərəcə, sol dirsək oynağının arxa səthinin kobud çapıqları, sol budun yuxarı və orta 1/3-nin kobud çapıqları, sol budun boylama çapığı ön bayır səthinin, sol yuxarı ətrafın funksiyasının və əmək qabiliyyətinin pozulması, ağrı sindromu (T21.0, T22.3, M24.5, T95.3, T95.1, T95.2, L91.0, T29.3, L90, L91, T24.3, Z73.6, M81.2) diaqnozu kimi müəyyən edilmişdir. Əmək qabiliyyətinin itirilməsi TSEK-in ekspertləri tərəfindən 0% qeyd edilmiş və 19 №- li Tibbisosial ekspert komissiyasında xx.xx.2023-cü il tarixdə qəbulda olarkən təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər əlillik təyininə əsas verməmişdir. Yanıq yaraları bədən səthinin geniş həcmini əhatə etdiyindən sağalma uzun müddətli olmuş, yaraların sağalması üçün oynaqlar hərəkətsiz qalmışdır. Bundan başqa xəstənin üzərində autodermoplastika əməliyyatı icra olunmuşdur. Onun hazırkı vəziyyəti əlillik təyinatı aparılan zaman olan xəstəliklər ilə eynilik təşkil edir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “X6” X5 xx.xx.2025-ci il tarixli, 18-1- 19/2-863/2025 nömrəli tibbi rəyində qeyd edilmişdir ki, iddiaçı müayinədə olmuş və ona keçirilmiş yanıq xəstəliyindən və autodermaplastikadan sonrakı vəziyyət : Sağ döş nahiyyəsi, gövdənin sol yan və ön səthinin, sol qoltuqaltının, sol bazu və dirsək büküşü nahiyyəsinin, sağ mil-bilək, sağ saidin, sağ bud-çanaq oynağı nahiyyəsinin çoxsaylı piqmentasiyalı atrofik və kobud hipertrofik dartıcı çapıqları, çapıqlarda ağrı və qaşınma sindromu, hissiyyat və trofik pozğunluqları, qoltuqaltında hərdən yaralanma, sol bazunun yaxınlaşdırıcı kontrakturası, sol yuxarı ətrafda hərəkət məhdudluğu, sol yuxarı ətrafın funksiyasının pozulması ilə diaqnozu qoyulmuşdur. Xəstə bədəninin müxtəlif nahiyyələrində keçirilmiş yanıq xəstəliyindən və autodermaplastikadan sonra çoxsaylı piqmentasiyalı atrofik və kobud dartıcı hipertrofik çapıqlardan şikayət edir. Obyektiv müayinələrin nəticəsi yuxarıdakı diaqnoz qoymağa əsas verir. M.Nağıyev adına təcili tibbi yardım kliniki xəstəxananın 1986-cı il 14422 saylı çıxarışı, xəstənin yanması haqda epikriz, müxtəlif vaxtlarda Elmi-tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun verdiyi sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı və Tibbi arayışlar, “X6” X7n 2023 və 2024-cü ildə verdiyi tibbi arayışlar yuxarıda qoyulmuş diaqnoz təsdiq edir. Xəstə çapıqlarda ağrı, qaşınma, keyləşmə, dartınmadan şikayət edir, hərdən sol qoltuqaltında yaralanmalar olur. Gövdənin sol yan, sol qoltuqaltı, sol bazudakı çapıqlar hesabına xəstə sol yuxarı ətrafı gövdədən tam uzaqlaşdıra bilmir. -900, sol əli başı üzərinə qaldıra bilmir, çapıqlar, dartınmalar, yaralanmalar mane olur, sol yuxarı ətrafda funksiya pozğunluğu yaranmışdır. Xəstə periodik müalicələr alır, məlhəmlər, kremlər, gellər işlədir. Aparılan müalicələrdən yaxşılaşma hiss etməmişdir. Xəstənin xəstəliyi xroniki xarakter daşıyır. Çapıqlarda qaşınma, keyləşmə, yaralanma, sol yuxarı ətrafda hərəkət məhdudluğu keçirilmiş yanığın fəsadıdır, ağırlaşmasıdır. Xəstədə tam reabilitasiya mümkün deyil. Çapıq toxuması əsasən birləşdirici toxumalardan ibarətdir, qanla təchizatı zəifdir, elastikliyi yoxdur, bərkdir, müxtəlif geniş sahəni əhatə edir. Onu əvvəlki halına, yumşaq və elastik dəriyə qaytarmaq mümkün deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bildiririk ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2000-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2001-ci il tarixinədək) üçüncü dərəcə ilkin əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaşa 18.01 2012-ci il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz üçüncü dərəcə təkrar əlillik təyinatı aparılmışdır. Daha sonra İddiaçı dair əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfindən 0262003AAHKX nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2018-ci il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, ümumi xəstəlik səbəbindən 5 il müddətinə (xx.xx.2023-cü il tarixinədək) üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə vətəndaşın əlillik vəziyyəti İmişli Rayon Mərkəzi Xəstəxanasının 00226728JTA nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və şəxsin əlillik hüququnun dəqiqləşdirilməsi məqsədilə Agentliyə yaxınlaşması tövsiyə olunduğundan natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonuncu dəfə İddiaçı xx.xx.2024-cü il tarixində 19 nömrəli Tibbi-sosial ekspert komissiyasında əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X4-sosial ekspertiza komissiyasına göndərilmişdir. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2024-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “İmişli Rayon Mərkəzi Xəstəxanasi” X5 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə “Bədənin bir neçə nahiyəsinin üçüncü dərəcəli termiki yanıqdan sonrakı kobud dartıcı çapıqları” diaqnozu ilə “İmişli RMX” PHŞ-nin HMK-da müayinədən keçmişdir. xx.xx.2024-cü il tarixdə onlayn qaydada forma 088 tərtib olunaraq TSEK-ə göndəriş edilmişdir. xx.xx.2024-cü il tarixdə TSEK-nin cavabı olararaq, xəstəyə imtina verilmişdir. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İmişli Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, G00226728JTA nömrəli göndərişi əsasında iddiaçıya əsas diaqnoz T29.3, ağırlama M24.5, L90, T95.2, T24.3, R20.0, M81.2, T22.3, T21.3, T95.1, L91.0, Z73.6, T95.3 kimi müəyyən edilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun: 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən, İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən, Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən, Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında» Əsasnamənin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - Xidmət) tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun (bundan sonra - əlillik) qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır; 3.1.2-ci bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra –Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2.xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3.xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 -xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti:
13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri 13.7. Termiki və kimyəvi yanıqlar T20-T32 Qeyd. Yanıq xəstəliyi nəticəsində kobud keloid çapıqlar yaranır. Belə çapıqlar böyük sahələrdə formalaşdıqda, oynaqları əhatə etdikdə, eybəcərliyə və müxtəlif kontrakturaların əmələ gəlməsinə səbəb olduqda əlilliyin qiymətləndirilməsi aparılır. Bu zaman çapıq toxuma üzərində əmələ gələn trofiki pozuntular, hərəkət funksiyalarının pozulması ağırlığı, həmçinin xəstənin özünəqulluq bacarığının pozulması dərəcəsi nəzərə alınır. Qiymətləndirmə 13.7.1. dayaq hərəkət aparatının bir və ya bir neçə bölməsində hərəkətin nəzərəçarpan dərəcədə pozulması (35-60, 1 il). 13.7.2. dayaq hərəkət aparatının bir və ya bir neçə bölməsində hərəkətin müştərək, əhəmiyyətli dərəcədə pozulması (65-80 faiz, 2 il). 13.7.3. dayaq hərəkət aparatının bir və ya bir neçə bölməsində hərəkətin müştərək, ağır dərəcədə pozulması, funksiyanın itirilməsi və kənar şəxsin köməyinə ehtiyacın olması (85-100, müddətsiz) ...
Məhkəmənin mövqeyi:
Məhkəmə iddia, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qərəzsiz şəkildə qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə müəyyən edir ki, sonuncu dəfə İmişli Rayon Mərkəzi Xəstəxanasının C00142495NBV nömrəli, xx.xx.2023-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və xx.xx.2023-cü il tarixdə diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinindən imtina edilmişdir. İddiaçı həmin əlverişsiz inzibati aktdan narazı olaraq məhkəmə qaydasında sözügedən qərarı mübahisələndirmişdir. İşin araşdırılması nəticəsində məhkəmə müəyyən edir ki, iddiaçıya xx.xx.2000-ci il tarixdə 1 il müddətinə ilkin, xx.xx.2012-ci il tarixdən müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə isə İmişli Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli, 0262004AAHKX nömrəli göndərişi əsasında (əsas diaqnoz T29.3, ağırlama T22.3, L90.9, T24.3, L91.9) xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə termiki yanıqdan (İİİ/A dərəcəli) sonra döş qəfəsinin sağ bud bazu dirsək oynağı nahiyələrdə dartılmış çapıqları sol bazu oynağında kontraktura, funksiyanın pozulması diaqnozu ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, G00226728JTA nömrəli göndərişdə də iddiaçıya eyni diaqnoz təyin edilmişdir. Belə ki, əsas diaqnoz T29.3, ağırlama M24.5, L90, T95.2, T24.3, R20.0, M81.2, T22.3, T21.3, T95.1, L91.0, Z73.6, T95.3 kimi müəyyən edilməsinə baxmayaraq əlillik təyinindən imtina edilmişdir. İş materiallarında olan TƏBİB X3 xx.xx.2023-cü il tarixli arayışında iddiaçıya keçirilmiş yanma xəstəliyindən və autodermoplastika əməliyyatından sonraki vəziyyət- sağ döş nahiyyəsi, gövdənin sol yan ön səthinin, sol qoltuaqaltının, sol bazu və dirsək büküşü nahiyəsinin, sağ mil bilək nahiyəsinin, sağ bud-çanaq nahiyəsinin çoxsaylı piqmentasiyalı atopik və kobud dartan hiperaktik çapıqları, ağrı və qaşınma sindromu, sol bazunun yaxınlaşdırıcı kontrakturası, sol yuxarı ətrafda hərəkət məhdudluğu, sol yuxarı ətrafın funksiyasının və hissiyatının pozulması diaqnozu qoyulmuşdur. Həmçinin Azərbaycan X1 və Ortopediya İnstitutu PHŞ-nin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli Arayışlarında iddiaçıya bədənin müxtəlif nahiyələrinin termiki yanıqdan sonrakı kobud dartıcı çapıqları, döş qəfəsinin ön və sol-yan səthlərinin atrofik çapıqları, sol qoltuqaltı nahiyəsinin, bazunun iç, bayır və arxa səthlərinin kobud dartıcı çapıqları, bazunun döş qəfəsi ilə çapıq birləşməsi, bazunun yaxınlaşdırıcı kontrakturası 90 dərəcə, sol dirsək oynağının arxa səthinin kobud çapıqları, sağ budun yuxarı və orta 1/3nün kobud çapıqları, sol budun boylama çapığı, ön-bayır səthinin, sol yuxarı ətrafın funksiyasının və əmək qabiliyyətinin pozulması diaqnozu qoyulmuşdur. Məhkəmə iş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması zərurəti yarandığından məhkəmə-tibbi ekspertizası təyin etmiş və Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X2” X5 xx.xx.2025-ci il tarixli T39/2024 nömrəli rəyində qeyd edilmişdir ki, 1983-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, əmək qabiliyyətinin itirilməsi TSEK-in ekspertləri tərəfindən 0% qeyd edilmişdir. XBT kodları ilə xəstəliklərin qeydi müvafiq ixtisas sahələrinin həkimlərinin səlahiyyətlərinə aiddir. Yanıq yaraları yüksək hərarətin təsirindən yaranmışlar və zaman-zaman sağalaraq yerində kobud çapıq toxumaları əmələ gəlmişdir. Onun hazırkı vəziyyəti “X1 və Ortopediya İnstitutu” phş-nin həkim komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə “Bədənin müxtəlif nahiyələrinin termiki yanıqdan sonrakı kobud dartıcı çapıqları, döş qəfəsinin ön və sol yan səthlərinin atrofik çapıqları, sol qoltuqaltı nahiyənin, bazunun iç, bayır və arxa səthlərinin kobud dartıcı çapıqları, bazunun döş qəfəsi ilə çapıq birləşməsi, bazunun yaxınlaşdırıcı kontrakturası 90 dərəcə, sol dirsək oynağının arxa səthinin kobud çapıqları, sol budun yuxarı və orta 1/3-nin kobud çapıqları, sol budun boylama çapığı ön bayır səthinin, sol yuxarı ətrafın funksiyasının və əmək qabiliyyətinin pozulması, ağrı sindromu (T21.0, T22.3, M24.5, T95.3, T95.1, T95.2, L91.0, T29.3, L90, L91, T24.3, Z73.6, M81.2) diaqnozu kimi müəyyən edilmişdir. Əmək qabiliyyətinin itirilməsi TSEK-in ekspertləri tərəfindən 0% qeyd edilmiş və 19 №- li Tibbi-sosial ekspert komissiyasında xx.xx.2023-cü il tarixdə qəbulda olarkən təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər əlillik təyininə əsas verməmişdir. Yanıq yaraları bədən səthinin geniş həcmini əhatə etdiyindən sağalma uzun müddətli olmuş, yaraların sağalması üçün oynaqlar hərəkətsiz qalmışdır. Bundan başqa xəstənin üzərində autodermoplastika əməliyyatı icra olunmuşdur. Onun hazırkı vəziyyəti əlillik təyinatı aparılan zaman olan xəstəliklər ilə eynilik təşkil edir. Həmçinin iddiaçıda olan xəstəliklərin mövcudluğu və əlillik təyinə əsas veribverməməsini müəyyən etmək üçün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “X6” X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 18-1-19/2-863/2025 nömrəli tibbi rəyində qeyd edilmişdir ki, iddiaçı əyani müayinədə olmuş və ona keçirilmiş yanıq xəstəliyindən və autodermaplastikadan sonrakı vəziyyət: Sağ döş nahiyyəsi, gövdənin sol yan və ön səthinin, sol qoltuqaltının, sol bazu və dirsək büküşü nahiyyəsinin, sağ mil-bilək, sağ saidin, sağ bud-çanaq oynağı nahiyyəsinin çoxsaylı piqmentasiyalı atrofik və kobud hipertrofik dartıcı çapıqları, çapıqlarda ağrı və qaşınma sindromu, hissiyyat və trofik pozğunluqları, qoltuqaltında hərdən yaralanma, sol bazunun yaxınlaşdırıcı kontrakturası, sol yuxarı ətrafda hərəkət məhdudluğu, sol yuxarı ətrafın funksiyasının pozulması ilə diaqnozu qoyulmuşdur. Xəstə bədəninin müxtəlif nahiyyələrində keçirilmiş yanıq xəstəliyindən və autodermaplastikadan sonra çoxsaylı piqmentasiyalı atrofik və kobud dartıcı hipertrofik çapıqlardan şikayət edir. Obyektiv müayinələrin nəticəsi yuxarıdakı diaqnoz qoymağa əsas verir. M.Nağıyev adına təcili tibbi yardım kliniki xəstəxananın 1986-cı il 14422 saylı çıxarışı, xəstənin yanması haqda epikriz, müxtəlif vaxtlarda Elmitədqiqat Travmatologiya və Ortopediya İnstitutunun verdiyi sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı və Tibbi arayışlar, “X6” X7n 2023 və 2024-cü ildə verdiyi tibbi arayışlar yuxarıda qoyulmuş diaqnoz təsdiq edir. Xəstə çapıqlarda ağrı, qaşınma, keyləşmə, dartınmadan şikayət edir, hərdən sol qoltuqaltında yaralanmalar olur. Gövdənin sol yan, sol qoltuqaltı, sol bazudakı çapıqlar hesabına xəstə sol yuxarı ətrafı gövdədən tam uzaqlaşdıra bilmir. -900, sol əli başı üzərinə qaldıra bilmir, çapıqlar, dartınmalar, yaralanmalar mane olur, sol yuxarı ətrafda funksiya pozğunluğu yaranmışdır. Xəstə periodik müalicələr alır, məlhəmlər, kremlər, gellər işlədir. Aparılan müalicələrdən yaxşılaşma hiss etməmişdir. Xəstənin xəstəliyi xroniki xarakter daşıyır. Çapıqlarda qaşınma, keyləşmə, yaralanma, sol yuxarı ətrafda hərəkət məhdudluğu keçirilmiş yanığın fəsadıdır, ağırlaşmasıdır. Xəstədə tam reabilitasiya mümkün deyil. Çapıq toxuması əsasən birləşdirici toxumalardan ibarətdir, qanla təchizatı zəifdir, elastikliyi yoxdur, bərkdir, müxtəlif geniş sahəni əhatə edir. Onu əvvəlki halına, yumşaq və elastik dəriyə qaytarmaq mümkün deyil. Beləliklə də, iddiaçı barəsində qeyd olunan diaqnoz və xəstəlik mötəbər sübut hesab olunan rəylərlə və tibbi sənədlərlə öz təsdiqini tapır. Məhkəmə ilk növbədə qeyd edir ki, əlillik meyarının müəyyən edilməsi cavabdeh inzibati orqanın diskression səlahiyyətinə aiddir. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Beləliklə də, məhkəmə iş materiallarında olan müvafiq tibb müəssisəsinin arayışlarını və rəyləri mötəbər sübut kimi qəbul edərək iddiaçıda həmin diaqnozun, diaqnoz nəticəsində əlilliyin təyin edilməsinin mümkünlüyünü təsbit edir və diaqnoz və diaqnoz əsasında müvafiq əlilliyin təyin edilməsinin mümkünlüyü öz təsdiqini tapır. Bundan əlavə məhkəmə müəyyən edir ki, iddiaçı 2000-ci il tarixdən həmin xəstəliklərdən əziyyət çəkir və bu səbəblə də ona xx.xx.2023-cü ilədək əlillik təyin edilmişdir. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "... kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)- 1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməmdə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0012 nömrəli qərarı qanuni əsaslarla qəbul edilməmiş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Bu səbəbdən də iddia tələbi təmin edilməli və ididaçıya əlillik təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənləri və İnzibati-Prosessual Məcəllənin 52, 68, 69, 75.4, 85.1- ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı:
İddia təmin edilsin. Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0012 nömrəli nömrəli qərarı ləğv edilsin. xx.xx.1983-cü il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdən ümumi xəstəlik səbəbi ilə müvafiq əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Pərvanə Qurbanova