Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-124/2022 20.07.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, Üçüncü şəxs X3, onun nümayəndəsi vəkil X8, Üçüncü şəxs Saatlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirаkları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı (X9, X10, Zeynalova Hicran Qəni qızı, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızı, Saatlı Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) “xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X3, X4, Zeynalova Hicran Qəni qızının, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının birgə mülkiyyətinə verilmiş 0,0071 ha torpaq sahəsinin qeydiyyatının ləğv edilməsi və həmin torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə 28 mart 2022-ci il tаriхdə Şirvаn İnzibаti Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Saatlı Rayon İcra Hakimiyyətinə qarşı “ Saatlı rayon Aqrar İslahat Komissiyasının X3, X4, Zeynalova Hicran Qəni qızının, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının adına 0,04 ha torpaq sahəsinin ayrılmasına dair xx.xx.1998-ci il tarixli 5 saylı qərarının 0.01 ha hissəsində ləğv edilməsinə dair” qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini aşağıdakı qaydada əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi valideynlərindən miras əmlak olaraq ona qalmışdır. Hazırkı iş üzrə 3-cü şəxs X9 onun qardaşıdır. Digər 3-cü şəxlər onun ailə üzvləridir. Hazırkı iş üzrə 3cü şəxlər onun evinə gedən hələ atasının sağlığında qurulmuş və 1963-cü ildən mövcud olan və hal-hazırda da istifadələrində olan darvazanın sökülməsinə dair iddia tələbi ilə Saatlı Rayon Məhkəməsinə müraciət etmiş və Saatlı Rayon Məhkəməsinin 2(055)- 629/2019 saylı 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən o, apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 46/2021 saylı 09 fevral 2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. O, hazırkı iş üzrə 3-cü şəxslərə qarşı onlara məxsus olan JN-1221A (kod ********) nömrəli şəhadətnamədə götərilən 0,04 hektar torpaq sahəsindən 0,01 hektar sahəsinin və RX seriyalı ******* saylı çıxarışda göstərilən 0,0371 hektar torpaq sahəsinin 0,0071 hektar hissəsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət etmişdir. Saatlı Rayon Məhkəməsinin 2(055)-356/2020 saylı 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuşdur. Onu da qeyd etmək istəyir ki, 1989-cu ildə ailə üzvləri böyük olduğundan və buna görə də qardaşı Mirxəlilə ayrıca təsərrüfat yaratmaq məqsədilə ailəsinə məxsus olan həmin mübahisəli torpaq sahəsindən atası tərəfindən Mirxəlilə 3.0 sot torpaq sahəsinin ayrılmasına razılıq verilmişdir. Bundan sonra 03 fevral 1989-cu il tarixdə Saatlı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədrinin, baş mühədisinin, Saatlı rayonunun baş memarının, Saatlı rayon MİS-nin rəisinin, Saatlı rayon SES-nin baş həkiminin, Saatlı rayon yanğından mühafizə müfəttişinin iştirakı ilə tərtib edilmiş aktla X5 15x20 metr olmaqla 3.0 sot torpaq sahəsi ayrılması məqsədə müvafiq hesab etmişdir. Daha sonra Saatlı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli qərarı ilə cavabeh X5 15x20 metr olmaqla 3.0 sot torpaq sahəsi ayrılmışdır. Onu da qeyd etmək istəyir ki, sonradan heç bir torpaq sahəsinin artırılmasına dair ilkin sənədlər mövcud olmadığı halda, Saatlı Rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 5 saylı qərarının 0,01 ha torpaq sahəsini hazırkı iş üzrə 3-cü şəxlərə qanunsuz olaraq ona məlum olmayan səbəblərdən artıq ayrılmış və bunun əsasında da 3-cü şəxlərə torpağın mülkiyyətinə verilməsinə dair JN 1221 A, KOD 90801004 olan şəhadətnamə və RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli Çıxarış verilmişdir. O, hazırkı iş üzrə 3-cü şəxslərə verilmiş JN 1221 A, KOD 90801004 olan şəhadətnamə və RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli Çıxarışın hissəvi etibarsız hesab edilməsi ilə bağlı Saatlı Rayon Məhkəməsinə müraciət etmişdir. Saatlı Rayon Məhkəməsinin 2(055)-356/2020 saylı 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuş, hazırkı iş üzrə 3-cü şəxlərə məxsus olan JN-1221A (kod ********) nömrəli şəhadətnamədə göstərilən 0,04 hektar torpaq sahəsindən 0,01 hektar sahəsi və RX seriyalı ******* saylı çıxarışda göstərilən 0,0371 hektar torpaq sahəsinin 0,0071 hektar hissəsi etibarsız hesab edilmişdir. Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998ci il tarixli 5 saylı qərarı ilə hazırkı iş üzrə 3-cü şəxslərə qanunsuz və əsassız olaraq 0,01 ha torpaq sahəsi artıq ayrılmaqla onun evinin yeganə giriş-çıxış yolu olan eni 4,5 metr, uzunluğu 16 metr olan yəni, 72 kv.m. sahəni tutur. Bununla da, ona məxsus olan evin yeganə giriş-çıxış yolunu bağlayır, onun və ailə üzvlərinin evdən istifadəsini məhdudlaşdırır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Saatlı rayon İcra Hakimiyyətinə qarşı “Saatlı rayon Aqrar İslahat Komissiyasının X5, X6, Zeynalova Hicran Qəni qızına, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızına 0.04 ha torpaq sahəsinin ayrılmasına dair 18 may 1998-ci il tarixli qərarının 0.01 ha hissəsində ləğv edilməsi” tələbinə dair iş üzrə X9, X10, Zeynalova Hicran Qəni qızı və Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X3, X4, Zeynalova Hicran Qəni qızının, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının birgə mülkiyyətinə verilmiş 0,0071 ha torpaq sahəsinin qeydiyyatının ləğv edilməsi və həmin torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Saatlı rayon İcra Hakimiyyətinə qarşı “Saatlı rayon Aqrar İslahat Komissiyasının X5, X6, Zeynalova Hicran Qəni qızına, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızına 0.04 ha torpaq sahəsinin ayrılmasına dair 18 may 1998-ci il tarixli qərarının 0.01 ha hissəsində ləğv edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı olduğu kimi saxlanılsın, Saatlı rayon İcra Hakimiyyəti cavabdeh sırasından çıxarılsın, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi cavabdeh qismində tanınsın, iddia tələbinə isə “xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X3, X4, Zeynalova Hicran Qəni qızının, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının birgə mülkiyyətinə verilmiş 0,0071 ha torpaq sahəsinin qeydiyyatının ləğv edilməsi və həmin torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması” kimi baxılması davam etdirilməsi, Saatlı rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair məhkəməyə ərizə göndərərək, iddiа ərizəsində dəqiqləşmə аpаrıldığını, iddiaçının olduğu kimi saxlanılmasını, cavabdeh qismində Saatlı rayon İcra Hakimiyyətinin tanınmasını, iddia tələbinə isə “X3, X4, Zeynalova Hicran Qəni qızının, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının adına torpaq ayrılmasına dair Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 5 saylı qərarının 3.0 (üç) sot hissəsi istisna olmaqla digər hissədə etibarsız hesab edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X3, X4, Zeynalova Hicran Qəni qızının, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının birgə mülkiyyətinə verilmiş 0,0071 ha torpaq sahəsinin qeydiyyatının ləğv edilməsi və həmin torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçının olduğu kimi saxlanılması, cavabdeh qismində Saatlı rayon İcra Hakimiyyəti tanınması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi idarəsi cavabdeh sırasından çıxarılması, iddia tələbinə isə “X3, X4, Zeynalova Hicran Qəni qızının, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının adına torpaq ayrılmasına dair Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 5 saylı qərarının 3.0 (üç) sot hissəsi istisna olmaqla digər hissədə etibarsız hesab edilməsi” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X3, X4, Zeynalova Hicran Qəni qızının, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının birgə mülkiyyətinə verilmiş 0,0071 ha torpaq sahəsinin qeydiyyatının ləğv edilməsi və həmin torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Saatlı rayon Aqrar İslahat Komissiyasının X5, X6, Zeynalova Hicran Qəni qızına, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızına 0.04 ha torpaq sahəsinin ayrılmasına dair 18 may 1998-ci il tarixli qərarının 0.01 ha hissəsində ləğv edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı olduğu kimi saxlanılsın, Saatlı rayon İcra Hakimiyyəti cavabdeh sırasından çıxarılması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi cavabdeh qismində tanınsın, iddia tələbinə isə “xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X3, X4, Zeynalova Hicran Qəni qızının, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının birgə mülkiyyətinə verilmiş 0,0071 ha torpaq sahəsinin qeydiyyatının ləğv edilməsi və həmin torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması” kimi baxılması davam etdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X9, onun nümayəndəsi vəkil X11 izahatında iddiaçının iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Saatlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X7 izahatında iddiaçının iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya, cavabdehə və digər üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələri barədə məlumat verməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının, cavabdehin və digər üçüncü şəxslərin iştirakları оlmаdаn bахılmаsını mümkün hеsаb еtmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarının tələbindən çıxış edərək hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran sübutları təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Saatlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarının qərara aldı hissəsində aşağıdakılar qeyd olunmuşdur: X9, X10, Zeynalova Hicran Qəni qızı, X2 birgə mülkiyyətinə verilmiş 0,04 ha torpaq sahəsi verilmişdir və JN-1221A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********93 nömrəli məktubuna əlavə olunmuş Saatlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarının vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə X9, X10, Zeynalova Hicran Qəni qızı, X2 birgə mülkiyyətlərinə 0.04 ha torpaq sahəsinin verilməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən, Saatlı şəhəri, Həsən bəy Zərdabi küçəsi, 72 saylı fərdi yaşayış evi X3 xüsusi mülkiyyətinə verilmişdir. X10, Zeynalova Hicran Qəni qızı, X2 hər birinin ayrılıqda 0.01 torpaq sahəsinə pay hüququ, X3 isə fərdi yaşayış evinə və 0.01 ha torpaq sahəsinə pay hüququ müyyən edilmişdir. İş materiallarında olan Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı iclas protokolunun qərarından çıxarışında qərara aldı hissəsində aşağıdakılar qeyd olunmuşdur: “Torpaq İslahatı” haqqında qanunda göstərildiyi kimi xx.xx.1996-cı il tarixə kimi qeydiyyatda olanlara torpaq siyahısına daxil edilmişlər. Özəlləşən 405 hektar sahə torpaq payı almaq hüququ olan 319 nəfər arasında bölünmüşdür. Adambaşına torpaq norması 1.27 hektar olmuşdur. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-1221A kod 90801004 nömrəli şəhadətnamədən görünür ki, Saatlı rayon Aqrar İslahat komissiyasının 18 may 1998-ci il tarixli, 05 saylı qərarı ilə 0.04 hektar torpaq sahəsi X3, X4, Zeynalova Hicranqəni qızının, X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin xx.xx.2021-ci il tarixli, **********36 nömrəli məktubunda qeyd edilmişdir: “sözügedən torpq sahəsinə dair çıxarış və plan və ölçünün tərəfindən ləğv olunması mümkün deyil. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. Qeyd olunan çıxarış və plan və ölçünün ləğv olunması və ərizəçinin və ailə üzvlərinin hüquqlarının dövlət qeydiyyatı barədə məhkəmə qətnaməsi təqdim ediləcəyi təqdirdə qanunverciliyin tələblərinə uyğun tədbir görüləcəkdir”. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi “torpağın mülkiyyətə verilməsinə dair” JN-1221A kod 90801004 nömrəli şəhadətnamədə hüquq sahibləri kimi X3, X4, Zeynalova Hicran Qəni qızının, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının adları qeyd edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən şəhadətnamə Saatlı rayon Aqrar İslahat komissiyasının 18 may 1998-ci il tarixli, 05 saylı qərarı və Saatlı rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl” əsasında tərtib edilmişdir. Həmin sənədlər torpağın mülkiyyətə verilməsinə dair” JN-1221A kod 90801004 nömrəli şəhadətnamənin tərtib edilməsi üçün ilkin hüquqmüəyyənedici sənədlər hesab olunur. Hazırda iddiaçı həmin şəhadətnamədən X3, X4, Zeynalova Hicran Qəni qızının, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının adının çıxarılmasını cavabdeh inzibati orqandan tələb edir. Məhkəmə müəyyən etdiyi işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinin yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər. Hazırkı halda, cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) nəticəsi mübahisələndirilir. Lakin mübahisələndirilən qeydiyyat sənədlərində ifadə olunan hüquq inzibati akta – Aqrar İslahat Komissiyasının qərarına əsasən əmələ gəlmişdir və hüququn qeydiyyatı da həmin akta əsaslanır. Belə ki, qanuni istifadədə olan torpaq sahələri vətəndaşların mülkiyyətinə rayon aqrar islahat komissiyalarının qərarına əsasən verilmişdir. Bundan sonra torpaq sahiblərinə “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr tərtib edilmişdir. Hazırkı tələb üzrə üçüncü şəxslər X3 mülkiyyətinə 0.04 ha həyətyanı torpaq sahəsi verilmiş və JN 1221 A saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. X4, Zeynalova Hicran Qəni qızının, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının adının JN 1221 A saylı şəhadətnamədəki hüquq sahibləri sırasına daxil edilməsi rayon aqrar islahat komissiyasının qərarı ilə həll edilmiş məsələdir. Başqa sözlə X3, X4, Zeynalova Hicran Qəni qızının, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının adının JN 1221 A saylı şəhadətnaməyə hüquq sahibləri kimi daxil edilməsi Aqrar İslahat Komissiyasının qərarı (inzibati aktı) əsasında həyata keçirilmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı razılaşmadığı yerli aqrar islahat komissiyasının qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə şikayət verə bilərdi. Lakin, iddiaçı həmin qərardan şikayət verməmiş və həmin qərar icra olunaraq Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırda islahat işləri sona çatmış, iddiaçının maraqlarına zidd qərar qəbul edən müvafiq Aqrar İslahat Komissiyası ləğv olunmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir. Göründüyü kimi mübahisələndirilən şəhadətnamənin əsasını təşkil edən akt hər hansı orqan tərəfindən ləğv edilməmiş, yaxud hər hansı digər səbəbə görə qüvvədən düşməmiş və iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmənin qənaətinə görə, iddia olunan şəhadətnamənin ləğv olunduğu halda belə, inzibati aktın qüvvədə qaldığı zaman ərzində onun əsasında əldə edilən hüquq da qalır. Beləliklə də iddiaçının Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsindən irəli gələn tələb hüququ yoxdur. Məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İş № 2-1(102)-1392/20 nömrəli 13 oktyabr 2020-ci il tarixli Qərarında öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X3, X4, Zeynalova Hicran Qəni qızının, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının birgə mülkiyyətinə verilmiş 0,0071 ha torpaq sahəsinin qeydiyyatının ləğv edilməsi və həmin torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-124/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-124/2022
20.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver