Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1240/2025 28.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun pensiya hüququnun yarandığı, yəni 57 yaşının tamam olduğu tarixdən yəni, xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı onun pensiya hüququnun yarandığı, yəni 57 yaşının tamam olduğu tarixdən yəni, xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1962-ci ildə anadan olmuşdur. Hazırda 61 yaşı tamam olub. Əmək fəaliyyəti, hərbi xidmət dövrü də daxil olmaqla xx.xx.1981-ci ildən xx.xx.2018-ci illəri əhatə edir. Ümumilikdə iş stajı 31 ildən çox təşkil edir. Bu məlumatlar əmək kitabçasında aydın şəkildə qeyd edilir. Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən pensiyanın təyin edilməsi xahiş olunmuşdur. Cavabdeh 27 fevral 2024-cü il tarixli məktubla imtina cavabı vermişdir. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Belə ki, ona məxsus olan əmək kitabçasına əsasən qanunla müəyyən edilmiş həm ümumi 25 il sosial sığorta stajına, həm də əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər üçün nəzərdə tutulmuş 12 il 6 ay sığorta stajına malikdir. Cavabdehin imtina məktubunun 7-ci abzasında göstərilir ki, 02 iyul 1985-ci il tarixli əmək kitabçasında və 25 il fasiləsiz olaraq çalışdığı "xxxx" ASC-nin vermiş olduğu xx.xx.2010-cu il tarixli arayışında xx.xx.1985-ci ildən xx.xx.2010-cu ilədək çalışdığı qeyd edir. Həmin arayışda geniş şəkildə bildirilir ki, çalışdığı vəzifə, ona güzəştli şərtlərlə pensiyaya çıxmağı üçün Nazirlər Kabinetinin müəyyən etdiyi təsnifata uyğun gəlir. Lakin, cavabdeh qurum çalışdığı illəri müxtəlif bəhanələr gətirilərək nəzərə almayıb və ona imtina cavabı verilmişdir. Məhkəmənin diqqətinə ümumilikdə əmək stajını əhatə edən illərlə bağlı ətraflı məlumatı aşağıdakı kimi çatdırır. Təhsil aldığı dövrlər: xx.xx.1980-xx.xx.1985-ci illər. Hərbi xidmət dövrü: xx.xx.1981-xx.xx.1983-cü illər. "xxxx" ASC-də çalışdığı dövrlər: xx.xx.1985xx.xx.2010-ci illər. Azərbaycan Respublikasında müxtəlif təşkilatlarda çalışdığı dövrlər: xx.xx.2011-xx.xx.2018-ci illəri əhatə edir. Beləliklə, bütün bu illəri hesabladıqda onun ümumilikdə əmək stajı 31 ildən artıq müddəti təşkil edir. Cavabdeh idarə isə bütün bunları nəzərə almamışdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı ümumi iş stajının 25 ildən az və güzəştli iş stajının isə 12 il 6 aydan az olması səbəbindən müraciətin müsbət həllinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1- ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasf’nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə yeraltı işlər,incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının 579-VİQ nömrəli 8 iyul 2022-ci il tarixli Qanunu ilə 26 aprel 2022-ci il tarixdə imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilə təsdiq edilsə də, hazırki günədək ratifikasiya sənədlərinin qarşılıqlı mübadiləsi həyata keçirilmədiyindən qüvvəyə minməmişdir. Bu səbəbdən də xx.xx.1992-ci il tarixindən sonra Rusiya Federasiyası ərazisində qazanılmış əmək stajını sığorta stajına daxil etmək mümkün hesab edilmir. 2 iyul 1985 il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin İddiaçı dair xx.xx.2010-cu il tarixli 50/31-292 nömrəli arayışında xx.xx.1985-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində Rusiya Federasiyasında işlədiyi qeyd olunmuşdur. Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Bundan başqa həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Bununla əlaqədar olaraq, 01 01 1992-10 03 2010-cu il tarixləri arasındakı dövr Qanunun 23.2-ci maddəsində nəzərdə edilməsi mümkün deyil. Buna görə də, İddiaçı ümumi iş stajı 25 ildən az (10 il 8 ay 4 gün (xx.xx.1981-xx.xx.1983-cü il, 01,04.1984-xx.xx.1984-cü il, xx.xx.1985-31,12.1991-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (6 il 5 ay 27 gün (xx.xx.1985- 20.11,1985-ci il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 11354,20 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, İddiaçı isə gəlməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə imtinanın əsaslı olduğunu bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri).İddiaçı subyektiv hüquqa malik olmaqla düzgün cavabdehə qarşı iddia qaldırmışdır. İddiaçı Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə- Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Lerik rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və iddiaçının yaşayış yeri Lerik rayonu olduğundan, İPM-in 8.1.2-ci maddəsini əsas götürərərək,iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Əsaslandırıcı hissə: Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini, etirazı və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan sübutlarla əsaslandırır: İş materiallarında olan; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-S-46859/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi döviət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 9.1 -ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 2 iyul 1985 il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin ona dair xx.xx.2010-cu il tarixli 50/31-292 nömrəli arayışında xx.xx.1985-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində Rusiya Federasiyasında işlədiyi qeyd olunmuşdur. Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Bundan başqa həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Bununla əlaqədar olaraq, xx.xx.1992-xx.xx.2010-cu il tarixləri arasındakı dövr Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan tarixdən sonraya aid olduğundan həmin dövrün sosial sığorta stajınıza daxil edilməsi mümkün deyil. Buna görə də, onun ümumi iş stajı 25 ildən az (10 il 8 ay 4 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1985xx.xx.1991 -ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (6 il 5 ay 27 gün (xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 11354,20 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası vətəndaşının AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. xx.xx.1985-ci il tarixli, ЗТ № 047389 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı 1980-cı il tarixdən 1985-ci il tarixədək Azərbaycan SSR ali və orta ixtisas təhsili nazirliyinin Bakı Politexnik texnikomunda Bakı maşınqayırma texnikomunu metalların termik emalı və metalşünaslıq ixtisası üzrə təhsil almışdır. H3 № ******* nömrəli, xx.xx.1981-ci il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək SSR Silahlı qüvvələrində hərbi xidmət keçmişdir. Rusiya Federasiyası "xxxx" ASC Kadrlar şöbəsi xx.xx.2010-cu il, 50/31-292 nömrəli arayışının notarial qaydada tərcümə edilmiş surətində qeyd edilmişdir ki, İddiaçı X1 peşə (vəzifə) - Tökmə sexinin sobalarında termist vəzifəsində çalışmışdır. xx.xx.1985-ci ildən etibarən 180 us saylı xx.xx.1985-ci il tarixli sərəncam xx.xx.1985-ci ilə qədər 489 saylı xx.xx.1985-ci il tarixli sərəncam tam iş günü ilə termist vəzifəsində çalışmışdır. Siyahı 2, bölmə 14, bənd 4, mövqe 2150400a-19100. Rusiya Əmək Nazirliyinin 51 saylı xx.xx.1997ci il tarixli Qərarı ilə təsdiq olunmuş 8 saylı xx.xx.1997-ci il tarixli İzahat. peşə (vəzifə) 2 nömrəli boruprokat sexinin idarəetmə məntəqəsinin operatoru (siyahıda nəzərdə tutulmuş əlavə şərtlər) 21 noyabr 1985-ci ildən 31 oktyabr 1985-ci il tarixli, 489 nömrəli sərəncam xx.xx.1989-cu ilə qədər 26 aprel 1989-cu il tarixli, 198 nömrəli sərəncam tam iş günü ilə metal və hazır məhsulların emalı və çeşidlənməsi ilə məşğul olan fəhlə işləmişdir. Siyahı 2 bölmə 3 bənd 4 bənd, mövqe 2040400a-1753b. peşə (vəzifə) - 2 saylı yüksək tezlikli cərəyanı altında (YTC) boruprokat avadanlığının quraşdırıİmasında termist (siyahıda nəzərdə tutulmuş əlavə şərtlər) xx.xx.1989 cu ildən 26 aprel 1989-cu il tarixli, 198 nömrəli sərəncam xx.xx.1995-ci ilə qədər 13 aprel 1995-ci il tarixli, 197 nömrəli sərəncam tam iş günü ilə YTC qurğularında termist işləmişdir. Siyahı 2 bölmə 14 bənd 4 mövqe 2150400a- 19104. peşə (vəzifə) - 1 nömrəli boruprokat sexində metal qızdırıcısı (siyahıda nəzərdə tutulmuş əlavə şərtlər) xx.xx.1995 tarixindən 13 aprel 1995-ci il tarixli, 197 nömrəli sərəncam, xx.xx.1996-cı ilə qədər 22 oktyabr 1996-cı il tarixli, 420 nömrəli sərəncam tam iş günü ilə metal qızdırıcısı vəzifəsində işləmişdir. Siyahı 1 bölmə 3 bənd 4 mövqe 1030400a-14852. peşə (vəzifə) - 1 saylı boruprokat sexinin borularının və məhsullarının kəsicisi (siyahıda nəzərdə tutulmuş əlavə şərtlər) xx.xx.1996-cı ildən 22 oktyabr 1996-cı il tarixli, 420 nömrəli sərəncam xx.xx.2002-ci ilə qədər xx.xx.2002-ci il tarixli, 121 nömrəli sərəncam tam iş günü ilə borularının və məhsullarının kəsicisi işləmişdir. Siyahı 2 bölmə 3 bənd 4, mövqe 2040400a-l 7968 peşə (vəzifə) - 1 saylı boruprokat sexinin emal üzrə operatoru (siyahıda nəzərdə tutulmuş əlavə şərtlər) xx.xx.2002-ci tarixindən xx.xx.2002-ci il tarixli, 121 nömrəli əmr xx.xx.2002-ci ilə qədər 30 06 2005-ci il tarixli, 814k nömrəli sərəncam, 1 dekabr 2005-ci il tarixli, 387 nömrəli protokol tam iş günü ilə metal və hazır məhsulların emalı və çeşidlənməsi ilə məşğul olan briqadir vəzifəsində çalışmışdır. Siyahı 2 bölmə 3 bənd 4 mövqe 2040400a- 17536. peşə (vəzifə) - 1 saylı boruprokat sexinin hazır məhsulunun və metalın emalı, çeşidlənməsi, qəbul olunması, təhvil verilməsi, paketləşdirilməsi və qablaşdırılması üzrə briqadir, metal yivli protektorlarin istehsalı sahəsi (siyahıda nəzərdə tutulmuş əlavə şərtlər) 27 tarixindən 30 iyun 2005-ci il tarixli, 814k nömrəli sərəncam, 1 dekabr 2005-ci il tarixli, 387 nömrəli protokol. xx.xx.2010-cu ilə qədər 21 yanvar 2010-cu il tarixli, 1197-k nömrəli sərəncam, tam iş günü ilə metal və hazır məhsulların emalı və çeşidlənməsi ilə məşğul olan briqadir. Siyahı 2 bölmə 3 bənd 4 mövqe 2040400a-17536. peşə (vəzifə) - boru prokat sexinin metal və hazır məhsulunun emalı, çeşidlənməsi, qəbul olunması, təhvil verilməsi, xx.xx.2011-ci il tarixli paketləşdirilməsi və qablaşdırılması üzrə briqadir, boruların emalı üzrə 1 saylı sahə (siyahıda nəzərdə tutulmuş əlavə şərtlər) tarixindən 21 yanvar 2010-cu il tarixli, 1197-k nömrəli sərəncam. xx.xx.2010-cu ilə qədər tam iş günü ilə metal və hazır məhsulların emalı və çeşidlənməsi ilə məşğul olan briqadir. Siyahı 2 bölmə 3 bənd 4 mövqe 2040400a- 17536. Peşə (vəzifə) - boru prokat sexinin metal və hazır məhsulunun emalı, çeşidlənməsi, qəbul olunması, təhvil verilməsi, paketləşdirilməsi və qablaşdırılması üzrə briqadir, boruların emalı üzrə 1 saylı sahə (siyahıda nəzərdə tutulmuş əlavə şərtlər) tarixindən xx.xx.2010-cu ilə qədər metalı təhvil verən - çeşidləyən fəhlənin işi haqqında 19 fevral 2010-cu il tarixli, 536 nömrəli sərəncam, tam iş günü ilə metalın və hazır məhsulların emalı və çeşidlənməsi ilə məşğul olan fəhlə işləmişdir. Siyahı 2 bölmə 3 bənd 4 mövqe 2040400a-l 7536. peşə (vəzifə) - boru prokat sexinin metal və hazır məhsulunun emalı, çeşidlənməsi, qəbulolunması, təhvil verilməsi, paketləşdirilməsi və qablaşdırılması üzrə briqadir, boruların emalı üzrə 1 saylı sahə (siyahıda nəzərdə tutulmuş əlavə şərtlər) xx.xx.2010-cu ildən 19 fevral 2010-cu il tarixli, 536 nömrəli sərəncam. xx.xx.2010-cu ilə qədər 10 mart 2010-cu il tarixli, 298-k nömrəli sərəncam, tam iş günü ilə metal və hazır məhsulların emalı və çeşidlənməsi ilə məşğul olan fəhlə. Siyahı 2 bölmə 3 bənd 4 mövqe 2040400a-17536. istehsal həcminin azalması (tam iş günü) və ya natamam iş günü (lakin iş günü ərzində iş vaxtının 80%-dən az olmamaq şərti ilə) ilə əlaqədar yarımştat iş həftəsində təşkilatın rəhbərliyinin təşəbbüsü ilə iş dövrləri. Göstərilən peşələrdə (vəzifələrdə) işləmək erkən pensiya təminatı hüququ verir: "Rusiya Federasiyasında əmək pensiyaları haqqında" 173 saylı 17 dekabr 2001-ci il tarixli Federal Qanunun 27 maddəsinin 1 bəndinin 1,2 yarımbəndləri 28 maddəsinin 1 bəndi Erkən pensiya təminatı hüququ verən xüsusi iş stajına daxil edilməyən dövrlər: Təşkilat rəhbərliyinin təşəbbüsü ilə digər səbəblərə görə natamam iş həftəsində və ya natamam iş rejimində (iş günü ərzində iş vaxtının 80%-dən az) iş dövrləri: 1998-24 gün - 1998-ci il üçün əmək haqqı üçün şəxsi hesablar. 1998- 2 gün - 1999-cu il üçün əmək haqqı üçün şəxsi hesablar, xx.xx.2004- 4 saat - 2004-cü ilin əmək haqqı üçün şəxsi hesablar. xx.xx.2004- 2 saat - 2004-cü il üçün şəxsi əmək haqqı hesabları. Təhsil məzuniyyəti (işini peşə hazırlığı ilə birləşdirən işçilərə, o cümlədən müəyyən müəssisələrə daxil olanlara verilir) –yox. İxtisasın artırılması kursları (işdənkənar) yox. Dövlət sosial sığorta haqqı ödənilməmiş müvəqqəti əlillik dövrləri (məişət xəsarəti, alkoqol sərxoşluğu vəziyyəti və s.) 2004- 5 gün - məişət zədəsi - 2004-cü il üçün şəxsi əmək haqqı hesabları. Əmək haqqını qoruyub saxlamadan məzuniyyət: 1998- 1 gün - 2000 əmək haqqı üçün şəxsi hesablar. -1999 1 gün - 2001-ci ilin əmək haqqı üçün şəxsi hesablar. 2000 -3 gün - 2002-ci il üçün əmək haqqı üçün şəxsi hesablar. 2004- 2 gün - 2005-ci ilin əmək haqqı üçün şəxsi hesablar. 2009- 1 ay 19 gün - 2009-cu il üçün şəxsi əmək haqqı hesabları. 2010-1 gün - 2010-cu ilin əməkhaqqı üçün şəxsi hesablar. Uşağa qulluq etmək üçün məzuniyyət yox., Digər dövrlər (hərbi düşərgələrdə olmaq, seçki kampaniyalarında iştirak etmək, xalq müşaviri kimi dövlət vəzifələrini yerinə yetirmək və s.) 1998- 5 gün - yüngül iş - 2003-cü il üçün əmək haqqı üçün şəxsi hesablar. 2009- 26 gün ümumi əsaslar - 2009-cu ilin iyul ayı üçün 123 nömrəli iş əmrləri. 2009-cu il avqust ayı üçün № 148, sentyabr 2009-cu il № 145, oktyabr 2009- cu il № 1 3 3 : 2009-cu il noyabr ayı üçün № 159. 2010 - 13 gün - ümumi əsaslar - 27 fevral 2010-cu il tarixli, 629 nömrəli, 23 mart 2010-cu il tarixli, 1087 nömrəli əmrlər. Qaydaların 9-cu bəndində nəzərdə tutulmuş işdən kənarlaşdırılma müddətləri (Rusiya Federasiyası Hökumətinin 11 iyul 2002-ci il tarixli qərarı ilə təsdiq edilmişdir) yox. Sertifikatın verilmə səbəbi: 1985-2010-cu illər üçün ştat cədvəli, iş qrafiki, ETKS, T-2, T-5 formalı şəxsi kartlar, peşə üzrə işi təsdiq edən vəzifə kitabçaları, 1985-2010-cu illər üçün şəxsi əmək haqqı hesabları, vəzifə təlimatı, iş təlimatı, texnoloji təlimatl, iş yerinin attestasiyası kartı, sexin planı. Rusiya Federasiyasının 17 dekabr 2001-ci il tarixli Qanununun 25, 26-cı maddəsinə, "Rusiya Federasiyasında əmək pensiyaları haqqında" 173 saylı Federal Qanununa uyğun olaraq, təşkilat pensiyaların təyin edilməsi və ödənilməsi üçün verilmiş sənədlərdə olan məlumatların düzgünlüyünə cavabdehdir. Sənədlərdə göstərilən məlumatların düzgün olmadığı və onların əsasında pensiya ödənildiyi hallarda müəssisə (təşkilat, idarə) təqaüd ödəyən orqana dəymiş zərərin əvəzini ödəyir. 1975-ci ilə qədər X1 qəbul aktları (vərəqləri), işdən çıxarma qeydləri (vərəqləri) və köçürmə vərəqələri nömrələnmirdi və sifariş qüvvəsinə malik idi. Beynəlxalq əlaqələr departamentinin xidməti məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin 12-ci maddəsinin 1-ci bəndinə əsasən, müqavilənin tətbiqi üçün səlahiyyətli orqanlar onun tətbiqinə dair inzibati saziş imzalamalıdırlar.Müqavilə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasında, xx.xx.2023-cü il tarixində isə Rusiya Federasiyasında ratifikasiya edilmiş, lakin inibati sazişin imzalanması bu günədək təmin edilməmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Konstitusiyanın 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Əmək pensiyaları haqqında” Qanun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 4.1. bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir.
23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ -nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. nıralşadnətəV“ pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür):
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa.
70. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrünün staja daxil edilməsi şərtləri Pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ -nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin İ hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
1. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilsin. Bakı şəhəri, 8 iyul 2022-ci il No579-VİQ Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə Bundan sonra ağılızaR“ gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası və Rusiya Federasiyası, iki dövlət arasında dostluq münasibətlərini dərinləşdirmək və pensiya təminatı sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyini rəhbər tutaraq, aşağıdakılar barədə razılığa gəldilər: İ Bölmə Ümumi müddəalar Maddə 1 Anlayışlar
1. Bu Müqavilənin məqsədləri üçün aşağıdakı anlayışlar bildirirlər: 1) “qanunvericilik” - Razılığa gələn Tərəflərin bu Müqavilənin 2-ci maddəsində nəzərdə tutulan münasibətləri tənzimləyən qanun və digər normativ hüquqi aktları; 2) “səlahiyyətli orqanlar” - bu Müqavilənin müvafiq Razılığa gələn Tərəfin ərazisində tətbiqi qaydasını müəyyən etməyə səlahiyyətli kimi tanınan orqanlar: Azərbaycan Respublikasında - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; 4) nanuloatroğıs“ şəxs” - Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən sığortaolunan kimi tanınan şəxs; 7) atroğıs“ stajı” - sığorta haqlarının hesablandığı və ödəndiyi əmək və (və ya) digər fəaliyyət dövrləri, habelə Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən pensiya hüququnun müəyyən edilməsi və pensiya məbləğinin hesablanması zamanı nəzərə alman digər dövrlər;
2. Bu Müqavilədə istifadə olunan digər anlayışlar müvafiq Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilmiş mənanı daşıyır. Maddə 2 Tətbiq sahəsi
1. Bu Müqavilə aşağıdakılara dair hər iki Razılığa gələn Tərəfin pensiya təminatı haqqında qanunvericiliyi ilə tənzimlənən münasibətlərə şamil edilir: 1) Azərbaycan Respublikasında: yaşa görə əmək pensiyasına, əlilliyə görə əmək pensiyasına, ailə başçısını itirməyə görə əmək pensiyasına, habelə bu pensiyalara əlavələrə; Maddə 18 Keçid müddəalar
1. Bu Müqaviləyə əsasən pensiya hüququ onun qüvvəyə mindiyi tarixdən yaranır.
2. Bu Müqavilənin müddəalarına müvafiq olaraq pensiya hüququnun müəyyən edilməsi üçün bu Müqavilənin qüvvəyə minməsindən əvvəl də əldə edilmiş sığorta stajı (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalı - Azərbaycan Respublikası üçün) nəzərə alınır.
3. Bu maddənin 1-ci bəndinin müddəası nəzərə alınmaqla bu Müqavilə onun qüvvəyə minməsindən əvvəl baş vermiş sığorta hallarına da şamil edilir. Maddə 20 Müqavilənin qüvvəyə minməsi
1. Bu Müqavilə ratifikasiya edilməlidir.
2. Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir.
3. Razılığa gələn Tərəflər bu Müqavilənin mətninə onun ayrılmaz hissəsi olan dəyişikliklər edə bilərlər. Bu Müqaviləyə dəyişikliklərin edilməsi Razılığa gələn Tərəflərin bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəalarına uyğun qüvvəyə minən müvafiq protokolları imzalaması yolu ilə həyata keçirilir.
4. Razılığa gələn Tərəflər bu Müqavilənin imzalanması ilə əlaqədar olaraq 5 noyabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin iştirakçısı olmamaq niyyətini ifadə edir. İş materiallarından müəyyən olunur ki, cavabdeh iddiaçının 1992-ci ilin yanvarın 1dək keçmiş SSRİ -nin ərazisində qazandığı iş stajını mübahisələndirmir. İnzibati orqanın mübahisələndirdiyi iş stajı xx.xx.1992-ci il tarixdən xx.xx.2010-cu il tarixədək olan dövrü əhatə edir. İddiaçının əmək kitabçasının və digər sənədlərinin məlumatlarına əsasən, o, xx.xx.1981-xx.xx.1983-cü il tarixlərində hərbi xidmətdə olmuş, xx.xx.1980-xx.xx.1985-ci il tarixədək Bakı maşınqayırma texnikomunda təhsil almış, xx.xx.1985-xx.xx.2010-cu il ərzində Rusiya Federasiyası Taqmet ASC-də müxtəlif vəzifələrdə çalışmışdır. Cavabdeh qeyd edir ki, qanunvericilikdə vətəndaşların başqa dövlətin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtlərinə uyğun olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında sosial təminat sahəsində saziş qüvvəyə minmədiyindən iddiaçının Rusiya Federasiyasının ərazisində işlədiyi illərin iş stajına daxil edilməsi mümkün deyildir. Bu səbəbdən də iddiaçının xx.xx.2006- cı il tarixədək ümumi iş stajı da 25 ildən az (10 il 8 ay 4 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1984cü il, xx.xx.1985- xx.xx.1991 -ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (6 il 5 ay 27 gün (xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhkəmə cavabdehin həmin dəlilini əsaslı hesab edir. Belə ki, istinad edilən Müqavilənin 18-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, bu Müqaviləyə əsasən pensiya hüququ onun qüvvəyə mindiyi tarixdən yaranır. Həmin normanın tələbi nəzərə alındıqda, iddiaçı qeyd olunan Müqavilədən irəli gələn hüququnun icrasını (RF-nin ərazisində qazandığı iş stajının sığorta stajına daxil edilməsini) Müqavilənin qüvvəyə mindiyi tarixdən tələb edə bilərdi. Müqavilənin 20-ci maddəsinin müddəalarına görə, bu Müqavilə ratifikasiya edilməlidir (1). Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir (2). Müqavilə hər iki dövlət qanunverici orqanı tərəfindən ratifikasıya olunsa da, onun qüvvəyə minməsini şərtləndirən ratifikasiya sənədlərinin mübadiləsi baş verməmiş, Müqavilə bu qərarın qəbul edildiyi tarixə qüvvəyə minməmişdir. (https://www.mid.ru/ru/foreign_policy/international_contracts/international_contracts/2_con tract/60800/). Digər tərəfdən, Müqavilənin 18-ci maddəsinin 1-ci bəndinin (Bu Müqaviləyə əsasən pensiya hüququ onun qüvvəyə mindiyi tarixdən yaranır) və 20-ci maddəsinin 2-ci bəndinin (Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir) tələbləri nəzərə alındıqda, iddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən ona əmək pensiyası təyin edilməsi üçün RF-nin ərazisində qazandığı iş stajının sığorta stajına daxil edilməsini tələb edə bilməz. Qeyd olunduğu kimi, onun həmin staja əsaslanmaq imkanı Müqavilənin qüvvəyə mindiyi tarixdən başlayacaq ki, bu halda da, o, artıq əmək pensiyasının 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən təyin edilməsini (RF- nin ərazisində qazandığı staja istinadla) tələb edə bilməz. Məhkəmə nəzərə alır ki, 1999-cu il noyabrın 5-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" Saziş də qüvvəyə minmədiyindən, həmin Sazişə istinad da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Digər tərəfdən, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilənin 20-ci maddəsinin 4-cü bəndinə görə, Razılığa gələn Tərəflər bu Müqavilənin imzalanması ilə əlaqədar olaraq 5 noyabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin iştirakçısı olmamaq niyyətini ifadə edir. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.1992-ci il tarixindən sonra Rusiya Federasiyası ərazisində "xxxx" ASC-də qazanılmış əmək stajını sığorta stajına daxil etmək mümkün hesab edilmir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrində və həmin Qanun qəbul edilənədək qüvvədə olmuş nıralşadnətəV“ pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənilmədiyindən, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının onun 57 yaşının tamam olduğu tarixdən təyin edilməsini tələb edə bilməz. «İnzibati icraat haqqında» Qanunun: 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati Prosessual Məcəllənin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun pensiya hüququnun yarandığı, yəni 57 yaşının tamam olduğu tarixdən yəni, xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 4, 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim: Pərvanə Qurbanova