Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1242/2020 02.12.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, Cavabdeh Dövlət Vergi Xidməti 5 saylı X7 nümayəndəsi X3 və Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Dövlət Vergi Xidməti 5 saylı X4rşı «xx xxxxxx 2020-ci il tarixli **********302800 nömrəli qərarın ləğv edilməsi» tələbinə dair iddiasına xx xxxxxx 2020-ci il tarixdə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı məhdud məsuliyyətli cəmiyyəti və X5 cavabdeh Dövlət Vergi Xidməti 5 saylı X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidmətinin 5 saylı X7 İddiaçı məhdud məsuliyyətli cəmiyyətinə dair vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx xxxxxx 2020-ci il tarixli **********302800 nömrəli qərarın ləğv edilməsi, həmçinin həmin qərar əsas alınaraq hesablanmış, hazırda müəssisənin şəxsi hesab vərəqəsinə işlənmiş 57182,36 (əlli yeddi min yüz səksən iki manat 36 qəpik) cəmi ödənilməli borcun silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəmə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh Dövlət Vergi Xidmətinin 5 saylı X8 təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçılar xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizələrində Dövlət Vergi Xidmətinin 5 saylı X7 İddiaçı məhdud məsuliyyətli cəmiyyətinə dair vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx xxxxxx 2020-ci il tarixli **********302800 nömrəli qərarının ləğv edilməsini xahiş etmişlər. Həmçinin ərizəni İddiaçı məhdud məsuliyyətli cəmiyyəti iddiaçı kimi, X5 isə üçüncü şəxs kimi imza etmişlər. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(120)-1242/2020 saylı qərardadı ilə mübahisəyə İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Dövlət Vergi Xidməti 5 saylı X4rşı İddiaçı məhdud məsuliyyətli cəmiyyətinə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx xxxxxx 2020-ci il tarixli, **********302800 nömrəli qərarın ləğv edilməsi iddia tələbi üzrə baxılmasının davam etdirilməsi, X1 iddiaçılar sırasından çıxarılaraq, üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin 5 saylı X7 xx xxxxxx 2020-ci il tarixli **********302800 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı ilə İddiaçı məhdud məsuliyyətli cəmiyyətinə 25201,23 (iyirmi beş min iki yüz bir manat manat 23 qəpik) manat kameral yoxlama nəticəsində vergi və ya sığorta haqqı kimi hesablanmışdır. Qeyd olunan qərarı yanlış, qanunsuz və əsassız hesab edirlər. Belə ki, İddiaçı-nin uzun müddətdir ki, fəaliyyəti dayandırılmışdır, təsərrüfat fəaliyyəti yoxdur, bununla əlaqədar bütün lazımi bəyannamə və hesabatlar təqdim edilmişdir. Müəssisə dəqiqləşdirilmiş hesabatları təqdim etmiş və bu hesabatlar üzrə yaranmış vergini də ödəmişdir. Lakin cavabdeh yanlış kameral yoxlama nəticəsində əsassız vergi, sosial sığorta və işsizlik sığortası haqları hesablamışdır. xx.xx.2019-cu il tarixli nizamnamə kapitalındakı payın alqı-satqı müqaviləsinə əsasən MMC-nin təsis payı və təsisçilik hüquqları X2 verilmişdir. Lakin vergi orqanı əsassız olaraq yeni təsisçinin qeydiyyata alınmasını həyata keçirməmişdir. Sözügedən müqavilə ilə İddiaçı-nin bütün əvvəlki və yeni dövr üçün olan borc və öhdəliklərinin icrası üçün X5 cavabdehlik daşıyır. İddiaçı göstərilənlərə əsaslanaraq, qeyd olunan qərarın ləğv edilməsini, həmçinin həmin qərar əsas alınaraq hesablanmış, hazırda müəssisənin şəxsi hesab vərəqəsinə işlənmiş 57182,36 (əlli yeddi min yüz səksən iki manat 36 qəpik) cəmi ödənilməli borcun silinməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddia tələbinə etiraz edərək, bildirdi ki, 5 saylı X7 xx.xx.2020-ci il tarixli **********302800 nömrəli qərarının mübahisələndirilməsi üçün iddiaçı qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Belə ki, «Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat»dan göründüyü kimi iddiaçının ləğvini tələb etdiyi xx.xx.2020-ci il tarixli **********302800 nömrəli qərar xx.xx.2020-ci il tarixdə vergi ödəyicisinə elektron üsulla göndərilmiş və vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdə oxunmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Hazırkı iş üzrə iddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı tərəfindən vergi borcunun silinməsi üzrə qanunla nəzərdə tutulmuş iddia müddəti buraxılmışdır. Odur ki, iddiaya inzibati icraat qaydasında baxılmasının mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli **********302800 nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti ilə bağlı (rəhbər-X6, VÖEN **********, AZ 5423, Sabirabad rayonu, Kovlar kəndi) 5 saylı X11 tərəfindən vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanmasına dair qərar qəbul edilmişdir. İş materiallarında olan Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat cədvəlinin təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti barəsində 5 saylı X11 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli **********302800 nömrəli qərar xx.xx.2020-ci il tarixdə saat 09:21:53-də oxunmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Göründüyü kimi hazırda qüvvədə olan qanunvericilikdə vergi orqanı tərəfindən qəbul edilmiş qərarın elektron üsulla göndərilməsinin mümkünlüyü birmənalı təsbit edilmişdir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx xxxxxx 2020-ci il tarixli **********302800 nömrəli qərar xx.xx.2020-ci il tarixdə elektron üsulla iddiaçının elektron kabinetinə göndərilmiş və sözügedən qərar iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə oxunmuşdur. İş materiallarında görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı sözügedən qərarı aldıqdan (təqdim olunduqdan) 4 aydan artıq vaxt keçdikdən sonra qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə xx xxxx 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Beləliklə məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürüldüyündən, İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Dövlət Vergi Xidməti 5 saylı X4rşı «xx xxxxxx 2020-ci il tarixli **********302800 nömrəli qərarın ləğv edilməsi» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 32-ci, 35-ci və 38.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Dövlət Vergi Xidməti 5 saylı X4rşı «xx xxxxxx 2020-ci il tarixli **********302800 nömrəli qərarın ləğv edilməsi» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-1242/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1242/2020
02.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver