Məhkəmə qərarları › İş №2-1(120)-125/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-125/2020

21.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-125/2020 21.01.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ X13 Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinə qarşı «ailə başçısını itirməyə görə təyin edilmiş dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı 01 sentyabr 2005-ci il tarixdən ailə başçısını itirməyə görə dövlət qulluqçusu kimi əmək pensiyası alır. İddiaçıya pensiya təyin edilərkən mərhum həyat yoldaşı X3 Azərbaycan Respublikası Prezidentinin “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə” 20 iyun 2008-ci il tarixli 776 nömrəli fərmanına əsasən hakimiyyət səlahiyyətinin icrasına görə mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbərinin aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq, Azərbaycan Respublikası Prezidentinin “İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu”na müvafiq olaraq yerli bölmənin rəhbəri kimi ixtisas dərəcəsinə görə əlavə haqq, yüksəkliyə görə vəzifə maaşının 1,1 misli (10%) miqdarında yerli əmsal, hər il üçün vəzifə maaşı miqdarında olmaqla 3 (üç) mükafat və məzuniyyət dövrü üçün ödənilən vəzifə maaşı miqdarında olmaqla 1 (bir) müavinət nəzərə alınmaqla mərhum həyat yoldaşı X3 dövlət qulluğu pensiyasının və həmin pensiyaya uyğun olaraq vəfat etmiş dövlət qulluqçunun ailə üzvünün pensiyasının 01 sentyabr 2005-ci ildən yenidən hesablanmamışdır. İddiaçı qeyd olunan əlavələr nəzərə alınmaqla, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh 20 sentyabr 2019-cu il tarixli **********1 nömrəli məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinə qarşı «ailə başçısını itirməyə görə təyin edilmiş dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısını itirməyə görə aldığı dövlət qulluqçusu pensiyasının məbləğinin Azərbaycan Respublikası Prezidentinin “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı” nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə” 20 iyun 2008-ci il tarixli 776 nömrəli fərmanına əsasən hakimiyyət səlahiyyətinin icrasına görə mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin yerli bölmələrinin rəhbərinin aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq, Azərbaycan Respublikası Prezidentinin “İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu”na müvafiq olaraq yerli bölmənin rəhbəri kimi ixtisas dərəcəsinə görə əlavə haqq, yüksəkliyə görə vəzifə maaşının 1,1 misli (10%) miqdarında yerli əmsal, hər il üçün vəzifə maaşı miqdarında olmaqla 3 (üç) mükafat və məzuniyyət dövrü üçün ödənilən vəzifə maaşı miqdarında olmaqla 1 (bir) müavinət nəzərə alınmaqla mərhum həyat yoldaşı X3 dövlət qulluğu pensiyasının və həmin pensiyaya uyğun olaraq hesablanaraq, hüququnun yarandığı 01 sentyabr 2005-ci il tarixdən birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, ona təyin edilmiş ailə başçısını itirməyə görə dövlət qulluğu pensiyasının məbləği dövlət məvacibinə daxil olan bütün əlavələrlə birlikdə ona pensiya təyin edildiyi 01 sentyabr 2005-ci il tarixdən yenidən hesablanaraq ödənilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddianın rədd edilməsini xahiş edir. Cavabdehin məhkəməyə göndərdiyi iddiaya yazılı münasibətin (etirazın) məzmunundan görünür ki, İddiaçı şöbənin xx.xx.2005ci il tarixli qərarı ilə xx.xx.2005-ci il tarixdən dövlət qulluqçusu kimi pensiya təyin olunmuşdur. İddiaçı əri Ağaxan Məlikov 10 iyul 2005-ci il tarixdə vəfat etmişdir. Ağaxan Məlikov xx.xx.1998-xx.xx.2003-cü illərdə Lerik rayon Maliyyə şöbəsinin rəisi vəzifəsində işləmişdir. A.Məlikov işlədiyi dövrdə, hal-hazırda həmin vəzifə üçün nəzərdə tutulan əlavələri (3 mükafat və 1 yardım, 15% hakimiyyət səlahiyyətini icra etməyə görə haqq, yüksəkliyə görə 10% ixtisas dərəcəsinə görə haqq) almadığından ona dövlət qulluqçusu kimi pensiya təyinatı zamanı nəzərə alınmamışdır. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsini, Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********8 saylı arayışını, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 27 sentyabr 2019-cu il tarixli, 04-265/01 saylı və 04- 265 saylı arayışlarını, Lerik rayon Dövlət arxivinin xx.xx.2019-cu il tarixli, 137 saylı və xx.xx.2020-ci il tarixli, 8 saylı arxiv arayışlarını,nikah və ölüm haqqında şəhadətnamələrini,cavabdehin imtina məktubunu əlavə etmişdir, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir, həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanına əsasən Lerik rayon ərazi vahidi Şirvan İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lerik rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə qismən uğurludur, yəni qismən əsaslıdır. İddiaçı ona təyin edilmiş dövlət qulluğu pensiyasının məbləğinin yenidən hesablanması hüququna malikdir. Belə ki, işmateriallarındaolanvəşifahiməhkəmə baxışı iclasında tədqiqedilmiş iş materiallarından görünür ki, iddiaçının mərhum əri X8xx.xx.1998-xx.xx.2003-cü illərdə işlədiyi Lerik rayon Maliyyə şöbəsinin rəisi vəzifəsində işləmişdir. İddiaçınınmərhum əri X8 xx.xx.1998-xx.xx.2003-cü illərdə işlədiyi Lerik rayon Maliyyə şöbəsinin rəisi vəzifəsində işlədiyi üçün, iddiaçıya təyin edilmiş ailə başçısını itirməyə görə dövlət qulluğu pensiyasının məbləği mərkəzi icra hakimiyyəti orqanlarının yerli şöbələrinin rəhbərlərinin dövlət məvacibinə uyğunlaşdırılmalı,həmin vəzifəni tutan şəxslərə verilənmükafatlar, hakimiyyət səlahiyyətlərini crasına görə əlavə haqq, yüksəkliyə görə yerli əmsal, ixtisas dərəcəsinə görə əlavə haqq və məzuniyyətə çıxarkən verilən bir aylıq vəzifə maaşı məbləğində müavinət nəzərə alınmaqla, iddiaçının pensiyası yenidən hesablanmalıdır. Cavabdeh iddiaçının mərhumərinin hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində verilən əlavə haqq, pensiya təyin edilməsi üçün əsas götürülmüş dövrdə mükafatlar almasını, onunixtisas dərəcəsinin olmasını və məzuniyyətə çıxarkən verilən bir aylıq vəzifə maaşı məbləğində müavinət almasını təsdiq edən heç bir rəsmi sənəd (arayış) təqdim edilmədiyini əsas gətirərək, iddiaçının pensiyasını yenidən hesablamamışdır. Məhkəmə iddia tələbində göstərilən və cavabdeh tərəfindən qəbul edilməyən əlavələrin hesablanması ilə bağlı hər bir hala ayrı-ayrılıqda qiymət verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqqın hesablanması ilə bağlı aşağıdakıları qeyd edir: “Dövlət qulluğu haqqında” Qanunun 22.8-ci maddəsinə əsasən, dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” Qanunun 2-ci maddəsinə görə hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı qanunvericiliklə müəyyən edilir. “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısının və hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli, 776 nömrəli Fərmanına görə hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrası ilə əlaqədar aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilir. Bu fərmanla hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının konkret siyahısı təsdiq edilmişdir. Odur ki, yalnız siyahıda sadalanan vəzifələri tutan dövlət qulluqçularına hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq verildiyindən siyahıda sadalanmış dövlət qulluğu vəzifəsini tutan şəxsin pensiyasının hesablanmasında həmin əlavələr nəzərə alına bilər və bu hesablamalar 20 iyun 2008-ci il tarixli fərmandan sonrakı dövrə şamil edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısında olan vəzifə “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nda müəyyən edildikdə hakimiyyət səlahiyyətlərinin icrasına görə dövlət qulluqçularına ödənilən aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq əmək pensiyası hesablanarkən nəzərə alınmalıdır.. «Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı»nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli Fərmanına əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 266 nömrəli Fərmanı ilə «Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı» yeni redaksiyada verilmiş, mərkəzi icra hakimiyyəti orqanlarının yerli şöbələrinin rəhbərləri də həmin siyahıya daxil edilmişdir. Qeyd olunan Fərman 27 may 2010-cu il tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi, iddiaçının mərhum əri X4 xx.xx.1998-xx.xx.2003-cü illərdə işlədiyi Lerik rayon Maliyyə şöbəsinin rəisi vəzifəsi qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının yerli şöbələrininrəhbəri vəzifəsinə uyğundur ki, həmin vəzifə də hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısına daxildir. Belə olan halda, bu hissədə iddiaçının tələbi qismən əsaslıdır. Məhkəmə hesab edir ki, iddiaçının mərhum əri X7 təyin edilmiş əmək pensiyası hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla, yenidən hesablannmasını tələb etməkdə haqlıdır. Lakin, hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqqın verilməsi Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli, 776 nömrəli Fərmanını ilə həyata keçirildiyindən, həmin əlavələrin nəzərə alınması 01 sentyabr 2005-ci il tarixindən deyil, 20 iyun 2008-ci il tarixdən nəzərə alınmaqla yenidən hesablanmalıdır. Dövlət qulluqçularına ixtisas dərəcəsinə görə verilən əlavə haqqın hesablanması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən, ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. Həmin Qanunun 17.5 və 17.6-cı maddələrinə əsasən, dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 33.1.7-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən məhrum edilir və bu barədə şəxsin əmək kitabçasında müvafiq qeyd aparılır. Azərbaycan Respublikası Prezidentinin 03 sentyabr 2001-ci il tarixli, 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları”nın 10-cu bəndinə əsasən, dövlət qulluqçusuna bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulan ixtisas dərəcəsinin verilməsi dövlət orqanının rəhbərinin əmri ilə rəsmiləşdirilir və bu barədə dövlət qulluqçusunun əmək kitabçasında, şəxsi işində və xidməti vəsiqəsində müvafiq qeydlər edilir. Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydaları”nın (Əlavə 1) 10-cu bəndinə əsasən, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. Məhkəmə hesab edir ki, iş materiallarında iddiaçının işlədiyi dövrlərdə ixtisas dərəcəsinə görə əlavə haqqın aldığını təsdiq edən arayış olduğundan ixtisas dərəcəsinə görə əlavə haqq nəzərə alınmaqla pensiya yenidən hesablanmalıdır. Mükafatların nəzərə alınmaqla təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasına dair məhkəmə aşağıdakıları qeyd edir: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən, mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Əsasnaməyə görə, dövlət qulluqçularının mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Dövlət qulluqçusunun mükafatlandırılması onun fəaliyyətinə iş yerinin rəhbərinin diskresion səlahiyyətlərdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Mükafat heç də bütün dövlət qulluqçularına deyil, fərdiləşmiş qaydada, Əsasnamənin 7-ci bəndində nəzərdə tutulmuş tələblərə cavab verən şəxsə, dövlət orqanının rəhbərinin əmri ilə verilir. Hazırki iş üzrə iddiaçının mərhum həyat yoldaşı X5 mükafat aldığı iş materiallarında olan sənədlər ilə sübut olunduğundan, ona və müvafiq olaraq da, iddiaçıya təyin olunmuş pensiyanın yenidən hesablanması zamanı mükafatların nəzərə alınması mümkündür. Məzuniyyətə görə vəzifə maaşı həcmində müavinət nəzərə alınmaqla təyin olunmuş əmək pensiyasının yenidən hesablanması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 948 saylı Fərmanının 1-ci bəndinin 1-ci abzasına əsasən, 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”na əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır (bənd 2). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, məhkəmə hesab edir ki, iddiaçının mərhum həyat yoldaşı X4 əmək pensiyası hesablanarkən, növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinətin nəzərə alınmaması qanunvericiliyin tələblərinə ziddir və iddiaçı mərhum əri X4 həmin müavinət nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı olmuşdur. Yüksəkliyə görə vəzifə maaşının 1,1 misli (10 faiz) yerli əmsal nəzərə alınmaqla təyin olunmuş əmək pensiyasının yenidən hesablanması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək, 1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı 1 və 2 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilmişdir. Lerik şəhəri 1 nömrəli əlavə ilə müəyyən edilmiş Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısına daxil olduğundan Lerik şəhərində yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində-Lerik Rayon Maliyyə İdarəsi də daxil olmaqla çalışan işçilərin əmək haqqında 1,1 artımın (əmsalın) tətbiqi nəzərdə tutulur. İş materiallarında olan və məhkəmə tərəfindən tətqiq edilən Lerik Rayon Maliyyə İdarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış 27 sentyabr 2019-cu il tarixli 4-265 saylı arayışdan görünür ki Rayon Maliyyə İdarəsinin rəisi üçün hakimiyyət səlahiyyətinin icrasına görə hər ay üçün vəzifə maaşının 15 %-i miqdarında əlavə haqq, qulluq stajına görə əlavə haqq, yüksəkliyə görə vəzifə maaşının 1,1 misli (10 %-) miqdarında yerli əmsal, qulluq stajından asılı olaraq ixtisas dərəcəsinə görə əlavə haqq, il ərzində hər biri vəzifə maaşı miqdarında olmaqla 3 mükafat və məzuniyyət dövrü üçün bir aylıq vəzifə maaşı miqdarında olmaqla 1 müavinət nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mərhum həyat yoldaşı X4 əmək pensiyası hesablanarkən, yüksəkliyə görə vəzifə maaşının 1,1 misli (10 faiz) yerli əmsal nəzərə alınmaqla təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə görə vəfat etmis və ya həlak olmus ailə başçısının ohdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan ozlərinin yasayısı üçün daimi və əsas vəsait mənbəyi kimi komək alan) asağıdakı ailə uzvlərinin ailə basçısını itirməyə gorə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yasına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb olunun siğorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə görə inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə dövlət qulluqçuları üçün layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər, pensiya təminatı və dövlət sosial sığortası və digər təminatlar verilir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə görə dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 22.6-cı maddəsinə görə dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edilməsi ilə eyni zamanda müvafiq səlahiyyətin icrasına görə onun üçün qanunvericiliklə müəyyən edilən məbləğdə əlavə haqq müəyyən edilir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə görə dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 23.2-ci maddəsinə görə dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. Həmin Qanunun 23.4-cü maddəsinə görə dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1 və 20.1.8ci maddəsinə görə dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla) əmək pensiyasına qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.13-cü maddəsinə görə bu qanunun 20.1.8-ci və 20.1.10-cu maddələrində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.3-cü maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan səxşin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. «Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli 334-İİQ nömrəli Qanununun 3-cü maddəsinə görə dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edildiyi vaxtdan müvafiq səlahiyyətlərin icrasına görə hər ay vəzifə maaşına qanunvericiliklə müəyyən edilmiş məbləğdə əlavə haqq verilir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında» Əsasnamənin 11-ci bəndinə görə dövlət qulluqçularının mükafatlandırılması onların qulluq keçdikləri orqanlara bu məqsəd üçün dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilir. Həmin Əsasnamənin 12-ci bəndinə görə dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. «Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli Fərmanına əsasən 2003-cü ilin 01 yanvar tarixindən dövlət qulluqçusuna məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində müavinət verilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə görə əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İşin faktiki hallarından və qanunvericiliyin qeyd edilən müddəalarından görünür ki, iddiaçı ona təyin edilmiş dövlət qulluqçusu pensiyasının məbləğinin dövlət qulluqçularına verilən mükafatlar, hakimiyyət səlahiyyətlərinin icrasına görə haqq və məzuniyyətə çıxarkən verilən bir aylıq vəzifə maaşı həcmində müavinət, ixtisas dərəcəsinə görə əlavə, yüksəkliyə görə yerli əmsal də nəzərə alınmaqla, yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ixtisas dərəcəsinə görə əlavə haqq, yüksəkliyə görə vəzifə maaşının 1,1 misli (10 faiz) miqdarında yerli əmsal, hər il üçün vəzifə maaşı miqdarında olmaqla 3 (üç) mükafat və məzuniyyət dövrü üçün ödənilən vəzifə maaşı miqdarında olmaqla 1 (bir) müavinat nəzərə alınmaqla 01 sentyabr 2005-ci il tarixindən, hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla xx.xx.2008-ci il tarixdənX6 dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının və həmin pensiyaya uyğun olaraq İddiaçına ailə başçısının itirilməsinə görə təyin edilmiş pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 73, 75, 81, 85və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı. Nəticəvi hissə: İddia qismən təmin olunsun. X6 dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının və həmin pensiyaya uyğun İddiaçı 01 sentyabr 2005-ci il tarixdən təyin edilən ailə başçısını itirməyə görə dövlət qulluqçusu kimi əmək pensiyasının ixtisas dərəcəsinə görə əlavə haqq, yüksəkliyə görə vəzifə maaşının 1,1 misli (10 faiz) miqdarında yerli əmsal, hər il üçün vəzifə maaşı miqdarında olmaqla 3 (üç) mükafat və məzuniyyət dövrü üçün ödənilən vəzifə maaşı miqdarında olmaqla 1 (bir) müavinət nəzərə alınmaqla, 01 sentyabr 2005-ci il tarixindən, hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla xx.xx.2008-ci il tarixdənyenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayətiverilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar