Məhkəmə qərarları › İş №2-1(120)-125/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-125/2021

27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-125/2021 27.01.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Saatlı Rayon İcra Hakimiyyətinə qarşı «X1 və ailə üzvlərinin adına verilmiş xx xxxxxx 2009-cu il tarixli, 01 saylı Orderin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Saatlı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 və ailə üzvlərinin adına verilmiş xx xxxxxx 2009-cu il tarixli, 01 saylı Orderin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(120)-1364/2020 saylı qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1967-ci ildə Saatlı rayonu Məzrəli kəndində anadan olmuşdur. 1986-cı ildə hərbi xidmətə getmiş, hərbi xidmətini keçmiş SSRİ Silahlı Qüvvələrində keçirmişdir. Hərbi xidmət zamanı o, Ukrayna Respublikasında baş vermiş Çernobıl AES-in təmirinə göndərilmişdir. Hal-hazırda İİ qrup Çernobıl əlilidir. Saatlı Rayon İcra Hakimiyyəti başçısının 146 saylı, xx xxxxxxxx 2008-ci il tarixli sərəncamı ilə qəbul edilən, Qarabağ, Çernobıl və Əfqanıstan əlillərinin mənzil ehtiyaclarının ödənilməsi məqsədilə Saatlı şəhərində tikilmiş 32 mənzilli binadan ona 2 otaqdan ibarət, ümumi sahəsi 52,16 kv.metr olan ev verilmişdir. Bir müddət həmin evdə yaşadıqdan sonra ailəsində şəxsi problemlər yaranmışdır. Ona görə də həmin mənzildən çıxaraq, Məzrəli kəndində yarımçıq vəziyyətdə olan evdə yaşayır. Saatlı Rayon İcra Hakimiyyəti başçısının 146 saylı, xx xxxxxxxx 2008-ci il tarixli sərəncamı ilə ona verilmiş evdə hal-hazırda Saatlı rayonu Nərimankənd kəndində qeydiyyatda olan X7 yaşayır. Qənbərin həmin evdən çıxmağını tələb edəndə Qənbər Abasəliyev bildirmişdir ki, onun həmin mənzilə orderi var. Belə ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2009-cu il tarixli, 01 saylı orderi ilə sözügedən mənzil Saatlı rayonu Nərimankənd kəndində qeydiyyatda olan X7 və ailə üzvlərinə verilmişdir. Odur ki, o, həmin mənzildən çıxmaqdan imtina etmişdir. O, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X9muşdur. Lakin həmin idarənin əməkdaşları şifahi olaraq bildirmişlər ki, mənzil mübahisəli olduğu üçün heç kimin adına rəsmiləşdirilə bilməz. Odur ki, sözügedən mənzilə çıxarış da ala bilməmişdir. Odur ki, Saatlı rayon Nərimankənd kəndində qeydiyyatda olan X1 və onun ailə üzvlərinin adına verilmiş Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2009-cu il tarixli, 01 saylı Orderin ləğv edilməsinin cavabdeh Saatlı Rayon İcra Hakimiyyəti başçısının üzərinə qoyulması barədə qərar verilməsi məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Konstitutsiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konvensiyanın 1 saylı Protokolunun İ maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd edir ki, X7 ilə onun arasında notarial qaydada təsdiqlənən yazılı alqı-satqı barədə razılaşma bağlanmamışdır. Bu baxımdan onların ona məxsus mənzildən istifadə hüququ yaranmamalıdır. Məhkəmə hazırlıq iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Saatlı Rayon İcra hakimiyyətinə və üçüncü şəxs X3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iş materialında olan Saatlı rayonu İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2008-ci il tarixli 146 saylı sərəncamının surəti ilə müəyyən olunur ki, Saatlı rayonu Məzrəli kənd sakini, İİ qrup Çernobıl əlili İddiaçı ailə tərkibi 2 nəfər (özü, həyat yoldaşı) olmaqla 32 mənzilli binanın İV blokunun, İİİ mərtəbəsində 2 otaqlı, 52.16 kv.metr ümumi sahəsi olan 29 №-li mənzilin orderi verilsin. İş materialında olan Saatlı rayon İcra Hakimiyyəti yanında Mənzil məsələləri üzrə komissiyanın xx xxxxxxx 2008-ci il tarixli iclasının 18 nömrəli protokol qərarının təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, rayon İcra hakimiyyətinə X2 xx xxxxxxx 2008-ci il tarixli ərizəsi, xx xxxxxxx 2008-ci il tarixli Mənzil istismar sahəsinin rəisi F.Novruzov tərəfindən yazılmış məlumat nəzərə alınaraq, xx xxxxxxxx 2008-ci il tarixdə 512 №-li orderdə adı yazılan X2 mənzildən imtina etməsi nəzərə alınsın və İddiaçı həmin yaşayış sahəsindən çıxarılsın. İş materialında olan Saatlı rayonu İcra Hakimiyyəti başçısının xx xxxxxxx 2008-ci il tarixli 162 saylı sərəncamının surəti ilə müəyyən olunur ki, Rayonun Məzrəli kənd sakini, Çernobıl əlili İddiaçı adına verilmiş yaşayış sahəsi orderinin etibarsız hesab edilməsi və onun yaşayış sahəsindən çıxarılması barədə rayon İcra hakimiyyəti yanında mənzil məsələləri üzrə komissiyasının xx xxxxxxx 2008-ci il tarixli 18 saylı qərarı, X2 xx xxxxxxx 2008-ci il tarixli ərizəsi və rayon Mənzil istismar sahəsinin xx xxxxxxx 2008-ci il tarixli məlumatı nəzərə alınaraq, Çernobıl əlili İddiaçı adına verilmiş ailə tərkibi iki nəfər (özü, həyat yoldaşı) olmaqla 32 mənzilli binanın İV blokunun, İİİ mərtəbəsində 2 otaqlı 52,16 kv.metr ümumi sahəsi olan 29 №-li mənzilin yaşayış sahəsi orderi verilməsi barədə rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2008-ci il tarixli 146 saylı sərəncamının İ hissəsinin 29-cu bəndi ləğv edilsin. Rayon İcra Hakimiyyəti yanında mənzil məsələləri üzrə komissiyaya tapşırılsın ki, həmin mənzilin qanunvericiliklə nəzərdə tutulmuş qaydada yenidən bölgüsünün aparılmasını təmin etsın. İş materialında olan Saatlı rayonu İcra Hakimiyyəti başçısının xx xxxxxx 2009-cu il tarixli 07 saylı Sərəncamının təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, Saatlı şəhəri Heydər Əliyev prospekti -278 ünvanında Şəhid ailələri, Qarabağ, Çernobıl və Əfqanıstan əlillərinin mənzil ehtiyaclarının ödənilməsi məqsədilə tikilmiş 32 mənzilli binanın 4-cü blokunun 3-cü mərtəbəsində boş olan 29 №-li mənzilin yaşayış sahəsi orderi İİ qrup Qarabağ müharibəsi əlili X3 verilsin. Orderə yazılsın: X7 (ailə başçısı), Abasəliyeva Növrəstə Nüsrət qızı (həyat yoldaşı), uşaqları-X6, X4 və X5. İş materialında olan Saatlı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 01 №-li orderin təsdiq olunmuş surətində qeyd olunmuşdur ki, vətəndaş X3 ondan ötəri verilmişdir ki, onun 5 (beş) nəfərdən ibarət ailəsi ilə birlikdə Heydər Əliyev prospektində 278 №-li evdə 29 №-li mənzildə İV blokda İİİ mərtəbədə 2 (iki) otaqdan ibarət 52,16 kvadratmetr mənzil tutmaqda ixtiyarı vardır. İş materialında olan Saatlı rayonu Nərimankənd kənd sakini İİ qrup Qarabağ müharibəsi əlili X7 tərəfindən Saatlı rayon İcra Hakimiyyətinin başçısına ünvanlanmış xx xxx 2006-cı il tarixli ərizəsində qeyd olunmuşdur ki, onun mənzilə ehtiyacı olduğunu nəzərə alıb X8 üçün rayonda tikintisi aparılan 32 mənzilli binadan ona ev verilməsinə köməklik edilməsi xahiş olunmuşdur. İş materialında olan Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rahib Salahov tərəfindən iddiaçıya ünvanlanmış xx xxxx 2014-cü il tarixli 1442 saylı məktubda qeyd olunmuşdur ki, Sizin Saatlı rayon İcra hakimiyyəti başçısına ünvanladığınız xx xxxx 2014-cü il tarixli ərizənizə baxılmışdır. Müraciətinizdə sizə evinizin dam örtüyünün tikintisi üçün tikinti materialları verilməsinə köməklik göstərilməsini xahiş edirsiniz. Müraciətinizlə bağlı bildiririk ki, siz rayon İcra hakimiyyətinə dəvət olunmuş, rayon İcra hakimiyyətinin məsul şəxsləri tərəfindən qəbul olunaraq fikirləriniz dinlənilmiş və sizə yaxın zamanlarda tikinti materiallarının verilməsi ilə bağlı köməklik göstəriləcəyi bildirilmişdir. Xahiş olunur nəzərə alasınız. İş materialında olan Saatlı rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 2018-ci il tarixli 35 nömrəli sərəncamının surəti ilə müəyyən olunur ki, Saatlı rayonu Məzrəli kənd sakini İddiaçı mənzil növbəliliyinə götürülməsi barədə xx xxxx 2018-ci il tarixli ərizəsi və rayon İcra hakimiyyətinin Mənzil-məişət komissiyasının x xxxxx 2018-ci il tarixli 02 saylı iclas protokolunun qərarı nəzərə alınaraq İddiaçı 4 nəfər ailə üzvü ilə birgə (özü, həyat yoldaşı və övladları) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində xx xxxx 2018-ci il tarixdən mənzil növbəliliyinə götürülərək, 2-ci dərəcəli Çernobıl əlili kimi güzəştli qaydada mənzil sahəsi ilə təmin olunmaq hüququna malik olan vətəndaşların mənzil növbəliliyi siyahısına daxil edilmişdir. İş materialında olan Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müavini Reyhan Ocaqova tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli 03/2166 saylı məktubda qeyd edilmişdir ki, ailə vəziyyətinizin ağırlığı, fərdi evinizin çiy kərpicdən tikildiyi və yaşamaq mümkün olmadığı barədə Saatlı rayon İcra hakimiyyətinə yazdığınız xx xxxxxxx 2018-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Daxil olmuş ərizənizlə əlaqədar rayon İcra Hakimiyyətinə dəvət edilərək aidiyyəti şəxslərin iştirakı ilə fərdi qaydada qəbul edilmiş fikirləriniz dinlənilmişdir. Müraciətinizdə qeyd olunanlar haqqında sizinlə müvafiq izahat xarakterli söhbət aparılmış, ailə vəziyyətiniz nəzərə alınaraq sizə əvvəlki vaxtlarda rayon İcra Hakimiyyətinin imkanları daxilində dəfələrlə maddi yardımlar edildiyi bildirilmişdir. Həmçinin söhbət zamanı fərdi evlə təmin edilməniz ilə bağlı rayon İcra Hakimiyyətinin mənzil fondunda boş yaşayış sahəsinin olmadığı, rayonda yüzlərlə şəhid ailəsinin, Qarabağ müharibəsi əlillərinin uzun müddətdir ki, mənzil növbəsində durduqları, xüsusi imtiyaz və güzəştləri olan həmin ailələrə mənzillərin aidiyyəti nazirlik tərəfindən verildiyi barədə ətraflı məlumatlar verilmiş, eyni zamanda fərdi yaşayış evinizin tikintisinə RİH-nin imkanları daxilində sizə köməklik göstəriləcəyi nəzərinizə çatdırılmış və müraciətinizin nəzarətdə saxlanıldığı bildirilmişdir. İş materialında olan Saatlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Quliyev tərəfindən iddiaçıya ünvanlanmış xx xxxx 2019-cu il tarixli 02/455 saylı məktubda qeyd edilmişdir ki, Sizin evlə təmin olunmağınıza köməklik göstərilməsi barədə xx xxxxxx 2019-cu il tarixli ərizənizə rayon İcra Hakimiyyətində baxılmışdır. Bildiyiniz kimi, ötən müddət ərzində eyni məzmunlu müraciətinizlə əlaqədar rayon İcra Hakimiyyətində fərdi qaydada qəbul edilərək sizinlə izahat xarakterli söhbətlər aparılmış və ailə vəziyyətiniz nəzərə alınaraq sizə ötən dövr ərzində rayon İcra Hakimiyyətinin mövcud imkanları daxilində dəfələrlə maddi yardımlar edilmişdir. Müraciətinizlə bağlı sizə izah olunur ki, hal-hazırda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin mərhələlərlə mənzil və ya fərdi yaşayış evləri ilə təmin olunması işləri həyata keçirilir. Sözügedən evlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə tikilməklə müvafiq komissiya tərəfindən növbəlik əsasında həmin ailələrə verilir. Məlumat üçün bildiririk ki, siz də 2-ci dərəcəli Çernobıl əlili kimi rayon İcra Hakimiyyətində mənzil növbəsində qeydiyyatdasınız və mənzil növbəliliyinə götürülmüş vətəndaşların təsdiq olunmuş siyahısı mütəmadi olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Əgər gələcəkdə rayon ərazisində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən digər qrupdan olan imtiyazlı vətəndaşların, o cümlədən Çernobıl əlillərinin mənzil şəraitini yaxşılaşdırmaq üçün fərdi yaşayış evlərinin və ya mənzillərin tikintisi aparılarsa sizin də ailənizin mənzil şəraitinin yaxşılaşdırılması məsələsinə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılıb müvafiq tədbir görülə bilər. Xahiş olunur nəzərə alasınız. İş materialında olan Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Gündüz Səmədli tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 04/11 saylı məktubda qeyd olunmuşdur ki, Saatlı rayon İcra Hakimiyyəti tərəfindən X1 adına verilmiş orderin ləğv edilməsi və onun yaşadığı mənzildən çıxarılmasına göstəriş verilməsi barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olmuş eyni məzmunlu ərizəniz baxılıb cavablandırılması üçün rayon İcra hakimiyyətinə göndərilmişdir. Bildiyiniz kimi, ötən müddət ərzində sözügedən məsələ ilə əlaqədar sizin müxtəlif rəhbər orqanlara, eləcə də rayon İcra Hakimiyyətinə ünvanladığınız eyni məzmunlu ərizələrinizə baxılaraq qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə izahlı cavablar verilmiş, eyni zamanda qaldırdığınız məsələ ilə bağlı rayon İcra Hakimiyyətində bir neçə dəfə qəbul edilərək qanunvericiliyin tələbləri nəzərinizə çatdırılmaqla lazımi izahlar verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Saatlı rayonu İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2008-ci il tarixli 146 saylı sərəncamına əsasən Saatlı rayonu Məzrəli kənd sakini, İİ qrup Çernobıl əlili İddiaçı İman oğluna ailə tərkibi 2 nəfər (özü, həyat yoldaşı) olmaqla 32 mənzilli binanın İV blokunun, İİİ mərtəbəsində 2 otaqlı, 52.16 kv.metr ümumi sahəsi olan 29 №-li mənzilin orderi verilmişdir. Bundan sonra Saatlı rayonu İcra Hakimiyyəti başçısının xx xxxxxxx 2008-ci il tarixli 162 saylı sərəncamına əsasən Rayonun Məzrəli kənd sakini, Çernobıl əlili İddiaçı adına verilmiş yaşayış sahəsi orderinin etibarsız hesab edilməsi və onun yaşayış sahəsindən çıxarılması barədə rayon İcra hakimiyyəti yanında mənzil məsələləri üzrə komissiyasının xx xxxxxxx 2008-ci il tarixli 18 saylı qərarı, X2 xx xxxxxxx 2008-ci il tarixli ərizəsi və rayon Mənzil istismar sahəsinin xx xxxxxxx 2008-ci il tarixli məlumatı nəzərə alınaraq, Çernobıl əlili İddiaçı adına verilmiş ailə tərkibi iki nəfər (özü, həyat yoldaşı) olmaqla 32 mənzilli binanın İV blokunun, İİİ mərtəbəsində 2 otaqlı 52,16 kv.metr ümumi sahəsi olan 29 №-li mənzilin yaşayış sahəsi orderi verilməsi barədə rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2008-ci il tarixli 146 saylı sərəncamının İ hissəsinin 29-cu bəndi ləğv edilmiş və Rayon İcra Hakimiyyəti yanında mənzil məsələləri üzrə komissiyaya həmin mənzilin qanunvericiliklə nəzərdə tutulmuş qaydada yenidən bölgüsünün aparılmasının təmin edilməsi tapşırılmışdır. Saatlı rayonu İcra Hakimiyyəti başçısının xx xxxxxx 2009-cu il tarixli 07 saylı Sərəncamı ilə Saatlı şəhəri Heydər Əliyev prospekti-278 ünvanında Şəhid ailələri, Qarabağ, Çernobıl və Əfqanıstan əlillərinin mənzil ehtiyaclarının ödənilməsi məqsədilə tikilmiş 32 mənzilli binanın 4-cü blokunun 3-cü mərtəbəsində boş olan 29 №-li mənzilin yaşayış sahəsi orderi İİ qrup Qarabağ müharibəsi əlili X3 verilmişdir. Hazırda iddiaçı Saatlı şəhəri Heydər Əliyev prospekti-278 ünvanında Şəhid ailələri, Qarabağ, Çernobıl və Əfqanıstan əlillərinin mənzil ehtiyaclarının ödənilməsi məqsədilə tikilmiş 32 mənzilli binanın 4-cü blokunun 3-cü mərtəbəsində olan 29 №-li mənzilin yaşayış sahəsi orderinin İİ qrup Qarabağ müharibəsi əlili X3 verilməsi barədə Saatlı rayonu İcra Hakimiyyəti başçısının xx xxxxxx 2009-cu il tarixli 07 saylı Sərəncamını mübahisələndirir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2014cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2015-ci il tarixli qərarında göstərilmişdir: «Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır». İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2009-cu il tarixli 07 saylı Sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, əslində iddiaçının hüquqi marağı Saatlı rayonu İcra Hakimiyyəti başçısının xx xxxxxx 2009-cu il tarixli 07 saylı Sərəncamı ilə deyil, Saatlı rayonu İcra Hakimiyyəti başçısının 31 oktyabr 2008-ci il tarixli 162 saylı sərəncamı əsasında yaranır. Belə ki, həmin sərəncam əsasında Çernobıl əlili İddiaçı adına verilmiş ailə tərkibi iki nəfər (özü, həyat yoldaşı) olmaqla 32 mənzilli binanın İV blokunun, İİİ mərtəbəsində 2 otaqlı 52,16 kv.metr ümumi sahəsi olan 29 №-li mənzilin yaşayış sahəsi orderi verilməsi barədə rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2008-ci il tarixli 146 saylı sərəncamının İ hissəsinin 29-cu bəndi ləğv edilmişdir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqeyi aşağıdakılardan ibarət olmuşdur. «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik çərçivəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır». Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-24.2-ci maddələrinə görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəf inzibati prosessual qanunvericiliklə, o cümlədən mübahisələndirilən sərəncam qəbul edilən zaman qüvvədə olmuş hüquq normaları ilə müəyyən edilmiş iddianın verilmə müddətini də buraxmışdır. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, ona Saatlı Rayon İcra Hakimiyyəti başçısının 146 saylı, xx xxxxxxxx 2008-ci il tarixli sərəncamı ilə qəbul edilən, Qarabağ, Çernobıl və Əfqanıstan əlillərinin mənzil ehtiyaclarının ödənilməsi məqsədilə Saatlı şəhərində tikilmiş 32 mənzilli binadan 2 otaqdan ibarət, ümumi sahəsi 52.16 kv.metr olan ev verilmişdir. Bir müddət həmin evdə yaşadıqdan sonra ailəsində şəxsi problemlər yaranmışdır. Ona görə də həmin mənzildən çıxaraq, Məzrəli kəndində yarımçıq vəziyyətdə olan evdə yaşayır. Göründüyü kimi, iddiaçı təxminən 2008-ci ildən sonra həmin evdə yaşamamış və Saatlı Rayon İcra hakimiyyəti başçısının xx xxxxxx 2009-cu il tarixli sərəncamı ilə boş olan həmin mənzil X3 verilmişdir. Hətta iş materialları ilə müəyyən olunmuşdur ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 2018-ci il tarixli 35 nömrəli sərəncamı ilə Saatlı rayonu Məzrəli kənd sakini İddiaçı mənzil növbəliliyinə götürülməsi barədə xx xxxx 2018-ci il tarixli ərizəsi və rayon İcra hakimiyyətinin Mənzil-məişət komissiyasının x xxxxx 2018-ci il tarixli 02 saylı iclas protokolunun qərarı nəzərə alınaraq İddiaçı 4 nəfər ailə üzvü ilə birgə (özü, həyat yoldaşı və övladları) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində xx xxxx 2018-ci il tarixdən mənzil növbəliliyinə götürülmüş və 2-ci dərəcəli Çernobıl əlili kimi güzəştli qaydada mənzil sahəsi ilə təmin olunmaq hüququna malik olan vətəndaşların mənzil növbəliliyi siyahısına daxil edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının həmin sərəncamlardan məlumatı olmuş, hətta yenidən ərizə verərək mənzil növbəsinə götürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarındakı mövqeyinə görə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaranmır. Belə ki, qərarda qeyd olunmuşdur ki, inzibati orqanların xx.xx.2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin qüvvəyə mindiyi xx.xx.2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməzlər. Ona görə ki, İnzibati Prosessual Məcəllə əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. İddiaçı mübahisələndirilən inzibati aktın qəbul edilməsindən 10 (on) ildən artıq müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağıdakilar göstərilmişdir: «Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, mülki işin qanuna uyğun həlli baxımından əvvəlki Mülki Məcəllənin iddia müddətinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə xx xxxx 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). X16 Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək «Miraqali Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə, hesab edir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən buraxılmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü maddəsində qeyd olunur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamsını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdr. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu maddəsində qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım olunsa da, məhkəmə hazırlıq iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə, yuxarıda sadalananlara əsasən hesab edir ki, İddiaçı cavabdeh Saatlı Rayon İcra Hakimiyyətinə qarşı «X1 və ailə üzvlərinin adına verilmiş xx xxxxxx 2009-cu il tarixli, 01 saylı Orderin ləğv edilməsi» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Saatlı Rayon İcra Hakimiyyətinə qarşı «X1 və ailə üzvlərinin adına verilmiş xx xxxxxx 2009-cu il tarixli, 01 saylı Orderin ləğv edilməsi» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar