Məhkəmə qərarları › İş №2-1(120)-125/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-125/2023

22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-125/2023 22.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı1 və onun vəkili Quliyev Vəkil Yelmar oğlunun, Üçüncü şəxs Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar X13, İddiaçı12, X14, İddiaçı11, İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, X21, X30, X26, X22, X8, X6, X7, X15, İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Beyləqan rayonu Dünyamalılar Bələdiyyəsinə qarşı “Beyləqan rayonu Dünyamalılar Bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 12 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 22 noyabr 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçılar X31, İddiaçı12, X32, İddiaçı11, İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, X35, X42, X37, X36, X27, X9, X23, X33, İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Beyləqan rayonu Dünyamalılar Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Beyləqan rayonu Dünyamalılar kəndində yerləşən reyestr nömrəsi **********24, qeydiyyat nömrəsi 17070070, qeydiyyat tarixi xx.xx.2007-ci il, Seriya MN N-0001778 saylı Çıxarış əsasında Beyləqan rayonu Dünyamalılar kənd sakini X10 mülkiyyətinə verilmiş 7.94006 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, reyestr nömrəsi **********25, qeydiyyat nömrəsi 170700703, qeydiyyat tarixi xx.xx.2007-ci il, Seriya MN N-0001780 saylı Çıxarış əsasında Beyləqan rayonu Dünyamalılar kənd sakini X10 mülkiyyətinə verilmiş 12.071061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi 170700701, qeydiyyat tarixi xx.xx.2007-ci il, Seriya MN N-0001779 saylı Çıxarış əsasında Beyləqan rayonu Dünyamalılar kənd sakini X10 mülkiyyətinə verilmiş 24.99106 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ümumilikdə 45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Beyləqan rayonu Dünyamalılar kənd sakini X10 mülkiyyətinə satılmasına dair Beyləqan rayonu Dünyamalılar Bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 12 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2021-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ilə X28, X24 və "xxxx" Açıq Səhmdar Cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Beyləqan rayonu Dünyamalılar Bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 12 saylı protokoluna əsasən 2001-ci ildən Bələddiyə Şurasının qərarı ilə Həsən Paşayevin icarəsinə 188-ci konturda olan, bələdiyyənin ehtiyat fondunun yararsız torpaqlarından 45 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Beyləqan rayonu Dünyamalılar kənd sakini X16 bu torpaq sahəsi üçün 21 may 2004-cü il tarixli, JN-1790, kod-60700068 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Bundan sonra Beyləqan rayonu Dünyamalılar kənd sakini X10 adına 7.94006 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üçün reyestr nömrəsi **********24, qeydiyyat nömrəsi 170700702, qeydiyyat tarixi xx.xx.2007-ci il, Seriya MN N- 0001778 saylı Çıxarış, 12.071061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üçün reyestr nömrəsi **********25, qeydiyyat nömrəsi 170700703, qeydiyyat tarixi xx.xx.2007-ci il, Seriya MN N-0001780 saylı Çıxarış və 24.99106 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üçün reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi 170700701, qeydiyyat tarixi xx.xx.2007-ci il, Seriya MN N-0001779 saylı Çıxarışlar verilmişdir. Onlar bütün bu olaylardan Beyləqan rayonu Dünyamalılar kənd sakini X10 mülkiyyətində olan və X11 icarəsinə verilmiş 18 ha torpaq sahəsinə vurulmuş ziyana görə həmkəndliləri olan X17, X18, X5 və X25 2220 manat pul tələbinə dair Beyləqan Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qətnaməsinin ünvan 2 ünvanına göndərilməsindən sonra, yəni məktubun xx.xx.2021-ci il tarixində Beyləqan rayonu Dünyamalılar kənd poçtuna daxil olmasından bir gün sonra xəbərdar olmuşlar. Bundan sonra həmin sənədlərin surətlərini çətinliklə də olsa əldə edə bilmişlər. Məlumat üçün bildirirlər ki, Beyləqan rayonu Dünyamalılar kənd sakini X16 reyestr nömrəsi **********24, qeydiyyat nömrəsi 170700702, qeydiyyat tarixi xx.xx.2007-ci il, Seriya MN N-0001778 saylı çıxarış əsasında verilmiş 7.94006 ha kənd təsərrüfatı təyinatlı torpaq salıəsi, reyestr nömrəsi **********25, qeydiyyat nömrəsi 170700703, qeydiyyat tarixi xx.xx.2007-ci il, Seriya MN N-0001780 saylı Çıxarış əsasında verilmiş 12.071061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi 170700701, qeydiyyat tarixi xx.xx.2007-ci il, Seriya MN N- 0001779 saylı Çıxarış əsasında verilmiş 24.99106 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Azərbaycan Respublikasında aparılmış torpaq islahatının ilk vaxtlarından, yəni torpaq islahatı aparılan zamanı tərtib olunmuş kompleks yerquruluşu planında və Beyləqan rayonu Dünyamalılar Bələdiyyəsinə aid tərtib olunmuş yerquruluşu planında ümumi istifadədə olan yararsız (şoran örüş) sahəsi kimi qeyd olunmuşdur. İndi onlara məlum olub ki, kəndin ümumi istifadəsində olan 45 ha torpaq sahəsi qanunsuz olaraq Beyləqan rayonu Dünyamalılar kənd sakini X1. Bu da bütün kənd camaatmın haqlı narazılığına gətirib çıxarmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı1, onun vəkili Quliyev Vəkil Yelmar oğlu və Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X38 gəlmiş, digər iddiaçılar X31, İddiaçı12, X32, İddiaçı11, İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, X35, X42, X37, X36, X27, X9, X23, X33, İddiaçı4, İddiaçı5, İddiaçı2 və İddiaçı3, cavabdeh Beyləqan rayonu Dünyamalılar Bələdiyyəsinin nümayəndəsi, üçüncü şəxslər X28 və X29 isə gəlməmiş, bununla belə digər iddiaçılar ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və onun vəkili Quliyev Vəkil Yelmar oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbinin əsassız olduğunu və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Konstitusiyanın 144-cü maddəsinin İ hissəsinə əsasən bələdiyyələrin iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələləri həll edilir, 145-ci maddəsinin İ hissəsinə görə isə, bələdiyyələrin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.8-ci maddəsinə əsasən bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarında olan Beyləqan rayon Dünyamalılar bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli 12 nömrəli iclas protokolunun, 12 yanvar 2004-cü il tarixli torpaqların alqısatqısına dair aktın, JN-1790, kod 60700068, 21 may 2004-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktının və həmin akta əlavə edilmiş mülk nömrələri 1790, 1790A və 1790B olan mülkiyyətə verilmiş torpaq sahələrinin planı /cizgisi/ sənədlərinin surətlərindən müəyyən olunur ki, Beyləqan rayonu, Dünyamalılar kənd sakini X10 03 dekabr 2003-cü il tarixli müraciətinə əsasən təsərrüfat üzrə tərtib edilmiş baş sxemdə 188 saylı konturda yerləşən, 27 fevral 2003-cü il tarixdən bələdiyyə şurasının qərarı ilə H.Paşayevin icarəsinə verilmiş və onun öz vəsasiti hesabına nisbətən yaxşılaşdırılmış, mülk nömrələri 1790, 1790A və 1790B olan müvafiq olaraq 12,071061 ha, 7,94006 ha və 24,99106 ha olmaqla bələdiyyənin ehtiyat fonduna aid alqı-satqı predmeti olan ümumilikdə 45 hektar yararsız torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün X3 və həmin torpaq sahəsinə onun mülkiyyət hüququ JN-1790, kod 60700068, 21 may 2004-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, MH seriyalı, 0001778, ******* və ******* nömrəli çıxarışlardan və həmin çıxarışlara əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədlərindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Beyləqan rayon Dünyamalılar bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 12 nömrəli qərarı ilə X3 12,071061 ha, 7,94006 ha və 24,99106 ha torpaq sahələri üzərində onun mülkiyyət hüququnu təsdiq edən çıxarışlar verilmişdir. İddiaçılar Azərbaycan Respublikasında aparılmış torpaq islahatının ilk vaxtlarında, yəni torpaq islahatı aparılan zamanı tərtib olunmuş kompleks yerquruluşu planında və Beyləqan rayonu Dünyamalılar Bələdiyyəsinə aid tərtib olunmuş yerquruluşu planında Beyləqan rayon Dünyamalılar bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli 12 nömrəli qərarı ilə X3 45 hektar torpaq sahəsinin ümumi istifadədə olan yararsız (şoran örüş) torpaq sahəsi kimi qeyd olunduğunu iddia etməklə və ümumi istifadədə olan torpaq sahəsinin satılmasının qanuna zidd olduğunu bildirməklə 11 dekabr 2003-cü il tarixli, 12 nömrəli qərarın ləğv olunmasını tələb edirlər. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Beyləqan rayonu Dünyamalılar Bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 12 saylı qərarına əsasən X4 təsərrüfatı məhsulları istehsalı üçün satılmış 45,0 ha pay torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ kateqoriyada (kənd təsərrüfatı torpaqları, örüş torpaqları (ümumi istifadədə olan örüş sahəsi) və s.) olması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/3226 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: Qərardadın birinci sualı üzrə: Beyləqan rayonu Dünyamalılar Bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 12 saylı qərarına əsasən X4 təsərrüfatı məhsulları istehsalı üçün satılmış 45,0 ha pay torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: mübahisəli 45,0 ha torpaq sahəsi ayrılan zaman Dünyamalılar bələdiyyəsinin mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid şoran örüş sahəsi olmuşdur Hazırda qeyd olunan 45,0 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin, örüş və yararsız torpaq sahəsidir. Qeyd: X19 X20 45,0 ha torpaq sahəsinin 24,99 ha hissəsinin yerləşdiyi ərazidə reyestr nömrəsi **********93 olan 2,52 ha torpaq sahəsinin 1,35 ha hissəsi qeyd olunmuşdur. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, Beyləqan rayonu, Dünyamalılar kənd sakini X10 03 dekabr 2003-cü il tarixli müraciətinə əsasən təsərrüfat üzrə tərtib edilmiş baş sxemdə 188 saylı konturda yerləşən, 27 fevral 2003-cü il tarixdən bələdiyyə şurasının qərarı ilə H.Paşayevin icarəsinə verilmiş və onun öz vəsasiti hesabına nisbətən yaxşılaşdırılmış, mülk nömrələri 1790, 1790A və 1790B olan müvafiq olaraq 12,071061 ha, 7,94006 ha və 24,99106 ha olmaqla bələdiyyənin ehtiyat fonduna aid alqısatqı predmeti olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid ümumilikdə 45,0 hektar yararsız torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Beyləqan rayon Dünyamalılar bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 12 nömrəli qərarı ilə X3, həmin torpaq sahəsinə onun mülkiyyət hüququ əvvəlcə JN-1790, Kod 60700068, 21 may 2004cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, sonradan isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, MH seriyalı, 0001778, ******* və ******* nömrəli çıxarışlarla rəsmiləşdirilmişdir. İddiaçılar Azərbaycan Respublikasında aparılmış torpaq islahatının ilk vaxtlarında, yəni torpaq islahatı aparılan zamanı tərtib olunmuş kompleks yerquruluşu planında və Beyləqan rayonu Dünyamalılar Bələdiyyəsinə aid tərtib olunmuş yerquruluşu planında Beyləqan rayon Dünyamalılar bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 12 nömrəli qərarı ilə X2 45,0 hektar torpaq sahəsinin ümumi istifadəyə aid torpaq sahəsi olduğunu iddia etsələr də, bunu təsdiq edən heç bir dəlil-sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə mübahisələndirilən inzibati aktla X2 45,0 hektar torpaq sahəsinin 20 ildən artıq müddətdə onun mülkiyyətində olmasını, bu müddət ərzində həmin torpaq sahəsi ilə bağlı ona hər hansı fiziki və hüquqi şəxs tərəfindən etiraz edilməməsini, sözügedən torpaq sahəsinin bələdiyyənin alqı-satqı predmeti olan ehtiyat fond torpaqlarından satılmasını nəzərə alaraq hesab edir ki, X28 45,0 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmiş və Dünyamalılar bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 12 nömrəli qərarının qəbul edilməsi zamanı qanunvericiliyin pozulması halına yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: - qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; - qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; - yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; - bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; - ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; - öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; - bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; - hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; - öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; - öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; - qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar Beyləqan rayonu Dünyamalılar bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 12 nömrəli qərarının ləğv edilməsini tələb etməkdə haqlı deyildirlər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.. İPM-in 70-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar X13, İddiaçı12, X14, İddiaçı11, İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, X21, X30, X26, X22, X8, X6, X7, X15, İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Beyləqan rayonu Dünyamalılar Bələdiyyəsinə qarşı “Beyləqan rayonu Dünyamalılar Bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 12 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar X13, İddiaçı12, X14, İddiaçı11, İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, X21, X30, X26, X22, X8, X6, X7, X15, İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Beyləqan rayonu Dünyamalılar Bələdiyyəsinə qarşı “Beyləqan rayonu Dünyamalılar Bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 12 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar