Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1255/2025 21.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2-1(120)-1255/2025 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsi qərara alınmışdır. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.1975-ci ildə Sabirabad rayonu Çölbeşdəli kəndində anadan olmuş, orta təhsilli və ailəlidir. Hal-hazırda Sabirabad rayonu Çölbeşdəli kəndində yaşayır. Qeydiyyatda olduğu Sabirabad RHK tərəfindən 26 aprel 1993-cü il tarixində hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini MN-nin N №-li hərbi hissəsində başlamışdır. Hərbi hissə komandinin xx.xx.1993-cü il tarixli N №-li əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlara salınmış və sıravi hərbi rütbəsi verilərək kursant vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993cü il tarixli, N №-li əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətimi davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixili N №-li əmri ilə hərbi hissənin şəxsi heyətin siyahısına və bütün təminatlara salınmış və həmin hərbi hissənin tərkibində Ağdam rayonu ərazisində döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.1994-cü il tarixli, 25 №-li əmrə əsasən 25 №-li əmrə əsasən N №-li hərbi hissənin 1-ci taboruna qəbul edilmişdir. Hərbi hissənin tərkibində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmişdir. 1994-cü il 21 dekabr tarixində xəstəliyi ilə əlaqədar olaraq hərbi hissəni öz başına tərk etmişdir. Bir daha hərbi hissəyə qayıtmamışdır. Beləliklə ordu sıralarında xidmət etməsinə və hərbi qeydiyyatda olması barədə 2004-cü il tarixində Füzuli hərbi Prokurorluğuna rəsmi surətdə müraciət etmişdir. Ərizəsinin əsasında Hərbi Prokurorluqda aparılmış araşdırmalar zamanı toplanmış motivlər əsasında Milli Ordu sıralarında 1 il 6 aydan artıq müddətdə xidmət etmişdir və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi müəyyən edilmişdir. Beləliklə hərbi xidmətinə dair barəsində toplanmış bəraətverici əsasların olmasını Fizuli Hərbi Prokurorluğu nəzərə alaraq xx.xx.2004-cü il tarixində barəsində olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Müharibə veteranı və vəsiqəsi almaq üçün 888, N və N saylı hərbi hissələrdə hərbi xidmətinə dair arxiv arayışını və Füzuli Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarını aidiyyatı komissiyaya təqdim etsə də Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyası ona veteran adı verilməsindən imtina etmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.1994-ci il tarixinə qədər Müdafiə Nazirliyinin 888, N və N №-li hərbi hissələrdə hərbi xidmət keçməklə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi səbəbindən ona «Müharibə veteranı adının və müvafiq vəsiqəsinin» verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi şəxsi Heyət Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayənəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbinin təmin edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növündə mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 4/3-4037 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2- 5914 nömrəli arayışına və təqdim olunmuş sənədlərə əsasən döyüş əməliyyatları aparılan dövrdə N və N nömrəli hərbi hissələri dəfələrlə özbaşına tərk etdiyinizə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. İş materiallarında olan Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2-5914 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1993-cü il tarixdə Sabirabad RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, 1975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrilə (əsas: §-2, səh-35, sıra-40) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və "sıravi” hərbi rütbəsi verilərək "kursant” vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, N №-li əmrində (əsas: §-6, səh-18, sıra-47) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N №li hərbi hissəyə göndərilən şəxsi heyətin siyahısında İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 6N №-li əmrində (əsas: §-6, sıra-47) 1992- 1993-cü illərdə hərbi hissəni özbaşına tərk etmiş, hərbi biletləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmiş və xx.xx.1994-cü il tarixdən hərbi hisənin siyahısından çıxarılaraq bütün təchizatlardan məhrum edilmiş, şəxsi heyətin siyahısında Sabirabad RHK-nın çağırışçısı İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissədən həqiqi hərbi xidmətini davam etdirmək üçün göndərilmiş İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrilə (əsas: §-1, səh-28, sıra-15) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq hesab nömrəsi vəzifəsinə təyin olunmuşdur. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N №-li hərbi hissə komandirinin may-avqust 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. “Seyfəli” təlim mərkəzindən gəlmiş, 1970-ci il təvəllüdlü, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 25 №-li əmrilə (əsas: §-1, səh-67, sıra-16, əmrdə təvəllüdü” 1970-ci il” yazılmışdır) xx.xx.1994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuş və 1-ci motoatıcı tabora təyin olunmuşdur. Sabirabad RHK-nın çağırışçısı, 1-ci MAT-ın hərbi qulluqçusu İddiaçı hərbi hissəni otuz gündən artıq özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 167 №-li əmrilə (əsas: §-3, səh-25, sıra-126) xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. İş materiallarında olan Füzuli hərbi Prokurorluğunun xx.xx.2004-cü il tarixli qərarından görünür ki, xx.xx.1975-ci ildə Sabirabad rayonunda anadan olmuş N nömrəli hərbi hissənin sabiq əsgəri İddiaçı barəsində toplanmış materiallar üzrə şəraitin dəyişməsi ilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 2556 nömrəli və xx.xx.2024-cü il tarixli, 2592 nömrəli məktublarıda qeyd edilmişdir ki, xx.xx.1993-cü il tarixdə Sabirabad RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, 1975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü tarixli, N №-li əmrilə (əsas: §-9, səh-44, sıra- 15) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və “sıravi” hərbi rütbəsi verilərək “kursant” vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrində (əsas: 6, səh-18, sıra-47, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilən hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 6N №-li əmrində (əsas: Ş-6, sıra-‘7) 1992-1993-cü illərdə hərbi hissəni özbaşına tərk etmiş, hərbi biletləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmiş və xx.xx.1994-cü il tarixdən hərbi hisənin siyahısından çıxarılaraq bütün təchizatlardan məhrum edilmiş hərbi qulluqçuların siyahısında Sabirabad RHK-nın çağırışçısı İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissədən həqiqi hərbi xidmətini davam etdirmək üçün qöndərilmiş İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrilə (əsas: §-1, səh-28, sıra-15) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün təminatlara salınaraq PVO-da hesab nömrəsi vəzifəsinə təyin olunmuşdur. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N №-li hərbi hissə komandirinin may-avqust 1993cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 25 №-li əmrində (əsas: §- səh-57, sıra-16, əmrdə təvəllüdü “1970-ci il” yazılmışdır, vəzifəsi qeyd olunmamışdır “Seyfəli” təlim mərkəzindən gəlmiş, xx.xx.1994-cü il tarixdən hissənin şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuş və 1-ci motoatıcı taborda vəzifəyə təyin edilmiş hərbi qulluqçuların siyahısında, 1970-ci il təvəllüdlü, sıravi İddiaçı adı qeyd olunmuşdur. Sabirabad RHK-nın çağırışçısı, 1-ci MAT-ın hərbi qulluqçusu İddiaçı Teymıir oğlu hərbi hissəni N (otuz) gündən artıq özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 167 №-li əmrilə (əsas: §-3, səh-23, sıra- 126, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-43-54/2- 1095/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-43-90/2-2432/2024 nömrəli məktuba əsasən bildirirəm ki, xx.xx.1975-ci il təvəllüdlü Sabirabad rayon Çöl-Beşdəli kənd sakini İddiaçı xx.xx.1993-cü il tarixdə keçmiş Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edib. xx.xx.2004-cü ildə Füzuli HP tərəfindən Azərbaycan Respublikası CPM-nin 40.2.3 və 212-ci maddələrinə əsasən barəsində toplanmış materiallar üzrə şəraitin dəyişməsi ilə əlaqədar cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2004-cü il tarixdə keçmiş Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən hərb qeydiyyata alınmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədaröz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də, məhz İddiaçı qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmamış və hərbi hissəni özbaşına tərk etdiyi üçün ştatdan xaric edilmiş və Füzuli ərazi hərbi prokurorluğuna verilmişdir. Cinayət işi başlanılmış lakin xx.xx.2004-cü il tarixində Azərbaycan Respublikası CPM-nin 40.2.3 və 212-ci maddələrinə əsasən barəsində toplanmış materiallar üzrə şəraitin dəyişməsi ilə əlaqədar cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» xx.xx.1996-cı il tarixli, 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Apelyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1255/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1255/2025
21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver