Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1256/2020 22.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X5 X6 Biləsuvar rayon filialına qarşı «işlədiyi illər sığorta stajına daxil edilməklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X5 X6 Biləsuvar rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1977-2004-cü illərdə işlədiyi illəri, 1974-1976-cı illərdə 2 il hərbi xidmət dövrünü sığorta stajı kimi müəyyən edərək ona hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun hesablanaraq cavabdehin üzərinə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, hüququnun yarandığı tarixdən və qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun yaşa görə əmək pensiyası təyin olunmasından ötrü Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Biləsuvar rayon şöbəsinə müraciət etmişdir. Ona Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Biləsuvar rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyasının rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsaslanaraq xx xxxx 2020-ci il tarixli, **********1 nömrəli cavab göndərilərək yaşa görə əmək pensiyasının təyin olunması üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Ona qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü 25 il sığorta stajı tələb olunur. Onun əmək kitabçasında 1982-2004-cü illərdə 21 il 6 ay, 1977-1981-ci illərdə “Komsomol” kolxozunda 2 il 7 ay, 1974-1976-cı il 2 il hərbi xidmət dövrü əlavə edilməklə ümumilikdə 26 il 1 ay sığorta stajı vardır. DSMF Biləsuvar rayon şöbəsi 1977-1981-ci illərdə “Komsomol” kolxozunda olan sığorta stajını əmək kitabçasına əsasən deyil, xx.xx.2020-ci il tarixli, 77 saylı arxiv arayışı ilə təsdiq edildiyini bəhanə gətirərək ona əmək pensiyası təyin etməkdən imtina etmişdir. İddiaçı göstərilənlərə əsaslanaraq, onun 1977-2004-cü illərdə işlədiyi illəri, 1974-1976-cı illərdə 2 il hərbi xidmət dövrünü sığorta stajı kimi müəyyən edərək ona hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun hesablanaraq cavabdehin üzərinə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət X5 X6 Biləsuvar rayon filialının məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda iddiaya qarşı etiraz bildirilmişdir. Məktubda qeyd olunmuşdur ki, xx xxxxxxx 2010-cu il tarixdə 4027 saylı şəhadətnamə ilə qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı ilədək) əmək pensiyası hüquqlarının nəzərə alınması əmək kitabçasına əsasən müəyyən edilir. Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı əmək kitbaçasında 1982-2004-cü illərdə 21 il 6 ay, 1977-1981-ci illərdə “Komsomol” kolxozunda 2 il 7 ay, 1974-1976-cı il 2 il hərbi xidmət dövrü əlavə edilməklə ümumilikdə 26 il 1 ay sığorta stajı vardır. 1977-1981-ci illərdə “Komsomol” kolxozunda olan sığorta stajı əmək kitabçasına əsasən deyil, arxiv arayışı ilə təsdiq edildiyi üçün İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Odur ki, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1955-ci il tarixdə Biləsuvar rayonu Amankənd kəndində doğulmuş, xx xxxxxx 1974-cü il tarixdən xx xxxxxx 1976-cı il tarixədək hərbi xidmətdə olmuş (2 il 24 gün); Biləsuvar rayon sabiq “Komsomol” adına kolxozda 1977-ci ildə 129 adam günü, 1978-ci ildə 223 adam günü, 1980-ci ildə 178 adam günü, 1981-ci ildə 180 adam günü işləmiş, eləcə də 1979-cu ildə 1146 rubl əmək haqqı almışdır. Biləsuvar rayon sabiq “Komsomol” adına kolxozda kişilər üçün 1977-1981-ci illərdə adam günləri minimum 250 gün müəyyən olunmuşdur. Qeyd olunan normalara əsasən iddiaçı 1977-1981-ci illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmişdir. Bundan əlavə, iddiaçıya məxsus əmək kitabçasından müəyyən edilir ki, o, xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Biləsuvar T.İ.İ.B-də və Biləsuvar S.S.İ-də müxtəlif vəzifələrdə (13 il 2 ay); xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Biləsuvar rayon rabitə qovşağı Əmənkənd kənd rabitə şöbəsinin rəisi vəzifəsində (10 ay 22 gün); xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək Biləsuvar rayon Əmənkənd kənd rabitə şöbəsinin rəisi vəzifəsində (3 il 4 ay 13 gün); xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Biləsuvar rayon Əmənkənd kənd bələdiyyəsinin sədri vəzifəsində (10 ay 27 gün); xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Biləsuvar rayon Əmənkənd kənd bələdiyyəsinin X2 sədri vəzifəsində (3 il 11 ay 26 gün) işləmişdir. (ümumilikdə cəmi 22 il 3 ay 28 gün). İddiaçının qeyd olunan illərdə hərbi xidmətdə olması НЗ seriyalı ******* nömrəli hərbi bilet, kolxozda işləməsi Biləsuvar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli, 77A nömrəli arxiv arayışı, digər işlərdə işləməsi adına açılmış xx.xx.1976-cı il tarixli ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçası ilə öz təsdiqini tapır. İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2020-ci il tarixli, **********0 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının əmək kitabçasında 1982-2004-cü illərdə 21 il 6 ay, 1977-1981-ci illərdə “Komsomol” kolxozunda 2 il 7 ay, 1974-1976-cı il 2 il hərbi xidmət dövrü əlavə edilməklə ümumilikdə 26 il 1 ay sığorta stajı vardır. 1977-1981-ci illərdə “Komsomol” kolxozunda olan sığorta stajı əmək kitabçasına əsasən deyil, arxiv arayışı ilə təsdiq edildiyi üçün iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. İddiaçının kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “X1 haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, xx xxxxxxxx 1992-ci il tarixli “X1 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1977-1981-cu illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə Biləsuvar rayon sabiq “Komsomol” adına kolxozda işlədiyi Biləsuvar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 77A nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd olunan iş illəri və hərbi xidmət illəri onun sosial sığorta stajına tam daxil edilməlidir. O, 1977-1981-ci illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmədiyindən iddiaçının həmin illərdə iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməklə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət X5 X6 Biləsuvar rayon filialının üzərinə qoyulmalıdır. Belə ki, iddiaçı xx xxxxxx 1955-ci il tarixdə doğulmuşdur. xx xxx 2020-ci il tarixdə 64 yaş 6 ayı tamam olmuşdur. İddiaçının 1974-1976-cı illərdə hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının 1977-1981-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «X1» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Biləsuvar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 181 nömrəli arayışından müəyyən edilir ki, Biləsuvar rayon sabiq “Komsomol” adına kolxozda minimum adam günü norması kişilər üçün 250 adam günü müəyyən olunmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1977-1981-ci illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (129 + 223+178+180) × 12 = 8520/250=34 ay 08 gün (≈2 il 10 ay 08 gün). İddiaçının Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 77A nömrəli arxiv arayışında 1979-cu ildə Biləsuvar rayon “Komsomol” adına kolxozda işlədiyi ilə aid son hesablaşma cədvəllərində adam günü (əmək günü) yazılmasa da, həmin il üzrə əmək haqqı alması öz əksini tapdığından qeyd olunan il əmək haqqı aldığı aylar üzrə əmək stajı kimi nəzərə alınmalıdır. Beləliklə, hərbi xidmət müddəti nəzərə alındıqda iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Sonda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən hazırki məhkəmə icraatı zamanı iddiaçının kolxozda işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsinin əsasları və qaydasına dair tələblərə hüquqi qiymət verilmişdir. İddiaçının digər iş yerlərində əmək fəaliyyəti məhkəmə araşdırmasının predmetini təşkil etmədiyindən məhkəmə tərəfindən onun kolxozdan başqa işlədiyi illərin araşdırılması və üst-üstə düşən illərin olub-olmamasına dair araşdırma aparılmamışdır. Odur ki, iddiaçının ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdüyü zaman pensiya təyin edən orqan tərəfindən iddiaçının seçiminə görə iş dövrünün yalnız biri nəzərə alınmalıdır. Belə ki, Əmək Pensiyaları haqqında Qanunun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı Biləsuvar rayon Dövlət Arxivinin xx xxx 2020-ci il tarixli, 77A nömrəli arxiv arayışında göstərilən Biləsuvar rayon “Komsomol” adına kolxozda 1977-1981-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, həmçinin əmək kitabçasında qeyd olunan iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı Biləsuvar rayon Dövlət Arxivinin xx xxx 2020-ci il tarixli, 77A nömrəli arxiv arayışında göstərilən Biləsuvar rayon “Komsomol” adına kolxozda 1977-1981-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, həmçinin əmək kitabçasında qeyd olunan iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X5 X6 Biləsuvar rayon filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1256/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1256/2020
22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver