Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1256/2022 27.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X6, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sabirabad rayon İcra Hakimiyyətinə qarşı “Sabirabad rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli, 12-3/1 nömrəli qərarının X4 torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 27 sentyabr 2022-ci il tarixdə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinə qarşı “Sabirabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 saylı qərarının ləğv olunması və həmin qərar əsasında verilmiş JN-519 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(120)-1256/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinə qarşı “Sabirabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 saylı qərarının ləğv olunması və həmin qərar əsasında verilmiş JN-519 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçının olduğu kimi saxlanılması, cavabdeh qismində Sabirabad rayon İcra Hakimiyyətinin tanınması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinin cavabdeh siyahısından çıxarılması, iddia tələbinə “Sabirabad rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli, 12-3/1 nömrəli qərarının X4 torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi” kimi baxılmasının davam etdirilməsi, X1, X2, X3 və X5 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Tərəflər 27 sentyabr 2022-ci il tаriхdə, sааt 15:40-da məhkəmə iclasına dəvət оlunmuşlаr. Cavabdeh Sabirabad rayon İcra Hakimiyyətinə və üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclası zamanı işin faktiki hallarının və mübahisənin vəziyyətinin müzakirəsindən sonra ərizə təqdim edərək, izahatında bildirdi ki, mübahisəni məhkəmədən kənar qaydada həll etmək qərarına gəlmişdir. Odur ki, iddia ərizəsinin baxılmadan saxlanılmasını və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının “iddia ərizəsinin qaytarılması barədə” ərizəsini, izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur və iddiaçının (və ya nümayəndəsinin) belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Başqa sözlə, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddia ərizəsinin qaytarılması barədə ərizə verdikdə, bu o anlama gəlir ki, iddiaçı iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı ərizəsi təmin olunsun. İddiaçı cavabdeh Sabirabad rayon İcra Hakimiyyətinə qarşı “Sabirabad rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli, 12-3/1 nömrəli qərarının X4 torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1256/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1256/2022
27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver