Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1256/2023 11.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissəyə qarşı «fəxri adla təltif edilməsi üçün müvafiq təltif sənədlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissəyə qarşı «fəxri adla təltif edilməsi üçün müvafiq təltif sənədlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, atası X2 1992-ci ilin mart ayından 1993-cü il oktyabrın 27-nə qədər (ölüm tarixinə qədər) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sıralarında qulluq etmişdir. X4 N saylı hərbi hissənin N nömrəli batalyonunda kəşfiyyat tağım komandiri və bölük komandirinin silahlar üzrə müavini vəzifəsində xidmət çəkmişdir. 1993-cü il oktyabr ayının 27 mərhum atası komandanlıq tərəfindən ona verilən növbəti döyüş tapşırığını yerinə yetirərkən döyüş meydanında qəhramancasına həlak olmuşdur. Atasının ölümündən sonra N saylı hərbi hissənin komandanlığı onun fəxri adla təltif edilməsi üçün müvafiq təltif sənədləri tərtib olunmuş, lakin həmin sənədlər müharibə vaxtı baş vermiş hansısa bir səbəbdən Müdafiyyə Nazirliyinə çatmamışdı. Tərtib olunmuş fəxri adın verilməsi ilə bağlı sənədlərinin Müdafiə Nazirliyinə təqdim edilməməsi nəticəsində atasının təltf edilmə məsələsinə Müuafiə Nazirliyi tərəfindən baxılmamışdır. Bununla bağlı o, mərhum atası X1 fəxri adla təltif edilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş. Müraciətinə cavab olaraq Müdafiə Nazirliyi X4un fəxri adla təltif olunması barədə Nazirliyin Təltif Komissiyasına xidmət etdiyi hərbi hissə tərəfindən təltif sənədlərinin daxil olamamasmı bildirmişdir. Bundan sonra, o ərizə ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə müraciət edərək X4un fəxri adla təltif edilməsi üçün müvafiq təltif sənədlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilməsini xahiş etmiş. Ərizəni cavablandıraraq N saylı hərbi hissə 1993-2003-cü illər üçün nizami hissə üzrə əmrlər kitabının Müdafiə Nazirliyinin Arxivində olmasını əsas gətirərək mərhum X4la bağlı təltif sənədlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilməsindən imtina emtişdirlər. Göstərilənlərdən göründüyü kimi o ərizə ilə Müdafiə Nazirliyinə və N saylı hərbi hissəyə müraciət etsə də bunun bir nəticəsi olmamış, atası barəsində müvafiq təltif sənədləri baxılması üçün Müdafiə Nazirliyinə göndərilməmiş və sonuncu tərəfindən atasının fəxri adla təltif edilməsi məsələsinə baxılmamışdır. Qeyd olunanlarla bağlı X4un fəxri adla təltif edilməsi məsələsinə baxılması və onun Azərbaycan Respublikası qarşısında etdtiyi xidmətin layiqincə qiymətləndirilməsinin təmin edilməsi üçün bu məsələnin məhkəmə qaydasında həll olunmasına zərurət yaranmışdır. Hesab edir ki, N saylı hərbi hissənin onun müraciətinə rəğmən təltif sənədlərinin Müdafiə Nazirliyinə göndərməməsi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan və onun hüquq və mənafelərinə toxunan hərəkətdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya qarşı yazılı münasibətində qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində mərhum atası X1 fəxri adla təltif edilməsi üçün müvafiq təltif sənədlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilməsini N saylı hərbi hissənin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul etməyi məhkəmədən xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, onun mərhum atası X1 fəxri adla təltif edilməsi üçün müvafiq təltif sənədlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilməsini N saylı hərbi hissənin üzərinə öhdəliyinin qoyulmasından ibarətdir. İddia ərizəsi üzrə Azərbaycan Raspublikası Müdafiə Nazirliyinin münasibəti aşağıdakı kimidir: Azərbaycan Respublikası müdafiə nazirinin 17 may 2004-cü il tarixli 223 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimata əsasən: -hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimat birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. -təqdimat bilavasitə rəislərin rəylərindən sonra Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə təqdim edilir. -kadr orqanları Azərbaycan Respublikasının orden və medalları ilə təltifə təqdim olunmuş şəxslərin fərdi uçotunu aparır. Bütün təltif sənədləri “Silahlı Qüvvələrin şəxsi heyətinin təltif olunması və fəxri adlara təqdim edilməsi üzrə komissiya”da baxıldıqdan sonra Azərbaycan Respublikasının Müdafiə nazirinə təqdim olunur. -Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilir. Təltifi Müdafiə nazirinin səlahiyyətində olan medallar üçün təqdimatlar isə Müdafiə nazirinə təqdim olunur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 1/1429 nömrəli məktubunda Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində aparılan uçot sənədlərində mrhum X1 təltif olunması ilə bağlı hər hansı bir rəsmi sənədin Müdafiə Nazirliyinin Təltif komissiyasına daxil olması barədə heç bir qeydiyyat aşkar olunmadığı qeyd edilmişdir. İddiaçının arzuladığı tələbə uyğun inzibati orqanın üzərinə vəzifə qoyulması isə cavabdeh inzibati orqanın birbaşa diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmasını, qanuni və əsaslı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır və işə iştirakım olmadan baxılmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı madəssinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İşdə olan sənədlər əsasında aparılmış məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək atası X2 1992-ci ilin mart ayından 1993-cü ilin oktyabrın 27-nə qədər (ölüm tarixinə kimi) N saylı hərbi hissənin sıralarında qulluq etmişdir. X4 N saylı hərbi hissənin N nömrəli batalyonunda kəşfiyyat tağım komandiri və bölük komandirinin silahlar üzrə müavini vəzifəsində xidmət çəkmişdir. 1993-cü ilin oktyabr ayının 27 mərhum atası komandanlıq tərəfindən ona verilən növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhramancasına həlak olmuşdur. Atasının ölümündən sonra N saylı hərbi hissənin komandanlığı onun fəxri adla təltif edilməsi üçün müvafiq təltif sənədləri hazırlamışdır. Lakin həmin sənədlər müharibə vaxtı baş vermiş hansısa bir səbəbdən Müdafiyyə Nazirliyinə çatmamış və bu səbəbdən də atamın fəxri adla təltif edilməsi məsələsinə Müdafiə Nazirliyi tərəfindən baxılmamışdır. Göstərilənlərlə bağlı mərhum atası X1 fəxri adla təltif edilməsi üçün müvafiq təltif sənədlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə X5 Xidmətinin Füzuli Rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mərhum şəhid X2 xx.xx.1993-cü il tarixdə Cavabdeh tərkibində hərbi xidmət keçən zaman Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı həlak olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, N () nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 21 №-li əmrilə (əsas: §-3, səh-119, əmrdə hərbi rütbəsi yazılmamışdır) X2 döyüşçü təyin olunmuşdur. N () nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 165 nömrəli əmrilə (əsas: §-2, səh-20, əmrdə hərbi rütbəsi yazılmamışdır) X2 5-ci rotadan azad edilərək batalyonun silah-sursat üzrə rəisi vəzifəsinə təyin edilmişdir. N () nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 254 nömrəli əmrilə (əsas: §-2, səh-85) X2 N nömrəli hərbi hissənin silah sursat xidməti vəzifəsindən azad edilib silahlanma üzrə batalyon komandirinin müavini vəzifəsinə təyin olunmuşdur. Qeyd edirlər ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olab N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-xx.xx.1993-cü il, Cavabdeh komandirinin may-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və N hərbi hissənin 1992- 1994-cü il, N nömrəli hərbi hissənin 1995-ci il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında X1 xidməti barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin 1992-1994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə X5 Xidmətinin Füzuli Rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda 11 vərəqli qoşma ilə iddiaçının atası X2 ilə bağlı müvafiq sənədlərin surətinin Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə X5 Xidmətinin Füzuli Rayon Şöbəsində olduğu müəyyən edilmiş və məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 may 2004-cü il tarixli 223 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimata əsasən: -hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimat birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. -təqdimat bilavasitə rəislərin rəylərindən sonra Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə təqdim edilir. -kadr orqanları Azərbaycan Respublikasının orden və medalları ilə təltifə təqdim olunmuş şəxslərin fərdi uçotunu aparır. Bütün təltif sənədləri “Silahlı Qüvvələrin şəxsi heyətinin təltif olunması və fəxri adlara təqdim edilməsi üzrə komissiya”da baxıldıqdan sonra Azərbaycan Respublikasının Müdafiə nazirinə təqdim olunur. -Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilir. Belə ki, iş materiallarına əsasən müvafiq sənədlərin tərtib edildiyi müəyyən edilsə də, qeyd edilən sənədlərin Müdafiə Nazirliyinə göndərilmədiyi müəyyən edilmişdir. Məhkəmə eyni zamanda, onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının arzuladığı tələbə uyğun inzibati orqanın üzərinə vəzifə qoyulması cavabdeh inzibati orqanın birbaşa diskresion səlahiyyətinə müdaxilə kimi hesab oluna bilər. Bu səbəbdən də diskresion səlahiyyətlə bağlı da məhkəmənin mövqeyinin qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 may 2004-cü il tarixli 223 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimata əsasən müvafiq rəylər tərtib edildiyi təqdirdə Müdafiə Nazirliyinə göndərilməsi qeyd edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissəsi tərəfindən təltif sənədləri tərtib edildiyi halı müəyyən edildiyindən hər-hansı diskresion səlahiyyətin tətbiqi qeyd edilməməlidir. İPM-in 73.3-cü maddəsindən də göründüyü kimi aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə, həmçinin iddiaçının məhkəməyə müraciət etməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, ərizədən də göründüyü kimi iddiaçı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsi ilə təsbit olunmuş bərabərlik prinsipinin icrasında maraqlıdır. Maddənin tələbindən də göründüyü kimi hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. İnzibati orqan tərəfindən müvafiq təltif sənədləri tərtib edildiyi halda hərbi hissənin nizami hissə üzrə əmrlər kitabı 1993-cü ildən 2003-cü ilədək Müdafiə Nazirliyinin İşlər idarəsinin Mərkəzi Arxivinə təhvil verilməsi əsası ilə həmin sənədlərin Müdafiə Nazirliyinə göndərilməsindən imtina etməsi əsassız olmuş, formal xarakter daşımış və iddiaçı tərəfin hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə tərəfindən sübut qismində qəbul edilmiş, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, X1 fəxri adla təltif edilməsi üçün müvafiq təltif sənədləri hazırlansa da, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilməsi təmin edilməmişdir. Məhkəmə işin faktiki hallarını sadalanan qanunvericilik normalarına tətbiq edərək, eləcə də işin hallarının tam, hərtərəfli və obyektiv aparılması zəruriliyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna yuxarıda qeyd edilən hüquq normaları daxilində hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, X1 fəxri adla təltif edilməsi üçün tərtib edilmiş müvafiq təltif sənədlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X1 fəxri adla təltif edilməsi üçün tərtib edilmiş müvafiq təltif sənədlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilməsi öhdəlik kimi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (apellyasiya şikayəti verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1256/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1256/2023
11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver