Məhkəmə qərarları › İş №2-1(120)-1256/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1256/2025

10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1256/2025 10.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0003 saylı qərarının ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən D00166284TBD nömrəli xx.xx.2024-cü il tarixli göndəriş əsasında “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə ona XBT10 kodu “M51-digər şöbələrin fəqərə arası diskilərinin zədələnmələri” diaqnozu üzrə orqanizm funksiyalarının pozulmasını faiz dərəcəsi müəyyən edilərək müvafiq əliliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və ona xəstəliyinə uyğun olaraq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə “Biləsuvar rayon Mərkəzi Xəstəxanası” X6i üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0003 saylı qərarının ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən D00166284TBD nömrəli xx.xx.2024-cü il tarixli göndəriş əsasında “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə ona XBT10 kodu “M51digər şöbələrin fəqərə arası diskilərinin zədələnmələri” diaqnozu üzrə orqanizm funksiyalarının pozulmasını faiz dərəcəsi müəyyən edilərək müvafiq əliliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən “Biləsuvar rayon Mərkəzi Xəstəxanası” X6i üçüncü şəxs qismində cəlb edilməsinə dair məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(120)-3929/2024 nömrəli qərardadı ləğv edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ilin iyul ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrin N saylı hərbi hissəsində MAHHXHQ kiçik çavuş hərbi-uçot ixtisası sürücü usta xidmət etmişdir. Hərbi xidmət dövründə xəstələnmiş, xəstəliyi ilə bağlı hospitala göndərilərək müayinə olunmuşdur. Ağır dərəcəli xəstədir, xəstəliyinin dianqnozu: L5 fəqərəsinin spondilolisterzinin, hər iki aşağı ətrafın distal parezinə görə aparılmış L5-S1 fəqərələrinin transpedukluyar fiksasiyası, bilateral hemiiaminoekomiyası əməliyyatının nəticəsində onurğa sütunun bel şöbəsinin funksiyasının mühüm dərəcədə pozulması ilə. Distal parezlə nəticələnmiş xroniki diskogen mənşəli bilateral L5 radikulopatiyası, natatam remissiya mərhələsində. İkincili hissəvi adentiya. Həkim komissiyasının qərarında bu diaqnoz üzrə qeyd olunur ki, xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Həm dinc,dövürdə , həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Bu haqda Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyas tərəfindən 12353 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. xx.xx.2022xx.xx.2022-ci il tarixədək Respublika Neyrocərahiyyə Xəstəxanasında “L5 fəqərəsinin spondilolistezi, Cərrahi əməliyyatdan sonrakı vəaiyyəti” diaqnozu ilə stasionar müalicə. xx.xx.2022-ci il tarixdə “L5-S1 transpedikulyar fiksasiyası. Bilateral L5 hemilaminoektomiya” cərrahi əməliyyat icra edilmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasında xx.xx.2022-ci il tarixə kimi müalicə almış, xx.xx.2023-cü il tarixdə Biləsuvar rayon Mərkəzi Xəstəxanasında müalicə, xx.xx.2023-cü il tarixdə Biləsuvar rayon Mərkəzi xəstəxanası, xx.xx.2024-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X6. Qeyd olunduğu kimi illərdir ki, müxtəlif xəstəxanalarda stasionar və ambulator qaydada müalicələr almış, lakin xəstəliyi sağalmamışdır. Xəstəliyi ilə bağlı əlillik təyin edilməsindən ötəri mövcud qaydalara əsasən sənədləri Tibbi-Sosial Ekspert komissiyasına göndərilmiş, lakin ona imtinalar verilmişdir. Faktiki olaraq əmək qabliyyətini itirmiş, hazırda xəstəliyi ilə bağlı konkrent olaraq işləyə bilmir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilmiəsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Dıskogen L5-S1 radikulopatiya L5-S1 transpedikulyar fiksasiya Digər dəqiqləşdirilmiş cərrahı müdaxilədən sonrakı vəziyyətlər Bilateral L5 hemilomiektomıya əməliyyatından sonrakı vəziyyət Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdıqlənməməsı barədə qərar qəbul edilmişdir səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1989-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17- 4/3-1-12078/2023) Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-91929/2023) Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 12353 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “L” fəqərəsinin spondilolistezinin, hər iki aşağı ətrafın distal parezinə görə aparılmış L - S , fəqərələrinin transpedukulvar fiksasivası. bilateral hemilaminoektomivası əməliyyatının (xx.xx.2022) nəticəsində onurğa sütunun bel şöbəsinin funksiyasının mühüm dərəcədə pozulması ilə. Distal parezlə nəticələnmiş xroniki diskogen mənşəli bilateral radikulopativası, natamam remissiya mərhələsində. İkincili hissəvi adentiva. diaqnozla xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı asaqı ətraflara irradiasiva edən bel ağrılarından şikayətlənmişdir. Anamnezində 2022-ci ildə laminektomiya əməliyyatı keçirdiyi məlum olmuşdur. Nevroloii müavinə zamanı aşadı ətraf əzələlərində hipotrofıya və ya atrofiya. parez, iflic qeyd edilməmiş, vətər refleksləri D<S sadda kökcük zədələnməsi ilə bağlı azlamıs. əzələləri hər iki tərəfdə simmetrik müşahidə edilmişdir."kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı asaqı ətraflara irradiasiva edən bel ağrılarından şikayətlənmişdir. Anamnezində 2022-ci ildə laminekıomiva əməliyyatı keçirdiyi. -L5- S1 fəqərələrinə fiksatorgovulduöu məlum olmuşdur. Nevroloii müavinə zamanı asaqı ətraf əzələlərində hipotrofiva və ya atrofiya. parez. iflic qeyd edilməmiş, vətər refleksləri D<S sadda kökcük zədələnməsi ilə bağlı zəifləmiş, əzələləri hər iki tərəfdə simmetrik müşahidə edilmişdir. Medikamentoz preparatlardan ağrıkəsicilər və Diklofenak qəbul etdiyini bildirmişdir." kimi qeyd olunmuş. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına kənar şəxslərin yardımı ilə daxil olmuş. Prezident Administrasiyasına müraciət etdiyini bildirmişdir. Yerişində çətinlikdən, sidikqaçırmadan şikayətlənmişdir. Cərrahi əməliyyat keçirdikdən sonra vəziyyətinin pisləşdiyini söyləmişdir. Belində korset olduğu izlənilmişdir. Müayinə zamanı onurğanın bel şöbəsində -7-8 sm ölçülü əməliyyat çapığı izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji baxış zamanı yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus tam, reflekslər canlı alınmış D=S, hipotrofiya. atrofiya. parez, iflic aşkarlanmamışdır. Medera Hospitalın xx.xx.2023-cü il tarixli Elektroneyromioqrafiya müayinəsinin nəticəsi “Bu əlamətlər aşağı ətraflar. L5-S1 kökcük innervasivalı əzələlərdə xroniki dövr aksonal degenerasiyalı nevropatik dəyişiklik lehinədir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli Çıxarışında diaqnoz "Diskoqen L5-S1 radikulopatiya. L5-S1 transpedikulvar fiksasiya. Bilateral L5 hemilaminektorniva cərrahi əməliyyatdan sonrakı vəziyyət Kökcük ağrı sindromu, sad pəncənin parezi" kimi qeyd olunsa da. klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Əlilliyin qiymətləndirməsi Qaydasfnın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasfnın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən nəyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müdcətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının. İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial eksoertiza müayinəsinə göndərişlərin reyestri'nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kmliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyi xahiş etmişdirlər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçı və cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və iddiaçı Ağcabədi rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən ləğv edilməsini xahiş etdiyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0003 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmiş, iddiaçı tərəfindən isə qanunvericilikdə nəzərdə tutulan müddətlərə riayət etməklə (30 gün keçmədən) xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə məhkəməyə müraciət etmiş və xx.xx.2024-cü il tarixdə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı qanunvericiliyin müddətlə bağlı şərtlərinə əməl etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli, 9197 nömrəli arayışından görünür ki, xx.xx.1989-cu il təvəllüdlü kiçik çavuş İddiaçı “Xəstəliklər cədvəli”nin 86 maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” yə qoşma) əsasən Hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə 30 (otuz) gün müddətinə məzuniyyət verilməlidir Məzuniyyət müddəti bitdikdən sonra təkrar şəhadətləndirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli, 10251 nömrəli arayışından görünür ki, xx.xx.1989-cu il təvəllüdlü kiçik çavuş İddiaçı “Xəstəliklər cədvəli”nin 86 maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” yə qoşma) əsasən Hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə 30 (otuz) gün müddətinə məzuniyyət verilməlidir. Məzuniyyət müddəti bitdikdən sonra təkrar səhadətləndirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 12353 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 4026 nömrəli göndərişi ilə xx.xx.1989-cu il təvəllüdlü kiçik çavuş İddiaçı HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 82a, 26b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarının surətindən görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 Biləsuvar rayon X3 Hüquqi Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 18-1- 70/2-955/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Biləsuvar rayon Bəydili kənd sakini İddiaçı “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” X5ə aşağıda qeyd olunan tarixlərdə müraciət etmişdir: -xx.xx.2024-cü il tarixdə “D63-Başqa rublikalarının təsnifi” diaqnozu ilə; - xx.xx.2024-cü il tarixdə “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” X5ə M51.1-Bel və digər şöbələrin fəqərələrarası disklərin radiklopatiya” diaqnozu ilə; - xx.xx.2024-cü il tarixdə “M51.1-Bel və digər şöbələrin fəqərələrarası disklərin radiklopatiya” diaqnozu ilə. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-20587/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən əldə edilən məlumatlara əsasən bildiririk ki, İddiaçı ilkin olaraq əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının İ00072742CRU, Z00130085JNN və D00166284TBD nömrəli göndərişləri və müraciəti əsasında müvafiq olaraq xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixlərində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq bütün hallarda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşa SMS vasitəsilə məlumat göndərilmişdir. Qeyd edək ki, vətəndaşlar əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində sual yaranacağı təqdirdə, “142 Çağrı mərkəzi” ilə əlaqə saxlaya, qeydiyyatda olduqları ərazi üzrə Tibbi-sosial ekspert komissiyalarına müraciət edə, həmçinin www.e-gov.az və www.e-sosial.az internet resurslarından istifadə etməklə məlumat əldə edə bilərlər. Nəzərinizə çatdırırıq ki, vətəndaşın əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində xx.xx.2023-cü il tarixində Agentliyə 3-17-4/1-C- 43364/2023 nömrəli müraciəti (yazılı ərizəsi) daxil olmuş və tərəfimizdən xx.xx.2023-cü il tarixli, 3-17- 4/2-C-31385/2023 nömrəli məktubla cavablandırılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6i xx.xx.2025-ci il tarixli, T55/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1.3.İddiaçı Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 19.01xx.xx.2024-cü il tarixlərdə müayinə və müalicədə olarkən müalicə həkimi psixiatr tərəfindən ona XBT 10 kodu ilə “ M51.1- Diskogen L5-S1 radikulopatiya. Z98.8- L5-S1 transpedikuliya pedikuliya fıksasiya, G83.1-Biloteral L5 hemilaminektomiyadan sonrakı vəziyyət, kökcük ağrı sindromu, sağ pəncənin parezi. M 16.0- İkitərəfli birincili koksartroz.” diaqnozu müəyyən edilmişdir. -İddiaçının adına olan digər göndəriş və tibbi sənədlərdə “M51.1” XBT 10 kodu ilə qeyd edilən xəstəlikdən başqa M30, M41, M42, M43.1, D63 üzrə göstərilən hallardan hər hansı birinə rast gəlinmədi. -Onun iş materiallarında olan tibbi sənədlərə əsasən isə əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş D00166284TBD saylı Forma 088 göndərişində qeyd edilmiş diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onun proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, TSEK-in ekspertləri tərəfindən əmək qabiliyyətinin itirilməsi 0% olması müəyyən edilmişdir. Diaqnoz xəstənin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu, səmərəliliyi qənaətbəxş olmuş, TSEK-in ekspertləri tərəfindən əmək qabiliyyətinin itirilməsi 0% müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin DTSERA-da müayinələri zamanı nevroloji baxış zamanı yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus tam olmuş, reflekslər canlı və D=S, hipotrofıya, atrofıya, parez, iflic aşkarlanmamış “Medera Hospital”ın xx.xx.2023-cü il tarixli EMQ müayinəsinin nəticəsi klinik təsdiqini tapmamış, əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. -Aparılan müayinələrin nəticələri əsasında əldə olunan diaqnozla əlaqədar hazırda əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur.

2. Xəstəliklər hərbi xidmət dövründə alınmışdır. (xx.xx.2022-ci il tarixli 12353 №-li Xəstəlik haqqında şəhadətnaməyə əsasən)

3. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nm 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar mütəxəssisi qarşısında suallar qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Elim-Tədqiqat Travmatologiya və Ortopediya İnstititu” X5 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-28-11/2-853/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə "Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X6də olmuş, ona L5 fəqərənin restrospondilolistezi, idiopatik dissiti, metallofiksasiyası əməliyyatından sonrakı vəziyyət, onurğanin məcburi vəziyyəti, seqmentin qeyri sabitliyi, yerişin pozulması, funksiyanın pozulması, daimi radikulyar ağrı sindromu, hemilaminektomiyadan sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X6də ekspertiza keçirilməsinin mümkünsüzlüyünü nəzərə alaraq, bununla əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 X6ə müraciət edilməlidir. Qeyd edirik ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi- Təcrübi və Tədris Birliyində ekspertiza keçirilərkən zərurət olduğu halda ekspert rəyinin verilməsində müəssisədən mütəxəssisin ayrılması mümkündür. Əlavə olaraq qeyd edirik ki, ekspertiza keçirilməmişdən öncə diaqnoz qoyulması məqsədi ilə xəstə R. Cəfərovun xəstəxanaya gələrək klinik, labarator, instrumental müayinələrdən keçməsini məqsədəmüvafiq hesab etmişdirlər.

Əsaslandırma hissəsi:

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə işin materiallarını araşdıraraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Konstitusiyanın 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra –Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 6.6.3 M51 - digər şöbələrin fəqərəarası disklərinin zədələnmələrindən irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 6.6.3.1 mülayim ikitərəfli motor və hissiyyat pozuntuları ilə onurğa sütununun natamam zədələnməsi, cüzi tetraparez ilə (sidik kisəsinin və düz bağırsağın fəaliyyəti pozulmadan) – 40 faiz – 2 il müddətinə; 6.6.3.2 aşağı ətrafların təzahür edən paraparezi - çanaq orqanlarının (sidik kisəsi və düz bağırsaq) funksiyalarının mülayim pozuntusu ilə onurğa sütununun döş, bel və ya büzdüm səviyyəsində hissəvi zədələnmələri – 60 faiz – müddətsiz; 6.6.3.3 əhəmiyyətli təzahür edən tetraparez, paraplegiya və ya aşağı ətrafların və yuxarı ətrafın əhəmiyyətli təzahür edən paraparezi - çanaq orqanlarının (sidik kisəsi və düz bağırsaq) funksiyalarının təzahür edən dərəcədə pozuntusu ilə onurğa sütununun boyun, döş, bel və ya büzdüm səviyyəsində hissəvi zədələnmələri – 90 faiz – müddətsiz; 6.6.3.5 aşağı ətrafların və yuxarı ətrafın tam iflici - çanaq orqanlarının (sidik kisəsi və düz bağırsaq) funksiyalarının əhəmiyyətli dərəcədə təzahür edən pozuntusu ilə onurğa sütununun boyun hissəsinin tam zədələnməsi – 100 faiz – müddətsiz; 6.6.3.6 aşağı ətrafların tam iflici (plegiya) - çanaq orqanlarının (sidik kisəsi və düz bağırsaq) funksiyalarının əhəmiyyətli təzahür edən dərəcədə pozuntusu ilə onurğa sütununun döş, bel və ya büzdüm səviyyəsində tam zədələnmələri – 100 faiz – müddətsiz; XBT-10 - xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış: Hazırkı işin hallarından müəyyən edillir ki, Biləsuvar rayon Bəydili kənd sakini İddiaçı “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” X5ə aşağıda qeyd olunan tarixlərdə müraciət etmişdir: xx.xx.2024-cü il tarixdə “D63-Başqa rublikalarının təsnifi” diaqnozu ilə; - xx.xx.2024-cü il tarixdə “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” X5ə M51.1-Bel və digər şöbələrin fəqərələrarası disklərin radiklopatiya” diaqnozu ilə; - xx.xx.2024-cü il tarixdə “M51.1-Bel və digər şöbələrin fəqərələrarası disklərin radiklopatiya” diaqnozu qoyulmuşdur. Cavabdeh həmin göndəriş əsasında iddiaçının əyani müayinəsini aparmış və “diaqnozun əlillik əlaməti təyin etməməsi” əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir və hesab edir ki, iddiaçının barəsində olan sonuncu göndəriş əsasında ididaçıya əlillik təyin edilməlidir. İddiaçı həmin qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, əlillik meyarının müəyyən edilməsi cavabdeh inzibati orqanın diskression səlahiyyətinə aiddir. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Cavabdehin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün iddiaçıda həmin xəstəliklərin və diaqnozun mövcud olub-olmamasını təsdiq etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-3929/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6i xx.xx.2025-ci il tarixli, T55/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1.3.İddiaçı Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 19.01xx.xx.2024-cü il tarixlərdə müayinə və müalicədə olarkən müalicə həkimi psixiatr tərəfindən ona XBT 10 kodu ilə “ M51.1- Diskogen L5-S1 radikulopatiya. Z98.8- L5-S1 transpedikuliya pedikuliya fıksasiya, G83.1-Biloteral L5 hemilaminektomiyadan sonrakı vəziyyət, kökcük ağrı sindromu, sağ pəncənin parezi. M 16.0- İkitərəfli birincili koksartroz.” diaqnozu müəyyən edilmişdir. Həmçinin qeyd edilən xəstəliklərin hərbi xidmət dövründə alındığı öz təsdiqini tapmışdır. Qeyd edilən rəylə bağlı məhkəmə qeyd edir ki, rəyin nəticə hissəsində əsasən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının əlilliyinin qiymətləndirilməsi məqsədi ilə keçirilmiş əyani müayinənin nəticəsinə dair qəbul edilmiş qərardakı imtina əsasları təkrarlanmış və iddiaçıda olan xəstəliklərin mövcudluğu hissəsində səthi cavablar verilmişdir. Bu səbəbdən qeyd edilən rəy qismən mötəbər hesab edilir. Ekspert rəyinin tam qənaətbəxş olmadığı nəzərə alınaraq məhkəmə digər sübutlarıda qeyd etməyi zəruri hesab edir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar mütəxəssisi qarşısında suallar qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Elim-Tədqiqat Travmatologiya və Ortopediya İnstititu” X5 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-28-11/2-853/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə "Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X6də olmuş, ona L5 fəqərənin restrospondilolistezi, idiopatik dissiti, metallofiksasiyası əməliyyatından sonrakı vəziyyət, onurğanin məcburi vəziyyəti, seqmentin qeyri sabitliyi, yerişin pozulması, funksiyanın pozulması, daimi radikulyar ağrı sindromu, hemilaminektomiyadan sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. Qeyd edilən sənədlər üzrə arayış və diaqnoz üzrə xəstəliklər üzrə sənədlər məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli, 9197 nömrəli arayışından görünür ki, xx.xx.1989-cu il təvəllüdlü kiçik çavuş İddiaçı “Xəstəliklər cədvəli”nin 86 maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” yə qoşma) əsasən Hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə 30 (otuz) gün müddətinə məzuniyyət verilməlidir Məzuniyyət müddəti bitdikdən sonra təkrar şəhadətləndirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli, 10251 nömrəli arayışından görünür ki, xx.xx.1989-cu il təvəllüdlü kiçik çavuş İddiaçı “Xəstəliklər cədvəli”nin 86 maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” yə qoşma) əsasən Hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə 30 (otuz) gün müddətinə məzuniyyət verilməlidir. Məzuniyyət müddəti bitdikdən sonra təkrar səhadətləndirilməlidir. Məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən əlilliyini səbəbli əlaqəsi “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi kimi qeyd edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçıda mövcud olan xəstəlik iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və rəylər ilə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "... kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)- 1428/2024 nömrəli 2-1(102)-1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)- 2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməmdə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. İddiaçının hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən əlilliyin müəyyən olunmasına yönəlmişdir. Belə ki, iddiaçı qərarın ləğvini və ona orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq hərbi xidmət dövrü ilə əlaqədar səbəbli əlaqəsi ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsini xahiş edir. Qeyd edilməlidir ki, iddiaçıda olan xəstəliklərin və ağırlaşmaların onun barəsində tərtib edilən D00166284TBD nömrəli xx.xx.2024-cü il tarixli göndərişdə öz əksini tapmış və sübutlar nəticəsində qeyd edilən xəstəliklər üzrə göndərişin düzgün və tam doldurulduğu müəyyən edilmişdir. Digər məqam iddiaçıda olan xəstəliyin əsas diaqnoz üzrə XBT10 – kodunun M51 olmasıdır ki, həmin xəstəliyin və göndərişdə qeyd edilən ağırlaşmaların iddiaçıda mövcudluğu öz təsdiqini tapır. Meyarlar üzrə dəyişikliklərdən sonra əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunduğundan qeyd edilən hissəyə nəzər yetirilməsi zəruridir. Belə ki, qeyd edilən həmin XBT10 – kodu M51 üzrə müyarlar cədvəlində 5 fərqli əlillik dərəcəsi və müddəti qeyd edilmişdir. Lakin hal-hazırki iş üzrə iddiaçıda olan xəstəliklər öz təsdiqini tapsa da, məhkəmə hesab edir ki, həmin hissədə əlilliyin Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisini D00166284TBD nömrəli göndərişlə qeyd edilən xəstəlik və ağırlaşmalar üzrə hansı bəndə uyğun olmasını cavabdeh inzibati orqan müəyyən etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən hissədə də, yəni ona xx.xx.2024-cü il tarixdən əlilliyin məhz “müəyyən edilməsini” xahiş etmək hissəsində də haqlı olmuşdur. Cavabdehin şikayətinin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Qeyd edilir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada kassasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-54/2025 nömrəli iş üzrə, xx.xx.2025-cü il tarixli qərarı ilə yuxarıda qeyd edilən mövqedən çıxış etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İnzibati Prosessual Məcəllənin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı barəsində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0003 saylı qərarının ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən D00166284TBD nömrəli xx.xx.2024-cü il tarixli göndəriş əsasında “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə ona XBT10 kodu “M51-digər şöbələrin fəqərə arası diskilərinin zədələnmələri” diaqnozu üzrə orqanizm funksiyalarının pozulmasını faiz dərəcəsi müəyyən edilərək müvafiq əliliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar