Məhkəmə qərarları › İş №2-1(120)-1258/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1258/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1258/2024 08.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət etdiyi tarixdən əvvəlki üç il üzrə ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ: İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-H-100215/2023 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan iddiaçı məhkəyə tələb dəqiqləşdirmə barədə ərizə təqdim edərək tələbinə “hüququnun yarandığı tarixdən, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət etdiyi tarixdən əvvəlki üç il üzrə ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1258/2024 saylı, 24 may 2024-cü il tarixli qərardadına əsasən iddiaçının tələbi dəqiqləşdirilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü il tarixdə anadan olmuş, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək “Ximçisitka” Əli-Bayramlı fabrikində ütü çəkən peşəsində (3 il 5 ay 8 gün güzəştli staj), xx.xx.1985-ci il tarixdən xx.xx.2000-ci il tarixədək X1 və Telemexanikasında elektrik ölçən cihazların quraşdırıcısının şagirdi peşəsində (15 il 22 gün güzəştli staj), xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Əli- Bayramlı MŞX-nın qastroenterologiya şöbəsində bufetçi peşəsində (5 ay 19 gün ümumi staj), xx.xx.2001-ci il il tarixdən xx.xx.2003-cü il tarixədək Əli-Bayramlı MŞX-nın pulmonologiya şöbəsində təsərrüfat bacısı peşəsində (1 il 3 ay 28 gün ümumi staj), xx.xx.2003-cü il tarixdən xx.xx.2011-ci il tarixədək Əli-Bayramlı MŞX-nın SPİD (SPİD rus dilində yazılıb, Azərbaycanca QİÇS deməkdir, eyni sahədir və eyni işin funksiyaları yerinə yetirilir) laboratoriyasında kiçik tibb işçisi peşəsində (8 il 2 ay 3 gün güzəştli staj), xx.xx.2011-ci ildən hal-hazıradək Respublika QİÇS-lə X7 regional laboratoriyasında sanitar qadın (xadimə) peşəsində işləyir (52 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixədək 5 il 3 ay 29 gün güzəştli staj). Onun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan qanunvericiliyə əsasən, 52 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixinədək ümumi iş stajı 33 il 10 ay 19 gün, güzəştli iş stajı isə 32 il təşkil edir. xx.xx.1964-cü il tarixdə anadan olmuş, xx.xx.2016-cı il tarixdə 52 yaşına çatmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 21 fevral 2023-cü il tarixdə rəsmi ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçıya 58 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtləridi yaşa görə əmək pensiyası təyin etmişdir. 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 10 aprel 2023-cü il tarixdə rəsmi ərizə ilə cavabdehə təkrar müraciət etmiş, cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli məktubla, iddiaçıya pensiya təyin etməkdən imtina etmişdir. İmtinaya səbəb kimi, xx.xx.2003-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində SPİD laboratoriyasında işlədiyi kiçik tibb işçisi peşəsinin zərərli olmaması və 52 yaşının tamamlandığı xx.xx.2016-cı il tarixinədək tələb olunan 10 il (5 il 3 ay 29 gün (xx.xx.2011xx.xx.2016-cı il tarixləri arasındakı dövr)) güzəştli iş stajının olmaması göstərilmişdir. Hüququnun yarandığı tarixdən, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. xx.xx.1964-cü il təvəllüdlü İddiaçı iddia ərizəsində güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun 52 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən yarandığını, lakin ona 58 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı (bundan sonra- Mərkəzi Filial) tərəfindən güzəştli şərtlərlə yaşa gorə əmək pensiyanın təyin edildiyini qeyd etmişdir. Bundan sonra, İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Mərkəzi Filiala müraciət etdiyini və verilmiş müvafiq cavab məktubunda onun xx.xx.2003-cü il tarixdən xx.xx.2011-ci il tarixədək “Şirvan Şəhər Mərkəzi Xəstəxanasfnm SPİD laboratoriyasında işlədiyi kiçik tibb işçisi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın tibb və sosial təminat müəssisələri bölməsinin müvafiq vəzifəsi ilə eynilik təşkil etmədiyindən güzəştli hesab edilmədiyi, bununla da, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2011-ci il tarixədək “Şirvan Şəhər Mərkəzi Xəstəxanasfnm SPİD laboratoriyasında kiçik tibb işçisi vəzifəsində işlədiyi dövrlərin sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı ona 52 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən hesablanaraq ona ödənilməsi üçün 11 aprel 2023-cü ildə ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Mərkəzi Filial iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-100215/2023 nömrəli məktub ilə ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsasları kimi, vətəndaşın təqdim etdiyi güzəştli arayışlara əsasən onun 52 yaşının tamamlandığı xx.xx.2016-cı il tarixədək tələb olunan 10 il (5 il 3 ay 29 gün (xx.xx.2011-xx.xx.2016-cı il tarixləri arasındakı dövr) güzəştli iş stajının olmadığı bildirilmişdir. İddiaçı 7 avqust 2022-ci ıl tarixdən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı ış yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericilılklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnın tibb və sosial təminat müəssisələri bölməsinin (19) bilavasitə xəstələrə xidmət edən işçilər bəndində vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində yarımbəndinə (a) orta tibb heyəti və kiçik tibb heyəti nəzərdə tutulmuşdur. İddiaçı “Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ona dair xx.xx.2023-cü il tarixli 10 nömrəli arayışında xx.xx.2003-cü il tarixdən xx.xx.2011-ci il tarixədək sözügedən müəssisədə SPİD laboratoriyasında kiçik tibb işçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi SPİD laboratoriyası bilavasitə xəstələrə xidmət sahəsinə aid deyil. Bu səbəbdən də onun 52 yaşının tamamlandığı xx.xx.2016-cı il tarixədək tələb olunan 10 il (5 il 3 ay 29 gün (xx.xx.2011-xx.xx.2016-cı il tarixləri arasındakı dövr) güzəştli iş stajı yoxdur. Bununla da, İddiaçı təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının onun 52 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarından göründüyü kimi, İddiaçı 52 yaşının tamamlandığı xx.xx.2016-cı il tarixədək tələb olunan 10 il güzəştli iş stajı olmadığından onun həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür: - Güzəştli iş stajının toplanmaması; Belə ki, iddiaçı 07 avqust 1964-cü il tarixdə doğulmuşdur. 07 avqust 2016-cı il tarixdə 52 yaşı tamam olmuşdur. İddiaçı hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuş, ünvan 2 ünvanda qeydiyyatdadır. İşdə olan xx.xx.1988-ci il tarixli, İV-ЖГ-313628 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X5 xx.xx.1988-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1988-ci il tarixdə 56 nömrə ilə qeyd edilmişdir. İşdə olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli, xx.xx.1985-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin xx.xx.2023-cü il tarixli, 08-75 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2011-ci il tarixindən Respublika QİÇS-lə X7 regional laboratoriyasına sanitar qadın vəzifəsinə işə qəbul olunmuşdur. (xx.xx.2011-ci il tarixli 59 №li-əmr). Hal-hazırda Respublika QİÇS-lə X7 regional laboratoriyasında sanitar qadın vəzifəsində işləyir. İddiaçı sənədində qeyd olunan iş yerləri, vəzifə, peşə və yaşı (1964-cü il təvəllüdlü), onun daim iş yerində İİV-li xəstələrlə təmasda olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə, yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin siyahısrimn təsdiq edilməsi barədə “12 saylı Qərarına qoşulmuş siyahının 19 saylı “Səhiyyə və sosial təşkilat idarələri” maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaradır. Əlavə olaraq bildiririk ki, QİÇS-lə X10 imunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə aparan tibb müəssisəsidir. ilVinfeksiya xəstəliyi Nazirlər Kabinetinin 30 iyun 2011-ci il tarixli 105 saylı Qərarı ilə Təhlükəli yoluxucu xəstəliklər siyahısına daxil edilmişdir. Eyni zamanda İİV infeksiyasının sonuncu QİÇS (Qazanılmış imunçatışmazlığı sindromu) mərhələsi Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 5 saylı qərarı ilə “İctimai təhlükəli xəstəliklər Siyahısı”na daxil edilmişdir. İşdə olan “Şirvan şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 10 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2001-ci il tarixdə Əli- Bayramlı MŞX-nın qastroenterologiya şöbəsinə bufetçi vəzifəsinə işə qəbul edilib. xx.xx.2001-ci il tarixdə MŞX-nın pulmonologiya şöbəsinə təsərrüfat bacısı vəzifəsinə keçirilib. xx.xx.2003-cü il tarix ŞMX-nm SPİD laboratoriyasına kiçik tibb işçisi vəzifəsinə keçirilib və xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilib. xx.xx.2011-ci il tarixindən Respublika QİCS-lə X7 regional laboratoriyasında sanitar qadın vəzifəsinə işə qəbul olunmuşdur (xx.xx.2011-ci il tarixli 59№-li əmr). İddiaçı sənədində qeyd olunan iş yerləri, vəzifə, peşə və yaşı onun daim iş yerində İİV-li xəstələrlə təmasda olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə, yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin siyahısı”nın təsdiq edilməsi barədə “12 saylı Qərarına qoşulmuş siyahının 19 saylı “Səhiyyə və sosial təşkilat idarələri” maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaradır. Əlavə olaraq bildiririk ki, QİCS-lə X10 imunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə aparan tibb müəssisəsidir. İİV-infeksiya xəstəliyi Nazirlər Kabinetinin 30 iyun 2011ci il tarixli 105 saylı Qərarı ilə Təhlükəli yolxucu xəstəliklər siyahısına daxil edilmişdir. Eyni zamanda İİV infeksiyasmın sonuncu QİCS (Qazanılmış imunçatışmazlığı sindromu) mərhələsi Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 5 saylı qərarı ilə “ictimai təhlükəli xəstəliklər siyahısı”na daxil edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-H-100215/2023 nömrəli məktubundan görünür ki, İddiaçı 7 avqust 2022-ci il tarixindən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 İlini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X13 qərarlarını, X13 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın tibb və sosial təminat müəssisələri bölməsinin (19) bilavasitə xəstələrə xidmət edən işçilər bəndində vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində yarımbəndinə (a) orta tibb heyəti və kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi etibarnamə üzrə nümayəndəsi olduğu İddiaçı “Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ona dair xx.xx.2023-cü il tarixli 10 nömrəli arayışında xx.xx.2003-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə SPİD laboratoriyasında kiçik tibb işçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi SPİD laboratoriyası bilavasitə xəstələrə xidmət sahəsinə aid deyil. Bu səbəbdən də onun 52 yaşının tamamlandığı xx.xx.2016-cı il tarixinədək tələb olunan 10 il (5 il 3 ay 29 gün (xx.xx.2011-xx.xx.2016-cı il tarixləri arasındakı dövr) güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının onun 52 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixindən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Şirvan şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, PHŞ-6-35/2-H-93-xx-xx/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı (xx.xx.1964-cü il təvəllüdlü Fin: xxxxxxx) xx.xx.2003-cü il tarixindən xx.xx.2011-ci il tarixinədək Əli-Bayramlı MŞX-nın SPİD laboratoriyasında kiçik tibb işçisi peşəsində (vəzifəsində) yoluxucu (infeksion) xəstələrlə işləmiş, həmin peşədə əlavə əmək haqqı və məzuniyyət almışdır. Bu səbəbdən ona xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli güzəştli arayışlar verilmişdir. Onun fəaliyyət göstərdiyi İnsanın immunçatışrmazlığı virusunun (İİV) törətdiyi infeksiya - İİV infeksiya ilə bağlı, təşkilatı-metodiki, konsultativ-diaqnostik və müalicə- profilaktik işləri aparan, İİV-infeksiyasına nəzarət, onunla mübarizədə əksepidemik tədbirləri həyata keçirən xüsusi tipli müalicə-profilaktika müəssisəsidir. Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” 1001-İİİQ nömrəli Qanununun 26.4-cü maddəsinə əsasən, “İİV-lə yaşayan şəxslərə tibbi psixoloji sosial yardım göstərən şəxslərə qanunvericiliyə uyğun olaraq, vəzifə maaşına əlavələr müəyyən edilir, həmin şəxslərə əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 2 nömrəli qərarının 2.2.31 -ci bəndinə görə “QİÇS və ya İİV-lə əlaqəli əmək şəraitinə görə tibb işçilərinə hər ay vəzifə (tarif) maaşının 60% faizi miqdarında əlavə haqq ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü ıl tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilən “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısının XXXVİİ - Səhiyyə bölməsinin, 13-cü bəndi üzrə, kiçik tibbi və xidmətedici heyyət üçün 6 iş günü əlavə məzuniyyət nəzərdə tutulur. Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının XXİV – “Səhiyyə və sosial təminat idarələri” bölməsinin 22600000—1754b kodu ilə işarələnən bilavasitə xəstələrə xidmət edən işçilər a) vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində 2260600a kod altında, orta və kiçik tibb heyəti qeyd olunmuşdur. Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli. 12 nömrəli qərarı ilə təsdiq edilən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 19-cu – “Tibb və sosial təminat müəssisələri” bölməsinin bilavasitə xəstələrə xidmət edən işçilər a) vərəm və infeksion müəssisələrində, bölmələrində, kabinetlərində onların göstəricisi tərkibində orta və kiçik tibb heyyəti qeyd edilmişdir. Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı uçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların peşə və vəzifələrin siyahısının XXXİİ - Səhiyyə bölməsinin 13-cü bəndi üzrə, insanın immunçatışmazlığı xəstəliyi ilə mübarizə aparan müəssisə, şöbə və laboratoriyaların bütün işçiləri üçün iş həftəsi ərzində ış vaxtının cəmi 33 saat təyin edilmişdir. Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 5 saylı qərarı ilə, insanın qazanılma immunçatışmazlığı sindromu (QİÇS) - ictınai təhlükəli xəstəliklər siyahısına daxıl olunmuşdur. Eyniliklə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 105 saylı qərarı ilə, İİV-infeksiya xəstəliyi, təhlükəli yoluxucu xəstəliklər siyahısına daxil edilmişdir. Beləliklə, sorğuya cavab olaraq bildiririk ki, yuxanda qeyd olunan qanunvericilik və digər normativ sənədlər üzrə, İİV-infeksiya xəstəliyi ilə mübarizə aparan tibbi müəssisə əməkdaşları, qısaldılmış iş həftəsi zərərli əmək şəraitinə görə, əmək haqqına əlavə ödəmə və əlavə məzuniyyət hüquqlarına malikdir. İddiaçı əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 8 il 2 ay 3 gün (xx.xx.2003-cü il tarixindən xx.xx.2011-ci il tarixinədək) təşkil edir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-203254/2023 nömrəli məktubundan görünür ki, İddiaçı 7 avqust 2022-ci il tarixindən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Adıçəkilən şəxsin Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 39 il 6 ay 17 gün (xx.xx.2006-cı il tarixinədək 23 il 2 ay 17 gün əmək stajı (xx.xx.1982-xx.xx.1985-ci il. xx.xx.1985-xx.xx.2000-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), xx.xx.2006-cı il tarixindən sonra 16 il 4 ay sığorta stajı), güzəştli iş stajı isə 11 il 29 gün (xx.xx.2011-xx.xx.2022-ci il tarixləri arasındakı dövr) təşkil edir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Şirvan şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 18-1-35/2-1030/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Əli-Bayramlı şəhərində anadan olmuş İddiaçı xx.xx.2001-ci il tarixində Əli-Bayramlı MŞXnın qastroenterologiya şöbəsində bufetçi vəzifəsinə işə qəbul edilib. xx.xx.2001-ci il tarixində MŞX-nın pulmonologiya şöbəsinə təsərrüfat bacısı vəzifəsinə keçirilib. xx.xx.2003-cü il tarixində ŞMX-nın SPİD laboratoriyasına kiçik tibb içşisi vəzifəsinə keçirilib və xx.xx.2011-ci il tarixinində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilib. xx.xx.2011-ci il tarixindən Respublika QİCS-lə X7 Regional Filialının laboratoriyasında sanitar qadın vəzifəsinə işə qəbul olunmuşdur. (xx.xx.2011-ci il tarixli, 59 nömrəli əmr). Hal-hazırda sanitar qadın vəzifəsində çalışır. İddiaçı sənədində qeyd olunan iş yerləri, vəzifə, peşə və yaşı onun daim iş yerində İİV-ə yoluxma ehtimalı yüksək olan həssas əhali qrupları ilə işlədiyini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə, yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin siyahısı”nın təsdiq edilməsi barədə “12 saylı Qərarına qoyulmuş siyahısının 19 saylı “Səhiyyə və sosial təşkilat idarələri” maddəsinn “a” bəndi üzrə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnu təsdiq edir. Qeyd: Respublika QİÇS-lə X10 immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizəyə başçılıq edən tibb müəssisədir.İİV-infeksiya xəstəliyi Nazirlər Kabinetinin 30 iyun 2011-ci il tarixli 105 saylı Qərarı ilə Təhlükəli yoluxucu xəstəliklər siyahısına daxil edilmişdir.Eyni zamanda İİV infeksiyanın sonuncu QİÇS (Qazanılmış immunçatışmazlığı sindromu) mərhələsi Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 5 saylı qərarı ilə “ictimai təhlükəli xəstəliklər siyahısı”na daxil edilmişdir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Şirvan şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 18-1-35/2-329/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı (xx.xx.1964-cü il təvəllüdlü Fin: xxxxxxx) xx.xx.2003-cü il tarixindən xx.xx.2011-ci il tarixinədək Əli-Bayramlı MŞX-nın SPİD laboratoriyasında kiçik tibb işçisi peşəsində (vəzifəsində) yoluxucu (infeksion) xəstələrlə işləmiş, həmin peşədə əlavə əmək haqqı və məzuniyyət almışdır. Bu səbəbdən ona xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli güzəştli arayışlar verilmişdir. Onun fəaliyyət göstərdiyi İnsanın immunçatışmazlığı virusunun (İİV) törətdiyi infeksiya - İİV infeksiya ilə bağlı, təşkilatı-metodiki, konsultativ-diaqnostik və müalicəprofilaktik işləri aparan, İİV-infeksiyasına nəzarət, onunla mübarizədə əksepidemik tədbirləri həyata keçirən xüsusi tipli müalicə-profilaktika müəssisəsidir. Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” 1001-İİİQ nömrəli Qanununun 26.4-cü maddəsinə əsasən, “İİV-lə yaşayan şəxslərə tibbi psixoloji sosial yardım göstərən şəxslərə qanunvericiliyə uyğun olaraq, vəzifə maaşına əlavələr müəyyən edilir, həmin şəxslərə əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 2 nömrəli qərarının 2.2.3.1-ci bəndinə görə “QİÇS və ya İİV-lə əlaqəli əmək şəraitinə görə tibb işçilərinə hər ay vəzifə (tarif) maaşının 60% faizi miqdarında əlavə haqq ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilən “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısının XXXVİİ - Səhiyyə bölməsinin, 13-cü bəndi üzrə, kiçik tibbi və xidmətedici heyyət üçün 6 iş günü əlavə məzuniyyət nəzərdə tutulur. Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının XXİV - “Səhiyyə və sosial təminat idarələri” bölməsinin 22600000—1754b kodu ilə işarələnən bilavasitə xəstələrə xidmət edən işçilər a) vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində 2260600a kod altında, orta və kiçik tibb heyəti qeyd olunmuşdur. Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 19cu - “Tibb və sosial təminat müəssisələri” bölməsinin bilavasitə xəstələrə xidmət edən işçilər a) vərəm və infeksion müəssisələrində, bölmələrində, kabinetlərində onların göstəricisi tərkibində orta və kiçik tibb heyyəti qeyd edilmişdir. Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların peşə və vəzifələrin siyahısf’nın XXXİİ - Səhiyyə bölməsinin 13-cü bəndi üzrə, insanın immunçatışmazlığı xəstəliyi ilə mübarizə aparan müəssisə, şöbə və laboratoriyaların bütün işçiləri üçün iş həftəsi ərzində iş vaxtının cəmi 33 saat təyin edilmişdir. Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 5 saylı qərarı ilə, insanın qazanılma immunçatışmazlığı sindromu (QİÇS) - ictmai təhlükəli xəstəliklər siyahısına daxil olunmuşdur. Eyniliklə Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli, 105 saylı qərarı ilə, İİV-infeksiya xəstəliyi, təhlükəli yoluxucu xəstəliklər siyahısına daxil edilmişdir. Beləliklə, sorğuya cavab olaraq bildiririk ki, yuxarıda qeyd olunan qanunvericilik və digər normativ sənədlər üzrə, İİV-infeksiya xəstəliyi ilə mübarizə aparan tibbi müəssisə əməkdaşları, qısaldılmış iş həftəsi zərərli əmək şəraitinə görə, əmək haqqına əlavə ödəmə və əlavə məzuniyyət hüquqlarına malikdir. İddiaçı əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 8 il 2 ay 3 gün (xx.xx.2003-cü il tarixindən xx.xx.2011 -ci il tarixinədək) təşkil edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-28/2-6932/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan şəhər Mərkəzi Xəstəxanasının məlumatına əsasən İddiaçı xx.xx.2003-cü il tarixindən xx.xx.2011-ci il tarixədək Əli-Bayramlı MŞX-nın QİÇS laboratoriyasında kiçik tibb işçisi vəzifəsində infeksion xəstələrlə işləmişdir. Bildiririk ki, laboratoriyada çalısan işçilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının tətbiq edilməsi məsələsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə tənzimlənir və həmin Qərarın 19-cu bölmənin “Tibb və sosial təminat müəssisələri” a) bəndində vərəm və infeksion müəssisələrində, bölmələrində, kabinetlərində orta və kiçik tibb heyəti öz əksini tapmışdır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 yanvar tarixli 5 nömrəli və 2011-ci il 30 iyun tarixli 105 nömrəli Qərarlarına əsasən QİÇS və İİV-infeksiya xəstəliyi təhlükəli yoluxucu xəstəliklər siyahısına daxil edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddiaçının əmək pensiyası hüququnun yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. İşin faktiki hallarından və xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş yaş həddinə çatmaqla tələb olunan sosial sığorta stajını toplamışdır. Hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun müddəalarının iddiaçıya aid edilməsi onun vəziyyətini ağırlaşdırdığından qanunun geriyə qüvvəsi şamil oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Bununla yanaşı, qeyd edildiyi kimi qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (əmək kitabçsını) təqdim etmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının işlədiyi dövrə aid güzəştli iş stajı barədə arayışının olunmaması iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Şərh olunan qanunvericiliyin müddəalarının təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə qadınlara 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 20 il, güzəştli iş stajının 10 ildən çox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı xx.xx.2017-ci il tarixədək toplanmalıdır. Halhazırki iş üzrə iddiaçının 52 yaşı xx.xx.2016-cı il tarixində olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı qeyd edilən xx.xx.2016-cı il tarixədək toplanması zəruridir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki şərtin ödənilməsi tələb olunur. 1) 20 il ümumi iş stajının olması; (52 yaşı tamam olanadək) 2) bu müddətin azı 10 ilinin güzəştli iş stajı olması; Məhkəmə iş materiallarına əlavə edilmiş sübutlarla müəyyən etdi ki, İddiaçı həqiqətən xx.xx.2001-ci il tarixdə Əli-Bayramlı MŞX-nın qastroenterologiya şöbəsinə bufetçi vəzifəsinə işə qəbul edilib. xx.xx.2001-ci il tarixdə MŞX-nın pulmonologiya şöbəsinə təsərrüfat bacısı vəzifəsinə keçirilib. xx.xx.2003-cü il tarix ŞMX-nm SPİD laboratoriyasına kiçik tibb işçisi vəzifəsinə keçirilib və xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilib. xx.xx.2011-ci il tarixindən Respublika QİCS-lə X7 regional laboratoriyasında sanitar qadın vəzifəsinə işə qəbul olunmuşdur (xx.xx.2011-ci il tarixli 59№-li əmr). İddiaçı sənədində qeyd olunan iş yerləri, vəzifə, peşə və yaşı onun daim iş yerində İİV-li xəstələrlə təmasda olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə, yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin siyahısı”nın təsdiq edilməsi barədə “12 saylı Qərarına qoşulmuş siyahının 19 saylı “Səhiyyə və sosial təşkilat idarələri” maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaradır. Əlavə olaraq bildiririk ki, QİCS-lə X10 imunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə aparan tibb müəssisəsidir. İİV-infeksiya xəstəliyi Nazirlər Kabinetinin 30 iyun 2011-ci il tarixli 105 saylı Qərarı ilə Təhlükəli yolxucu xəstəliklər siyahısına daxil edilmişdir. Eyni zamanda İİV infeksiyasmın sonuncu QİCS (Qazanılmış imunçatışmazlığı sindromu) mərhələsi Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 5 saylı qərarı ilə “ictimai təhlükəli xəstəliklər siyahısı”na daxil edilmişdir. Həmçinin, cavabdeh inzibayi orqan İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsasları kimi, vətəndaşın təqdim etdiyi güzəştli arayışlara əsasən onun 52 yaşının tamamlandığı xx.xx.2016-cı il tarixədək tələb olunan 10 il (5 il 3 ay 29 gün (xx.xx.2011xx.xx.2016-cı il tarixləri arasındakı dövr) güzəştli iş stajının olmadığı bildirilmişdir. İddiaçı 7 avqust 2022-ci ıl tarixdən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının hüququ yarandığı tarixdə, yəni xx.xx.2016-cı ilə kimi ümumi iş stajı 20 ildən çoxdur. Eyni zamanda məhkəmə, iddiaçının güzəştli iş stajı barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının XXİV – “Səhiyyə və sosial təminat idarələri” bölməsinin 22600000—1754b kodu ilə işarələnən bilavasitə xəstələrə xidmət edən işçilər a) vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində 2260600a kod altında, orta və kiçik tibb heyəti kimi işləməsi qeyd olunmuşdur. Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli. 12 nömrəli qərarı ilə təsdiq edilən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 19-cu – “Tibb və sosial təminat müəssisələri” bölməsinin bilavasitə xəstələrə xidmət edən işçilər a) vərəm və infeksion müəssisələrində, bölmələrində, kabinetlərində onların göstəricisi tərkibində orta və kiçik tibb heyyəti qeyd edilmişdir. Belə ki, “Şirvan şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 10 nömrəli arayışında İddiaçı həqiqətən xx.xx.2001-ci il tarixdə Əli-Bayramlı MŞX-nın qastroenterologiya şöbəsinə bufetçi vəzifəsinə işə qəbul edilib. xx.xx.2001-ci il tarixdə MŞX-nın pulmonologiya şöbəsinə təsərrüfat bacısı vəzifəsinə keçirilib. xx.xx.2003-cü il tarix ŞMX-nm SPİD laboratoriyasına kiçik tibb işçisi vəzifəsinə keçirilib və xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilib. xx.xx.2011-ci il tarixindən Respublika QİCS-lə X7 regional laboratoriyasında sanitar qadın vəzifəsinə işə qəbul olunmuşdur (xx.xx.2011-ci il tarixli 59№-li əmr). İddiaçı sənədində qeyd olunan iş yerləri, vəzifə, peşə və yaşı onun daim iş yerində İİV-li xəstələrlə təmasda olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə, yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin siyahısı”nın təsdiq edilməsi barədə “12 saylı Qərarına qoşulmuş siyahının 19 saylı “Səhiyyə və sosial təşkilat idarələri” maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaradır. Əlavə olaraq bildiririk ki, QİCS-lə X10 imunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə aparan tibb müəssisəsidir. İİV-infeksiya xəstəliyi Nazirlər Kabinetinin 30 iyun 2011ci il tarixli 105 saylı Qərarı ilə Təhlükəli yolxucu xəstəliklər siyahısına daxil edilmişdir. Eyni zamanda İİV infeksiyasmın sonuncu QİCS (Qazanılmış imunçatışmazlığı sindromu) mərhələsi Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 5 saylı qərarı ilə “ictimai təhlükəli xəstəliklər siyahısı”na daxil edilmişdir. Belə olan halda məhkəmə qeyd edilən xx.xx.2011xx.xx.2016-cı illəri güzəştli iş stajı kimi qəbul edir. Qeyd edilən dövr inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa “Şirvan şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 18-1-35/2-1030/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Əli-Bayramlı şəhərində anadan olmuş İddiaçı xx.xx.2001-ci il tarixində Əli-Bayramlı MŞXnın qastroenterologiya şöbəsində bufetçi vəzifəsinə işə qəbul edilib. xx.xx.2001-ci il tarixində MŞX-nın pulmonologiya şöbəsinə təsərrüfat bacısı vəzifəsinə keçirilib. xx.xx.2003-cü il tarixində ŞMX-nın SPİD laboratoriyasına kiçik tibb içşisi vəzifəsinə keçirilib və xx.xx.2011-ci il tarixinində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilib. xx.xx.2011-ci il tarixindən Respublika QİCS-lə X7 Regional Filialının laboratoriyasında sanitar qadın vəzifəsinə işə qəbul olunmuşdur. (xx.xx.2011-ci il tarixli, 59 nömrəli əmr). Hal-hazırda sanitar qadın vəzifəsində çalışır. İddiaçı sənədində qeyd olunan iş yerləri, vəzifə, peşə və yaşı onun daim iş yerində İİV-ə yoluxma ehtimalı yüksək olan həssas əhali qrupları ilə işlədiyini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə, yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin siyahısı”nın təsdiq edilməsi barədə “12 saylı Qərarına qoyulmuş siyahısının 19 saylı “Səhiyyə və sosial təşkilat idarələri” maddəsinn “a” bəndi üzrə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnu təsdiq edir. Qeyd: Respublika QİÇS-lə X10 immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizəyə başçılıq edən tibb müəssisədir.İİV-infeksiya xəstəliyi Nazirlər Kabinetinin 30 iyun 2011-ci il tarixli 105 saylı Qərarı ilə Təhlükəli yoluxucu xəstəliklər siyahısına daxil edilmişdir.Eyni zamanda İİV infeksiyanın sonuncu QİÇS (Qazanılmış immunçatışmazlığı sindromu) mərhələsi Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 5 saylı qərarı ilə “ictimai təhlükəli xəstəliklər siyahısı”na daxil edilmişdir. Qeyd edilən hal digər sorğu cavabları ilədə öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Şirvan şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 18-1-35/2-329/2024 nömrəli məktubunda yuxarıda qeyd edilənlər təkrarlanmış və inzibati orqan tərəfindən mübahisəli hesab edilən illər üzrə İddiaçı əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 8 il 2 ay 3 gün (xx.xx.2003-cü il tarixindən xx.xx.2011 -ci il tarixinədək) təşkil etdiyi bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-28/2-6932/2024 nömrəli məktubunda isə qeyd edilmişdir ki, Şirvan şəhər Mərkəzi Xəstəxanasının məlumatına əsasən İddiaçı xx.xx.2003-cü il tarixindən xx.xx.2011-ci il tarixədək Əli-Bayramlı MŞX-nın QİÇS laboratoriyasında kiçik tibb işçisi vəzifəsində infeksion xəstələrlə işləmişdir. Bildiririk ki, laboratoriyada çalısan işçilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının tətbiq edilməsi məsələsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə tənzimlənir və həmin Qərarın 19-cu bölmənin “Tibb və sosial təminat müəssisələri” a) bəndində vərəm və infeksion müəssisələrində, bölmələrində, kabinetlərində orta və kiçik tibb heyəti öz əksini tapmışdır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 yanvar tarixli 5 nömrəli və 2011-ci il 30 iyun tarixli 105 nömrəli Qərarlarına əsasən QİÇS və İİV-infeksiya xəstəliyi təhlükəli yoluxucu xəstəliklər siyahısına daxil edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı hüququnun yarandığı xx.xx.2016-cı il tarixədək güzəştli iş stajı 10 ildən çox təşkil edir. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını (20 il ümumi, o cümlədən 10 il güzəştli iş stajını) topladığından o, 52 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı tarixdən, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət etdiyi tarixdən əvvəlki üç il üzrə ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı 52 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilsin və ilkin müraciət etdiyi tarixdən əvvəlki üç il üzrə ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar