Məhkəmə qərarları › İş №2-1(120)-126/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-126/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-126/2021 11.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı nümayəndəsi X2 (Astara rayonu, Ərçivan kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı «xx xxx N-cu il tarixli, 013 «əç» nömrəli əmrinin ləğv edilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı məhkəmədə iddia qaldıraraq, N nömrəli hərbi hissənin ehtiyata buraxılması ilə bağlı qəbul etdiyi N-cu il tarixli əmrin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx N-cu il tarixli 2-1(086)-2570/N nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2020 ci il tarixli 2-1(106)-204/2020 saylı qərardadı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx N-cu il tarixli 2-1(086)- 2570/N saylı qərardadı ləğv edilmiş, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan inzibati Məhkəməsinə qaytarılmışdır. İnzibati iş xx xxxxxx 2020-ci il tarixdə icraata daxil olmuşdur. İddiaçının nümayəndəsi xx xxxxxxxx 2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə vermiş və Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(120)-1365/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, N saylı hərbi hissə cavabdeh sırasından çıxarılmış, mübahisəyə İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı “N saylı hərbi hissənin İddiaçı haqqında xx xxx N-cu il tarixli, 013 əç saylı əmrinin ləğv edilməsi kimi baxılması qərara alınmışdır. Həmçinin iş üzrə N saylı hərbi hissə və Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 2016-cı il tarixdə Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə xidmət etmişdir. Doqquz ay hərbi xidmətdə olduqdan sonra müraciəti əsasında 2017-ci ilin may ayında Xızı rayonunda yerləşən N saylı hərbi hissədə xüsusi təyinatlı təməl kursunda 6 ay təlimdə olmuşdur. Həmin kursu müvəffəqiyyətlə başa vurduqdan sonra xx xxxxxxx 2017-ci il tarixdən başlayaraq müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi Göytəpə qəsəbəsində yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirməyə başlamışdır. Bir il yarımlıq müddətli hərbi xidmət dövrü başa çatdıqdan sonra 18/İ-2018-ci il tarixdə istəyinə əsasən 3 il müddətinə onunla müqavilə bağlanmışdır. Yəni müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirməyə başlamışdır. İlkin aylarda hər şey normal qaydada davam etmişdir. 2018-ci ilin mart ayında Astara rayonunun Ərçivan qəsəbəsində məskunlaşan ailəsində müəyyən problemlərlə bağlı xidmət yerinin Astara və ya Lənkəran rayonlarında yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsini, bu mümkün olmayacağı halda ehtiyata buraxılmasını xahiş etmişdir. Lakin xahişi heç bir halda təmin edilməmiş, hətta bu azmış kimi sonrakı dövrdə rəhbərlik tərəfindən süni surətdə ona qarşı qərəzli mövqe nümayiş etdirilmişdir. Ona qarşı qərəzli mövqe səngimədən, mütəmadi olaraq davam etmişdir. Məhz elə buna görə də o, bir neçə dəfə Müdafiə Nazirliyinə ərizə ilə müraciət etməklə, yerinin yaxın rayonlardan birinə dəyişdirilməsini və ya ehtiyata buraxılmasını xahiş etmişdir. X1 da eyni məzmunlu xahişlə dəfələrlə müraciət etmişdir. Hər dəfə də müraciətlərinin təmin olunmaması ilə bağlı onlara cavablar verilmişdir. Verilmiş cavabların məzmunu onunla bağlı olurdu ki, müddətdən artıq hərbi xidmətə daxil olan zaman o, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamyə əsasən 3 il müddətinə müqavilə bağladığından həmin müddət başa çatmamış xahişinin təmin edilməsi mümkün deyildir. Əslində isə ona verilən cavablar qanunun tələblərinə uyğun deyildir. O görür və hiss edirdi ki, onu qərəzli şəkildə ləkələyib işdən çıxaracaqlar. Belə də oldu. Yəni N-cu ilin may ayının ortalarında onu heç bir əsas və səbəb olmadan qərəzli şəkildə 5 sutka müddətində həbs etdilər. Həm də bunu ona elə formada demədilər. Bildirdilər ki, o, Bakı şəhərində fəaliyyət göstərən həkim psixoloqun müayinəsindən keçməklə bağlı göndərilir. Lakin onu heç bir həkimə göstərmədən Biləcəri qəsəbəsində birbaşa həbsə atdılar. N-cu ilin may ayının 20də o, hərbi hissəyə qayıtdıqdan bir gün sonra, yəni 21/V-N-cu il tarixdə hərbi biletini ona təqdim etməklə, ehtiyata buraxıldığını bildirmişlər. Orada göstərilir ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndi (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılıb. Hərbi biletinin 21-ci səhifəsində yazılan sonrakı sözlər isə anlaşılan deyil. Əmrin verilməsi üçün “əsas” qismində isə hərbi hissə komandirinin 21/V-N-cu il tarixli əmri qeyd olunub. Lakin həmin hərbi hissədə də oxunması mümkün olmayan sözlər var. Ehtiyata buraxılması ilə əlaqədar əmrin verilməsi üçün əsas olmuş 21/V-N-cu il tarixli əmrin məzmunu isə ona məlum deyil. Şifahi müraciətlərindən sonra 20/Vİİİ-N-cu il tarixdə o, rəsmi müraciət etməklə işdən çıxarılması ilə əlaqədar əmrin surətinin ona göndərilməsini xahiş etmişdir. Təxminən bir həftədən sonra eyni məzmunlu müraciətindən sonra N saylı hərbi hissənin komandiri Ələkbər Cahangirov 26/Vİİİ-N-cu il tarixli məktubla ona cavab vermiş (həmin məktubu 06/İX-N-cu il tarixdə almışdır) əmrin surətinin və digər sənədlərin verilməsindən imtina etmişdir. Məktubda göstərilir ki, «20/Vİİİ-N-cu il tarixli teleqramınıza tərəflərindən baxıldığı və cavab olaraq bildirilmişdir ki, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı hərbi hissə komandirinin nizami hissə üzrə əmrindən çıxarışı və ehtiyata buraxılması ilə bağlı digər sənədləri iddia qaldırdığı müvafiq məhkəmə orqanından hərbi hissəyə sorğu verildikdən sonra həmin məhkəmənin ünvanına göndəriləcəkdir. Bir daha qeyd edir ki, o, N saylı hərbi hissədə xidmət edərkən qanunun tələblərinə riayət etməklə fəaliyyət göstərmişdir. Sadəcə olaraq süni surətdə ləkələnmək üçün «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin «e» bəndinə əsasən «xidməti uyğunsuzluğa görə» ehtiyata buraxılmışdır. Hazırda o, həmin əmrin ləğv olunmasını xahiş etsə də, əvvəlki işinə bərpa olunmasını və məcburi iş buraxmaya görə əmək haqqını tələb etmir. İstədiyi sadəcə əmrin ləğv olunması ilə bağlıdır. Bununla əlaqədar, yəni əvvəlki işinə bərpa olunması və məcburi iş buraxması müddətinə görə əmək haqqını tələb etməyəcəyi ilə bağlı cavabdeh tərəflə saziş bağlamağa da hazırdır. O, xx xxxxxxxx N-cu il tarixdə şikayət instansiyasına, yəni Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə də ərizə ilə müraciət etməklə, barəsində verilmiş əmrin ləğv edilməsini, əks halda məhkəməyə müraciət edəcəyi ilə əlaqədar əmrin təsdiq edilmiş surətinin ona göndərilməsi barədə sərəncam verilməsini xahiş etsə də, lakin həmin vaxtdan bir ay keçsə də, onun ərizəsinə cavab verilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə etdiyini və N saylı hərbi hissənin İddiaçı haqqında olan xx xxx N-cu il tarixli, 013 əç saylı əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh N saylı hərbi hissənin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının istəyi ilə 3 il müddətinə hərbi xidmətlə bağlı müqavilə bağlanmışdır. Lakin müqavilə müddəti başa çatmamış o, müqavilənin ləğv edilməsini xahiş etmişdir. Ona müqavilənin şərtləri izah edilsə də, o, təkid etməyə başlamış, arzusu yerinə yetmədikdə intizamsızlıq etmişdir. Bütün bu hərəkətləri ilə bağlı onunla dəfələrlə vəzifəli şəxslər tərəfindən söhbətlər aparılsa da, heç bir nəticə çıxarmamışdır. Ona müqavilə müddətinin 2021-ci ilin yanvar ayında başa çatacağı izah edilsə də o, heç bir nəticə çıxarmamışdır. Hətta hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı hərbi hissə komandanlığına təzyiq etmək məqsədilə özünə xəsarət yetirmişdir. İddiaçı barəsində komandanlıq tərəfindən düzgün qərar qəbul edildiyini hesab edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh N saylı hərbi hissəyə və üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və N saylı hərbi hissəyə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını tədqiq edib təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin xx.xx.N-cu il tarixli 1443 saylı məktubunda qeyd edilmişdir ki, Astara rayon Ərçivan qəsəbəsində anadan olmuş 1996-cı il təvəllüdlü X4 xx.xx.2016-cı ildə SHXÇDX-nin Astara rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək həqiqi hərbi xidmətdə, xx.xx.2018-ci il tarixdən xx.xx.N-cu il tarixədək müddətdən artıq həqiqi hərbi hərbi xidmətdə olmuşdur. «Həqiqi Xidmət Haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) N saylı hərbi hissədən xx.xx.N-cu il tarixdə ehtiyata buraxılmışdır. xx.xx.N-cu il tarixdən SHXÇDX-nin Astara rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin iddia tələbinə dair etirazında qeyd edilmişdir ki, İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N-cu il tarixli 013 əç nömrəli əmrinin ləğv edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilmişdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərə görə təmin edilməməlidir. Tərəflərindən işin tam və hərtərəfli araşdırılması üçün iddiaçının ehtiyata buraxılmasına dair əmrin verilməsinə əsas olmuş sənədlər əldə edilmişdir. Belə ki, iddiaçının adına tərtib edilmiş xidməti xasiyyətnamədən görünür ki, xidmətdə yol verdiyi intizam pozuntularına görə hərbi hissə komandanlığı tərəfindən dəfələrlə intizam qaydasında cəzalandırılmışdır. Belə ki, xidməti xasiyyətnamədə iddiaçının xidmət xidmət etdiyi müddət ərzində xidmət müddətində özünü nizam-intizamsız, iş təşkil etmə bacarığının və hərbi qulluqçu keyfiyyətləri aşağı səviyyədə olan, xidməti vəzifələrinin yerinə yetirilməsinə laqeyd yanaşan, dəfələrlə xidmət yerinə gecikən, hərbi qulluqçularla qarşılıqlı münasibətdə subordinasiya qaydalarına riayət etməyən, özünün mənəvi-işgüzar xüsusiyyətlərinə görə kollektiv arasında nüfuza malik olmayan bir hərbi qulluqçu kimi tanındığı göstərilmişdir. Təşkilatçılıq və təşəbbüs göstərmək qabiliyyəti zəifdir. Rəhbərlik, tərbiyə etmə və öyrənmə qabiliyyəti çox aşağı səviyyədədir. Xidmət etdiyi sahə üzrə vəziyyət qeyri-kafidir. Bundan başqa İddiaçı və atası Vaqif Məmmədzadə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə nazirinə, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinə, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.N-cu il tarixlərində Müdafiə Nazirliyinin “Qaynar xətt”inə müraciət edərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını xahiş etmişdir. Bununla bağlı onunla dəfələrlə vəzifəli şəxslər tərəfindən söhbətlər aparılmış, N (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmət etməsi üçün bağlaşma bağladığı xatırladılmış, öz arzusu ilə yalnız 2021-ci ilin yanvar ayında həqiqi hərbi xidmətdən ehtiyata buraxıla biləcəyi izah edilmişdir. Həmçinin İddiaçı xidmət etdiyi dövrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı hərbi hissə komandanlığına təzyiq etmək məqsədilə özünə xəsarət yetirmiş, faktla bağlı material toplanaraq aidiyyəti üzrə Müdafiə Nazirliyinin 2-ci Təhqiqat bölməsinə göndərilmişdir. Hərbi qulluqçunun intizam səviyyəsinin aşağı olması, ona qarşı tətbiq edilən tərbiyəvi təsir tədbirlərindən heç bir nəticə çıxarmaması, əksinə komandirləri ona qarşı nizamnamədənkənar əmrlərə yol verməyə təhrik etməsi, xidmətdən yayınmağa çalışması, daim komandirlərdən narazılıq nümayiş etdirməsi, bununla da digər şəxsi heyətə pis nümunə olması nəzərə alınaraq N nömrəli hərbi hissə komandirinin təqdimatına əsasən N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.N-cu il tarixli 013 əç nömrəli əmrlə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən Ehtiyata buraxılması barədə qərar qəbul edilmişdir. Beləliklə, yuxarıdakılara əsasən iddiaçının ordu sıralarından ehtiyata buraxılmasında qanunla müəyyən olunmuş norma və prosedurların heç biri pozulmamışdır. Azərbaycan Respublikası «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Odur ki, iddianın təmin edilməməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində hərbi xidmətə qəbul haqqında BAĞLAŞMA-nın təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, əsgər X4 ilə N nömrəli hərbi hissə arasında N (üç) il müddətində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsində xidmətlə bağlı xx.xx.2018-ci il tarixdə müqavilə bağlanılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin may N-cu il tarixli Müddətdən artıq həqiqi hərbi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı Xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunan təqdimatın təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunur. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, xx.xx.2018-ci il tarixdən N saylı hərbi hissədə xidmət edir, xidmət etdiyi müddət ərzində özünü nizamintizamı ilə digərlərinə pis nümunə olan, xidməti vəzifə borcuna laqeyd münasibət bəsləyən, hərbi qulluqçuya yaraşmayan hərəkətləri və verilən tapşırıqları vaxtı-vaxtında yerinə yetirməyən, yalan danışan aşağı mənəviyyata sahib olan hərbi qulluqçu kimi göstərmişdir. Tabeolma bacarığı aşağı səviyyədədir, verilən tapşırıqlara biganə yanaşır, daima özünü haqlı hesab etməklə etdiyi intizam pozuntularına haqq qazandırmağa çalışır. Hərbi nəzakət qaydalarına riayət etmir, komandirlər tərəfindən ona tutulmuş iradlardan düzgün nəticə çıxartmır. Yol verdiyi çoxsaylı intizam pozuntularına görə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsində dinlənilmişdir. Şərəf məhkəməsinin qərarını rəhbər tutaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı həqiqi hərbi xidmətdən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmasını məqsədəuyğun hesab edirəm. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin yanvar N-cu il tarixli Müddətdən artıq həqiqi hərbi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı Xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunan təqdimatın təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunur. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı, xx.xx.2018-ci il tarixdən N saylı hərbi hissədə xidmət edir, xidmət etdiyi müddət ərzində özünü bacarıqsız, intizamsız hərbi qulluqçu kimi göstərmişdir. xx.xx.N-cu il tarixdə dəstə üzrə növbətçi olarkən komandanlığın əmr və göstərişlərinə laqeyd yanaşaraq şəxsi heyətin say tərkibi və günün nizam qaydası ilə müəyyən olunmuş vaxta əsasən şəxsi heyətin yerində olması barədə bilərəkdən yalan məlumat vermiş, nəticədə ağır hadisənin baş verməsinə səbəb olmuşdur. Daxili Xidmət Nizamnaməsi ilə müəyyən olunmuş vəzifə borclarını tam məsuliyyəti ilə yerinə yetirməmiş, baş verə biləcək hadisələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməmişdir. Şərəf məhkəməsinin qərarını rəhbər tutaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı həqiqi hərbi xidmətdən «Hərbi Xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmasını məqsədəuyğun hesab edirəm. İş materiallarında olan N saylı hərbi hissənin MAHHXHQ-larının şərəf məhkəməsinin xx xxx N-cu il tarixli qərarının təsdiq edilmiş surəti ilə müəyyən olunur ki, MAHHXHQ əsgər İddiaçı xidmətdə yol verdiyi ciddi nöqsanları və onun yalan danışmağı və hərəkətləri kollektivin və şəxsi heyətin mənəvi psixoloji vəziyyətinə mənfi təsir etdiyi faktı hərbi hissənin bütün şəxsi heyətinə pis nümunə olmuşdur. Qeyd olunanları nəzərə alaraq, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. İş materialında olan N nömrəli hərbi hissə Komandirinin xx xxx N-cu il tarixli 154 nömrəli ƏMRİ-ndən Çıxarışla müəyyən olunur ki, N nömrəli hərbi hissə komandirinin xx xxx N-cu il tarixli 013 əç nömrəli əmrinə əsasən və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq aşağıda adları çəkilən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqlarına görə işlərini və vəzifələrini təhvil vermiş hesab edilsin. xx xxx N-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılsınlar və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət Xidmətinin qurumlarına göndərilsinlər. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxxx 2017-ci il tarixli 22 nömrəli qərarına əsasən N-cu ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiq deyillər.

2. Əsgər İddiaçı “BƏCİRAVAN” qoşun təlim meydanın elektrik-operatoru-Astara rayon şöbəsinə göndərilsin. Əsgər İddiaçı ehtiyata buraxılması ilə əlaqədar yarımaylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilsin. N-cu il üçün nəzərdə tutulmuş maddi yardımla təmin olunmayıb və N-cu ilin növbəti məzuniyyətindən 2 (iki) təqvim günü istifadə edib. Əsas: N nömrəli hərbi hissə komandirinin xx xxx N-cu il tarixli 013 əç nömrəli əmrinin surəti.

Əsaslandırıcı hissə:

Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt- maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Tərəflərin məhkəməyə təqdim etdikləri sübutlar əsasında aparılmış məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2018-ci il tarixdə öz arzusu ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində hərbi xidmətə qəbul haqqında BAĞLAŞMA əsasında müddətdən artıq hərbi xidmətə qəbul olunmuşdur. İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən ehtiyata buraxılmışdır. Əmrin verilməsinə əsas N nömrəli hərbi hissə komandirinin xx xxx N-cu il tarixli 013 əç nömrəli əmri və N nömrəli hərbi hissə komandirinin təqdimatı olmuşdur. İddiaçı iddia ərizəsində və iddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərkən iddiaçının ailə vəziyyəti ilə əlaqədar xidmət yerinin dəyişdirilməsi, yəni valideynlərinin yaşayış yerinə yaxın hərbi hissələrin birinə köçürülməsi, bu mümkün olmayacağı halda isə ehtiyata buraxılmağı ilə bağlı komandanlığa müraciət etdiyi üçün ona qarşı komandanlıq tərəfindən qərəzli mövqe nümayiş etdirilərək, qərəzli şəkildə xidmətdən xaric edildiyini qeyd etsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, N nömrəli hərbi hissənin «müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsi»nin xx xxx N-cu il tarixli protokolundan görünür ki, iddiaçı həmin məhkəmədə X3 sıralarında xidmət etmə bacarığının və qabiliyyətinin olmadığı üçün ordu sıralarından ehtiyata buraxılmaq və yaxud digər hərbi hissədə xidmət etmək istəyini bildirmişdir. Göründüyü kimi, əsgər İddiaçı üzərinə düşən xidməti vəzifələri layiqincə, eləcə də Daxili Xidmət Nizamnaməsi ilə müəyyən olunmuş vəzifə borclarını tam məsuliyyəti ilə yerinə yetirməmişdir. İş materiallarından görünür ki, əsgər İddiaçı haqqında komandanlıq tərəfindən yanvar N-cu il, həmçinin may N-cu il tarixlərdə onun «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılması məqsədəuyğun hesab edilmiş və yuxarı komandanlıq qarşısında vəsatətlər qaldırılmışdır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 1-ci bəndinə görə, bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən Ehtiyata buraxılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Həmin Əsasnamənin 156-cı maddəsinin «e» yarımbəndinə əsasən xidməti uyğunsuzluğa görə hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, N nömrəli hərbi hissə komandirinin xx xxx N-cu il tarixli 013 «əç» nömrəli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, “BƏCİRƏVAN” qoşun təlim meydanının elektrik-operatoru müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İddiaçı ehtiyata buraxmaqda haqlı olmuşdur. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 41.0 bəndinin 41.0.6 yarımbəndinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 15-ci bəndinə görə, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların xidməti uyğunsuzluğa görə - müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına yol verilir. Azərbaycan Respublikası İPM-nin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İPM-nin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikasının İPM-nin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İş üzrə prosessual xərclər yoxdur.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 2.2.1, 4, 68-70, 81 və 85ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı N nömrəli hərbi hissəyə qarşı «xx xxx N-cu il tarixli, 013 «əç» nömrəli əmrinin ləğv edilməsi» barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar