Məhkəmə qərarları › İş №2-1(120)-126/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-126/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-126/2023 09.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclasının katibi XX katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının 12 mart 2021-ci il tarixli, 018gm nömrəli əmrinin ləğv edilməsi” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müddətdən artıq xidmət keçmiş hərbi qulluqçuların şərəf məhkəməsinin qərarının ləğv edilməsi, N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 018gm saylı əmrinin etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7502/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşməsi barədə ərizəni məhkəməyə təqdim edərək, iddia tələbinə xx.xx.2021-ci il tarixli, 018gm nömrəli əmrin ləğv edilməsi kimi baxılmasını xahiş etmiş və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşməsi barədə ərizəni məhkəməyə təqdim edərək, iddia tələbinə xx.xx.2021-ci il tarixli, 018gm nömrəli əmrin ləğv edilməsi, işə bərpa və həmin müddətdə ödənilməmiş əmək haqqının tam ödənilməsi kimi baxılmasını xahiş etmiş və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh kimi qeyd edilməsini, cavabdeh kimi qeyd edilən N saylı hərbi hissəsinin cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində cəlb edilməsini və iddianın dəyişdirilərək “Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının xx.xx.2021-ci il tarixli, 018gm nömrəli əmrinin ləğv edilməsi” barədə qərar qəbul edilməsi kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın və cavabdehin dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia üzrə buraxılmış prosessual müddətin bərpası barədə ərizəni məhkəməyə təqdim etmiş və iddia üzrə buraxılmış prosessual müddət bərpa edilməsi barədə məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(120)- 126/2023 saylı qərardadı qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 25 oktyabr 2010-cu il tarixdən müddətdən artıq həqiqi hərbi qullqcu kursuna daxil olaraq xx.xx.2010-cu kursu bitirərək N saylı saylı hərbi hissədə gizir kimi xidmət etmişdir. Xidmət dövründə komandir heyətinin dəfələrlə təşəkkürünü qazanmışdır. xx.xx.2021-ci il tarixdə hərbi hisə komandiri şəxsi heyəti növbə ilə Müdafiə Nazirliyinin tibbi ekspertiza patoloji anatomiya bölməsində müayinədən keçirilmək ücün göndərmişdir. Tibbi ekspertizadan keçdikdən sonra 19 fevral 2021-ci il tarixdə nəticə hərbi hissəyə daxil olduqda məlum olmuşdur ki, guya qanda narkotik tərkibli maddəyə bənzər fermentlər aşkar olunmuşdur. Əlavə olaraq bildirir ki, idmanın müxtəlif növləri ilə məşğul olur, nəinki narkotik heç spirtli icki belə bu günədək qəbul etməmişdir. Ekspert rəyindən narazılığını müdafiə naziri cənab Zakir Həsənova teleqram vasitəsi ilə bildirmişdir. Nəticə də xx.xx.2021-ci il tarixdə N saylı saylı hərbi hissə komandiri tərəfindən yenidən Müdafiə Hazirliyinin tibbi ekspertiza patoloji anatomiya bölməsində müayinədən keçirilmək ücün göndərilmişdir. Müdafiə Hazirliyinin tibbi ekspertiza patoloji anatomiya bölməsinin 11 mart 2021-ci il tarixli 92\k nömrəli rəyində onun qan və sidik nümunələrimdə narkotik vasitələrin, psixotrop və güc ilə təsiredici maddələrin aşkar olunmaması öz təsdiqini tapmışdır. Rəydən bir gün sonra hərbi hissə komandanlığının əmri ilə 156-cı maddənin "e" bəndinə əsasən xidmətə yararsız kimi ehtiyata buraxılmıağına dair N saylı hərbi hissə komandirinin birinci müavini Elçin Axundovun imzası ilə daxil olan xx.xx.2021-ci il tarixli 3812 saylı məktubundan öyrənmişdir. Əmrə əsas olaraq analiz nümunələrimdə dövriyyəsi qadağan olunmuş maddələrin aşkar olunması göstərilmişdir. Barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin təhqiqatçısı ədliyyə leytenantı X5 tərəfindən araşdırılma aparılaraq cinayət işinin başlanması haqqında rədd qərarı verilmişdir. Müdafiə Hazirliyinin tibbi ekspertiza patoloji anatomiya bölməsinin 11 mart 2021-ci il tarixli 92/k nömrəli rəyində mənim qan və sidik nümunələrimdə narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin aşkar olunmaması öz təsdiqini tapmışdır. Təhqiqat bölməsi tərəfindən aparılmş araşdırılma zamanı əməlində hec bir hüquq pozuntusunun olmaması N saylı hərbi hissənin təhqiqatcısı ədliyyə leytenantı X5 02 aprel 2021-ci il tarixli 19 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əksini tapmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası MN-ə müraciətə N saylı hərbi hissənin komandanlığı tərəfindən verilmiş cavabda onun analiz nümunələrində dövriyyəsi qadağan olunmuş maddələrin aşkar olunması, əsasında müddətdən artıq xidmət keçmiş hərbi qulluqçuların şərəf məhkəməsinin qərarına uyğun olaraq hərbi hissə komandirinin əmri ilə Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddənin "e" bəndinə əsasən (xidmətə uyğunsuzluğa) müvafiq ehtiyata buraxıldığı qeyd edilmişdir. Qeyd olunan maddənin tələbinə əsasən isə ehtiyata buraxılan hərbi qulluqçuların yenidən hərbi xidmətə bərpası mümkünsüz hesab olunmasə göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia tələbinə etiraz verərək bildirmişdir ki, 02 fevral 2021-ci ıl tarixdə gizir X3 qan və sidik nümunələri Məhkəmə Tibbi Ekspertiza və X10 təqdim olunmuşdur. Məhkəmə Tibbi Ekspertiza və X11 tərəfindən verilmiş 36/K nömrəli akta əsasən məhkəmə-kimyəvi tədqiqatı zamanı gizir X3 qan və sidik nümunələrinin tərkibində kannabinoidlərin (maruxana, həşiş, həşiş qətranı) təsirinə oxşar effekt yaradan və sintetik yolla əldə olunan Kannbimimetiklərin (Spice) nümayəndəsi olan və tərkibində Naftil-indol (JWH) qrupu saxlayan vasitələrinizləri izləri (qalıqları) aşkar olunmuşdur. Buda o deməkdir ki, gizir X9 ekspertizadan keçməmişdən 2-3 gün ərzində qeyd olunan narkotik vasitələrdən istifadə etmişdir. Şirvan İnzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” Məhkəməkimya şöbəsinin ekspertləri qarşısında Məmmədov Xətai Xidmət oğlunun xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə (36/K və 92/K nömrəli aktları əsasında) görüulmüş ilkin qan və sidik nümunələri yenidən tədiqat aparılması tapşırığı qoyulmuşdur. Ekspert rəyinin verilməsi ekspet-kimyaçı X6 həvalə edilmişdir. Ekspertiza 25 fevral 2022-ci il tarixdə başlanılmış və 11 mart 2022-ci il tarixdə başa çatmışdır. Ekspertizanın tamamlanması barədaə 738/K nömrəli Ekspert rəyi tərtib olunaraq Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsi tərəfindən 738/K nömrəli Ekspert rəyinə münasibət bildirilməsi üçün Azərbaycan Respublikası Müdafiə nazirliyinə göndərilmişdir. 738/K nömrəli Ekspert rəyinin öyrənilməsi zamanı Şirvan inzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” Məhkəmə-kimya şöbəsinin ekspertləri qarşısında qoyulmuş suallarla bağlı əsaslandırılmış ekspert rəyinin verilmədiyi müəyyən edilmişdir. Beləki, 738/K nömrəli Ekspert rəyində Məhkəmə kimya şöbəsində tük nümünəsində məhkəmə-kimyəvi aparılmadığı, lazımı miqdarda qan nümünəsi olduğu halda qan nümunəsinin miqdarının az olduğunu əsas gətirərək narkotik və psixotrop maddənin təyinatını aparmaq mümükün olmadığını qeyd olunmuşdur. Azərbaycan Respublikası CPMnin 97-ci maddəsinə əsasən ekspert qarşısına qoyulan suallara dair əsaslı və obyektiv rəy vermək; düzgünlüyü özü tərəfindən yoxlanılmamış iş materiallarının tədqiqi əsasında gəldiyi şəxsi nəticələrini, habelə kompüter proqramından və məlumat materiallarından istifadə etməklə əldə etdiyi nəticələri rəydə bir- birindən dəqiq ayırmalı, qarşısına qoyulan suallara və səlahiyyətinə aid iş materiallarının tədqiqi zamanı aşkar edilmiş və ekspertizanın predmeti daxilində digər hallara dair rəy verməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin olunmasını xahiş etmişdirlər. Məhkəmənin keçmiş iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X14 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın (əmrin) ləğv edilməsini tələb edir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı Kürdəmir rayonu, Çöhranlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddia tələbinə Şirvan İnzibati Məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan otuz gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Şirvan İnzibati məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(120)-126/2023 saylı qərardadı ilə iddia üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslıdır. Belə ki, iddiaçı Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının xx.xx.2021-ci il tarixli, 018gm nömrəli əmrin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Kürdəmir rayonu Çöhranlı kəndində anadan olmuş və yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının xx.xx.2021-ci il tarixli 018gm nömrəli əmrindən çıxarışdan görünür ki gizir ZərbalıyevAsim Hətəmxan oğlu 411-ci Aviasiya bazasının (N nömrəli hərbi hissə) Texniki-istismar dəstəsinin reqlament işləri qrupunun (aviasiya silahları və nişangah-naviqasiya kompleksləri üzrə) baş mexaniki “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyyata buraxılmışdır. İşdə olan N nömrəli hərbi hissənin təhqiqatçısı ədliyyə leytenantı M.Əzimovun məhkəmə-kimyəvi ekspertizasının təyin edilməsi haqqında qərarından görünür ki, İddiaçı narkotik vasitə qəbul edib-etməməsi ekspert qarşısında sual qoyularaq ekspertiza təyin edilmişdir. İşdə olan N nömrəli hərbi hissənin təhqiqatçısı ədliyyə leytenantı M.Əzimovun xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluxçusu, gizir İddiaçı barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlaması rədd edilmiş və N nömrəli hərbi hissənin hərbi qulluxçusu, gizir İddiaçı əmrlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlaməti yoxdur. İşdə olan Texniki istismar dəstənin rəisi R.Yusifovun xx.xx.2021-ci il tarixli Xidməti xəsiyyətnaməsindən görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluxçusu, gizir İddiaçı hərbi xidmətdə olduğu müddətdə özünü nizam-intizamlı bir hərbiçi kimi göstərmişdir. Komandirlər və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtında yerinə yetirir. Öz üzərində müstəqil işləməyi bacarır. Hərbi nizamnamələri, rəhbər sənədləri öyrənir və gündəlik şində onları rəhbər tutur. Bilik səviyyəsini artırmaq üçün daima öz üzərində çalışır. Xidməti şinə səfərbərdir. Hərbi xidmətə münasibəti müsbətdir. Hərbi hissənin işlərində fəal iştirak edir. Aviasiya texnikasının istismarını öyrənir. Mürəkkəb şəraitdə sakit və soyuqqanlı hərəkət edir, doğru və düzgün qərar verməyi və onu həyata keçirməyi bacarır. Tənqiddən müsbət nəticə çıxarmağa çalışır. Öz işində qanun pozuntusu hallarına yol vermir. Şəxsi heyətin arasında hörməti vardır. İşdə olan “Qüsursuz Xidmətə Görə” 3-cü dərəcəli medaldan və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubileyi medalından görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluxçusu, gizir İddiaçı qüsursuz xidmətə görə medallarla təltif olunmuşdur. İşdə olan Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 xx.xx.2021-ci il tarixli 354 təliqəsinə əsasən 36/K nömrəli maddi sübutların tədqiqatına dair aktda qeyd edilmişdir ki, qan və sidik nümunələrinin tərkibində Kannabinoidlərin (Marixuana, Həşiş, Həşiş qətranı) təsirinə oxşar effekt yaradan və sintetik yolla əldə olunan Kannabimimetiklərin (Spice) nümayəndəsi olan və tərkibində Natoi-İndol (JWH) qrupu saxlayan narkotik vasitələrin izləri (qaldıqları) aşkar olunmuşdur. İşdə olan N nömrəli hərbi hissə komandiri vəzifəsini müvəqqəti icra edən polkovnikleytinant E.Məmmədovla gizir A.Zərbalıyev arasında olan söhbət vərəqəsindən görünür ki, Asim Zərbalıyev keçirilmiş ekspertizanın nəticəsindən narazıdır və yenidən ekspertiza keçirilməsini xahiş edir. İşdə olan Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 rəisi Silahlı Qüvvələrin Baş Məhkəmə Tibb eksperti tibb xidməti polkovniki R.Allahverdiyevin 92/K saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri əhatə edən ekspertizanın nəticəsi olaraq İddiaçı götürülmüş qan və sidik nümunələrinin Kütlə spektrometriyalı qaz xromatoqrafiya metodu ilə məhkəmə-kimyəvi tədqiqatına əsaslanaraq qan və sidik nümunələrinin tərkibində narkotik vastələrin, psixotrop və güclü təsiredici maddə aşkar olunmamışdır. İşdə olan Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə həvalə edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin ekspert-kimyaçı tərəfindən xx.xx.2022-ci il tarixli 433A/K nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir:

1. İddiaçı məxsus №36/K sidik nümunəsinin tərkibində barbitur turşusu əmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə kisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Qeyd: Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən №36/K qan nümunəsinin miqdarı az oluğuna görə narkotik və psixotrop maddələrin təyinatını aparmaq mümkün olmadı.

2. İddiaçı məxsus №92/K sidik nümunəsinin tərkibində barbitur turşusu əmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə biksindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Qeyd: Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən №32/K qan nümunəsinin miqdarı az oıduğuna görə narkotik və psixotrop maddələrin təyinatını aparmaq mümkün olmadı. İşdə olan Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-tibbi ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin eksperti tərəfindən xx.xx.2022-ci il tarixli 738/K nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya” X13 Şəxsin məhkəmə-kimya şöbəsində xx.xx.2022-ci il tarixdə saat 10:02-də X1 götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoidlər, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Hal-hazırda məhkəmə-kimya şöbəsində tük nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparılmır.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 saxlanılan N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş X2 xx.xx.2021 -ci il tarixdə (36/K saylı akt əsasında) və xx.xx.2021 -ci il tarixdə (92/K saylı akt əsasında) götürülmüş ilkin və sonrakı qan, sidik və tük nümunələrindən yalnız №92/K nömrəli sidik nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparmaq mümkündür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 saxlanılan N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş X2 Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 rəisi vəzifəsiri icra edən Rahim Məmmədovun 01,02.2022-ci il tarixli 101 №-li göndərişinə əsasən xx.xx.2021 -ci il tarixdə (36/K saylı akt əsasında) və xx.xx.2021 -ci il tarixdə (92/K saylı akt əsasında) götürülmüş ilkin və sonrakı qan, sidik və tük nümunələrindən №36/K nömrəli sidik nümunəsinin məhkəmə-kimya şöbəsində aparılmış məhkəmə-kimyəvi tədqiqat nəticəsində miqdarının az qalması səbəbindən təkrar məhkəmə-kimyəvi tədqiqat aparmaq mümkün deyil. Məhkəmə-kimya şöbəsinə təqdim olunan qan nümunələrinin (№36/K və №92/K nömrəli) midqadarının az olması səbibindən məhkəmə-kimyəvi tədqiqat aparmaq mümkün deyil. Hal-hazırda məlikəmə-kimya şöbəsində tük nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparılmır.

3. X4 məxsus №92/K nömrəli sidik nümunəsində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, sf isilatlar və kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən X4 məxsus A1>36/K nömrəli sidik nümunəsinin Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 rəisi vəzifəsini icra edən Rahim Məmmədovun xx.xx.2022-ci il tarixli 101 №-li göndərişinə əsasən məhkəmə-kimya şöbəsində aparılan məhkəmə-kimyəvi tədqiqat nəticəsində miqdarının az qalması səbəbindən narkotik və psixotrop maddələrin təyinatım aparmaq mümkün olmadı. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən Zərbalıyev Asim flətəmxan oğluna məxsus №36/K və №92/K nömrəli qan nümunələrinin miqdarı az olduğuna görə narkotik və psixotrop maddələrin təyinatım aparmaq mümkün olmadı.

4. Narkotik, psixotrop və güclü təsiredici maddələrin insan orqanizmində qalma müddəti maddənin növiindəa, insan orqanizminin individuallığından, eləcə də epizodik və mütəmadi istifadədən asılıdır, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 saxlanılan N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş X2 xx.xx.2021-ci il tarixdə (36/K saylı akt əsasında) və xx.xx.2021 -ci il tarixdə (92/K saylı akt əsasında) götürülmüş ilkin və sonrakı qan və sidik nümunələrinin tərkibində heç bir narkotik vasitə, psixotrop və güclü təsiredici maddələr aşkar edilmədi. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəsatəti təmin edilərək Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X19 həvalə edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin eksperti tərəfindən xx.xx.2022-ci il tarixli 2804/K nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir:

1. X1 xx.xx.2022-ci il tarixində AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X21 Məhkəmə-kimya şöbəsində götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar, kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) və eləcə də sintetik kannabinoid (JWH) aşkar edilmədi.

2. xx.xx.2021-xx.xx.2021-ci il tarixləri əhatə edən müayinə nəticəsində tərtib edilən 36/K nömrəli ekspert aktından (ilkin müayinə) və xx.xx.2021-xx.xx.2021-ci il tarixləri əhatə edən müayinə nəticəsində tərtib edilən 92/K nömrəli ekspert rəyindən (sonrakı müayinə) görünür ki, keçirilmiş məhkəmə-kimyəvi tədqiqat GCMS-2010 SHUMADZU Kütlə spekrometriyalı qaz xromatoqrafında aparılmışdır. Lakin aparılmış tədqiqat zamanı aşkar olunan xromatoqrafik piklərə aid olan xromatoqrammaların təqdim edilməməsi səbəbindən (MN “MTE və PAM”-də olan GCMS-2010 SHUMADZU Kütlə spekrometriyalı qaz xromatoqrafında texniki nasazlıq baş verdiyindən piklər silinmişdir.) 36/K nömrəli aktda qeyd edilən Kannabinodlərin (Marixuana, Həşiş, Həşiş qətranı) təsirinə oxşar effekt yaradan və sintetik yolla əldə olunan Kannabimimetiklərin (Space) nümayəndəsi olan və tərkibində Naftil-İndol (JWH) qrupu saxlayan narkotik vasitələrin izlərinin olub-olmaması barədə heç bir fikir söyləyə bilmirik.

3. Qeyd edək ki, İndol - heterotsiklik kondensə edilmiş aromatik birləşmədir. İndol nüvəsi bir çox təbii biokimyəvi birləşmələrə daxildir. İndol və onun homoloqu Skatol insan orqanizmində və məməlilərdə (bağırsaqda) triptofan amin turşularının çürüməsi nəticəsində əmələ gəlir. İndol çox xoşa gəlməz iyə malikdir, lakin az konsentrasiyada jasmin iyi verərək (efir yağlarında) parfumeriyada istifadə olunur. Naftil - karbon əsaslı yanıcı və zəif toksiki maddədir. Naftil raket yanacaqlarında geniş istifadə edilir. Bundan başqa naftil qrupuna kimyəvi reagentərin və indiqatorların tərkibində rast gəlinir.

4. AR Müdafiə Nazirliyinin hazırki təlimatlarına əsasən bioloji obyektlər 1 (bir) il müddətində saxlanılır. xx.xx.2021-ci il tarixdə (36/K saylı akt əsasında) X1 götürülmüş (ilkin) sidik nümunəsi müsbət nəticə verdiyindən və məhkəmə araşdırması bitmədiyindən həmin nümunə ləğv edilməmiş və təlimatlara uyğun olaraq mənfi (-) 2°-dən mənfi (-) 20°-dək temperatur hüdudunda saxlanılmışdır. Həmin sidik nümunəsi müayinə üçün yararlı hesab olduğundan yenidən sidik nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparılmış və nəticədə barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar, kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) və eləcə də, sintetik kannabinoid (JWH) aşkar edilməmişdir. xx.xx.2021-ci il 92/K saylı rəy əsasında X1 götürülmüş nümunələr neqativ nəticə göstərdiyindən və saxlanma müddəti bitdiyindən məhv edilmiş, bu səbəbdən nümunələrdə yenidən məhkəmə-kimyəvi tədqiqatın aparılması mümkün olmamışdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əıverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 1-ci bəndinə əsasən bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. - 2-ci bəndində əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. - 146-cı bəndinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan tam şəkildə istifadə edir və bütün vəzifələri daşıyırlar. Hərbi xidmət şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələr tapşırılması «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu, hərbi Nizamnamələr, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri və bu Əsasnamə ilə müəyyənləşir. Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşə hazırlığını daim möhkəmləndirmək. Əsgəri borcunu yerinə yetirərkən özünün bütün qüvvəsini və hətta həyatını əsirgəməmək, hərbi xidmətin ağırlıq və məhrumiyyətlərinə mətanətlə dözmək, vətənin mənafeyi və yuxarı rəislərin əmrləri harada tələb edirsə orada vicdanla xidmət etmək, hərbi, texniki və ixtisas biliklərini daim təkmilləşdirmək, tabeliyində olanlara nümunə olmaq, ona tapşırılan silah və döyüş texnikasını bilmək və ondan bacarıqla istifadə etmək, döyüş və ictimai siyasi hazırlığını təkmilləşdirmək, nizamnamə qaydalarını qorumaq, hərbi intizamı möhkəmləndirmək, həmişə və hər yerdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, öz hərbi hissəsinin şərəfini, döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini və ləyaqətini qorumaq, qanunların, hərbi andın və hərbi nizamnamələrin tələblərinə ciddi riayət etmək, dövlət və ictimai mülkiyyətin qorunmasına qayğı ilə yanaşmaq, yüksək sayıqlıq göstərmək, dövlət sirlərini ciddi qorumaq, vəzifə tapşırıqlarının həllində təşəbbüs və yaradıcılıq, döyüş şəraitində bacarıq nümayiş etdirmək, yüksək şəxsi icraçılıq, böyük komandirlərin və rəislərin əmr və sərəncamlarının vaxtında yerinə yetirilməsi üçün şəxsi cavabdehlik nümunəsi olmaq hərbi qulluqçunun vəzifəsidir. - 156-cı bəndinin e) yarımbəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. İş materiallarındanda göründüyü kimi iddiaçı o, 25 oktyabr 2010-cu il tarixdən müddətdən artıq həqiqi hərbi qulluqçu kursuna daxil olaraq xx.xx.2010-cu kursu bitirərək N saylı saylı hərbi hissədə gizir kimi xidmət etmişdir. Hərbi hissə komandanlığının əmri ilə 156cı maddənin "e" bəndinə əsasən xidmətə yararsız kimi ehtiyata buraxılmıağına dair N saylı hərbi hissə komandirinin birinci müavini Elçin Axundovun imzası ilə daxil olan xx.xx.2021-ci il tarixli 3812 saylı məktubundan öyrənmişdir. Təhqiqat bölməsi tərəfindən aparılmış araşdırılma zamanı əməlində heç bir hüquq pozuntusunun olmaması N saylı hərbi hissənin təhqiqatcısı ədliyyə leytenantı X5 02 aprel 2021-ci il tarixli 19 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əksini tapmışdır. Cavabdeh tərəfindən təqdim edilən sənədlər əsasında iddiaçı barəsində intizam tədbirlərinin görülmədiyi və təqdim edilən xasiyyətnaməyə əsasən müsbət xarakterizə olunduğu müəyyən edilmişdir. Bunun əsasında N nömrəli hərbi hissənin hərbi qulluqçusu gizir İddiaçı “Qüsursuz Xidmətə Görə” 3-cü dərəcəli medalla və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubileyi medalı ilə təltif olunmuşdur. Belə ki, iddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 12 mart 2021-ci il tarixli, 018gm nömrəli əmr tərtib edilən zaman yalnız Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 xx.xx.2021-ci il tarixli 354 təliqəsinə əsasən 36/K nömrəli maddi sübutların tədqiqatına dair akta əsaslanmışdır. Həmin aktda İddiaçı qan və sidik nümunələrinin tərkibində Kannabinoidlərin (Marixuana, Həşiş, Həşiş qətranı) təsirinə oxşar effekt yaradan və sintetik yolla əldə olunan Kannabimimetiklərin (Spice) nümayəndəsi olan və tərkibində Natoi-İndol (JWH) qrupu saxlayan narkotik vasitələrin izləri (qaldıqları) aşkar olunduğu qeyd edilmişdir. İşdə olan N nömrəli hərbi hissə komandiri vəzifəsini müvəqqəti icra edən polkovnik-leytinant E.Məmmədovla gizir A.Zərbalıyev arasında olan söhbət vərəqəsindən görünür ki, Asim Zərbalıyev keçirilmiş ekspertizanın nəticəsindən narazıdır və yenidən ekspertiza keçirilməsini xahiş edir. Və bunun nəticəsi olaraq ekspertiza keçirilmiş, təqdim edilən Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 rəisi Silahlı Qüvvələrin Baş Məhkəmə Tibb eksperti tibb xidməti polkovniki R.Allahverdiyevin 92/K saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyində xx.xx.2021-xx.xx.2021-ci il tarixləri əhatə edən ekspertiza nəticəsi olaraq İddiaçı götürülmüş qan və sidik nümunələrinin Kütlə spektrometriyalı qaz xromatoqrafiya metodu ilə məhkəmə-kimyəvi tədqiqatına əsaslanaraq qan və sidik nümunələrinin tərkibində narkotik vastələrin, psixotrop və güclü təsiredici maddə aşkar olunmamışdır. Hazırki iş üzrə iddiaçı ehtiyata buraxılması barədə əmri mübahisələndirir. Həmin əmri cavabdeh malik olduğu diskresion səlahiyyətlərin icrası qaydasında qəbul etmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərdən istifadə edərək verilmiş qərarına (iddiaçını məhz xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması məsələsinə) qiymət verilərkən sonuncunun biridigəri ilə uzlaşmayan mövqeyi aşkara çıxmış olur, bu isə öz növbəsində cavabdehin hərəkətlərinin əsaslılığının öz təsdiqini tapmadığına dəlalət edir. Belə ki, cavabdeh inzibati orqan 12 mart 2021-ci il tarixli, 018gm nömrəli əmr verilərkən maddi hüquq normasının tələblərinə əməl olunmamış, iddiaçı barəsində araşdırma yekunlaşmadan, ekspertiza yekunlaşmadan əlverişsiz inzibati akt tərtib edilmişdir. Araşdırma nəticəsi olaraq Məhkəmə Tibbi Ekspertiza və X7 rəisi Silahlı Qüvvələrin Baş Məhkəmə Tibb eksperti tibb xidməti polkovniki R.Allahverdiyevin 92/K saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 xx.xx.2021-ci il tarixli 354 təliqəsinə əsasən 36/K nömrəli maddi sübutların tədqiqatına dair aktın əksinə ekspert rəyi verilmiş, N saylı hərbi hissənin təhqiqatcısı ədliyyə leytenantı X5 02 aprel 2021-ci il tarixli 19 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla əməlində heç bir hüquq pozuntusunun olmaması müəyyən edilmişdir. Məhkəmə tərəfindən sonuncu olaraq xx.xx.2022-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X19 həvalə edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin eksperti tərəfindən xx.xx.2022-ci il tarixli 2804/K nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində X1 xx.xx.2022-ci il tarixində AR Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X12” X21 Məhkəmə-kimya şöbəsində götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar, kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) və eləcə də sintetik kannabinoid (JWH) aşkar edilmədiyi qeyd edilmişdir. Həmçinin, AR Müdafiə Nazirliyinin hazırki təlimatlarına əsasən bioloji obyektlər 1 (bir) il müddətində saxlanıldığına baxmayaraq xx.xx.2021-ci il tarixdə (36/K saylı akt əsasında) X1 götürülmüş (ilkin) sidik nümunəsi müsbət nəticə verdiyindən və məhkəmə araşdırması bitmədiyindən həmin nümunə ləğv edilməmiş və təlimatlara uyğun olaraq mənfi (-) 2°-dən mənfi (-) 20°-dək temperatur hüdudunda saxlanıldığından həmin sidik nümunəsi müayinə üçün yararlı hesab olduğundan yenidən sidik nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparılmış və nəticədə barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar, kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) və eləcə də, sintetik kannabinoid (JWH) aşkar edilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan sübutların və məhkəmə tərəfindən keçirilən ekspertizalar nəticəsində təqdim edilən ekspert rəyləri iddiaçının mübahisələndirdiyi – onun xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair 12 mart 2021-ci il tarixli əmrinin qanuniliyini şübhə altına alır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi yuxarıda qeyd edilən iş materialları, sübutlar və ekspert rəyləri ilə iddiaçı X3 işdən çıxarılmasına əsas olan əməlin tərkib hissənin olduğu inzibati orqan tərəfində sübuta yetirilmir, əksinə qeyd edilən əsasların olmadığı müəyyən olunur. Məhkəmə işin faktiki hallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının 12 mart 2021-ci il tarixli, 018gm nömrəli əmri qanunvericiliyin tələblərinə əməl edilmədən qəbul edilmiş sayılır ki, bu hal da özü-özlüyündə həmin əmrin əsassız və qanunsuz sayılaraq, ləğv olunmasına əsas verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının xx.xx.2021-ci il tarixli, 018gm nömrəli əmri ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı: İddia təmin edilsin. Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının 12 mart 2021-ci il tarixli, 018gm nömrəli əmri ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar