Məhkəmə qərarları › İş №2-1(120)-1262/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1262/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1262/2024 20.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-164687/2023 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci ildə Salyan rayonunda anadan olmuş, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından ötrü cavabdeh Dövlət Sosial Müdafiə X15 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh inzibati orqan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020- ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021 -ci il tarixli qərarında qeyd edilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər”. Hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək penısyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasımın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə inzibati orqana təqdim etdiyi müraciət ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin inzibati orqan tərəfindən verilmiş imtinada vətəndaşın güzəştli stajının tələb olunan güzəştli stajdan az olmağı səbəbindən ona pensiya təyin edilməsindən imtina edildiyi qeyd edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi trubogenerator avadanlığının təmiri üzrə çilingər vəzifəsi qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə uyğun deyildir. Eyni zamanda "xxxx" ASC-nin Energetika avadanlıqlarının təmiri idarəsinin elektrik stansiyalarının və istilik avadanlıqlarının ölçülməsi sexində və Sumqayıt Texnologiyalar Parkı MMC-nin X6 turbin təmir sexində onun işlədiyi sahələr yuxarıda qeyd olunan sahələrə aid deyil. Bildiririk ki. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- cı il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bır növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan şlərdə sş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı iiə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bır növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinin göştərişlərinə uyğun olaraq iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret haliarı (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nm Elektrik stansiyaları, enerji qatarlan, buxar və güc təsərrüfatı bölməsində (24) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çılıngərlər elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri; avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama); qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifələri nəzərdə tutulmuşdur. İş materiallarına və iddiaçının təqdim etdiyi sənədlərə əsasən "xxxx" Azərbaycan-Rusiya birgə müəssisəsinin xx.xx.2016-cı il tarixli 46 nömrəli arayışında xx.xx.1984-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində “Qafqazenerjitəmir” İxtisaslaşdırılmış istehsalat idarəsində trubogenerator avadanlığının təmiri üzrə çilingər və "xxxx" ASC-nin 12 yanvar 2023-cü il tarixli 01 və/20 nömrəli arayışında xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nın Energetika avadanlıqlarının Təmiri idarəsinin elektrik stansiyalarının və istilik avadanlıqlarının ölçülməsi sexində usta, "xxxx" MMC-nin 24 iyun 2023 -cü ıi tarixli 39 nömrəli arayışında isə xx.xx.2012xx.xx.2015-ci İİ tarixləri arasındakı dövr ərzində həmin müəssisədə X6 turbin təmir sexinin Bakı təmir sahəsində elektrik avadanlıqlarının təmiri bölməsində usta vəzifələrində iddiaçının işlədiyi qeyd olunmuşdur. Nə iddiaçının işlədiyi trubogenerator avadanlığının təmiri üzrə çilingər vəzifəsi qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adiardan olan elektrik çilingərləri vəzifəsinə uyğun deyil, nə də Azenco” ASCnin Energetika avadanlıqlarının təmiri idarəsinin elektrik stansiyalarının və istilik avadanlıqlarının ölçülməsi sexində və Sumqayıt Texnologiyalar Parkı MMC-nin X6 turbin təmirsexində onun işlədiyi sahələr yuxarıda qeyd olunan sahələrə aid deyildir. Həmçinin, Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı “Qafqazenerjitəmir” İxtisaslaşdırılmış İstehsalat İdarəsin xx.xx.1994-cü il tarixindən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (07 il 15 gün) xx.xx.2002- 02.01,2003-cü il, xx.xx.2003-xx.xx.2009-cu il tarixləri arasındakrdövrlər)) təşkil edir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddilar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəzyyətin dəyişdirilməsi (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və yenidən hesablanmasına imkan verən bütün zəruri fatiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Nəticə etibarilə nəzərə alınmalıdır ki cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Həmçinin sözügedən icmal məktubunda qeyd edilir ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, İş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir. Aydındır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialının imtina məktubu əsaslıdır. İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1982-ci il tarixli, ВТ 036569 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı 1979-cu ildə X18 Texnikumuna daxil olmuş və 1982-ci ildə metalların kəsməklə emalı ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan iddiaçıya məxsus xx.xx.1982-ci il tarixli, H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli, ИТ-l ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2015-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan "xxxx" Azərbaycan-X5 xx.xx.2016-cı il tarixli, 46 nömrəli güzəştli arayışından görünür ki, İddiaçı həqiqətən “Qafqazenerjitəmir” İxtisaslaşdırılmış istehsalat idarəsində xx.xx.1984-cü il tarixindən (ƏMR № 48-KŞ 13.07.84) trubogenerator avadanlığının təmiri üzrə çilingər vəzifəsində işləmişdir. xx.xx.1998-ci ildə ƏM -nin 37 maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib ( ƏMR 6-kş 26.02.98) “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarında qeyd edildiyi kimi elektrik çilingərləri güzəştli şərtlərlə pensiya hüququna malikdir. İşdə olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X13 Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, 20/206/17/151 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2003-cü idən (əmr № 02-n -87/3, xx.xx.2003-cü il) xx.xx.2009-cu ilə kimi “X13 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan turbin sexinin işini təmin edən elektrik sexində istehsalat sahəsinin ustası işləmişdir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarında qeyd edildiyi kimi (24-cü Elektrik stansiyaları,enerji qatarlan,buxar və güc təsərrüfatı bölümü,144-cü səhifə, b) bəndi 4-cü xana) istehsalat sahələrinin ustaları güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. İşdə olan X8 və Humanitar Kollecinin xx.xx.2021-ci il tarixli, 263 nömrəli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən də 1979-cu ildə X18 texnikumunun əyani şöbəsinin “0501 Metalların kəsməklə emalı” ixtisasına qəbul olmuş, 1982-ci ildə X18 Texnikumunu həmin ixtisas üzrə bitirmiş və ona BT № 036569 nömrəli, 380 qeydiyyatlı adi diplom verilmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-ci il tarixli, 01-VƏ/20 nömrəli arxiv arayışından görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2002-ci ildən (əmr №- 10kş, xx.xx.2002-ci il) xx.xx.2003-cü ilə kimi (Əmr № AÜ/195 saylı, xx.xx.2002-ci il) "xxxx"ASC-nin "xxxx" MMC-nin Generator və elektrik mühərriklərinin təmiri sexinin Əli-Bayramlı DRES-ndə usta vəzifəsində işləmişdir. xx.xx.2009-cu ildən (əmr №-02/17-kş, xx.xx.2009-cu il) xx.xx.2012-ci ilə kimi (əmr № 48/6-kş, xx.xx.2012-ci il) "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Elektrik Stansiyalarının və İstilik Avadanlıqlarının təmiri sexində və Sumqayıt Texnologiyalar Parkının Ağır Maşınqayırma Departamentində usta işləmişdir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarında qeyd edildiyi kimi (24-cü Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölümü, 144-cü səhifə, b) bəndi 4-cü xana) istehsalat sahələrinin ustaları güzəştli şərtlərlə yaşa görə pensiya hüququnq malikdir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 39 nömrəli arayışından görünür ki, İddiaçı Səbrəddin oğlu (FİN xxxxxxx) həqiqətən "xxxx" MMC-nin X6 Turbin təmiri sexinin Bakı təmir sahəsinin Şirvan elektrik avadanlıqların təmiri bölməsində 10-cu dərəcəli usta vəzifəsində xx.xx.2012-ci il tarixindən (əmr 01-kş saylı) xx.xx.2015-ci il tarixinədək (əmr 01-kş/x saylı) işləmişdir. Göstərilən vəzifə Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü fəslində müəyyən edilmiş “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” sahəsinin və “avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama)” vəzifəsinin xüsusiyyətləri ilə eynidir. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 2 (iki) il, 0 (sıfır) ay, 6 (altı) gün təşkil edir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-164687/2023 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X16 qərarlarını, X16 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nm Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri; avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama); qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" Azərbaycan-Rusiya birgə müəssisəsinə dair xx.xx.2016-cı il tarixli 46 nömrəli arayışında xx.xx.1984-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində “Qafqazenerjitəmir” İxtisaslaşdırılmış İstehsalat idarəsində trubogenerator avadanlığının təmiri üzrə çilingər və "xxxx" ASC-nin 12 yanvar 2023-cü il tarixli 01-və/20 nömrəli arayışında xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Energetika avadanlıqlarının Təmiri İdarəsinin elektrik stansiyalarının və istilik avadanlıqlarının ölçülməsi sexində usta, "xxxx" MMC-nin ona dair 24 iyun 2023-cü il tarixli 39 nömrəli arayışında isə xx.xx.2012-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə X6 turbin təmir sexinin Bakı təmir sahəsində elektrik avadanlıqlarının təmiri bölməsində usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi trubogenerator avadanlığının təmiri üzrə çilingər vəzifəsi yuxarıda qeyd olunan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə uyğun deyil. Eyni zamanda "xxxx" ASC-nin Energetika avadanlıqlarının təmiri idarəsinin elektrik stansiyalarının və istilik avadanlıqlarının ölçülməsi sexində və Sumqayıt Texnologiyalar Parkı MMC-nin X6 turbin təmir sexində işlədiyi sahələr yuxarıda qeyd olunan sahələrə aid deyil. Bundan başqa bildiririk ki, Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı “Qafqazenerjitəmir” İxtisaslaşdırılmış İstehsalat İdarəsin xx.xx.1994-cü il tarixindən sonra fəaliyyətdə olmadığı müəyyən edilib. Bu səbəblərdən də güzəştli iş stajı 12 il 6 aydan az (7 il 15 gün (xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 02- 05-Ə-51/330 nömrəli məktubundan görünür ki, “Qafqazenerjitəmir” İxtisaslaşdırılmış Azərbaycan-Rusiya birgə İstehsalat müəssisəsi “Azərenerji Dövlət Şirkətinin xx.xx.1994-cü il tarixli 61 nömrəli əmri ilə "xxxx" Dövlət Şirkətinin tərkibindən çıxarılaraq bütün fondu ilə "xxxx" Birgə müəssisəsinə verilmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-ci il tarixli, 14 nömrəli arxiv arayışından görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1984-cü ildə (əmr №- 48-ok, xx.xx.1984-cü il) Əli-Bayramlı Generatorların təmiri sexinin elektrosexinə təmir üzrə elektrik çilingəri peşəsinə qəbul edilib, xx.xx.1988-ci ildə (Əmr №112, xx.xx.1988-ci il) Yeni əmək haqqının şərtlərinin tətbiq ilə əlaqədar 4-cü dərəcəli elektrik çilingəri dərəcəsinə keçirilib, xx.xx.1991-ci ildə Əli-Bayramlı Təmir sahəsinin mühəndis vəzifəsinə keçirilib, xx.xx.1994-cü ildə (əmr №-61, xx.xx.1994-cü il). "xxxx" Dövlət Şirkətinin Əmrinə əsasən “Qafqazenerjitəmir” İstehsalat Birliyi "xxxx" Birgə Müəssisəsi adlandırılmışdır, xx.xx.1997-ci ildə (əmr №-ll-ok, xx.xx.1997-ci il) İİ kateqoiya mühəndis-texnoloq vəzifəsinə keçirilib və xx.xx.1998-ci ildə (əmr№ 6-ok, xx.xx.1998-ci il) Azərbaycan Respublikası Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. “Göstərilən peşədə işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar- qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bükün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən elektrik çilingərlərinin işi güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatr'nm 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 06 il, 09 ay, 29 gün təşkil edir. Hazırkı arayış işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir. "xxxx" ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş “Qafqazenerjitəmir” və "xxxx" Azərbaycan-Rusiya Birgə müəssisəsi ilə eyni istehsalat profili üzrə ixtisaslaşmışdır. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-ci il tarixli, 01-PH/385 nömrəli arxiv arayışından görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1984-cü ildə (əmr №- 48-ok, xx.xx.1984-cü il) Əli-Bayramlı Generatorların təmiri sexinin elektrosexinə təmir üzrə elektrik çilingəri peşəsinə qəbul edilib, xx.xx.1988-ci ildə (Əmr №112, xx.xx.1988-ci il) Əmək haqqının şərtlərinin tətbiq ilə əlaqədar 4-cü dərəcəli elektrik çilingəri dərəcəsinə keçirilib, xx.xx.1991-ci ildə Əli-Bayramlı Təmir sahəsinin mühəndis vəzifəsinə keçirilib, xx.xx.1994-cü ildə (əmr №-61, xx.xx.1994-cü il). "xxxx" Dövlət Şirkətinin Əmrinə əsasən “Qafqazenerjitəmir” İstehsalat Birliyi “ERA’“ Birgə Müəssisəsi adlandırılmışdır, xx.xx.1997-ci ildə (əmr №-l 1-ok, xx.xx.1997-ci il) İİ kateqoiya mühəndis-texnoloq vəzifəsinə keçirilib və xx.xx.1998-ci ildə (əmr № 6-ok, xx.xx.1998-ci il) Azərbaycan Respublikası Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. xx.xx.2002ci ildən (Əmr№10-kş, xx.xx.2002-ci il) xx.xx.2003-cü ilədək (AÜ/195 №-li Əmr, xx.xx.2002-ci il) "xxxx"ASC-nin "xxxx" MMC-nin Generator və Elektrik mühərriklərinin təmiri sexinin X4 Elektrik Stansiyasına usta və xx.xx.2009-cu ildən (Əmr № 02/17-kş, xx.xx.2009-cu il) xx.xx.2012-ci ilədək (Əmr № 48/6-kş, xx.xx.2012-ci il) "xxxx"ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Elekrtik Stansiyalrda İstilik Avadanlıqlarının təmiri sexində və Sumqayıt Texnologiaları Parkının Ağır Maşınqayırma Departamentində usta vəzifələrində işləmişdir. Göstərilən peşədə işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cii “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı" Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən xx.xx.1984-xx.xx.1991-ci ilədək elektrik çilingərlərinin işi və “b” Mütəxəssislər bəndinin əsasən xx.xx.2002-xx.xx.2003-cü və xx.xx.2009-xx.xx.2012-ci illərdə Avadanlığın yerində təmiri üzrə usta vəzifələrindəki işi güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatımın 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına ilə və həmin Fəslin 2140000b-23398 savlı şifrəsinə əsasən “Qazanxana, turbin (qaz turbini), yanacaq ötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları" kodları ilə eyni olmaqla güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-213468/2023 nömrəli məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajı 36 il, 10 ay, 26 gün (xx.xx.2006-cı il tarixinədək 20 il 26 gün əmək stajı (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1994-cü il, xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 16 il 10 ay sığorta stajı)), güzəştli iş stajı 6 il 11 ay 16 gün (xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər), fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə bugünkü tarixə 68201,64 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəməyə ünvanladı xx.xx.2023-cü il tarixli, **********436300 nömrəli məktubundan görünür ki, xx.xx.1994cü il tarixdə № 680 nömrə ilə dövlət qeydiyyatına alınmış Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin qeydiyyat qovluğunda əvvəlki adının “Qafqazenerjitəmir” X1ması, ad dəyişikliyi və ya hüquqi varislik müəyyən edilməmişdir. Bundan başqa, dövlət reyestrində “Qafqazenerjitəmir” X2 adlı kommersiya qurumu aşkar edilməmişdir. Əlavə olaraq bildiririk ki, vergi ödəyicilərinin dövlət reyestrində xx.xx.1997-ci il tarixdə vergi uçotuna alınan Azərbaycan- Rusiya "xxxx" Birgə Müəssisəsinin hal-hazırda fəaliyyətinin aktiv olması barədə məlumat mövcuddur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-293572/2023 nömrəli məktubundan görünür ki, dövlət reyestrində Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin (VÖEN: **********) xx.xx.1994-cü il tarixdə 680 nömrə ilə dövlət qeydiyyatından keçməsi və hüquqi ünvanının AZ1114, ünvan 2 ev 207 olması barədə məlumat mövcuddur. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün 3 halı əsas götürmüşdür:

1. xx.xx.1994-cü ildən xx.xx.1998-ci il tarixə kimi işlədiyi müəssisənin fəaliyyətinin dayandırılması səbəbindən ümumi iş stajına daxil edilə bilməməsi;

2. güzəştli iş stajının toplanmaması;

3. xx.xx.1984 - xx.xx.1991-ci illər, xx.xx.2009 - xx.xx.2012-ci və xx.xx.2012 – xx.xx.2015-ci illər arasındakı dövrlərin güzəştli iş hesab edilmədiyindən əlavə edilə bilməməsi; Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1962-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, onun ümumi stajının 36 il 10 ay 26 gün (xx.xx.2006-cı il tarixinədək 20 il 26 gün) olduğu qeyd edilmiş, lakin xx.xx.1994-cü ildən xx.xx.1998-ci il tarixə kimi ümumi iş stajı qəbul edilməmiş və güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı şərtin zəruri olub-olmaması aydınlaşdırılmalıdır. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun və “Vətəndaşların pensiya təminatı” haqqında Qanununun müddəalarına istinad edir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İlk növbədə məhkəmə tərəfindən iddiaçıya 57 yaşdan və ya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranıb-yaranmamasını müəyyən etmək məqsədilə şərh olunan normaların tələblərinə əsasən iddiaçının ümumi və güzəştli stajına münasibət bildirilməsi zəruri hesab edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan çox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı toplanmalıdır. 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə 3 şərt vardır ki, bunlar xx.xx.2006-ci il tarixədək 25 il ümumi iş stajının olması, bu müddətin azı 12 il 06 ayının güzəştli iş stajı olması və Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməli olmasıdır. Şərh olunan qanunvericiliyin müddəalarına əsasən şəxsin 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələblərinə əsasən hüququ yaranmadığı təqdirdə kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün müddəalara nəzər yetirilməlidir ki, bunun üçün tələb olunan şərtlər zərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməli, 12 il 6 ay güzəştli iş stajının və 25 il ümumi iş stajı 60 yaşınadək mövcud olmalıdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-213468/2023 nömrəli məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajı 36 il, 10 ay, 26 gün (xx.xx.2006-cı il tarixinədək 20 il 26 gün əmək stajı (xx.xx.1981xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1994-cü il, xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 16 il 10 ay sığorta stajı)), güzəştli iş stajı 6 il 11 ay 16 gün (xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər), fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə bugünkü tarixə 68201,64 manat təşkil edir. Məhkəmə iddiaçının ümumi iş stajına münasibətdə aşağıda qeyd olunanları bildirir: Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun təhsil müddəti və hərbi xidmət illəri əmək kitabçasında olan qeydlər ilə birgə nəzərə alınaraq ümumi iş stajına da daxil edilməlidir. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdən keçmişdir. İddiaçının hərbi xidməti inzibati orqan tərəfindən mübahisələndirilməmiş və sığorta stajına əlavə edilmişdir. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: xx.xx.1981-ci il tarixdən xx.xx.2015-ci il tarixədək müxtəlif peşələrdə çalışmışdır və halhazırda çalışır. Belə ki, iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1994-cü ildən xx.xx.1998-ci il tarixə kimi işlədiyi dövrün iş stajına əlavə edilmədiyi müəyyən edilir. Cavabdeh tərəfindən həmin dövrün qəbul edilməməsi səbəbləri ilə bağlı münasibət bildirilməsə də, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iddiaçının “Qafqazenerjitəmir” İstehsalat Birliyində işlədiyini, müəssisənin 1994-cü ildə fəaliyyətinin dayandırılmış olduğu səbəbindən xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olduğunu bildirmişdir. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydlər şübhə doğurmur. Çünki, məhkəmə cavabdeh inzibati orqanın mübahisəli dövr kimi hesab etdiyi iddiaçının Azərbaycan-Rusiya "xxxx" Birgə müəssisəsində işlədiyi xx.xx.1994-xx.xx.1998-ci il dövrü ilə bağlı tam araşdırma apararaq sorğu cavabları nəticəsində aşağıda qeyd edilən halları müəyyən etmişdir: - İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-ci il tarixli, 01-PH/385 nömrəli arxiv arayışından görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1984-cü ildə (əmr №- 48-ok, xx.xx.1984-cü il) Əli-Bayramlı Generatorların təmiri sexinin elektrosexinə təmir üzrə elektrik çilingəri peşəsinə qəbul edilib, xx.xx.1988-ci ildə (Əmr №112, xx.xx.1988-ci il) Əmək haqqının şərtlərinin tətbiq ilə əlaqədar 4-cü dərəcəli elektrik çilingəri dərəcəsinə keçirilib, xx.xx.1991-ci ildə Əli-Bayramlı Təmir sahəsinin mühəndis vəzifəsinə keçirilib, xx.xx.1994-cü ildə (əmr №-61, xx.xx.1994-cü il). "xxxx" Dövlət Şirkətinin Əmrinə əsasən “Qafqazenerjitəmir” İstehsalat Birliyi “ERA’“ Birgə Müəssisəsi adlandırılmışdır, xx.xx.1997-ci ildə (əmr №-l 1-ok, xx.xx.1997-ci il) İİ kateqoiya mühəndis-texnoloq vəzifəsinə keçirilib və xx.xx.1998-ci ildə (əmr № 6-ok, xx.xx.1998-ci il) Azərbaycan Respublikası Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. xx.xx.2002ci ildən (Əmr№10-kş, xx.xx.2002-ci il) xx.xx.2003-cü ilədək (AÜ/195 №-li Əmr, xx.xx.2002-ci il) "xxxx"ASC-nin "xxxx" MMC-nin Generator və Elektrik mühərriklərinin təmiri sexinin X4 Elektrik Stansiyasına usta və xx.xx.2009-cu ildən (Əmr № 02/17-kş, xx.xx.2009-cu il) xx.xx.2012-ci ilədək (Əmr № 48/6-kş, xx.xx.2012-ci il) "xxxx"ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Elekrtik Stansiyalrda İstilik Avadanlıqlarının təmiri sexində və Sumqayıt Texnologiaları Parkının Ağır Maşınqayırma Departamentində usta vəzifələrində işləmişdir. Göstərilən peşədə işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cii “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı" Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən xx.xx.1984-xx.xx.1991-ci ilədək elektrik çilingərlərinin işi və “b” Mütəxəssislər bəndinin əsasən xx.xx.2002-xx.xx.2003-cü və xx.xx.2009-xx.xx.2012-ci illərdə Avadanlığın yerində təmiri üzrə usta vəzifələrindəki işi güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatımın 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına ilə və həmin Fəslin 2140000b-23398 savlı şifrəsinə əsasən “Qazanxana, turbin (qaz turbini), yanacaq ötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları" kodları ilə eyni olmaqla güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. -İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-213468/2023 nömrəli məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajı 36 il, 10 ay, 26 gün (xx.xx.2006-cı il tarixinədək 20 il 26 gün əmək stajı (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1994-cü il, xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 16 il 10 ay sığorta stajı)), güzəştli iş stajı 6 il 11 ay 16 gün (xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər), fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə bugünkü tarixə 68201,64 manat təşkil edir. -İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəməyə ünvanladı xx.xx.2023-cü il tarixli, **********436300 nömrəli məktubundan görünür ki, xx.xx.1994cü il tarixdə № 680 nömrə ilə dövlət qeydiyyatına alınmış Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin qeydiyyat qovluğunda əvvəlki adının “Qafqazenerjitəmir” X1ması, ad dəyişikliyi və ya hüquqi varislik müəyyən edilməmişdir. Bundan başqa, dövlət reyestrində “Qafqazenerjitəmir” X2 adlı kommersiya qurumu aşkar edilməmişdir. Əlavə olaraq bildiririk ki, vergi ödəyicilərinin dövlət reyestrində xx.xx.1997-ci il tarixdə vergi uçotuna alınan Azərbaycan- Rusiya "xxxx" Birgə Müəssisəsinin hal-hazırda fəaliyyətinin aktiv olması barədə məlumat mövcuddur. -İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-293572/2023 nömrəli məktubundan görünür ki, dövlət reyestrində Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin (VÖEN: **********) xx.xx.1994-cü il tarixdə 680 nömrə ilə dövlət qeydiyyatından keçməsi və hüquqi ünvanının AZ1114, ünvan 2 ev 207 olması barədə məlumat mövcuddur. Yuxarıda şərh olunan qanunvericiliyin müddəalarını hazırki işin faktiki hallarına tətbiq etdikdə, məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının təsdiq olunan iş dövrü onun sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsində işləməsi ilə bağlı dövrdə müəssisənin fəaliyəti ilə bağlı qeydlərin tam olmaması onun iradə ifadəsindən asılı olan hal deyil və onun ziyanına şərh olunmamalıdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlər toplusundan görünür ki, iddiaçı həqiqətən də Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsində işləmiş və qeyd edilən dövrdə müəssisə fəaliyyət göstərmişdir. Göstərilən sənədlərin mötəbərliyi hər hansı şübhə doğurmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının qeyd edilən dövrdə “Qafqazenerjitəmir” İstehsalat Birliyində işlədiyini bildirsə də, iş materiallarına əlavə edilən sənədlərə əsasən “Qafqazenerjitəmir” İstehsalat Birliyi "xxxx" Dövlət Şirkətinin xx.xx.1994-cü il tarixli, 61 nömrəli əmrinə əsasən xx.xx.1994-cü ildən “ERA’“ Birgə Müəssisəsi adlandırıldığı, “ERA’“ Birgə Müəssisəsinin isə həmin dövrlərdə fəaliyyətdə olduğu müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının xx.xx.1994-cü ildən xx.xx.1998-ci il tarixə kimi işlədiyi dövrlə bağlı imtinası əsassız olmuşdur və qeyd edilən dövr iş stajına daxil edilməlidir. Lakin nəzərə alınmalıdır ki, qanunvericilik 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı il tarixə kimi ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan çox olmasını şərtləndirmişdir. İddiaçının xx.xx.2006-cı il tarixə kimi ümumi iş stajını cəmlədikdə 25 il stajın toplanmadığı müəyyən edilir. (xx.xx.2006-cı il tarixinədək mübahisəsiz 20 il 26 gün əmək stajı + 03 il 11 ay 06 gün = 24 il 04 gün) Belə olan halda məhkəmə iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması hissəsinə münasibət bildirir. İlk öncə 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün şərtlərdən biri 25 il ümumi stajla bağlıdır ki, məhkəmə iddiaçının hüququnun yarandığı xx.xx.2022-ci il tarixə ümumi iş stajnın 25 ildən çox olduğunu müəyyən edir. Məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindəndə bu hal qeyd edildiyindən həmin hissədə əlavə araştıma aparılmasına ehtiyac yoxdur. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibət bildirir. Məhkəmə iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı qeyd edir ki, həmin güzəştli iş illəri onun (iddiaçının) işlədiyi peşənin zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” əsasında müəyyən edilməlidir. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2009-cu il tarixləri arasındakı dövrləri mübahisələndirməmiş, həmin dövrləri qəbul edərək 06 il 11 ay 16 gün güzəştli iş stajının olduğunu qeyd etmişdir. Mübahisə xx.xx.1984 - xx.xx.1991-ci, xx.xx.2009 - xx.xx.2012-ci və xx.xx.2012 – xx.xx.2015-ci il tarixləri arasındakı dövrlər ilə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, cavabdeh həmin dövrlərdə işlədiyi vəzifələrinin əmək şəraiti zərərli və ağır işlər kateqoriyasına aid edilməməsinə istinad etmişdir. Halbuki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1984-cü ildə (əmr №- 48-ok, xx.xx.1984-cü il) Əli- Bayramlı Generatorların təmiri sexinin elektrosexinə təmir üzrə elektrik çilingəri peşəsinə qəbul edilib, xx.xx.1988-ci ildə (Əmr №112, xx.xx.1988-ci il) Əmək haqqının şərtlərinin tətbiq ilə əlaqədar 4-cü dərəcəli elektrik çilingəri dərəcəsinə keçirilib, xx.xx.1991-ci ildə Əli-Bayramlı Təmir sahəsinin mühəndis vəzifəsinə keçirilib, xx.xx.1994-cü ildə (əmr №-61, xx.xx.1994-cü il). "xxxx" Dövlət Şirkətinin Əmrinə əsasən “Qafqazenerjitəmir” İstehsalat Birliyi “ERA’“ Birgə Müəssisəsi adlandırılmışdır, xx.xx.1997-ci ildə (əmr №-l 1-ok, xx.xx.1997-ci il) İİ kateqoiya mühəndis-texnoloq vəzifəsinə keçirilib və xx.xx.1998-ci ildə (əmr № 6-ok, xx.xx.1998-ci il) Azərbaycan Respublikası Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. xx.xx.2002-ci ildən (Əmr№10-kş, xx.xx.2002-ci il) xx.xx.2003-cü ilədək (AÜ/195 №-li Əmr, xx.xx.2002-ci il) "xxxx"ASC-nin "xxxx" MMC-nin Generator və Elektrik mühərriklərinin təmiri sexinin X4 Elektrik Stansiyasına usta və xx.xx.2009-cu ildən (Əmr № 02/17-kş, xx.xx.2009-cu il) xx.xx.2012-ci ilədək (Əmr № 48/6-kş, xx.xx.2012-ci il) "xxxx"ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Elekrtik Stansiyalrda İstilik Avadanlıqlarının təmiri sexində və Sumqayıt Texnologiaları Parkının Ağır Maşınqayırma Departamentində usta vəzifələrində işləmişdir. Göstərilən peşədə işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cii “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı" Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən xx.xx.1984-xx.xx.1991-ci ilədək elektrik çilingərlərinin işi və “b” Mütəxəssislər bəndinin əsasən xx.xx.2002-xx.xx.2003-cü və xx.xx.2009-xx.xx.2012-ci illərdə Avadanlığın yerində təmiri üzrə usta vəzifələrindəki işi güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatımın 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına ilə və həmin Fəslin 2140000b-23398 savlı şifrəsinə əsasən “Qazanxana, turbin (qaz turbini), yanacaq ötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları" kodları ilə eyni olmaqla güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Səbrəddin oğlu (FİN xxxxxxx) həqiqətən "xxxx" MMC-nin X6 Turbin təmiri sexinin Bakı təmir sahəsinin Şirvan elektrik avadanlıqların təmiri bölməsində 10-cu dərəcəli usta vəzifəsində xx.xx.2012-ci il tarixindən (əmr 01-kş saylı) xx.xx.2015-ci il tarixinədək (əmr 01-kş/x saylı) işləmişdir. Göstərilən vəzifə Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü fəslində müəyyən edilmiş “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” sahəsinin və “avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama)” vəzifəsinin xüsusiyyətləri ilə eynidir. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 2 (iki) il, 0 (sıfır) ay, 6 (altı) gün təşkil edir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının həm ümumi, həmçinin güzəştli iş stajı ilə bağlı şərti ödənilmiş olur. Qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə araşdırılması zamanı təqdim olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-ci il tarixli, 01-PH/385 nömrəli arxiv arayışından görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1984-cü ildə (əmr №- 48-ok, xx.xx.1984-cü il) Əli- Bayramlı Generatorların təmiri sexinin elektrosexinə təmir üzrə elektrik çilingəri peşəsinə qəbul edilib, xx.xx.1988-ci ildə (Əmr №112, xx.xx.1988-ci il) Əmək haqqının şərtlərinin tətbiq ilə əlaqədar 4-cü dərəcəli elektrik çilingəri dərəcəsinə keçirilib, xx.xx.1991-ci ildə Əli-Bayramlı Təmir sahəsinin mühəndis vəzifəsinə keçirilib, xx.xx.1994-cü ildə (əmr №-61, xx.xx.1994-cü il). "xxxx" Dövlət Şirkətinin Əmrinə əsasən “Qafqazenerjitəmir” İstehsalat Birliyi “ERA’“ Birgə Müəssisəsi adlandırılmışdır, xx.xx.1997-ci ildə (əmr №-l 1-ok, xx.xx.1997-ci il) İİ kateqoiya mühəndis-texnoloq vəzifəsinə keçirilib və xx.xx.1998-ci ildə (əmr № 6-ok, xx.xx.1998-ci il) Azərbaycan Respublikası Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. xx.xx.2002-ci ildən (Əmr№10-kş, xx.xx.2002-ci il) xx.xx.2003-cü ilədək (AÜ/195 №-li Əmr, xx.xx.2002-ci il) "xxxx"ASC-nin "xxxx" MMC-nin Generator və Elektrik mühərriklərinin təmiri sexinin X4 Elektrik Stansiyasına usta və xx.xx.2009-cu ildən (Əmr № 02/17-kş, xx.xx.2009-cu il) xx.xx.2012-ci ilədək (Əmr № 48/6-kş, xx.xx.2012-ci il) "xxxx"ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Elekrtik Stansiyalrda İstilik Avadanlıqlarının təmiri sexində və Sumqayıt Texnologiaları Parkının Ağır Maşınqayırma Departamentində usta vəzifələrində işləmişdir. Göstərilən peşədə işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cii “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı" Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən xx.xx.1984-xx.xx.1991-ci ilədək elektrik çilingərlərinin işi və “b” Mütəxəssislər bəndinin əsasən xx.xx.2002-xx.xx.2003-cü və xx.xx.2009-xx.xx.2012-ci illərdə Avadanlığın yerində təmiri üzrə usta vəzifələrindəki işi güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatımın 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına ilə və həmin Fəslin 2140000b-23398 savlı şifrəsinə əsasən “Qazanxana, turbin (qaz turbini), yanacaq ötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları" kodları ilə eyni olmaqla güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Eləcə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 39 nömrəli arayışına əsasən iddiaçının Sumqayıt Texnologiyalar Parkı” MMC-nin X6 Turbin təmiri sexinin Bakı təmir sahəsinin Şirvan elektrik avadanlıqların təmiri bölməsində 10-cu dərəcəli usta vəzifəsində işlədiyi vəzifənin Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü fəslində müəyyən edilmiş “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” sahəsinin və “avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama)” vəzifəsinin xüsusiyyətləri ilə eynilik təşkil etdiyi müəyyən edilir. Məhkəmənin qənaətinə görə iddiaçının işlədiyi xx.xx.1984 - xx.xx.1991-ci, xx.xx.2009 xx.xx.2012-ci və xx.xx.2012 – xx.xx.2015-ci il tarixləri arasındakı dövrləri güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Həmin müddət üzrə müvafiq illəri cəmlədikdə məlum olur ki, iddiaçının güzəştli iş stajı 12 il 06 aydan çox təşkil edir. (mübahisələndirilməyən xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2009-cu il tarixləri arasındakı dövr - 06 il 11 ay 16 gün və mübahisəli hesab edilən xx.xx.1984 - xx.xx.1991-ci, xx.xx.2009 - xx.xx.2012-ci və xx.xx.2012 – xx.xx.2015-ci il tarixləri arasındakı dövr 12 il 02 ay 04 gün = 19 il 01 ay 20 gün) Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, cavabdeh tərəfindən mübahisələndirilən dövrlərdə məcburi sosial sığorta haqlarının ödənilib-ödənilməməsi hissəsində araşdırmanın aparılmasına zərurət yaranmamışdır. Belə ki, iddiaçının güzəştli iş stajı kimi yalnız xx.xx.2006-cı il tarixədək işlədiyi müddət nəzərə alınsa, onun ümumi iş stajının 25 ildən çox olması və güzəştli iş stajının 12 il 06 aydan çox olması təsdiq olunur. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı işin hallarından eləcə də cavabdehin təqdim etdiyi etiraz məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Beləliklə, iddiaçıya xx.xx.2022-ci il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı tarixdən, yəni 60 yaşdan təyin edilməli olduğundan adıçəkilən Qanununun 32.1-1-ci maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil, məhz onun pensiya hüququ yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı 24 sentyabr 2022-cil il tarixindən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar