Məhkəmə qərarları › İş №2-1(120)-1264/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1264/2025

24.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1264/2025 24.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2024-cü il tarixli, **********631400 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2024-cü il tarixli, **********631400 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh cəmiyyətdə kameral vergi yoxlaması keçirərkən heç bir qanuni əsas olmadan mövcud olan mal qalığına əsasən vergi hesablamış və 05 mart 2024-cü il tarixli **********631400 nömrəli qərarı ilə cəmiyyətə 193529,6 (bir yüz doxsan üç min beş yüz iyirmi doqquz manat altmış qəpik) manat məlbəğində əlavə vergi hesablamışdır. Belə ki, vergi orqanı idxal etdiyi malların dəyərini gömrük orqanı tərəfindən götürülmüş statistik dəyər əsasında hesablamışdır. Halbuki təqdim etdiyi müvafiq sənədlər və icra etdiyi müvafiq ödənişlər cavabdehin hesablamalarından tamamilə fərqlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 22 may 2024-cü il tarixli inzibati şikayətin təmin edilməməsi haqqında **********456800 nömrəli qərarla onların cavabdehin 05 mart 2024-cü il tarixli **********631400 nömrəli qərarından verdiyi şikayəti təmin edilməmişdir. Qüvvədə olan vergi məcəlləsinin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Cəmiyyət idxal etdiyi malların dəyərini satınalma qiymətlərinə, onların daşınması xərclərinə və sairə ösənişlərə əsasən hesablayaraq formalaşdırsa da cavabdeh bu faktı qəbul etməyərək mallar üçün gömrük orqanı tərəfindən müəyyən edilmiş statistik dəyərə əsaslanaraq mallar üçün qiymət müəyyən edərək buna müvafiq olaraq vergi hesablamışdır. Bununla da cavabdeh qanunların tələblərini və cəmiyyətin hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdehin İddiaçınə 193529,6 (bir yüz doxsan üç min beş yüz iyirmi doqquz manat altmış qəpik) manat məlbəğində əlavə vergi hesablaması haqqında 05 mart 2024-cü il tarixli **********631400 nömrəli qərarı tamamilə qeyri-qanuni və əsassız olmaqla həm qanunvericiliyin tələblərini və həm də onların hüquqlarını kobud şəkildə pozduğu üçün ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasəni nzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Qeyd olunanları nəzərə alaraq xx.xx.2024-cü il tarixli, **********631400 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi iddiaya qarşı etirazını bildirmişdir. Etirazda qeyd olunmuşdur ki, Uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı vs əsas fəaliyyət növünün “parçaların topdan satışı” olduğu, ünvan 1 ünvanında yerləşən **********-12001 obyekt kodlu, ümumi sahəsi 126 m2 olan “İstehsalat obyekti (qeyri-ərzaq)” adlı təsərrüfat subyektinin xx.xx.2023-cü il tarixdə, ünvan 2 ünvanında yerləşən **********-41002 obyekt kodlu, ümumi sahəsi 150 m2 olan “Anbar” adlı təsərrüfat subyektinin xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ev dəmir yolu stansiyasının cənubu, Lökbatan-Xocəsən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən **********-11001 obyekt kodlu, ümumi sahəsi 50 m2 olan “Topdan satış anbarı” adlı təsərrüfat subyektinin xx.xx.2023-cü il tarixdə və ünvan 3 ünvanında yerləşən **********-12002 obyekt kodlu, ümumi sahəsi 200 m2 olan “İstehsal obyekti-2” adlı təsərrüfat subyektinin xx.xx.2024-cü il tarixdə vergi orqanında uçota alındığı, xx.xx.2023-cü il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyatına alındığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı Cəmiyyətin təsərrüfat subyektində (obyektində) xx.xx.2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı alış qiyməti ilə 181917,46 manat (ƏDV-siz) dəyərində mal qalığı müəyyən olunduğunu, qeydiyyata alındığı xx.xx.2023-cü il tarixdən operativ vergi nəzarətinin keçirildiyi xx.xx.2024-cü il tarixədək invoys dəyəri ilə 5267505,3 manat, statistik dəyəri ilə 7413724,88 manat dəyərində mal idxal edildiyini, statistik dəyərin invoys dəyərdə nisbətinin 1,4-ə bərabər (7413724,88/5267505,3) olduğunu, nəticədə xx.xx.2024-cü il tarixə statistik dəyərlə 256038,85 manat (181917,46*1,4) mal qalığının olduğunu, təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən xx.xx.2023-xx.xx.2024-cü il dövr aralığında ƏDV dövriyyəsinin 6182521,41 manat, xx.xx.2024-xx.xx.2024-cü il dövr aralığında elektron qaimə faktura ilə satışı 100000,1 manat (ƏDV-siz) olduğunu nəzərə alaraq cəmiyyət tərəfindən 1075164,72 manat (7413724,88-256038,85-(6182521,41-100000,1)) dəyərində təqdim edilmiş mallara görə hesabatın bəyan edilməməsi kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 26.02 2024-cü il tarixli **********937500 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya cari (dəqiqləşdirilmiş) bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin yanvar ayı üçün ƏDV bəyannaməsi üzrə 193529,6 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********631400 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 63.1-ci maddəsinə əsasən şikayət üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə inzibati şikayətin icra müddəti artırılmış və bu barədə maraqlı şəxsə xx.xx.2024-cü il tarixli **********401500 nömrəli məktubla məlumat verilmişdir. Şikayətin araşdırılması məqsədi ilə Cəmiyyətin araşdırmada şəxsən (şikayət verən fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri) və ya səlahiyyətli nümayəndəsi (qanuni nümayəndəsi) və ya vəkili vasitəsilə iştirak etməsi barədə “Araşdırmada iştirak etmək barədə” xx.xx.2024-cü il tarixli **********110000 nömrəli məktub göndərilərək Cəmiyyətin rəhbərinin (və ya səlahiyyətli nümayəndəsi) xx.xx.2024-cü il tarixdə saat 15:00-da Dövlət Vergi Xidmətinə dəvət edilmiş, Cəmiyyətin səlahiyyətli nümayəndəsi X1 qeyd olunan tarixdə inzibati binada olmuş və araşdırmaya uyğun sualları cavablandırmışdır. E.Hüseynov izahatında İddiaçı MMC tərəfindən ehtiyatların uçotunun Vergi Məcəlləsinin 139.2-ci maddəyə uyğun aparıldığını, statistik dəyərə əsaslanaraq maya dəyərinin hesablanması qanunvericilikdə nəzərdə tutulmadığını, Cəmiyyətin tekstil mallarının istehsalı və topdan satışı ilə məşğul olduğunu, əlcəklər, tikintidə istifadə edilən kisələr, yataq dəstləri, yorğan və balış üzü, geyim malları və s. tekstil mallarının istehsal edildiyini, malın çeşidindən asılı olaraq ortalama 8-25 faiz ticarət əlavəsi tətbiq edildiyini, istehsal zamanı malın maya dəyərinin əmələ gəlməsində iştirak edən xərclərin kalkulyasiyası barədə məlumatların hazır olmadığı üçün araşdırmaya təqdim edə bilməyəcəyini, idxal olunmuş mallar əsasən hazır məhsul şəklində satıldığını, lakin xammal şəklində satılmasının istisna edilmədiyini, gömrük orqanları tərəfindən aparılmış qiymətləndirmə nəticəsində malın invoys dəyəri ilə statistik dəyəri arasında kəskin fərqlərin yarandığını nəzərə alaraq malın faktiki olaraq maya dəyəri statistik dəyərindən aşağı olduğu üçün Cəmiyyət tərəfindən malların statistik dəyərindən aşağı qiymətə satıldığını, xx.xx.2024cü il tarixdə aparılmış operativ vergi nəzarəti tədbiri zamanı Cəmiyyətin həqiqətən də 181917,46 manat (ƏDV-siz) invoys dəyərində mal qalığının olduğunu qeyd edərək hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlililər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin inzibati şikayəti təmin edilməməlidir. Belə ki, uçot baza məlumatlarının araşdırılması zamanı Cəmiyyət tərəfindən qeydiyyata alındığı xx.xx.2023-cü il tarixdən operativ vergi nəzarəti tədbirinin aparıldığı xx.xx.2024-cü il tarixədək elektron qaimə fakturalar əsasında 8610,55 manat (ƏDV daxil) dəyərində xidmətlərin, 534,0 manat (ƏDV daxil) dəyərində malların və 4484,0 manat (ƏDV daxil) əsas vəsaitin (üç təkərli motosiklet) əldə edildiyi, 7144148,63 manat (ƏDV daxil) dəyərində malların təqdim edildiyi, elektron alış aktları əsasında malların əldə edilmədiyi, 6601975,81 manat (ƏDV, vergi və rüsumlar daxıl) invoys dəyərində və 8783325,25 manat (ƏDV, vergi və rüsumlar daxil) gömrük dəyərində malların idxal edildiyi, ünvan 4 ünvanında yerləşən **********-12001 obyekt kodlu, ümumi sahəsi 126 m2 olan istehsalat obyekti (qeyri- ərzaq)” adlı təsərrüfat subyektinin xx.xx.2023-cü il tarixdə, ünvan 2 ünvanında yerləşən **********-41002 obyekt kodlu, ümumi sahəsi 150 m2 olan “Anbar” adlı təsərrüfat subyektinin xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ev dəmir yolu stansiyasının cənubu, Lökbatan-Xocəsən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən **********-11001 obyekt kodlu, ümumi sahəsi 50 m2 olan “Topdan satış anbarı” adlı təsərrüfat subyektinin xx.xx.2023-cü il tarixdə və ünvan 3 ünvanında yerləşən **********-12002 obyekt kodlu, ümumi sahəsi 200 m2 olan İstehsal obyekti-2” adlı təsərrüfat subyektinin xx.xx.2024-cü il tarixdə vergi orqanında uçota alındığı müəyyən edilmişdir. Araşdırma zamanı fərdi sahibkar tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək idxal olunmuş mallara görə idxalda ödənilmiş 1949990,9 manat ƏDV məbləğin hamısının ƏDV bəyannamələri təqdim edilərək əvəzləşdirildiyi müəyyən edilmişdir. Vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə Cəmiyyətin təsərrüfat subyektlərində aparılmış operativ vergi nəzarəti tədbirləri zamanı ödəyicinin 181917,46 manat (ƏDV-siz) dəyərində mal qalığının olduğu müəyyən edilmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı xx.xx.2023-cü il tarixdən operativ vergi nəzarəti tədbirinin aparıldığı xx.xx.2024-cü il tarixədək Cəmiyyət tərəfindən invoys dəyəri ilə 5267505,3 manat, statistik dəyəri ilə 7413724,88 manat dəyərində mal idxal edilmiş statistik dəyərin invoys dəyərdə nisbəti 1,4-ə bərabər (7413724,88/5267505,3) olmuşdur ki, bu da xx.xx.2024-cü il tarixə statistik dəyərlə 256038,85 manat (181917,46*1,4) mal qalığının olması deməkdir. Hüquqi şəxs tərəfindən xx.xx.2023-31 01 2024-cü il dövr aralığında təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən dövriyyəsinin 6182521,41 manat, xx.xx.2024-xx.xx.2024-cü il dövr aralığında elektron qaimə faktura ilə satışı 100000,1 manat (ƏDV-siz) olduğunu nəzərə alaraq cəmiyyət tərəfindən 1075164,72 manat (7413724,88- 256038,85-(6182521,41-100000,1)) dəyərində təqdim edilmiş malların hesabatda bəyan edilməməsi müəyyən edilmiş və vergi ödəyicisinə 193529,65 manat əlavə vergi məbləği hesablanmışdır. Fərdi sahibkar tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün ƏDV bəyannamələri üzrə 1949990,91 manat idxalda ödənilmiş ƏDV məbləğinə qarşı 1899351,52 manat (vergi orqanı tərəfindən yanvar ayı üçün ƏDV bəyannaməsində qeyd olunmuş dövriyyə məbləği nəzərə alınaraq) daxil olmuş ƏDV məbləği qeyd edilərək 51908,85 (1949990,911899351,32) büdcədən geri qaytarma məbləği bəyan edilmişdir. Müraciətdə qaldırılmış məsələnin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə iş uçun əhəmiyyət kəsb edən məlumat və sənədləri: alınmış və təqdim edilmiş malların (işlərin, xidmətlərin) tərkibi, malların müvafiq təsərrüfat obyektində saxlanılması barədə məlumatları, icarə, alqı-satqı müqavilələrini, kassa mədaxil-məxaric sənədlərini, bank hesablarından çıxarışı (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), bank ödəniş tapşırıqları (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), müqavilələr, malların hərəkəti barədə məlumatları (aylar üzrə alınma, təqdim edilmə və qalıqda qalan mallar barədə tarixlər göstərilməklə), idxal edilmiş mallar üzrə ayrı- ayrılıqda mal çeşidləri üzrə ticarət əlavələri göstərilməklə), idxal edilmiş mallarla bağlı bağlanmış müqavilələr, ödəniş sənədləri, idxal edilmiş malların daşınması ilə bağlı daşıyıcı xarici şirkətlərlə bağlanmış müqavilələri, ödəniş sənədlərini, malların mədaxili və satışı üzrə tərtib edilmiş və rəsmiləşdirilmiş sənədlərin (elektron qaimə-faktura, malların alış aktı, yük avtonəqliyyatı üçün yol vərəqi, malların alınması üçün vəkalətnamə, malların təhvil-qəbul aktı, malların tesərrüfatdaxili yerdəyişməsi qaiməfakturası, debitor-kreditor borcları barədə təsdiqedici sənədləri, təhvil-təslim aktları, xərc sənədləri və nağd ödənişlər zamanı tərtib edilmiş digər sənədlər və s) və zəruri hesab edilən sənədlərin xx.xx.2024-cü il tarixədək araşdırmaya təqdim edilməsi bildirilsə də Cəmiyyət tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Vergi Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Beləliklə, vergi orqanı tərəfindən Cəmiyyətin təsərrüfat subyektlərində xx.xx.2024-cü il tarixdə aparılmış operativ vergi nəzarəti tədbirləri zamanı ödəyicinin 181917,46 manat (ƏDV-siz) dəyərində mal qalığının olduğu müəyyən edildiyini, Cəmiyyətin qeydiyyata alındığı xx.xx.2023-cü il tarixdən operativ vergi nəzarəti tədbirinin aparıldığı xx.xx.2024-cü il tarixədək Cəmiyyət tərəfindən invoys dəyəri ilə 5267505,3 manat, statistik dəyəri ilə 7413724,88 manat dəyərində mal idxal edildiyini, statistik dəyərin invoys dəyərdə nisbətin 1,4-ə bərabər olduğunu, bu da yerində baxış zamanı müəyyən edilən mal qalığının statistik dəyərlə 256038,85 manat (181917,46*1,4) olduğunu, hüquqi şəxs tərəfindən xx.xx.2023-xx.xx.2024-cü il dövr aralığında təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən dövriyyəsinin 6182521,41 manat, xx.xx.2024xx.xx.2024-cü il dövr aralığında elektron qaimə faktura ilə satışı 100000,1 manat (ƏDV-siz) olduğunu nəzərə alaraq cəmiyyət tərəfindən 1075164,72 manat (7413724,88-256038,85- (6182521,41-100000,1)) dəyərində təqdim edilmiş malların hesabatda bəyan edilmədiyini, araşdırma zamanı fərdi sahibkar tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək idxal olunmuş mallara görə idxalda ödənilmiş 1949990,9 manat ƏDV məbləğin hamısının ƏDV bəyannamələri təqdim edilərək əvəzləşdirildiyini, fərdi sahibkar tərəfindən idxaida ödənilmiş 1949990,91 manat ƏDV məbləğinə qarşı 1899351,52 manat (vergi orqanı tərəfindən yanvar ayı üçün ƏDV bəyannaməsində qeyd olunmuş dövriyyə məbləği nəzərə alınaraq) daxil olmuş ƏDV məbləği qeyd edilərək 51908,85 (1949990,91-1899351,32) büdcədən geri qaytarma məbləğinin bəyan edildiyini, Vergi Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarət olduğunu, Cəmiyyət tərəfindən araşdırmaya heç bir təsdiqedici sənədlərin təqdim edilmədiyini nəzərə alaraq vergi ödəyicisinin şikayəti təmin edilməmiş, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********631400 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Vergi Məcəlləsinin: 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmağa, həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. 37.3-cü maddəsinə əsasən vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə. 162.1-cı maddəsinə əsasən vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. İddiaçı MMC-nin cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı təqdim etdiyi iddia ərizəsi üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar edilmişdir. İddiaçının və cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, şifahi məhkəmə baxışını onun və iddiaçının iştirakı olmadan baxılmasını, iddianı müdafiə etdiyini və tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İnzibati orqanın mübahisələndirilən qərarı xx.xx.2024-cü il tarixli, **********631400 nömrəli olsa da, iş materiallarına əlavə edilən sənədlərə əsasən iddiaçı tərəfin qeyd edilən qərarla razı olmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2024-cü il tarixə inzibati şikayət etdiyi, sonuncunun 22 may 2024-cü il tarixli inzibati şikayətin təmin edilməməsi haqqında **********456800 nömrəli qərarı ilə onların cavabdehin 05 mart 2024-cü il tarixli **********631400 nömrəli qərarından verdiyi şikayəti təmin edilmədiyi və iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət olunduğu müəyyən edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, vergi orqanı tərəfindən iddiaçıya Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli, **********631400 nömrəli qərarla 193.529,60 əlavə hesablanmış vergi və ya sığorta haqqı hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********456800 nömrəli inzibati şikayətin təmin edilməməsi haqqında qərarının surətindən görünür ki,... Kameral vergi yoxlaması zamanı Cəmiyyətin təsərrüfat subyektində (obyektində) xx.xx.2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı alış qiyməti ilə 181917,46 manat (ƏDV-siz) dəyərində mal qalığı müəyyən olunduğunu, qeydiyyata alındığı xx.xx.2023-cü il tarixdən operativ vergi nəzarətinin keçirildiyi xx.xx.2024-cü il tarixədək İnvoys dəyəri ilə 5267505,3 manat, statistik dəyəri ilə 7413724,88 manat dəyərində mal idxal edildiyini, statistik dəyərin invoys dəyərdə nisbətinin 1.4-ə bərabər (7413724 88/5267505 31 olduğunu, nəticədə xx.xx.2024-cü il tarixə statistik dəyərlə 256038,85 manat (181917,46*1,4) mal qalığının olduğunu, təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən xx.xx.2023-xx.xx.2024-cü il dövr aralığında ƏDV dövriyyəsinin 6182521,41 manat, xx.xx.2024-xx.xx.2024-cü il dövr aralığında elektron qaimə faktura ilə satışı 100000,1 manat (ƏDV-siz) olduğunu nəzərə alaraq cəmiyyət tərəfindən 1075164,72 manat (7413724.88- 256038,85-(6182521,41-100000,1)) dəyərində təqdim edilmiş mallara görə hesabatın bəyan edilməməsi kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Beləliklə, vergi orqanı tərəfindən Cəmiyyətin təsərrüfat subyektlərində xx.xx.2024-cü il tarixdə aparılmış operativ vergi nəzarəti tədbirləri zamanı ödəyicinin 181917,46 manat (ƏDV- siz) dəyərində mal qalığının olduğu müəyyən edildiyini, Cəmiyyətin qeydiyyata alındığı xx.xx.2023-cü il tarixdən operativ vergi nəzarəti tədbirinin aparıldığı xx.xx.2024-cü il tarixədək Cəmiyyət tərəfindən invoys dəyəri ilə 5267505,3 manat, statistik dəyəri ilə 7413724,88 manat dəyərində mal idxal edildiyini, statistik dəyərin invoys dəyərdə nisbətin 1,4-ə bərabər olduğunu, bu da yerində baxış zamanı müəyyən edilən mal qalığının statistik dəyərlə 256038,85 manat (181917,46*1,4) olduğunu, hüquqi şəxs tərəfindən xx.xx.2023-xx.xx.2024-cü il dövr aralığında təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən dövriyyəsinin 6182521,41 manat, xx.xx.2024xx.xx.2024-cü il dövr aralığında elektron qaimə faktura ilə satışı 100000,1 manat (ƏDV-siz) olduğunu nəzərə alaraq cəmiyyət tərəfindən 1075164,72 manat (7413724,88-256038,85- (6182521,41-100000,1)) dəyərində təqdim edilmiş malların hesabatda bəyan edilmədiyini, araşdırma zamanı fərdi sahibkar tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək idxal olunmuş mallara görə idxalda ödənilmiş 1949990,9 manat ƏDV məbləğin hamısının ƏDV bəyannamələri təqdim edilərək əvəzləşdirildiyini. fərdi sahibkar tərəfindən idxalda ödənilmiş 1949990,91 manat ƏDV məbləğinə qarşı 1899351,52 manat (vergi orqanı tərəfindən yanvar ayı üçün ƏDV bəyannaməsində qeyd olunmuş dövriyyə məbləği nəzərə alınaraq) daxil olmuş ƏDV məbləği qeyd edilərək 51908,85 (1949990,91-1899351,32) büdcədən geri qaytarma məbləğinin bəyan edildiyini, Vergi Məcəlləsinin 162.1 -ci maddəsinə əsasən vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarət olduğunu, Cəmiyyət tərəfindən araşdırmaya heç bir təsdiqedici sənədlərin təqdim edilmədiyini nəzərə alaraq vergi ödəyicisinin şikayəti təmin olunmamalı, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********631400 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı və vergi ödəyicinin fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilməlidir. İddiaçı kameral vergi yoxlaması ilə əavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2024-cü il tarixli inzibati şikayəti təmin edilməməsi, 2. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saytı Ərazi Vergilər Baş İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********631400 nömrəli qərar dəyişdirilmədən qüvvədə saxanılması, 3. İddiaçı Məhdud Vəsuliyyətli Cəmiyyətinin fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilməsi qərara almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 95. Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Maddə 96.1. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Maddə 97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Maddə 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Maddə 130.3. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Maddə 130.4. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. Maddə 131. Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Maddə 132.1. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Maddə 132.2. Vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Maddə 139.1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. Maddə 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Maddə 139.3. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi mənəvi cəhətdən köhnəlmiş və ya dəbdən düşmüş qüsurlu malın, yaxud digər səbəblər üzündən istehsalına çəkilmiş xərclərdən (satınalma qiymətindən) yüksək qiymətə satıla bilməyən malın (məhsulun) dəyərini onların satıla biləcəyi qiyməti əsas götürməklə qiymətləndirə bilər. Maddə 139.4. Vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir. Maddə 143. Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İddiaçı məhkəmə müraciət etdiyi zaman inzibati orqan tərəfindən Cəmiyyət idxal etdiyi malların dəyərini satınalma qiymətlərinə, onların daşınması xərclərinə və sairə ösənişlərə əsasən hesablayaraq formalaşdırsa da bu faktı qəbul etməyərək mallar üçün gömrük orqanı tərəfindən müəyyən edilmiş statistik dəyərə əsaslanaraq mallar üçün qiymət müəyyən edərək buna müvafiq olaraq vergi hesabladığını əsas gətirərək qanunların tələblərini və cəmiyyətin hüquqlarını kobud şəkildə pozduğunu bildirmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********631400 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək tələbini əsassız sayılmasını xahiş etmiş və əsaslandıraaq qeyd etmişdir ki, Cəmiyyətin təsərrüfat subyektlərində xx.xx.2024-cü il tarixdə aparılmış operativ vergi nəzarəti tədbirləri zamanı ödəyicinin 181917,46 manat (ƏDV-siz) dəyərində mal qalığının olduğu müəyyən edildiyini, Cəmiyyətin qeydiyyata alındığı xx.xx.2023cü il tarixdən operativ vergi nəzarəti tədbirinin aparıldığı xx.xx.2024-cü il tarixədək Cəmiyyət tərəfindən invoys dəyəri ilə 5267505,3 manat, statistik dəyəri ilə 7413724,88 manat dəyərində mal idxal edildiyini, statistik dəyərin invoys dəyərdə nisbətin 1,4-ə bərabər olduğunu, bu da yerində baxış zamanı müəyyən edilən mal qalığının statistik dəyərlə 256038,85 manat (181917,46*1,4) olduğunu, hüquqi şəxs tərəfindən xx.xx.2023-xx.xx.2024-cü il dövr aralığında təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən dövriyyəsinin 6182521,41 manat, xx.xx.2024xx.xx.2024-cü il dövr aralığında elektron qaimə faktura ilə satışı 100000,1 manat (ƏDV-siz) olduğunu nəzərə alaraq cəmiyyət tərəfindən 1075164,72 manat (7413724,88-256038,85- (6182521,41-100000,1)) dəyərində təqdim edilmiş malların hesabatda bəyan edilmədiyini, araşdırma zamanı fərdi sahibkar tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək idxal olunmuş mallara görə idxalda ödənilmiş 1949990,9 manat ƏDV məbləğin hamısının ƏDV bəyannamələri təqdim edilərək əvəzləşdirildiyini, fərdi sahibkar tərəfindən idxaida ödənilmiş 1949990,91 manat ƏDV məbləğinə qarşı 1899351,52 manat (vergi orqanı tərəfindən yanvar ayı üçün ƏDV bəyannaməsində qeyd olunmuş dövriyyə məbləği nəzərə alınaraq) daxil olmuş ƏDV məbləği qeyd edilərək 51908,85 (1949990,91-1899351,32) büdcədən geri qaytarma məbləğinin bəyan edildiyini, Vergi Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarət olduğunu, Cəmiyyət tərəfindən araşdırmaya heç bir təsdiqedici sənədlərin təqdim edilmədiyini nəzərə alaraq vergi ödəyicisinin şikayəti təmin edilməmiş, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********631400 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. cavabdeh Vergi Məcəlləsinin 139.2-ci və 143-cü maddələrinə uyğun olaraq idxal olunmuş malların faktiki (invoys) dəyərinə deyil, gömrük orqanları tərəfindən müəyyən olunan statistik dəyəri əsas götürməklə iddiaçıya gəlir vergisi hesablamışdır. Halbuki, oxşar mübahisələr üzrə cavabdehin qərarlarından verilmiş inzibati şikayətlərə dair yuxarı vergi orqanının formalaşdırdığı inzibati praktikaya əsasən, cavabdehin tabe olduğu yuxarı orqan bu cür hesablamalara dair qərarları ləğv etmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən həmin inzibati praktika nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun 12.2ci maddəsinin tələblərinə əməl olunmamış və həmin tələblərə zidd olaraq qərar qəbul olunmuşdur. Bundan əlavə, cavabdeh tərəfindən oxşar mübahisələrə dair işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi də nəzərə alınmamışdır. Həmin hüquqi mövqeyə görə, statistik dəyər əsasında cavabdeh tərəfindən vergilərin hesablanması qanunsuz sayılmalıdır (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-177/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 2-1(102)-180/2024 nömrəli qərarları). Konkret mübahisəyə münasibətdə qeyd edilməlidir ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi invoys dəyəri ilə 5267505,3 manat məbləğində mal almış olduğu müəyyən edilir. İnvoys dəyəri 5267505,3 manat olan malların idxalı zamanı gömrük orqanının müəyyən etdiyi 7413724,88 manat statistik dəyər cavabdeh tərəfindən iddiaçının satışı kimi qiymətləndirilmiş və bununla da iddiaçıya əsassız olaraq 193529,6 manat əlavə vergi hesablanmışdır. Halbuki iddiaçının 7413724,88 manat məbləğində satışına dair iş üzrə materiallarda hər hansı sübut yoxdur. Əksinə, iddiaçı da gəlir vergisi bəyannaməsində məhz həmin məbləği, ƏDV hissəsi çıxılmaqla, özünün gəliri kimi qeyd etmişdir. Vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar. Məhkəmə qeyd edir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, malların uçotu iddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq faktiki alış (invoys) dəyəri əsasında aparıldığı halda, cavabdeh vergi orqanı qanunvericiliyin tələblərini pozaraq malların statistik dəyərini əsas götürərək əlavə vergi məbləği hesablamaqla qanunvericiliyin tələblərini və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdehin mövqeyi ehtimallara əsaslanmış, yuxarıda qeyd edilən hərəkətləri qanunsuz olmuşdur ki, işin faktiki halları qərarın əsassız qəbul edilməsini birbaşa təsdiq edir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********631400 nömrəli qərarı ləğv edilmədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********631400 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar