Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1266/2025 12.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikasının Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinə əsasən, 12 iyul 2023-cü il tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İddiaçı Azərbaycan Respublikasının Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinə əsasən, 12 iyul 2023-cü il tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən 29 iyun 2022-ci il tarixindən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi məsələsində mübahisə yaranmışdır. 12 iyul 2023-cü il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajının olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 29 iyun 2022-ci tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 21 may 2024cü il tarixli, 3-17-1/2-Y-119283/2024 nömrəli məktubu ilə bildirmişdir ki, güzəştli is stajı yoxdur. Ona güzəstli şərtlərlə yasa sörə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasımn təyin olunması üçün müraciət edə bilərlər. Cavabdehin imtina məktubunu 25 may 2024-cü il tarixində poçtamt vasitəsilə almş və konvertin üzərində poçt şöbəsinin möhürü ilə təsdiq edilir. xx xxxx 1963-cü ildə Salyan rayonunun Kərimbəyli kəndində doğulmuş və hazırda da həmin kənddə yaşayır. Orta təhsilini başa vurduqdan sonra 28 oktyabr 1981-13 dekabr 1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, 06 fevral 1984-cü ildə Qafqazenerjitəmir İxtisaslaşdırılmış İstehsalat müəssisəsində Əli-bayramlı Təmir Sahəsində turbin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş, 27 iyul 1984-cü il tarixində turbin və tozhazırlama avadanlıqlarının təmiri üzrə 2-ci dərəcəli çilingər ixtisas dərəcəsi verilmişdir. 15 oktyabr 1984-cü il də Əli-Bayramlı sahəsinə Qazan Sexinə turbin və tozhazırlama avadanlıqlarının təmiri üzrə 2-ci dərəcəli çilingər peşəsinə keçirilmiş, 01 avqust 1985-ci ildə Əli-Bayramlı Təmir Sahəsinə həmin vəzifəyə keçirilmiş, 20 fevral 1986-cı ildə 3-cü ixtisas dərəcəsi verilmişdir. 04 yanvar 1987-ci ildə 4-cü ixtisas dərəcəsi verilmişdir. 01 sentyabr 1988-ci ildə həmin ixtisas dərəcəm saxlanılmışdır. 01 yanvar 1991-ci ildə həmin peşədə 5-ci ixtisas dərəcəsi verilmişdir. 01 iyin 1994-cü ildən Qafqazeneıjitəmir İxtisaslaşdırılmış İstehsalat müəssisəsi ERA Azərbaycan-X18 adlanmışdır. 05 avqust 1994-cü il tarixində Kotlo-ERA filialının işçi tərkibində həmin peşədə təsdiq edilmişdir. 01 noyabr 1994-cü il tarixində köçürmə yolu ilə Xüsusienerjitəmirquraşdırma ASCnə Əli-Bayramlı Sahəsinə 5-ci dərəcəli çilingər keçirilmiş, 01 iyul 1995-ci il tarixində işdən çıxmış, 14 avqust 1995-ci il tarixində X1 Birliyinin Əlibayramlı Təmir Sahəsinə qazanxana və tozhazırlama sexlərinin avadanlığının təmiri üzrə çilingər peşəsinə işəqəbul edilmiş və 21 noyabr 1996-cı ildə işdən çıxmış, 02 dekabr 1996-cı ildə ERA Azərbaycan-X11 X4 Sexi avadanlıqlarının təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmiş və 11 avqust 1999-cu ildə işdən çıxmışdır. 07 fevral 2011-ci ildə AZENCO ASC-də X17 boruçu çilingər vəzifəsinə işə qəbul edilmiş, 08 yanvar 2016-cı ildə həmin idarənin Quraşdırma Sahəsinə boru çilingəri keçirilmiş və hazırda da orada əmək fəaliyyətini davam etdirir. Onun 60 yaşının tamam olduğu 12 iyul 2023-cü il tarixinə kimi 25 ildən çox ümumi və həmin stajın 12 il 6 aydan çox hissəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensyası hüququ verməsi dayanır. "xxxx" ASC (hazırda işçisi olduğu müəssisə) tərəfindən verilmiş güzəştli iş stajı ilə bağlı arayışın verilməsi üçün "xxxx" Azərbaycan-X16 aid heç bir sənəd olmadığını bildirmişdir. Halbuki, həmin güzəştli arayışda həmin arayışın verilməsi üçün əsasın Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunun olması bildirilir. Həmin məktuba bildirilir ki, fəaliyyət göstərməyən müəssisələrdə işçilərin topladığı güzəştli əmək stajının təsdiq edilməsi eyni istehsalat profili üzrə ixtisaslaşmış müəssisələr tərəfindən verilmiş arayışlarla öz təsdiqini tapa bilər. "xxxx" Azərbaycan-X12 vaxtilə işləmiş işçilərin güzəştli əmək stajının təsdiq edilməsi üçün daha əvvəlki tarixlərdə "xxxx" ASC tərəfindən verilmiş belə arayışlar əsasında digər şəxslərə mübahisəsiz qaydada cavabdeh tərəfindən güzəştli pensiya təyinatı aparılmışdır və məhkəmə prosesində belə şəxslərin siyahısı tərəfindən məhkəməyə təqdim ediləcəkdir. Həmin arayışda 15 ildən artıq güzəştli iş stajının olması öz əksini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinə əsasən, 12 iyul 2023-cü il tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya etiraz edərək bildirmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortolunanların üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarının 90 faizinin və xüsusi hesabındakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X20 qərarlarını, X20 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərin-dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı iiə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş verinin arayışında dəqiq göstərilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi AZENCO ASC-nin xx.xx.2023-cü il tarixli 34 nömrəli arayışında xx.xx.1984-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan-X12 çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı İddiaçı "xxxx" Azərbaycan-X12 işlədiyi peşələrin zərərliliyinə dair arayışın həmin müəssisənin iş profilinin AZENCO ASC-yə uyğun olduğu əsas gətirilərək verildiyi, lakin sözügedən müəssisəyə aid AZENCO ASC-də heç bir sənədin mövcud olmadığı müəyyən edilib. Bu fakt AZENCO ASC-nin birgə Aktı ilə təsdiq edilib. Göstərilən səbəblərdən də, İddiaçı güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərii əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı məhkəmə iclasında izahat verərək qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X14 iddia tələbinə qarşı qeyd etdiklərini etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Salyan rayonunun Kərimbəyli kəndində anadan olmuş, Salyan rayonu, Kərimbəyli kəndində qeydiyyatdadır. İşdə olan xx.xx.1981-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan xx.xx.1984-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.2023-ci il hal-hazıradək əmək fəaliyyətində olmuşdur. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 34 nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışından görünür ki, xx xxxx 1963-cü il təvəllüdlü İddiaçı həqiqətən, xx.xx.1984-cii ildə (əmr №-9-ok. xx.xx.1984-cü il) “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat müəssisəsinin X3 Avadanlığının təmir sahəsinə çilingər peşəsinə qəbul edilib, xx.xx.1994-cü ildə (əmr №-61, xx.xx.1994-cü il). "xxxx" Dövlət Şirkətinin Əmrinə əsasən “Qafqazenerjitəmir” İstehsalat Birliyi "xxxx" Azərbaycan-X18 adlandırılmışdır və İddiaçı həmin müəssisəyə 5-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir və xx.xx.1994-cü ildə (əmr №-14-ok, xx.xx.1994-cü ildə) Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə (“Xüsusienerjitəmirquraşdırma” Səhimdar Cəmiyyətinə keçirilməsi ilə əlaqədar) əsasən işdən azad edilmişdir. xx.xx.1994-cü ildə (Əmr № 22, xx.xx.1994-cü il) “Xüsusienerjitəmirquraşdırma” Səhimdar Cəmiyyətinin Əli-Bayramlı sahəsinə çilingər peşəsinə qəbul edilib və xx.xx.1995-ci ildə (Əmr№ 9/ok, xx.xx.1995-ci il) Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. xx.xx.1995-ci ildə (Əmr №-16, xx.xx.1995-ci il) “Enerjitexnikiyeniləşdirmə” İstehsalat Sənaye birliyinin Əli-Bayramlı təmiri sahəsinə qazanxana və tozhazırlama sexlərinin avadanlığının təmir üzrə çilingər peşəsinə qəbul edilib və xx.xx.1996-cı ildə (Əmr №-17, xx.xx.1996-cı il) Azərbaycan Respublikası Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. xx.xx.1996-cı ildə ( 79 №-ii Əmrin 4-cü bəndi ilə. xx.xx.1996-cı il) "xxxx" Azərbaycan-X11 X4 sexlərinin Avadanlığının təmiri üzrə çilingər peşəsinə qəbul edilib və xx.xx.1999-cıı ildə (Əmr№-12, xx.xx.1996-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə (.öz təşəbbüsü ilə) əsasən işdən azad edilib. İddiaçı işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü Fəslin“Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar- qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən qazanxana avadanlıqlarının təmiri üzrə çilingərlərin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 15 il, 05 ay, 09 gün təşkil edir. Hazırkı arayış işçiyə məxsus əmək kitabçasmdakı qeydlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir. "xxxx"ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş “Qafqazenerjitəmir” müəssisəsi, “Enerjitexnikiyeniləşdirmə” İstehsalat Sənaye birliyi və "xxxx" Azərbaycan-X18 ilə eyni istehsalat profili üzrə ixtrisaslaşmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Y-119283/2024 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli,və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarım, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X20 qərarlarını, X20 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyi AZENCO ASC-nin ona dair xx.xx.2023-cü il tarixli 34 nömrəli arayışında xx.xx.1984xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan-X12 çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı "xxxx" Azərbaycan-X12 işlədiyi peşələrin zərərliliyinə dair arayışın həmin müəssisənin iş profilinin AZENCO ASC-yə uyğun olduğu əsas gətirilərək verildiyi, lakin sözügedən müəssisəyə aid AZENCO ASC-də heç bir sənədin mövcud olmadığı müəyyən edilib. Bu fakt AZENCO ASC-nin birgə Aktı ilə təsdiq edilib. Göstərilən səbəblərdən də, onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 01-PH/329 nömrəli məktubunda qeyd edilmişdir ki, 1963-ci il təvəllüdlü İddiaçı həqiqətən, xx.xx.2011-ci ildə (əmr № 08/8-kş, xx.xx.2011-ci il) "xxxx" ASC-nin “Cənub Layihəsi”nin Qazan quraşdırma sahəsinin Boru quraşdınna qrupunda boruçu-çilingər peşəsinə qəbul edilib, xx.xx.2015-ci ildə (Əmr №-08/05-irş, xx.xx.2015-ci il) X2 İdarəsinin Metal konstruksiyaların quraşdırılması sexinə 5-ci dərəcəli boruçu-çilingər peşəsinə keçirilib, xx.xx.2016-cı ildə (Əmr №14/07-irş, xx.xx.2016-cı il) X13 sahəsinə boruçu-çilingər peşəsinə keçirilib və hal-hazırkı dövrədək işləyir. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə “Sənaye dəmir-beton borularının boruçəkənləri” bəndinə əsasən boruçu-çilingər peşəsi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahının XXVİİ “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə-********) əsasən 2290000a-19233 kodları ilə qeyd edilən “Sənaye dəmir-beton borularının boruçəkənləri” yarımbəndi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Boruçu çilingərhəmin kateqoriyaya aid olub, sex daxilində aparılmış əmək bölgüsü nəticəsində bu cür təmir işlərində yalnız polad borularla işləyən çilingərlərin ixtisaslaşmasını bildirir. Başqa sözlə, boruçu-çilingərlər təmir işlərinin yalnız borularla aid olan hissəsini həyata keçirdikləri halda, digər çilingərlər bu qəbildən olan digər növ işləri həyata keçirirlər. Boruçu çilingərlərin həyata keçirdikləri işlərə-qazan-turbin avadanlıqlarının təmiri ilə bağlı olan boruların kəsilməsi, qızdırılıb əyilməsi, daxilinin təmizlənməsi, texnoloji sxemdə dəyişdirilməsi və s. aiddir. Əmək şəraiti yüksək səviyyədə (nonnadan artıq) səs-küyün eşitmə orqanlarına zərərli təsiri, iş mühitinin temperaturunun bədən temperaturundan çox olması, habelə havanın rütubətliyinin su buxarları səbəbilə yüksək olması, qızmış səthlərdən və buxar sızmalarından termiki yanıq alma riski və s. aiddir. İddiaçı "xxxx" ASC-nin “Cənub Layihəsin”də boruçu-çilingər vəzifəsində və X2 İdarəsinin Quraşdırma sahəsində boruçu-çilingər vəzifəsində yerinə yetirdiyi əmək fəaliyyəti X21 Stansiyasının inşaası prosesi dövrünə təsadüf edilir və polad boruların quraşdırılması ilə əlaqədar olmuşdur. Güzəştli pensiya üçün staj: 12 il, 08 ay, 27 gün təşkil edir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-243038/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ümumi iş stajı 29 il 6 ay 22 gün (xx.xx.2006-cı il tarixinədək 17 il 1 ay 22 gün (xx.xx.1981-xx.xx.1983-cü il (hərbi xidmət dövrü), xx.xx.1984- xx.xx.1994-cü il, xx.xx.1994-01,07.1995-ci il, xx.xx.1995-xx.xx.1996-ci il, xx.xx.1996-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 12 il 5 ay) təşkil edir. Bundan başqa, adıçəkilən şəxsin Mərkəzi Filiala təqdim etdiyi AZENCO ASC-nin ona dair xx.xx.2023-cü il tarixli 34 nömrəli arayışında xx.xx.1984-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan-X12 çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, İddiaçı iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı "xxxx" Azərbaycan-X12 işlədiyi peşələrin zərərliliyinə dair arayışın həmin müəssisənin iş profilinin AZENCO ASC-yə uyğun olduğu əsas gətirilərək verildiyi, lakin sözügedən müəssisəyə aid AZENCO ASC-də heç bir sənədin mövcud olmadığı müəyyən edilib. Bu fakt AZENCO ASC tərəfindən birgə Akt ilə təsdiq edilib. Göstərilən səbəblərdən də, adıçəkilən şəxsin güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildiririk ki, İddiaçı 60 yaşının tamamlandığı xx.xx.2023-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı cəmi 41938,12 manat təşkil edir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 01-PH/460 nömrəli məktubunda qeyd edilmişdir ki, 1963-cü il təvəllüdlü İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən aşağıdakı peşələrdə (vəzifələrdə) qeyd edilən tarixlər arasındakı dövrlər arasında işləmişdir: xx.xx.1984-xx.xx.1994-cü il tarixədək “Qafqazenerjitəmir” müəssisəsində çilingər, xx.xx.1994-xx.xx.1995-ci il tarixədək “Xüsusienerjitəmirquraşdırma” müəssisəsində çilingər, xx.xx.1995-xx.xx.1996-cı il tarixədək “Enerjitexnikiyeniləşdirmə” İstehsalat Sənaye birliyində çilingər, xx.xx.1996-xx.xx.1999-cu il tarixədək "xxxx" Azərbaycan-X12 çilingər, xx.xx.2011-xx.xx.2016-cı il tarixədək "xxxx" ASC-nin Cənub Layihəsi” Qazan quraşdırma sahəsində boruçu-çilingər işlədiyi peşə üzrə zərərli işə görə sosial-sığorta (əmək) stajı: 20 il, 04 ay, 11 gün təşkil edir. İddiaçı işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li (9 fevral 2024cü il tarixli, 81 №-li Qərarla edilmiş dəyişikliklər nəzərə alınmaqla) Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanaccaqötiirmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə və 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə “Sənaye dəmir-beton borularının boruçəkənləri” bəndinə əsasən boruçu-çilingər peşəsi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatımın 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri və 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahının XXVİİ “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə-********) əsasən 2290000a-19233 kodları ilə qeyd edilən “Sənaye dəmir-beton borularının boruçəkənləri” yarımbəndi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 01-PH/585 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əmək fəaliyyəti dövründə topladığı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən stajı barədə verilmiş 07 oktyabr 2024-cü il tarixli, 01-PH/460 saylı arayışdakı cədvəldə ilk dörd sətirdə göstərilmiş Qafqazenerjitəmir, Xüsusienerjitəmirquraşdırma, Enerjitexnikiyeniləşdirmə və "xxxx" Azərbaycan- Rusiya Birgə müəssisələrindəki stajı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2020-ci il tarixli icmal məktubunun tövsiyyələri əsasında tərəfimizdən (həmin stajın güzəştli pensiya hüququ verən iş stajı olması) təsdiqlənmişdir. Belə ki, həmin icmal məktubunda bu cür stajları eyni istehsalat profili üzrə ixtisaslaşmış müəssisələrin də təsdiq edə bilməsi göstərilməkdədir. "xxxx"ASC Azərbaycan Respublikası ərazisində istilik elektrik stansiyaların inşası, cari və əsaslı təmiri, eləcə də xidməti sahəsində ixtisaslaşmış ən nəhəng müəssisə olmaqla yuxarıda qeyd edilən müəssisəlrə eyni istehsalat profili üzrə ixtisaslaşmışdır. Bu səbəblə, həmin müəssisələrdə əmək fəaliyyəti ilə bağlı heç bir sənəd "xxxx"ASC-yə təhvil verilmədiyi üçün sorğuda kadr sənədlərini təqdim etməkləri imkan xaricindədir. Daha əvvəlki tarixlərdə həmin müəssisələrdə işləmiş X15 və X9 eyni əsaslarla həmin müəssisələrdə topladığı güzəştli iş stajı ilə bağlı tərəflərindən təqdim edilmiş arayış əsasında qeyd etdiyiniz iddia işində cavabdeh qismində olan şəxslərə güzəştli şərtlərlə pensiya təyin edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür:
1. Güzəştli iş stajının toplanmaması; Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun 12 il 6 ay güzəştli iş stajının olması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı şərtin zəruri olub-olmaması aydınlaşdırılmalıdır. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh ounan normaların tələblərinə əsasən iddiaçının ümumi və güzəştli stajına münasibət bildirilməsi zəruri hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının 60 yaşınadək ümumi iş stajının nə qədər olması əmək kitabçasında olan qeydlər əsasında müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-243038/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ümumi iş stajı 29 il 6 ay 22 gün (xx.xx.2006-cı il tarixinədək 17 il 1 ay 22 gün (xx.xx.1981-xx.xx.1983-cü il (hərbi xidmət dövrü), xx.xx.1984- xx.xx.1994-cü il, xx.xx.1994-01,07.1995-ci il, xx.xx.1995-xx.xx.1996-ci il, xx.xx.1996-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 12 il 5 ay) təşkil edir. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının 60 yaşı tamam olduğu vaxta, yəni xx.xx.2023-cü il tarixə ümumi iş stajı 25 ildən çox təşkil edir. Qeyd edilməlidir ki, iddiaçının ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindəndə mübahisələndirilməmiş və mübahisəsiz hal kimi qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı iiə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməsi bildirilmişdir. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh imtinasında qeyd edir ki, iddiaçının təqdim etdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 34 nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışındakı xx.xx.1984-cii ildə “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat müəssisəsinin X3 Avadanlığının təmir sahəsinə çilingər peşəsinə qəbul edilib, xx.xx.1994-cü ildə "xxxx" Dövlət Şirkətinin Əmrinə əsasən “Qafqazenerjitəmir” İstehsalat Birliyi "xxxx" Azərbaycan-X18 adlandırılmışdır və İddiaçı həmin müəssisəyə 5-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir və xx.xx.1994-cü ildə Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə (“Xüsusienerjitəmirquraşdırma” Səhimdar Cəmiyyətinə keçirilməsi ilə əlaqədar) əsasən işdən azad edilmişdir. xx.xx.1994-cü ildə “Xüsusienerjitəmirquraşdırma” Səhimdar Cəmiyyətinin Əli-Bayramlı sahəsinə çilingər peşəsinə qəbul edilib və xx.xx.1995-ci ildə Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. xx.xx.1995-ci ildə “Enerjitexnikiyeniləşdirmə” İstehsalat Sənaye birliyinin Əli-Bayramlı təmiri sahəsinə qazanxana və tozhazırlama sexlərinin avadanlığının təmir üzrə çilingər peşəsinə qəbul edilib və xx.xx.1996-cı ildə Azərbaycan Respublikası Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. xx.xx.1996-cı ildə "xxxx" Azərbaycan-X11 X4 sexlərinin Avadanlığının təmiri üzrə çilingər peşəsinə qəbul edilib və xx.xx.1999-cıı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə (öz təşəbbüsü ilə) əsasən işdən azad edilib. İddiaçı işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü Fəslin“Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar- qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən qazanxana avadanlıqlarının təmiri üzrə çilingərlərin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 15 il, 05 ay, 09 gün təşkil edir. Sorğu nəticəsində məhkəməyə ünvanlanan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 01-PH/329 nömrəli məktubunda qeyd edilmişdir ki, 1963-ci il təvəllüdlü İddiaçı həqiqətən, xx.xx.2011-ci ildə (əmr № 08/8-kş, xx.xx.2011-ci il) "xxxx" ASC-nin “Cənub Layihəsi”nin Qazan quraşdırma sahəsinin Boru quraşdınna qrupunda boruçu-çilingər peşəsinə qəbul edilib, xx.xx.2015-ci ildə (Əmr №-08/05irş, xx.xx.2015-ci il) X2 İdarəsinin Metal konstruksiyaların quraşdırılması sexinə 5-ci dərəcəli boruçu-çilingər peşəsinə keçirilib, xx.xx.2016-cı ildə (Əmr №14/07-irş, xx.xx.2016-cı il) X13 sahəsinə boruçu-çilingər peşəsinə keçirilib və hal-hazırkı dövrədək işləyir. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 29cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə “Sənaye dəmir-beton borularının boruçəkənləri” bəndinə əsasən boruçu-çilingər peşəsi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahının XXVİİ “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə-********) əsasən 2290000a-19233 kodları ilə qeyd edilən “Sənaye dəmir-beton borularının boruçəkənləri” yarımbəndi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Boruçu çilingər-həmin kateqoriyaya aid olub, sex daxilində aparılmış əmək bölgüsü nəticəsində bu cür təmir işlərində yalnız polad borularla işləyən çilingərlərin ixtisaslaşmasını bildirir. Başqa sözlə, boruçuçilingərlər təmir işlərinin yalnız borularla aid olan hissəsini həyata keçirdikləri halda, digər çilingərlər bu qəbildən olan digər növ işləri həyata keçirirlər. Boruçu çilingərlərin həyata keçirdikləri işlərə-qazan-turbin avadanlıqlarının təmiri ilə bağlı olan boruların kəsilməsi, qızdırılıb əyilməsi, daxilinin təmizlənməsi, texnoloji sxemdə dəyişdirilməsi və s. aiddir. Əmək şəraiti yüksək səviyyədə (nonnadan artıq) səs-küyün eşitmə orqanlarına zərərli təsiri, iş mühitinin temperaturunun bədən temperaturundan çox olması, habelə havanın rütubətliyinin su buxarları səbəbilə yüksək olması, qızmış səthlərdən və buxar sızmalarından termiki yanıq alma riski və s. aiddir. İddiaçı "xxxx" ASC-nin “Cənub Layihəsin”də boruçu-çilingər vəzifəsində və X2 İdarəsinin Quraşdırma sahəsində boruçu-çilingər vəzifəsində yerinə yetirdiyi əmək fəaliyyəti X21 Stansiyasının inşaası prosesi dövrünə təsadüf edilir və polad boruların quraşdırılması ilə əlaqədar olmuşdur. Güzəştli pensiya üçün staj: 12 il, 08 ay, 27 gün təşkil edir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-243038/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ümumi iş stajı 29 il 6 ay 22 gün (xx.xx.2006-cı il tarixinədək 17 il 1 ay 22 gün (xx.xx.1981-xx.xx.1983-cü il (hərbi xidmət dövrü), xx.xx.1984- xx.xx.1994-cü il, xx.xx.1994- 01,07.1995-ci il, xx.xx.1995-xx.xx.1996-ci il, xx.xx.1996-xx.xx.1998-ci il, xx.xx.1998xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 12 il 5 ay) təşkil edir. Bundan başqa, adıçəkilən şəxsin Mərkəzi Filiala təqdim etdiyi AZENCO ASC-nin ona dair xx.xx.2023-cü il tarixli 34 nömrəli arayışında xx.xx.1984-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan-X12 çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, İddiaçı iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı "xxxx" Azərbaycan-X12 işlədiyi peşələrin zərərliliyinə dair arayışın həmin müəssisənin iş profilinin AZENCO ASC-yə uyğun olduğu əsas gətirilərək verildiyi, lakin sözügedən müəssisəyə aid AZENCO ASC-də heç bir sənədin mövcud olmadığı müəyyən edilib. Bu fakt AZENCO ASC tərəfindən birgə Akt ilə təsdiq edilib. Göstərilən səbəblərdən də, adıçəkilən şəxsin güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildiririk ki, İddiaçı 60 yaşının tamamlandığı xx.xx.2023-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı cəmi 41938,12 manat təşkil edir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 01-PH/460 nömrəli məktubunda qeyd edilmişdir ki, 1963-cü il təvəllüdlü İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən aşağıdakı peşələrdə (vəzifələrdə) qeyd edilən tarixlər arasındakı dövrlər arasında işləmişdir: xx.xx.1984-xx.xx.1994-cü il tarixədək “Qafqazenerjitəmir” müəssisəsində çilingər, xx.xx.1994-xx.xx.1995-ci il tarixədək “Xüsusienerjitəmirquraşdırma” müəssisəsində çilingər, xx.xx.1995-xx.xx.1996-cı il tarixədək “Enerjitexnikiyeniləşdirmə” İstehsalat Sənaye birliyində çilingər, xx.xx.1996-xx.xx.1999-cu il tarixədək "xxxx" Azərbaycan-X12 çilingər, xx.xx.2011-xx.xx.2016-cı il tarixədək "xxxx" ASC-nin Cənub Layihəsi” Qazan quraşdırma sahəsində boruçu-çilingər işlədiyi peşə üzrə zərərli işə görə sosial-sığorta (əmək) stajı: 20 il, 04 ay, 11 gün təşkil edir. İddiaçı işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li (9 fevral 2024cü il tarixli, 81 №-li Qərarla edilmiş dəyişikliklər nəzərə alınmaqla) Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanaccaqötiirmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə və 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə “Sənaye dəmir-beton borularının boruçəkənləri” bəndinə əsasən boruçu-çilingər peşəsi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatımın 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri və 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahının XXVİİ “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə-********) əsasən 2290000a-19233 kodları ilə qeyd edilən “Sənaye dəmir-beton borularının boruçəkənləri” yarımbəndi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının güzəştli iş stajının 12 il 06 aydan çox təşkil etdiyi müəyyən edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı mübahisə yaranmamış, iddiaçının ilkin müraciəti zamanı verilmiş imtina məktubunda, həmçinin yazılı etirazda bununla bağlı mülahizə irəli sürülməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapital ilə bağlı şərt ödənildiyindən, həmin hissədə əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən və mübahisələndirilmədiyindən mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı işin hallarından eləcə də cavabdehin təqdim etdiyi etiraz məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamış və müəssisənin iddiaçı ilə bağlı təqdim etdiyi arayışla kifayətlənərək güzəştli iş stajının olduğunu bildirmişdir. Eləcə də, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 01-PH/585 nömrəli məktubuna nəzər yetirilən zaman İddiaçı ilə inzibati orqan tərəfindən qəbul edilməyən dövrlər üzrə həmin müəssisələrdə işləmiş X10 və X9 eyni əsaslarla həmin müəssisələrdə topladığı güzəştli iş stajı ilə bağlı ASC təqdim edilmiş arayış əsasında güzəştli şərtlərlə pensiya təyin edildiyi müəyyən edilir.qeyd edilən şəxslərlə bağlı məlumatlar 01- PH/585 nömrəli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Beləliklə, iddiaçıya hüququnun yarandığı 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı tarixdən, yəni 60 yaşdan təyin edilməli olduğundan adıçəkilən Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil, məhz onun pensiya hüququ yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinə əsasən, 12 iyul 2023-cü il tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov