Məhkəmə qərarları › İş №2-1(120)-1267/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1267/2023

03.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1267/2023 03.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, məhkəmə iclas katibi X12, İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı “Adıgözəlova Balanisə Əhmədağa qızının, X13, X7, X5, X2, X6, X8, X11, X3, X19 və X1 Lənkəran şəhəri, Azad Mirzəyev küçəsi, ev 37 (keçmiş: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması” barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı “Adıgözəlova Balanisə Əhmədağa qızının, X13, X7, X5, X2, X6, X8, X11, X3, X19 və X1 Lənkəran şəhəri, Azad Mirzəyev küçəsi, ev 37 (keçmiş: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2-1(120)-3009/2022 nömrəli qərardadı ilə Adıgözəlova Balanisə Əhmədağa qızının, X13, X7, X5, X2, X6, X8, X11, X3, X19 və X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı, cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən yaşayış evi mülkiyyət hüququ üzrə ona məxsusdur və bu barədə adına xx.xx.2019-cu il tarixli, **********83-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış da verilmişdir. Lakin aldığı yaşayış evində ona heç bir qohumluq əlaqəsi olmayan və ona tanış olmayan şəxslər həmin mülkiyyətində olan ünvan 4 ünvanında qeydiyyatdadırlar. Həmin yaşayış evini 2019-cu il tarixində almışdır. Lakin aşağıda adları qeyd edilmiş şəxslər həmin ünvanda pasport qeydiyyadadırlar. Hazırda həmin ünvanda Adıgözəlova Balanisə Əhmədağa qızı, X24, X17, X14, X9, X15, X18, X20, X10, X28 və X4 qeydiyyatdadırlar. Həmin adları qeyd edilmiş şəxslər onun mülkiyyətində olan yaşayış evində yaşamasalar da o, həmin yaşayış evində qeydiyyatdadırlar. Onun mülkiyyətində olan yaşayış evində heç kim yaşamır və bunu təsdiq edəcək arayışı məhkəməyə təqdim etmişdir. 3-cü şəxlər ona məxsus fərdi yaşayış evində yaşamamaqla yanaşı hazırda onlar, hansı ünvanında yaşadığını bilmir. Lakin vətəndaşlar Adıgözəlova Balanisə Əhmədağa qızı, X24, X17, X14, X9, X15, X18, X20, X10, X28 və X4 onun evində qeydiyyatda olduğundan bu onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədilir. ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüquqi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət ReyestriXidmətinin 10 saylı Ərazi İdarəsindən xx.xx.2019cu il tarixli ********** qeydiyyat nömrəli və **********83-10301 saylı çıxarış ona verilmişdir. Həmin çıxarışla onun mülkiyyətində olan 0,2033 ha torpaq sahəsində yerləşən 526.4 kv m sahəsi olan fərdi yaşayış evi ona məxsusdur. Qeyd olunanların nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və subutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1948-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Lənkəran şəhəri, T.İsmayılov küçəsi, ev 75-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Lənkəran şəhəri, Azad Mirzəyev küçəsi, ev 37 (keçmiş: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Lənkəran şəhər-rayon Polis şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 154-32587A-1222 nömrəli məktubundan görünür ki, üçüncü şəxslərin iddiaçıya məxsus olan Lənkəran şəhəri, Azad Mirzəyev küçəsi, ev 37 (keçmiş: ünvan 1 ünvanından mənzildən qeydiyyatdan çıxarılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olumuşdur. İşdə olan İddiaçı ilə X25 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən, yaşayış sahəsi 133 kv/m, yardımçı sahəsi 204.4 kv.m olan 4 otaqlı fərdi yaşayış evi tam mülkiyyət üzrə alıcı İddiaçı mülkiyyətinə verilmişdir. şdə olan xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilənin 11-ci bəndindən görünür ki, satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürür. şdə olan xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilənin 13-cü bəndindən görünür ki, satıcı (lar) xx.xx.2019-cu il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürür. şdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********41 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 9 ünvanda (keçmiş Azad Mirzəyev küçəsi ev-25) yerləşən yaşayış evi üzərində mülkiyyət hüququ Lənkəran Rayon 1 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli, 4Ə-1088 nömrəli (AN-İ №0797657) alqısatqı müqaviləsi üzrə və xx.xx.2019-cu il tarixli, ********** nömrəli Reyestrdən çıxarış əsasında xx.xx.1948-ci il təvəllüdlü İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən ünvanda yerləşən fərdi yaşayış evi üzərində məktubda adları qeyd olunan digər vətəndaşların istifadə hüquqları dövlət qeydiyyatına alınmamışdır. İşdə olan Lənkəran rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 1354 nömrəli məktubundan görünür ki, üçüncü şəxslərin İddiaçı ilə yaxın qohumluq əlaqələri barədə Lənkəran rayon Qeydiyyat şöbəsində heç bir məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 12-5/244 nömrəli məktubundan görünür ki, üçüncü şəxslər Lənkəran şəhəri, Azad Mirzəyev küçəsi, ev 25 ünvanında yaşamırlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, Lənkəran şəhəri, Azad Mirzəyev küçəsi, ev 25 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İddiaçı Axundov X21 şəhər-rayon Polis şöbəsinə müraciət edərək, Adıgözəlova Balanisə Əhmədağa qızının, X13, X7, X5, X2, X6, X8, X11, X3, X19 və X1 Lənkəran şəhəri, Azad Mirzəyev küçəsi, ev 37 (keçmiş: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş İddiaçı cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 12-5/244 nömrəli arayışından müəyyən olunur ki, Adıgözəlova Balanisə Əhmədağa qızı, X24, X17, X14, X9, X15, X18, X20, X10, X28 və X4 İddiaçı məxsus Lənkəran şəhəri, Azad Mirzəyev küçəsi, ev 37 (keçmiş: ünvan 1 ünvanında yaşamırlar. Göründüyü kimi üçüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bundan başqa, qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia təmin edilməli, üçüncü şəxslər Adıgözəlova Balanisə Əhmədağa qızının, X13, X7, X5, X2, X6, X8, X11, X3, X19 və X1 Lənkəran şəhəri, Azad Mirzəyev küçəsi, ev 37 (keçmiş: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc (məhkəmə xərci) yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər Adıgözəlova Balanisə Əhmədağa qızının, X13, X7, X5, X2, X6, X8, X11, X3, X19 və X1 Lənkəran şəhəri, Azad Mirzəyev küçəsi, ev 37 (keçmiş: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Lənkəran şəhərrayon Polis şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar