Məhkəmə qərarları › İş №2-1(120)-1268/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1268/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1268/2025 15.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin tarixinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin tarixinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)- 3966/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli qərardadı ilə, iddia tələbi üzrə “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüqiqi şəxsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, istehsalatda aldığı zədə ilə əlaqədar 19 iyul 2023-cü il tarixli göndərişinə 28 iyul 2023-cü ildə göndərişin natamam doldurulması əsası ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən imtina verilmişdi. Daha sonra o, həmin imtina ilə razılaşmayaraq bu barədə şikayətini Agentliyə bildirmiş və 2023-cü ilin sentyabr ayında Agentlikdə əyani müayinədə olmuşdur. 2024-cü ilin mart ayınadək onun əyani müayinəsinin nəticəsi barədə ona heç bir məlumat təqdim edilməmiş və əyani müayinənin nəticələri barədə heç bir inzibati akt qəbul edilməmişdir. Hansı ki, qanunvericiliyə əsasən 10 iş günu müddətində, əlavə araşdırılma tələb etdiyi halda isə 15 iş günü uzadılaraq qərar qəbul edilməli idi. Amma Agentlik ona qarşı əsassız süründürməçilik edərək onunla heç bir əlaqəsi olmayan və onun günahı olmayan səbəblərdən göndərişinin natamam doldurulması əsası ilə ona imtina vermişdir. Daha sonra isə aylarca inzibati qaydada şikayəti üzrə yekun qərar qəbul etməmişdir. Sonra ona məlum olmuşdur ki, 6 mart 2024-cü il tarixində barəsində yeni göndəriş vurulmuş, ona da göndərişin natamam doldurulması əsası ilə imtina verilmiş, bir gün sonra 7 mart 2024-cü il tarixdə vurulmuş göndərişinə isə 11 mart 2024-cü il tarixdən 80 %-lə müddətsiz əlillik təyinatı verilmişdir. O, hələ də əyani müayinənin nəticəsi barədə hansı akt qəbul edildiyi (ümumiyyətlə akt qəbul edilibmi? Edilibsə ona təqdim edilməliydi, belə bir akt qəbul edilməyibsə bu ümumiyyətlə daha böyük qanun pozuntusudur) ona məlum olmamışdır ki, o həmin aktı mübahisələndirə bilsin. Ona “sol bazunun yuxarı 1/3 travmatik amputasiyasından sonrakı vəziyyəti, güdülü osteoporoz, sol yuxarı ətrafın funksiyasının pozulması" diaqnozu ilə əlillik təyin edilmişdir. Göründüyü kimi onun sol əli amputsiya olunmuşdur. Xəstəliyi elə xəstəlik deyildir ki, o dəyişsin ona 19 iyul 2023-cü il tarixli göndəriş vurulanda da, 4 mart 2024-cü il tarixli göndəriş vurulanda da onda diaqnoz eyni olmuşdur. Göndərişdə nəyinsə natamam qeyd edilməsi (qeyd edilib-edilmədiyini özü də bilmir, Agentliyin imtinasına əsasən deyir) onun səhvi deyildir və bu onu həmin tarixdən əlilliyi olan şəxs olmaq "hüququndan məhrum etməməlidir. Bildirir ki, üzləşdiyi bədbəxt hadisə nəticəsində o əlillik qazanmışdır. Daha əvvəl əlliyi olan şəxs olmamış, yəni, bu, onun barəsində qəbul edilmiş ilk əlillik təyinatıdır. Bu təyinat da barəsində vurulmuş 19 iyul 2023-cü il tarixli göndərişinə verilmiş 28 iyul 2023-cü il tarixli imtinadan hesablanmalıdır. O, bu məqsədlə Agentliyə əlilliyi tarixinin dəyişdirilməsi məqsədilə müraciət etsə də. Agentlik onun müraciətim ilə yaxından uzaqdan əlaqəsi olmayan cavab təqdim edərək bildirmişdir ki, 11 mart 2024-cü ildən əlillik təyin edilmişdir. O, onsuz da bilir ki, ona 11 mart 2024-cü ildən əlillik təyin edilmişdir, o əlilliyinin təyinat tarixinin dəyişdirilməsini tələb edir. Lakin Agentlik növbəti səhlənkar hərəkəti ilə müraciəti ilə əlaqəsi olmayan cavab məktubu təqdim edərək, məsələnin mahiyyətindən yayınmış oldu. Bu onun ilk əlilliyidir və sol əli amputasiya olunmuşdur. Ona natamam doldurulma ilə imtina verilir ki, ona əlillik təyinatı aparıla bilməz. Həmin qərardan şikayət verir, əyani müayinəyə dəvət olunub, müayinə olunur. Bu dəfə isə əyani müayinənin cavabları bildirilmir və heç bir akt qəbul edilmir. Üstəlik də Agentliyi bu hərəkətsizliyi aylarla davam edir, oysa Agentliyi onun şikayəti ilə əlaqədar əyani müayinə olunduğundan sonra barəsində akt qəbul etmək və bu aktı ona göndərərək onu məlumatlandırmaq vəzifəsi idi. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. O, hazırda barəsində qüvvədə olan 11 mart 2024-cü il tarixli qərarı mübahisələndirir və məhkəmədən həmin qərarın dəyişdirilməsini xahiş edir. Eyni zamanda işin obyektiv həlli üçün məhkəmədən xahiş edir ki, Agentlik tərəfindən aşağıdakı məsələlərə də münasibət bildirilsin: 28 iyul 2023-cü ildə niyə göndərişə natamam doldurulma əsası ilə imtina vermişdir. Həmin qərardan şikayəti əsasında əyani müayinənin tarixi, əyani müayinə ilə əlaqədar video yazını və xüsusən də əyani müayinənin nəticəsi barədə qərarı məhkəməyə təqdim etsin və eyni zamanda bir inzibati orqan olaraq bu qərarı ona təqdim etməli olduğu halda niyə təqdim etmədiyinin səbəblərini bildirsin. Belə ki, göstərilənləri nəzərə alaraq, 11 mart 2024-cü il tarixdə ona təyin edilmiş əlilliyin tarixinin dəyişdirilərək əlilliyinin 28 iyul 2023-cü il tarixdən hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmiş və bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə İmişli Rayon Mərkəzi Xəstəxanasının 07.03 2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: sol bazunun yuxarı 1/3 travmatık amputasiyasından sonrakı vəziyyəti.gudulu osteoporoz sol yuxarı ətrafın funksiyasının pozulması. Meyar: 13.3.3.: .13.Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri=>Çiyin qurşağının və çiynin travmaları=>Bazu və dirsək oynaqları arası səviyyədə travmatik amputasiya=>yuxarı ətrafın bazu oynağı səviyyəsində və ya dirsək oynağından amputasıyası=> səbəbi ilə ümumi xəstəlik səbəbi ilə orqanizm funksiyalarının 80% pozulması səbəbi ilə müddətsız əlillik verilmişdir. İmişli rayon sakini xx.xx.1990-cı il tarixli İddiaçı (FİN: xxxxxxx) - əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi, istehsalatda baş vermiş bədbəxt hadisə səbəbi ilə etdiyi müraciət əsasında, əyani komissiyaya dəvət edilərək həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Müayinəyə sol qolun travmatik amputasiyası ilə daxil olmuş. xx.xx.2023-cü il tarixində iş yerində əmək funksiyasını yerinə yetirərkən, təkər partlaması nəticəsində sol qo unu itirdiyini bildirmiş və bununla bağlı xx.xx.2023-cü il tarixində tərtib edilmiş. xx.xx.2023-cü il tarixində saat 17:45 radələrində bədbəxt hadisənin baş verməsi barədə “Türkaz Çınqıl" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt və xx.xx.2023-cü il tarixli əmək qabiliyyətinin itirilmə faizinin təyini barədə sorğu məktubu təqdim etmişdir. Obyektiv müayinə zamanı, sol yuxarı ətraf bazunun 1/3-dən amputasiya güdülü izlənilmişdir. Təqdim etdiyi sənədlər arasında Akademik M.A.'Topçubaşov adına X7 Damar Cərrahiyəsi şöbəsindən xx.xx.2023-xx.xx.2023-cü il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışına əsasən diaqnoz “Sol bazunun yuxarı 1/3-dən travmatik amputasiyası" şəklinə göstərilmiş. xx.xx.2023-cü il tarixdə ümumi anesteziyanın tədbiqi ilə “Sol bazu güdülünün formalaşdırılması" əməliyyatının icra olunduğu qeyd edilmişdir. Anamnestik məlumatlar, obyektiv müayinə nəticələrinə əsasən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları" nın 13.3.2 bəndinə müvafiq orqanizm funksiyalarının 80% (səksən faiz) pozulması və əmək qabiliyyətinin 80% (səksən faiz) itirilməsi barədə qərar qəbul edilsin. Məlumat üçün bildiririk ki. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasfnın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarlarfna əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrfnə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra-göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının. İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.1 -ci bəndinə görə əlillik müəyyən edildikdən sonra sözügedən qaydaların 1.5-ci bəndi ilə nəzərdə tutulmuş digər səbəb müəyyən edildikdə əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 iddia ərizəsini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. 3-cü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə . 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir.Bundan sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində İddianın əsaslılığı : İddia mahiyyəti üzrə qismən əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1990-cı il tarixdə doğulmuş İddiaçı İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ünvanında qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-4/2-Q-119617/2024 nömrəli məktubunda göstərilmişdir ki, Əlillik vəziyyətinin qiymətləndirilməsi barədə daxil olan müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin "6.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasfna uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Onun müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş əlliyin müəyyən olunması meyarlarına" uyğun olaraq, xx.xx.2024-cü il tarixindən istehsalat zədəsi səbəbindən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Müraciət ilə bağlı əlavə sual yaranacağı təqdirdə; 142 Çağrı mərkəzi ilə ələqə saxlaya bilər, qeydiyyatda olduğu ərazi üzrə Tibbi sosial ekspert komissiyalarına müraciət edə bilər, tibbi sosial ekspert komissiyalarının ünvanları və qəbul qrafiklərı barədə ətraflı məlumat www.dtsera.gov az saytında qeyd edilmişdir, Yuxarıda göstərilən mənbələrdən aldığınız məlumatlar qane etmədiyi təqdirdə iş günləri ərzində www.dtsera.gov.az saytından "online növbə" əldə etməklə ünvan 1 ünvanına qəbul üçün müraciət etmək tövsiyə olunur. - İşdə olan “İmişli rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 18-1-46/2-717/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə “Sol bazunun yuxarı 1/3 travmatik amputasiyasından sonrakı vəziyyəti, güdülü osteoporoz, sol yuxarı ətrafın funksiyasının pozulması” diaqnozu ilə İmişli HMK-na müraciət etmişdir.xx.xx.2024-cü ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ll-dərəcəli əlillik təyin edilmişdir. Vətəndaşa aid olan bütün tibbi sənədlər (xəstəlik kitabçası, epikrizlər, rentgen) xəstənin özündə olduğu üçün göndərə bilmədi. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert Komissiyasının 3-17-4/3-1-97116/2023 nömrəli, noyabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, İmişli rayon sakini xx.xx.1990-cı il tarixli İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi, istehsalatda baş vermiş bədbəxt hadisə səbəbi ilə etdiyi müraciət əsasında, əyani komissiyaya dəvət edilərək həkim ekspertlər tərəfindən müayinə edilmişdir.Müayinəyə sol qolun travmatik amputasiyası ilə daxil olmuş, xx.xx.2023-cü il tarixində iş yerində əmək funksiyasını yerinə yetirərkən, təkər partlaması nəticəsində sol qolunu itirdiyini bildirmiş və bununla bağlı xx.xx.2023-cü il tarixində tərtib edilmiş, xx.xx.2023-cü il tarixində saat 17:45 radələrində bədbəxt hadisənin baş verməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş, 'İstehsalatda baş vermiş bədbəxt hadisə” haqqında akt və xx.xx.2023-cü il tarixli əmək qabiliyyətinin itirilmə faizinin təyini barədə sorğu məktubu təqdim etmişdir. Obyektiv müayinə zamanı, sol yuxarı ətraf bazunun 1/3-dən amputasiya güdülü izlənilmişdir. Təqdim etdiyi sənədlər arasında, Akademik M.A.Topçubaşov adına X7 Damar Cərrahiyəsi şöbəsindən xx.xx.2023-xx.xx.2023-cü il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışına əsasən diaqnoz “Sol bazunun yuxarı 1/3-dən travmatik amputasiyası” şəklinə göstərilmiş, xx.xx.2023-cü il tarixində ümumi anesteziyanın tədbiqi ilə “Sol bazu güdülünün formalaşdırılması” əməliyyatının icra olunduğu qeyd edilmişdir. Anamnestik məlumatlar, obyektiv müayinə nəticələrinə əsasən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 13.3.2 bəndinə müvafiq orqanizm funksiyalarının 80% (səksən faiz) pozulması və əmək qabiliyyətinin 80% (səksən faiz) itirilməsi barədə qərar qəbul edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı barəsində “İstehsalat zədəsi” səbəbi ilə müddətsiz ilkin əmək qabiliyyətinin 80% itirilməsi üzrə əlillik (Sol bazunun yuxarı 1/3 travmatik amputasiyasından sonrakı vəziyyəti. Güdülü osteoporoz.sol yuxarı ətrafın funksiyasının pozulması) qeyd edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-255027/2024 nömrəli məktubunda göstərilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" alsistemində İddiaçı hər hansı növ əmək pensiyası (ümumi əsaslarla) təyin edilməsi haqqında məlumat aşkar edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixindən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün nəzərdə tutulan sosial müavinət təyin edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Q-6072 3/2024 nömrəli qərarında göstərilmişdir ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixədək orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə görə ödənilməmiş müavinət ödənilsin. - İşdə olan “İmişli rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 18-1-46/2-1068/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə “Sol bazunun yuxarı 1/3 travmatik amputasiyasından sonrakı vəziyyəti, güdülü osteporoz, sol yuxarı ətrafın funksiyasının pozulması” diaqnozu ilə imişli HMK-na müraciət etmişdir. xx.xx.2023-cü ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xəstəyə imtina verilmişdir, imtina səbəbi: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Əlillik vəziyyətinin adekvat qiymətləndirilməsi üçün qeyd edilən XBT kodları yetərli deyil. Xəstə yenidən xx.xx.2024-cü il tarixdə “Sol bazunun yuxarı 1/3 travmatik amputasiyasından sonrakı vəziyyəti, güdülü osteoporoz, sol yuxarı ətrafın funksiyasının pozulması" diaqnozu ilə imişli HMK-na müraciət etmişdir. xx.xx.2024-cü ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xəstəyə imtina verilmişdir, imtina səbəbi: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Diaqnoz və ağırlaşmaların XBT kodu üzrə meyar tapılmadı. Xəstə yenidən xx.xx.2024-cü il tarixdə “Sol bazunun yuxarı 1/3 travmatik amputasiyasından sonrakı vəziyyəti, güdülü osteoporoz, sol yuxarı ətrafın funksiyasının pozulması” diaqnozu ilə imişli HMK-na müraciət etmişdi. xx.xx.2024-cü ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ona lldərəcəli əlillik təyin edilmişdir. Vətəndaşa aid olan bütün tibbi sənədlər (müayinə edilmə, müayinənin nəticələri barədə sənədlər və s) xəstənin özündə olduğu üçün göndərə bilməmişdir. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-4/2-28328/2024 nömrəli məktubunda göstərilmişdir ki, İmişli rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2024-cü il tarixli, 2-1(120)-3966/2024 nömrəli sorğunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçı dair xx.xx.2023-cü il tarixli, Y00118132PKP nömrəli və xx.xx.2024-cü il tarixli Z00175529TPP nömrəli göndərişlər rəsmiləşdirilmişdir. Həmin göndərişlər əsasında şəxsin əlillik vəziyyəti müvafiq olaraq xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixlərində qiymətləndirilmiş və uyğun XBT kodu (S48.1) seçilmədiyindən əlillik vəziyyətinin adekvat qiymətləndirilməsi mümkün olmamış və hər iki halda natamam doldurulması səbəbilə göndərişlər dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Vətəndaşlara dair əlilliyin səbəb əlaqəsinin seçilməsi göndərişi rəsmiləşdirən dövlət tibb müəssisələri tərəfindən vətəndaşların təqdim etdikləri müvafiq sənədlərə əsasən müəyyən edilir. Növbəti dəfə vətəndaşın əlillik vəziyyəti İmişli Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, J00176048JMP nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində elektron qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir.Sonrakı dövrdə vətəndaş istehsalat zədəsi səbəbilə əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə etdiyi müraciət əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2024-cü il tarixindən istehsalat zədəsi səbəbindən (əmək qabiliyyətinin 80 faiz itirilməsi seçilməklə) müddətsiz orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-4/2-7612/2025 nömrəli məktubunda göstərilmişdir ki, İmişli rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2025-ci il tarixli, 2-1(120)-1268/2025 nömrəli sorğuya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Şəxsin adına rəsmiləşdirilən J00176048JMP nömrəli göndəriş əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 80 faiz pozulması ilə müddətsiz əlillik təyin olunmuşdur.Sonradan təqdim olunan sorğu məktubu və "Türkaz Çınqıl” Məhdud Məsuliyyətli Cəmiyyətinin "İstehsalatda baş vermiş bədbəxt hadisə” haqqında aktı əsasında əlilliyin səbəb əlaqəsi dəyişdirilərək, xx.xx.2024-cü il tarixindən istehsalat zədəsi səbəbilə (əmək qabiliyyətinin 80 faiz itirilməsi seçilməklə) müddətsiz orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir. İstehsalatda bədbəxt hadisə xx.xx.2023-cü il tarixində, saat 17:45 radələrində baş vermiş və şəxsin həmin vaxtdan əlillik səviyyəsində əmək qabiliyyəti itirilmişdir. Lakin xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixlərdə İddiaçı adına rəsmiləşdirilən göndərişlərdə XBT kodu düzgün göstərilmədiyindən, həmin forma 088-lər üzərindən təyinat aparmaq mümkün olmamış və natamam doldurulması səbəbilə göndərişlər dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonrakı dövrdə göndərişdə müvafiq XBT kodu (S48.1) düzgün seçildiyindən təyinat aparmaq mümkün olmuşdur. İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Məhkəmənin qənaətinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Sosial Ekspert Komissiyasının iddiaçı A.Cəfərov barəsində xx.xx.2022-ci il tarixli qərarı qəbul edilən vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamə tətbiq edilməlidir. “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamənin 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:

1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:

1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;

3. İİİ dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:

1. İ dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı;

3. İİİ dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:

1. İ dərəcə – məlumatın qəbulu və ötürülməsi sürətinin azalması və köməkçi texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı, eşitmə orqanının hissəvi zədələnməsi zamanı isə qeyri-verbal ünsiyyət metodları və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı;

3. İİİ dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:

1. İ dərəcə – davranışına nəzarətetmə bacarığının mütəmadi olaraq məhdudlaşması və (və ya) qismən özünü idarə etmək imkanı ilə həyatın müxtəlif sahələrini əhatə edən həyati vacib funksiyaların yerinə yetirilməsində çətinliyin olması;

2. İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə;

3. İİİ dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:

1. İ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında dövlət təhsil standartları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, habelə evdə yaradılan xüsusi şəraitdə (pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətlərin alınması üçün yaradılmış şəraitdə) köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;

2. İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;

3. İİİ dərəcə – yalnız sadə bacarıq (peşə, sosial, mədəni və məişət), o cümlədən adi məişət mühitində sadə hərəkətlərin yerinə yetirilməsi qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntularından irəli gələrək həmin bacarıqları qavramaq çətinliyinin olması; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:

1. İ dərəcə – iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyətini həyata keçirmək bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı;

2. İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı;

3. İİİ dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. 3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 2.10. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X2 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı istehsalatda aldığı zədə almışdır, aldığı zədə ilə əlaqədar 19 iyul 2023-cü il tarixli göndərişə 28 iyul 2023-cü ildə göndərişin natamam doldurulması əsası ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən imtina verilmişdir. Bundan sonra iddiaçı İ.Qurbnov müvafiq imtina ilə razılaşmayaraq bu barədə şikayətini Agentliyə bildirmiş və 2023-cü ildə Agentlikdə əyani müayinədə olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə təqdim etdiyi sənədlər əsasında iddiaçıya Şəxsin adına rəsmiləşdirilən J00176048JMP nömrəli göndəriş əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 80 faiz pozulması ilə müddətsiz əlillik təyin olunmuşdur. Sonradan təqdim olunan sorğu məktubu və "Türkaz Çınqıl” Məhdud Məsuliyyətli Cəmiyyətinin "İstehsalatda baş vermiş bədbəxt hadisə” haqqında aktı əsasında əlilliyin səbəb əlaqəsi dəyişdirilərək, xx.xx.2024-cü il tarixindən istehsalat zədəsi səbəbilə (əmək qabiliyyətinin 80 faiz itirilməsi seçilməklə) müddətsiz orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir. İstehsalatda bədbəxt hadisə xx.xx.2023-cü il tarixində, saat 17:45 radələrində baş vermiş və şəxsin həmin vaxtdan əlillik səviyyəsində əmək qabiliyyəti itirilmişdir. Bundan sonra İddiaçı 11 mart 2024-cü il tarixdə ona təyin edilmiş əlilliyin tarixinin dəyişdirilərək əlilliyinin 28 iyul 2023-cü il tarixdən hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən məhkəməyə bildirilmişdir ki, xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixlərdə İddiaçı adına rəsmiləşdirilən göndərişlərdə XBT kodu düzgün göstərilmədiyindən, həmin forma 088-lər üzərindən təyinat aparmaq mümkün olmamış və natamam doldurulması səbəbilə göndərişlər dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonrakı dövrdə göndərişdə müvafiq XBT kodu (S48.1) düzgün seçildiyindən təyinat aparmaq mümkün olmuşdur. Cavabdeh orqan tərəfindən İddiaçı barəsində təqdim edilmiş icraat materiallarına nəzər yetirildikdə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının noyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı xx.xx.2023-cü il tarixdə əyani müayinə edilmişdir. Müayinəyə sol qolun travmatik amputasiyası ilə daxil olmuş, xx.xx.2023-cü il tarixdə iş yerində əmək funksiyasının yerinə yetirərkən təkər partlaması nəticəsində sol qolunu itirdiyini bildirmiş və bununla bağlı xx.xx.2023-cu ıl tarixdə tərtib edilmiş, 12.062023-cü il tarixdə saat 17:45 radələrində bədbəxt hadisənin baş verməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş, “İstehsalatda baş vermiş hadisə” haqqında akt və xx.xx.2023-cü il tarixli əmək qabiliyyətinin itirilmə faizinin təyini bərədə sorğu məktubu təqdim etmişdir. Obyektiv müayinə zamanı sol yuxarı ətraf bazunun 1/3-dən amputasiya güdülü izlənilmişdir. Təqdim etdiyi sənədlər arasında Akademik M.A.Topçubaşov adına X7 Damar Cərrahiyyəsi şöbəsindən xx.xx.2023-21.06.23-cü il tarixli xəstənin tibbi kartasından çıxanşa əsasən diaqnoz “Sol bazunun yuxarı 1/3-dən travmatik amputasiyası” şəklinə göstərilmiş, xx.xx.2023-cü il tarixdə ümumi anesteziyanın tədbiqi ilə “Sol bazu güdülünün formalaşdırılması" əməliyyatının icra olunduğu qeyd edilmişdir. Anamnestik məlumatlar obyektiv müayinə nəticələrinə əsasən, Tibbi Sosial Komissiyası tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərar ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.3.2 bəndinə müvafiq orqanizm funksiyalarının 80 % pozulması və əmək qabiliyyətinin 80% itirilməsi barədə qərar edilmişdir. Məhkəmə tərəfindən nəzərə çatdılır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2023-cü il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərar ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.3.2 bəndinə müvafiq orqanizm funksiyalarının 80 % pozulması və əmək qabiliyyətinin 80% itirilməsi barədə qərar qəbul etsə də, müvafiq qərarı icra etməmiş, həmçinin ləğv və ya etibarsız hesab etməmişdir. Məhkəmə tərəfindən göndərilmiş sorğulara cavabdeh orqan tərəfindən verilmiş cavablar üzrə əsaslı bir səbəb göstərilməmişdir və iddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın icra edilməməsi və xx.xx.2023-cü il tarixdən əlilliyin edilməməsinin əsasları barədə hər hansı məlumat verilməmişdir. Cavabdeh orqan həmçinin iddia tələbinin təmin edilməməsi barədə heç bir dəlil təqdim edilməmiş, həmin müayinənin nəticələrini, buna dair tibbi sənədlərin nəyə görə əsas kimi qəbul edilməsindən imtina olunması hallarını əsaslandıra bilməmiş, habelə iş materialları əsasında təsdiq olunmuş halları təkzib edən heç bir sübuta istinad edilməmişdir. Bundan sonra İddiaçı barəsində tərtib edilmiş J00176048JMP nömrəli göndəriş əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 80 faiz pozulması ilə müddətsiz əlillik təyin olunmuşdur. Sonradan təqdim olunan sorğu məktubu və "Türkaz Çınqıl” Məhdud Məsuliyyətli Cəmiyyətinin "İstehsalatda baş vermiş bədbəxt hadisə” haqqında aktı əsasında əlilliyin səbəb əlaqəsi dəyişdirilərək, xx.xx.2024-cü il tarixindən istehsalat zədəsi səbəbilə (əmək qabiliyyətinin 80 faiz itirilməsi seçilməklə) müddətsiz orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir. İddiaçıya əlilliyə görə pensiya ödənişi xx.xx.2024-cü il tarixdən ödənilməyə başlamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı İ.Quliyev barəsində cavabdeh orqan tərəfindən iki dəfə müxtəlif vaxtlarda, əmək qabiliyyətinin 80 faiz itirilməsi seçilməklə) müddətsiz orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul etsə də, İddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarda əlilliyin müddətini “xx.xx.2024-cü il tarixdən müddətsiz” olaraq qeyd etmişdir, xx.xx.2023-cü il tarixdə qəbul etdiyi qərar üzrə müddət nəzərə alınmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbinin 11 mart 2024-cü il tarixdə iddiaçıya təyin edilmiş əlilliyin tarixinin dəyişdirilərək əlilliyinin xx.xx.2023-cü il tarixdən hesab edilməsi hissəsində əsaslıdır. Məhkəmə iddia tələbinin digər hissəsi üzrə qeyd edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə “Sol bazunun yuxarı 1/3 travmatik amputasiyasından sonrakı vəziyyəti, güdülü osteporoz, sol yuxarı ətrafın funksiyasının pozulması” diaqnozu ilə imişli HMK-na müraciət edən zaman, xx.xx.2023-cü ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xəstəyə imtina verilmişdir, imtina səbəbi olaraq Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Əlillik vəziyyətinin adekvat qiymətləndirilməsi üçün qeyd edilən XBT kodları yetərli deyil- göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli qərarla əlilliyin təyin edilməsindən imtina edildiyi və iddiaçı həmin inzibati aktı mübahisələndirmədiyi üçün, sonradan əyani müayinə üçün cavabdeh orqana müraciət etdikdə ona əlillik təyin edildiyi üçün iddia tələbi qeyd edilmiş əlilliyin tarixinin 28 iyul 2023-cü il tarixdən hesab edilməsi hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci madəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci madəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. İş materiallarından əvvəlki tarixdə təyin edilmiş əlilliyin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi təyin edilmiş əlilliyin tarixinin dəyişdirilməsindən imtinanın faktiki və hüquqi halları müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia ərizəsi qismən təmin edilsin. 11 mart 2024-cü il tarixdə İddiaçı təyin edilmiş (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 56QEXVV80006 saylı qərarı əsasında “İstehsalat zədəsi” səbəbi ilə müddətsiz ilkin əmək qabiliyyətinin 80% itirilməsi üzrə əlillik) əlilliyin tarixinin dəyişdirilərək əlilliyinin müddətinin xx.xx.2023-cü il tarixdən hesab edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.

Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar