Məhkəmə qərarları › İş №2-1(120)-127/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-127/2025

29.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-127/2025 29.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Üçüncü şəxslər, X16, X7 və X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı İmişli rayonu, Qızılkənd bələdiyyəsinin 30 aprel 2004-cü il tarixli qərarı ilə (protokol №5) alqı-satqı əsasında mərhum anası X4 mülkiyyətinə verilmiş 5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin üzərinə qoyulması, həmçinin İmişli rayonu Qızılkənd bələdiyyəsinin X8 xüsusi mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə 30 noyabr 2004cü il tarixli, 12 saylı qərarının, X17 icarəsinə torpaq sahəsinin verilməsi barədə 05 yanvar 2007-ci il tarixli, 01 saylı qərarının, X16 icarəsinə torpaq sahəsinin verilməsi barədə 31 iyul 2007-ci il tarixli, 10 saylı qərarının və X22 (Əlməhəmməd) oğlunun icarəsinə torpaq sahəsinin verilməsi barədə 31 iyul 2007-ci il tarixli, 10 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mərhum X4 adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli 2-1(120)-325/2024 saylı qərardadı ilə X23, X24, X11 və X18 iş üzrə üçüncü şəхs qismində inzibаti məhkəmə icrааtınа cəlb olunmaları qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 09 iyul 2025-ci il tarixli 2-1(120)-127/2025 saylı qərardadı ilə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “ilkin tələbi ilə bərabər yəni, İmişli rayonu, Qızılkənd bələdiyyəsinin 30 aprel 2004-cü il tarixli qərarı ilə (protokol №5) alqı-satqı əsasında mərhum anası X4 mülkiyyətinə verilmiş 5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin üzərinə qoyulması, həmçinin İmişli rayonu Qızılkənd bələdiyyəsinin X8 xüsusi mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə 30 noyabr 2004-cü il tarixli, 12 saylı qərarının, X17 icarəsinə torpaq sahəsinin verilməsi barədə 05 yanvar 2007-ci il tarixli, 01 saylı qərarının, X16 icarəsinə torpaq sahəsinin verilməsi barədə 31 iyul 2007-ci il tarixli, 10 saylı qərarının və X22 (Əlməhəmməd) oğlunun icarəsinə torpaq sahəsinin verilməsi barədə 31 iyul 2007-ci il tarixli, 10 saylı qərarının ləğv edilməsi” kimi baxılması davam etdirilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə verərək cavabdeh qismində Qızılkənd Bələdiyyəsinin əvəzinə Aranlı Bələdiyyəsinin (bələdiyyələrin birləəşdirilməsi ilə əlaqədar) cavabdeh kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdeh (nümayəndəsi) və X23 məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh (nümayəndəsi) və üçüncü şəxs X19 iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddiaçı və onun vəkili Vəkil məkəmə iclasında idia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmişlər. Üçüncü şəxslər X23, X24, X11 və X18 məhkəmə iclasında izahatlarında iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı iddia tələbini olunla əsaslandırmışdır ki, İmişli rayonu, Qızılkənd bələdiyyəsinin 30 aprel 2004-cü il tarixli qərarı ilə (Protokol N°5) alqı-satqı əsasında kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə mərhum X2nın mülkiyyətinə kəndin sol tərəfində yerləşən, əkinə az yararlı, Qızılkənd bələdiyyəsinin alqı-satqı predmeti olan 5 (beş) ha torpaq sahəsi verilmişdir. Bu barədə anası 30 aprel 2004-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, torpaq sahəsinin planı hazırlanmaqla, torpağın alqı-satqısına dair İmişli rayon Torpaq şöbəsinin, İmişli rayonu, Qızılkənd bələdiyyəsinin və anasının iştirakı ilə akt tərtib edilmiş və həmin akt İmişli rayon torpaq şöbəsində 02 iyun 2004-cü il tarixdə 356 nömrə ilə qeydiyyata alınmışdır. Torpağın dəyəri olaraq anam tərəfindən həmin dövrün məzənnəsinə uyğun olaraq 21 aprel 2004-cü il tarixdə 4.800.000 manat (dörd milyon səkkiz yüz min) və 25 aprel 2004- cü il tarixdə isə 3.200.000 manat (üç milyon iki yüz min) olmaqla, cəmi 8.000.000 (səkkiz milyon) manat pul ödənilmişdir. Lakin, iddiaçı uzun müddət həbsdə olduğundan və anasının vəfat etməsi səbəbindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair sənədləri ala bilməmişdir. X2 12 fevral 2016-cı il tarixdə vəfat edib və ona onun qanun üzrə vərəsəsi olaraq İmişli regional “ASAN Xidmət” mərkəzinin notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-256 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. O, onun vərəsəsi olaraq 04 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edərək alqı-satqı yolu ilə anasının mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 17 avqust 2022-ci il tarixli cavab məktubu ilə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna istinad edərək ona bildirmişdir ki, kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi icarənizə deyil, mülkiyyətinizə ayrıldığından və torpaq sahəsi digər vətəndaşların istifadəsində olduğundan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətinizin icrasından imtina edilir. Belə hesab edir ki, cavabdehin həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməsi aşağıda qeyd edilənlərə görə əsassızdır və onun mülkiyyət hüququmu pozduğundan mübahisə məhkəmə qaydasında həll edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 2004-cü ildə qüvvədə olan “Torpaqların alqı-satqısı” Qaydalarına əasən Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətində olan torpaqlar; b) Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları alqı-satqı müqavilələrinin predmeti ola bilər. Həmin Qaydaların 5-ci bəndində qeyd edilmişdir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bələdiyyə torpaqlarının vətəndaşlara və hüquqi şəxslərə satışı onların ərizələrinə əsasən bələdiyyənin qərarı və tərəflər arasında bağlanan müqavilə ilə, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların alqı-satqısı isə onlar arasında notarial qaydada bağlanan müqavilələrə əsasən həyata keçirilir. Həmin Qaydaların 7-ci bəndində göstərilir ki, Bələdiyyə mülkiyyətində olan torpaq sahələri satıldıqda qiymətlər torpağın normativ qiymətindən az olmamaq şərti ilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Bələdiyyələrin kənd təsərrüfatına azyararlı və yararsız torpaqları öz vəsaitləri hesabına yararlı hala salaraq kənd təsərrüfatı məhsulları istehsal edən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə satıldıqda bu torpaqlarda torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qiymət güzəştləri tətbiq olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verməsi səlahiyyətləri vardır. Həmin Məcəllənin 47-ci maddəsinin 6-cı bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. İmişli rayonu, Qızılkənd bələdiyyəsinin 30 aprel 2004-cü il tarixli qərarı ilə (Protokol N°5) alqı-satqı əsasında mərhum X2nın mülkiyyətinə verilmiş 5 (beş) ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə həvalə edilməsi və həmçinin İmişli rayonu Qızılkənd bələdiyyəsinin X8 xüsusi mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə 30 noyabr 2004cü il tarixli, 12 saylı qərarının, X17 icarəsinə torpaq sahəsinin verilməsi barədə 05 yanvar 2007-ci il tarixli, 01 saylı qərarının, X16 icarəsinə torpaq sahəsinin verilməsi barədə 31 iyul 2007-ci il tarixli, 10 saylı qərarının və X22 (Əlməhəmməd) oğlunun icarəsinə torpaq sahəsinin verilməsi barədə 31 iyul 2007-ci il tarixli, 10 saylı qərarının ləğv edilməsi” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddia tələbindən (dəqiqləşdirilmiş tələbin) ərizənin məzmunundan görünür ki, İddiaçı İmişli rayonu, Qızılkənd bələdiyyəsinin 30 aprel 2004-cü il tarixli qərarı ilə (protokol №5) aalqı-satqı əsasında mərhum anası X4 adına mülkiyyətinə verilmiş 5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatına alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin üzərinə qoyulması, həmçinin İmişli rayonu Qızılkənd bələdiyyəsinin X8 xüsusi torpaq sahəsinin verilməsi barədə 30 noyabr 2004-cü il tarixli, 12 saylı qərarının, X17 icarəsinə torpaq sahəsinin erilməsi barədə 05 yanvar 2007-ci il tarixli, 01 saylı qərarının, X16 icarəsinə torpaq sahəsinin verilməsi barədə 31 iyul 2007-ci il tarixli, 10 saylı qərarının və X22 (Əlməhəmməd) oğlunun icarəsinə torpaq sahəsinin verilməsi barədə 31 iyul 2007-ci il tarixli, 10 saylı qərarının ləğv edilməsini хаhiş еtmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi iki fərqli cavabdehə qarşı yönəlmişdir. İlkin tələblə iddiaçı İmişli rayonu, Qızılkənd bələdiyyəsinin 30 aprel 2004-cü il tarixli qərarı ilə (protokol №5) alqı-satqı əsasında mərhum anası X4 adına mülkiyyətinə verilmiş 5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatına alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin üzərinə qoyulmasından ibarətdir. İddia tələbinin birinci hissəsinə münasibət məhkəmə qeyd edir ki, X15 vəfat etmişdir. Belə olan halda iddiaçının tələbi hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi. Bununla yanaşı iddiaçının tələb etdiyi 5 (beş) ha torpaq sahəsi məhkəmə icraatına cəlb edilmiş 3-cü şəxslərin xeyrinə reysterdə qeydə alınmışıdr. Həmin qeydlər bələdiyənin müvafiq qərarları əsasında həyata keçirilmişdir. Nə qədər ki, mübahisəli torpaq sahəsinə dair qeydlər dövtlət reysterində mövcuddur, həmin torpaq sahəsinə başqa şəxslərin adına reysterdə qeydiyyat aparılması mümkünsüzdür. Məhkəmə iddiaçının tələbinin ikinci hissəsi yəni İmişli rayonu Qızılkənd bələdiyyəsinin X8 xüsusi mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə 30 noyabr 2004cü il tarixli, 12 saylı qərarının, X17 icarəsinə torpaq sahəsinin verilməsi barədə 05 yanvar 2007-ci il tarixli, 01 saylı qərarının, X16 icarəsinə torpaq sahəsinin verilməsi barədə 31 iyul 2007-ci il tarixli, 10 saylı qərarının və X22 (Əlməhəmməd) oğlunun icarəsinə torpaq sahəsinin verilməsi barədə 31 iyul 2007-ci il tarixli, 10 saylı qərarının ləğv edilməsi tələbi ilə bağlı qeyd edir ki, həmin tələbə cavab verməli inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi deyil, İmişli rayonu Qızılkənd bələdiyyəsi olmalıdır. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş matriallarında olan İmişli rayonu Qızılkənd bələdiyyəsinin 30 noyabr 2004-cü il tarixli 12 saylı qərarından gönürü ki, İmişli rayonu Qızılkənd kənd sakini X12 2,0 (iki) ha torpaq sahəsi Akt əsasında satılmışdır. İş matriallarında olan İmişli rayonu Qızılkənd bələdiyyəsinin 05 yanvar 2007-ci il tarixli 01 saylı qərarından gönürü ki, İmişli rayonu Qızılkənd kənd sakini X20 1,0 (bir) ha torpaq sahəsi Akt əsasında satılmışdır. İş matriallarında olan İmişli rayonu Qızılkənd bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 10 saylı iclas protokolunun qərarından gönürü ki, İmişli rayonu Qızılkənd kənd sakini X1 “Qırbola” adalana ərazisindən kənd təsərüfatı məhsullarının istehsalı üçün 23 (iyirmi üç) il müddətinə 1,0 (bir) ha torpaq sahəsi verilmişdir. İş matriallarında olan İmişli rayonu Qızılkənd bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 10 saylı iclas protokolunun qərarından gönürü ki, İmişli rayonu Qızılkənd kənd sakini X3 “Qırbola” adalana ərazisindən kənd təsərüfatı məhsullarının istehsalı üçün 62 (altımış iki) il müddətinə 1,0 (bir) ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 2(036)-718/2021 saylı, 17 may 2021-ci il tarixli qətanməsindən görünür ki, iddiaçı İmişli rayonu Qızılkənd bələdiyyəsi cavabdehlər X9 və X20 qarşı müqavilənin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılmaları ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi təmin edilmiş, İmişli rayonu, Qızılkənd bələdiyyəsinin mülkiyyətində olan 5,0 ha torpaq sahəsinin satılmasına dair 30 aprel 2004-cü il tarixli alqı-satqı müqviləsi etibarsız hesab edilmiş, İmişli rayonu, Qızılkənd bələdiyyəsinin 2,0 ha torpaq sahəsinin satılmasına dair X18 ilə həmin bələdiyyə arasında bağlanmış 30 noyabr 2004-cü il tarixli alqı-satqı müqviləsi etibarsız hesab edilmiş və X18 qeyd edilən müqavilə əsasında əldə etdiyi torpaq sahəsindən çıxarılması qət edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2024-cü il tarixli, 3-16-16/2-10/9850 nömrəli ekspert rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə: İmişli rayon Qızılkənd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 05 nömrəli qərarı ilə məhrum X9 ayrılmış 5 ha torpaq sahəsinin döngə nöqtə koordinatları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunmuş və təsdiq edilmiş yerquruluşu planında qeyd olunmuş istinad nöqtələrinə əsasən müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: İmişli rayon Qızılkənd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 05 nömrəli qərarı ilə məhrum X9 ayrılmış 5 ha torpaq sahəsi 30 aprel 2004-cü ildə bələdiyyə mülkiyyətində (Bələdiyyənin ehtiyyat fondu) olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsi olmuşdur. Hazırda da bələdiyyə mülkiyyətində (Bələdiyyənin ehtiyyat Fondu) olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsidir. Qərardadın üçüncü sualı üzrə: İmişli rayon Qızılkənd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 05 nömrəli qərarı ilə məhrum X9 ayrılmış 5 ha torpaq sahəsinin təyinatına görə alqı-satqı (özəlləşdirmə) predmeti ola bilməz, torpaq qanunvericiliyinə uyğun olaraq icarəyə verilə bilər. Qərardadın dördüncü sualı üzrə: İmişli rayon Qızılkənd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 05 nömrəli qərarı ilə məhrum X9 ayrılmış 5 ha torpaq sahəsi faktiki olaraq X25 (1.0 ha), X18 (2.0) ha, HX11 (1.0 ha), X24 (1.0 ha) tərəfindən istifadə olunur. Qərardadın beşinci sualı üzrə: İmişli rayon Qızılkənd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 05 nömrəli qərarı ilə məhrum X9 ayrılmış 5 ha torpaq sahəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsiinin İmişli rayon Şöbəsi tərəfindən tərtib olunmuş təsdiq edilmiş yerquruluşu planında qeyd olunmuş istinad nöqtələrinə əsasən, müəyyən edilmiş hüdudlarının koordinatları X25 (1.0 ha), X18 (2.0 ha), X11 (1.0 ha) və X24 (1.0 ha) tərəfindən istifadə olunan torpaq sahəsinin hüdudları ilə üst-üstə düşür. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri İmişli rayonu, Qızılkənd bələdiyyəsinin 30 aprel 2004-cü il tarixli qərarının qüvvədə olması halımövcud olmalıdır. Lakin, iş materiallarında olan İmişli Rayon Məhkəməsinin 2(036)-718/2021-ci il tarixli qətanməsindən görünür ki, İmişli rayonu, Qızılkənd bələdiyyəsinin mülkiyyətində olan 5,0 ha torpaq sahəsinin satılmasına dair 30 aprel 2004-cü il tarixli alqı-satqı müqviləsi etibarsız hesab edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə iclaslarında iddiaçı qeyd etmişdir ki, uzun illər ərzində həbsdə olduğu üçün iddia tələbi ilə məhkəməyə müraciət edə bilməmişdir. Məhkəmə qeyd edir ki, İmişli rayonu, Qızılkənd bələdiyyəsinin 30 aprel 2004-cü il tarixli qərarı ilə 5 (beş) ha torpaq sahəsi X10 verilmişdir. X14 12 fevral 2016-cı il tarixdə vəfat etmişdir. Məhkəmə iclaslarında iştirak edən üçüncü şəxslər torpaq sahəsinin ayrıldığı vaxtdan onların istifadəsində olduğunu, torpaqdan daima istifadə etdiklərini, torpaq sahələri mərhum X5 yaşadığı yerə yaxın olduğu üçün onların torpaq sahəsindən istifadə etməsini görmüş və hər hansı narazılıq bildirməməsini qeyd etmişdirlər. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 2(036)-718/2021 saylı, 17 may 2021-ci il tarixli qətanməsindən görünür ki, İddiaçı məhkəmə iclaslarında iştirak etmişdir. Məhkəmə iclaslarında iştrak edərək ifadə vermiş və hazırda mübahisələndirdiyi qərarlardan məlumatlı olmuşdur. Buna baxmayaraq xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının elan olunduğu vaxtdan mübahisələndirdiyi qərardan məlumatı olmuş və prosessual müddətin axımı həmin qərardan məlumatlı olduğu vaxtdan, yəni xx.xx.2004-cü il tarixdən başlamışdır. İddia ərziəsi isə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi inzibati aktdan məlumatlı olduğu vaxtdan 18 (on səkkiz) il keçdikdən sonra müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh İimişli rayonu Qızılkənd bələdiyyəsinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta, hərəkət (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçı 2004-2007-ci illərlə bağlı cavabdehin hərəkətini mübahisələndirmə imkanını 2011-ci il 1 yanvar tarixədək itirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-711/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq yuxarıda qeyd edilən məsələrlə bağlı iddiaçıya yazılı şəkildə və məhkəmə iclasında şifahi şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunmuşdur. Yuxarıda qeyd edilən məsələlərlə bağlı iddiaçıya xx.xx.2025-ci il tarixli 2-1(120)- 127/2025 saylı məktublarla və məhkəmə iclasında şifahi qaydada iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh İmişli rayon Qızılkənd bələdiyyəsinə qarşı “mərhum X4 adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı İmişli rayonu, Qızılkənd bələdiyyəsinin 30 aprel 2004-cü il tarixli qərarı ilə (protokol №5) alqı-satqı əsasında mərhum anası X4 mülkiyyətinə verilmiş 5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin üzərinə qoyulması, həmçinin İmişli rayonu Qızılkənd bələdiyyəsinin X8 xüsusi mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə 30 noyabr 2004cü il tarixli, 12 saylı qərarının, X17 icarəsinə torpaq sahəsinin verilməsi barədə 05 yanvar 2007-ci il tarixli, 01 saylı qərarının, X16 icarəsinə torpaq sahəsinin verilməsi barədə 31 iyul 2007-ci il tarixli, 10 saylı qərarının və X22 (Əlməhəmməd) oğlunun icarəsinə torpaq sahəsinin verilməsi barədə 31 iyul 2007-ci il tarixli, 10 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar