Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1270/2025 23.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Kürdəmir Rayon X4 hüquqi şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Kürdəmir Rayon X4 hüquqi şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 23 oktyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, əmək qabiliyyətini itirməyinə görə sosial müavinatın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi ( tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, üçüncü şəxs qismində Kürdəmir Rayon X4 Hüquqi şəxsi göstərilməklə məhkəmədən ona yəni İddiaçı əlillik təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra yenidən iddiaçı İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0003 №-li qərarın ləğv olunması, qərarın ləğv olunduğu tarixdən ona əlillik təyin edilməsi üçün müvafiq qərarın qəbul olunması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci il tarixində o iş zamanı rəhbətliyin göstərişi ilə elektirik avadanlığının nasazlıqını aradan qaldıran zaman yüksək elektirik gərginliyinin vurması nəticəsində iki əli yarasız vəziyyətinə düşmüşdür. Həmin hadisədən sonra uzun müddətli müalicə almışdır. Müalicənin nəticəsində əlləri tam şəkildə bərba olunmamışdır və əmək qabiliyyətini itirmişdir. xx.xx.2022-ci il tarixli 1005/147 nömrəli Nərimanov Rayonu Tibbi Mərkəzinin arayışına əsasən ambulator müalicə almışdır. Arayışda göstərilənə əsasən hər bir əl və əl barmaqları çoxsaylı kobud şəkildə dərinin pozuntusu, hərəkətdə məhdudiyyətin olduğu bildirilmişdir.Azərbaycan Respublikası Səhiyyə Nazirliyin “Azərbaycan X3 və ortopediya İnstitutunun xx.xx.2024-ci il tarixli ********** nömrəli arayışına əsasən hər iki əlində kobud dərinin yandığı və hər iki əldə hərəkətin məhdudlaşdığını bildirilmişdir.xx.xx.2024-ci il tarixli ekspertiza rəyinə əsasən qeyd olunan diaqnozu təsdiqlənmişdir.xx.xx.2022-ci il tarixli X6 497842/610604 nömrəli UMS yoxlamasının rəyinə əsasən hər iki əlin üzərində dəri təbqəsi deformasiya olunmuş, qalınlaşmış (postravmatik), yerlərdə dərialtı hipoexogen sahələr izlənilir, qalınlığı d-7.6 mm, d-6.6 mm. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.Eyni zamanda Kürdəmir Rayon Mərkəzi Xəstəxanası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə sistemi” vasitəsilə məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Kürdəmir rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış Diaqnozun mətni: Hər iki əlin Termiki yanıqdan Sonrakı geniş həcmli kobud dartıcı kelloid çapıqlar, Sol əlin İ,İİ,İİ,İV, V barmaqların açıcı kontrakturası bükmə Hərəkətləri məhduddur, sol orta distal falanqalararası oynağın İ dərəcə artrozu. Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: göndərişin natamam doldurulması-səbəb: Xəstəliyin ağırlaşmasını təsdiq edən diaqnostik müayinələrin dəqiqləşdirilməsi və ətraflı qeyd olunsun əsası ilə Mərkəzə geri göndərilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Üçüncü şəxs Kürdəmir rayon X4 Hüquqi Şəxsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3cü maddəsinə əsasən işə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçı cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və ona müvafiq əlilliyin təyin olunmasını tələb edir. Məhkəmə hesab edir ki, hazırkı iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür.
Faktiki hallar və sübutlar:
İddiaçı aid aşağıdakı; - xx.xx.2022-ci il tarixli, xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: T23.3 Bilək və əlin üçüncü dərəcəli termiki yanığı FHTJKUY....İmtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması-Səbəb: İxtisaslaşdırılmış bərpa müalicəsi davam etdirilsin. xx.xx.2024-cü il tarixli, xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Hər iki əlin trmiki yanıqdan sonrakı geniş həcimli dartıcı kelloid çapıqları. Sol əlin İ,İİ,İİ, İV,V Barmaqların açıcı konturakturası, bükmə hərəkətləri məhduddur. Sol orta distal Falanqalararası oynağın dərəcə artrozu...İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması: Səbəb: Xəstəliyin ağırlaşmasını təsdiq dən diaqnostik müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun. Məhkəmənin müvafiq sorğusuna əsasən Kürdəmir Rayon X4 hüquqi şəxsinin 18-1- 49/2-805/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, iddiaçı xx.xx.1979-cu il təvəllüdlü Kürdəmir rayonu Dəyirmanlı kənd sakini İddiaçı ‘'Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə həkim cərrahın qeydiyyatındadır. Diaqnoz:T23.3 Bilək və əlin üçüncü dərəcəli termiki yanığı. Vətəndaş xx.xx.2024-cü il tarixdə təşkil edilən Həkim Məsləhət Komissiyasında iştirak etmişdir. Vətəndaşın təqdim etdiyi sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” və xx.xx.2022-ci il tarixdə qüvvəyə minən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-na uyğun hazırlanaraq (Forma 88) TSERAS-də rəsmiləşdirilmişdir.TSEK-in cavabı:İmtina edilib-Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Xəstəliyin ağırlaşmasını təsdiq edən diaqnostik müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun. Vətəndaş həmin tarixdən etibarən “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə həmçinin , Həkim Məsləhət Komissiyasına müraciət etməmişdir. Vətəndaşla xx.xx.2024-cü il tarixdə əlaqə saxlanıldı, daxil olmuş müraciəti barədə məlumatlandırıldı. R.Əhədovla əlaqə saxlanılan vaxt müvafiq müayinə, müalicə sənədlərinin olduğu qeydiyyat kitabçasının özündə olduğunu və sənədlərin surətini Şirvan İnzibati Məhkəməsinə göndərdiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi eyni zamanda “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsilə məhkəməyə vəsatət təqdim edərək, yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması üçün iddiaçının əyani müayinəsinin keçirilməsi üçün müvafiq qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(1120)-3970/2024 saylı qərardadı ilə Agentlik tərəfindən verilmiş vəsatətin təmin edilməsi, İddiaçı yenidən əyani müayinəyə cəlb edilməklə müvafiq rəyin məhkəməyə təqdim edilməsi məqsədilə yenidən inzibati icraatın aparılması Agentliyinə həvalə edilməsi və bu məqsədlə 15 (on beş) gün müddət təyin edilməsi qərara alınmışdır. Agentliyin 3-17-4/2-23925/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim olunmuş Agentliyin Tibbi-sosial ekspert komissiyasının 3-17-4/3-1-18307/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, İddiaçı müraciəti əsasında Kürdəmir Rayon Mərkəzi Xəstəxanası tərəfindən “Bilək və əlin üçüncü dərəcəli termiki yanığı’’ diaqnozu ilə xx.xx.2024-cü il tarixli R00188294ZBY nömrəli göndəriş rəsmiləşdirilsə də, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, göndərişin natamam doldurulması (Səbəb: Xəstəliyin ağırlaşmasını təsdiq edən diaqnostik müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun.) səbəbindən əlillik təyinatı aparılmamış, tibb müəssisəsinə geri qaytarılmışdır.Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır.xx.xx.2024cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri yanıq yerində ağrılardan, göynəmə, dartınma hissindən, əlində hərəkət məhdudluğundan olmuş, anamnestik olaraq iş yerində əmək funksiyasını yerinə yetirərkən, elektrik cərəyanı vurması nəticəsində xəsarət aldığını, xx.xx.2024-cü il tarixində bu səbəbdən ona cərrahi əməliyyatın icra edildiyini bildirmişdir. Vətəndaşın təqdim etdiyi “Sosial müavinətin bərpa edilməsi öhdəliyinin qoyulmasına dair” iddia ərizəsində əlillik vəziyyəti və əmək qabiliyyətinin itirilmə faizinin qiymətləndirilməsi üçün əlillik səbəbinin “istehsalat zədəsin”dən olduğu qeyd edilsə də, istehsalatda baş vermiş bədbəxt hadisəni təsdiq edən İZ aktı və əmək qabiliyyətini itirilmə faizinin təyini barədə sorğu məktubunu təqdim etməmiş, buna bənzər heç bir sənədinin olmadığını bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, X3 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** arayışına əsasən diaqnoz “Hər iki əlin yanıqdan sonrakı atrofik-hipertrofik dartıcı ağrılı, kelloid çapıqları. Əzələlərin atrofiyası. Çapıq nahiyəsində trofika və hissiyyatın pozulması. Osteoporoz. Barmaqların açıcı- bükücü kontrakturası. Artroz. Daimi ağrı sindromu, funksiyanın pozulması.” şəklində göstərilmiş, X7 xx.xx.2024-xx.xx.2024-cü il tarixli 119 nömrəli epikrizinə əsasən diaqnoz "Hər iki əlin yanıqdan sonrakı kobud dartıcı hipertrofik çapıqları. Sol əlin yanıq çapıqlarının ləğvi və autodermoplastika əməliyyatından sonrakı vəziyyət.” kimi qeyd edilmişdir.Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, dili nəm, ərpsiz izlənilmiş, həkim-travmatoloq müayinəsinin nəticəsinə əsasən hər iki əlin üst nahiyəsində kelloid dartıcı çapıqlar izlənilmiş, əlin ovuc və barmaqların iç səthində patologiya müşahidə edilməmiş, sağ əlin bükmə-açma funksiyası tam, sol əlin açma funksiyası tam olmuş, bükmə funksiyası isə məhdud qeyd edilmiş, müalicə potensialını itirməmiş, əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu aşkar edilməmişdir.Nəticədə, obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2024-cü il tarixli R00188294ZBY nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 tərəfindən verilmiş T281/2025 saylı ekspert rəyindən müəyyən olunur ki, ekspertiza xx.xx.2025-ci il tarixdə başlamış, xx.xx.2025-ci il tarixdə başa çatmış ekspertizanın nəticəsində: 1.4.İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” PŞH-də tərtib edilmiş xx.xx.2024-cü il tarixli R0018829ZBY saylı Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: Ağırlaşmalar: M24.5 Oynaqların kontrakturası.Sol əlin İ, İİ,İİİ,İV, V barmaqlarının açıcı konturakturası.Bükmə hərəkətləri məhduddur.L90 Dərin atrofik zədələnməsi.Hər iki əlin termiki yanıqdan sonrakı geniş həcimli kobud dartıcı kelleoid çapıqları.M19.1Digər oynaqların posttravmatik artrozu.Sol orta distal falanqalarası oynağın İ dərəcə artrozu.Yanaşı xəstəliklər: Z73.6 Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması.Sol əlin tutma funksiyasının pozulması” diaqnoz xəstənin anamnestik, kliniki, labarator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Diaqnoz nəzərə alınmaqla şəxsin DTSE/RA-da xx.xx.2024-cü il tarixdə əyani müayinəsi zamanı və həkim-travmatoloq müayinəsinin nəticəsinə əsasən hər iki əlin üst nahiyyəsində kelloid dartıcı çapıqlar izlənilmiş, əlin ovuc və barmaqların iç səthində patalogiya müşahidə edilməmiş, sağ əlin bükmə-açma funksiyası tam, sol əlin açma funksiyası tam olmuş, bükmə funksiyası isə məhdud qeyd edilmiş, müalicə potensialını itirməmiş, əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu aşkar edilməmişdir. 2.3.5.6.7. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Dövlət Tibbi- Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.
7. İddiaçı hazırkı vəziyyətini əks etdirən “Hər iki əlin termiki yanıqdan sonrakı geniş həcmli kobud dartıcı kelloid çapıqlar” diaqnozu ilə əlaqədar əlavə müayinə və müalicə ehtiyacı yoxdur. Xəstəliyin sağalma ehtimalı yoxdur.
9. Qeyd edilən diaqnoz tam reabilitasiya olunmur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: ...
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); ...
2. Göndərişin verilməsi qaydası 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. ... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): ... 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. ... 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: ... 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. ... 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. ... 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. ... 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. ... 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”(ləğv edilmiş)
1. Ümumi müddəalar 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. ... 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. ....
MƏHKƏMƏNİN MÖVQEYİ
Hazırda qüvvədə olan qanunvericiliyin tələbindən də göründüyü kimi Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında cavabdeh tərəfindən şəxsin əlilliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən edilməkdədir. Lakin, qeyd olunmalıdır ki, hazırkı iş üzrə əlilliyin təyininə dair müraciət və imtina tarixləri nəzərə alınmaqla aparılan qiymətləndirmə zamanı “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” ilə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələbləri də nəzərə alınmalıdır. Nəzərə alınma ilə bağlı tələblər isə konkretdir. Cavabdeh tərəfindən göndərişdə adları sadalanan və yuxarıda adıçəkilən normativ hüquqi aktlarda təsbit edilmiş xəstəliklərin iddiaçıda mövcud olubolmaması yoxlanılmaqla əlillik dərəcəsinin təyininə dair və ya imtinaya dair qərar qəbul edilməlidir ki, cavabdeh hər iki normativ hüquqi aktın tələblərinə uyğun olaraq yoxlama aparmış və adıçəkilən təyinatı üçün əsasın olmaması qənaətinə gəlinmişdir. İş materiallarından da göründüyü kimi hazırkı mübahisə həmin xəstəliklərin mövcud olduğu, lakin mövcud olmasına baxmayaraq əlilliyin təyininə əsas verməməsi ilə bağlıdır. Odur ki, iş üzrə düzgün nəticəyə gəlinməsi üçün adıçəkilən kodlarda nəzərdə tutulmuş xəstəliklərin hazırda “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” ilə və (və ya), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də mövcud olub-olmaması müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli R00188294ZBY nömrəli göndərişdən görünür ki, idiaçıya “Bilək və əlin üçüncü dərəcəli termiki yanığı’’ diaqnozu əsas kimi göstərilmişdir. Cavabdeh tərəfindən həmin xəstəliklərin mövcud olması, mövcud olduğu təqdirdə əlilliyin təyininə əsas verib-verməməsi barədə həm göndəriş əsasında tibbi sənədlər, eləcə də əyani müayinəyə cəlb edilməklə müxtəlif tarixlərdə yoxlanılmış və müəyyən edilmişdir ki, iddiaçıya əlilliyin təyinatı üçün hər hansı əsas mövcud deyil. Bununla yanaşı iddiaçı aldığı xəsarətin istehsalat zədəsindən olduğunu qeyd etsə də, istehsalatda baş vermiş bədbəxt hadisəni təsdiq edən “İZ” aktı və əmək qabiliyyətinin itirilmə faizini təyin edən məktubu təqdim etməmişdir. Əyani müayinə barədə qərarda qeyd edilir ki, iddiaçı barəsində əlillik dərəcəsinin təyin olunması ilə bağlı göndərilmiş xx.xx.2024-cü il tarixli R00188294ZBY nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” səbəbindən əlllik dərəcəsinin təyinindən imtina edilmişdir. İş üzrə mötəbər sübut kimi qiymətləndirilməsinə hər hansı şübhəli halın olmadığı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu aşkar edilmir. Göründüyü kimi iş üzrə təyin edilmiş ekspert tərəfindən verilmiş rəylə iddiaçının əlilliyin təyinatına əsas verə biləcək əsas diaqnoz və ağırlaşmaların iddiaçıda mövcud olmadığı, diaqnozların xəstənin hazırkı obyektiv vəziyyətin deyil, subyektiv şikayətlərinə əsasən müəyyən edildiyi aşkar edilmişdir ki, məhkəmə hesab edir ki, işin tam və obyektiv araşdırılması, xüsusi bilik tələb edən hallarla bağlı qiymətləndirmənin aparılması üçün təyin edilmiş məhkəmə tibbi ekspertizasına dair ekspert rəyi ilə iddiaçıda xəstəliklərin mövcud olmaması öz təsdiqini tapmışdır ki, həmin rəyin şübhə altına alınmasına əsas ola biləcək hər hansı hal müəyyən edilməmiş, verilmiş rəyin mötəbərliyi məhkəmədə şübhə doğurmamışdır. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Rəşidə Quliyeva