Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1272/2020 13.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi X1 (Ağcabədi rayonu, Hacıbədəlli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan iştirakı ilə, İddiaçı cavabdeh Əmək və X6 Naziriliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsinin Ağcabədi rayon filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş, Ağcabədi rayonu, Hacıbədəlli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət X7 Ağcabədi rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxx 2020-ci il tarixli, **********2 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1971-xx.xx.1974cü ilə kimi və xx.xx.1976-cı ildən 1996-c ilə kimi Ağcabədi rayon sabiq “S.Vurğun” adına kolxozda kolxozçu, sex rəisi, təsərrüfat briqadiri, anbardar işlədiyini sığorta stajı kimi müəyyən edərək cavabdehin üzrərinə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 ərizəsini təqdim edərək, iddia tələbini dəyişərək, 1971-1974 və 1976-1997-ci illərdə Ağcabədi rayon “S.Vurğun” adına kolxozunda əmək iştirakı normasına görə faktiki iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü Dövlət X7 Ağcabədi rayon şöbəsinə rəsmi olaraq müraciət etmiş, lakin Dövlət X7 Ağcabədi rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması Qaydalarının 3.1.1-ci bəndinə əsaslanaraq ona xx.xx.2020-ci il tarixli, **********2nömrəli imtina məktubu göndərilmişdir. İddiaçı xx.xx.1955-cu ildə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olmuş, 1971-xx.xx.1974-cü ilə kimi və xx.xx.1976-cı ildən 1997-ci ilə kimi Ağcabədi rayon sabiq “S.Vurğun” adına kolxozda kolxozçu, sex rəisi, təsərrüfat briqadiri, anbardar işləmişdir. xx.xx.1997-ci ildə kolxozun fəaliyyətinə xitam verilməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə kimi sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Kolxozda işlədiyi dövrdə adına əmək kitabçası açılmış və onun bütün əmək fəaliyyəti əmək kitabçasına daxil edilmişdir. Lakin pensiya yaşına çatdıqdan sonra Dövlət X7 Ağcabədi rayon şöbəsinə müraciət edərkən əmək kitabçasından əlavə olaraq arxiv arayışı tələb edilmişdir. Bununla əlaqədar Ağcabədi rayon Dövlət Arxivinə müraciət edərkən onun əmək fəaliyyətinə dair məlumatların bir hissəsi müəyyən olunsa da digər illər üzrə kolxozun arxiv sənədləri arxivdə mühafizə olunmadığından məlumat verilməsi mümkün olmamışdır. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət X7 Ağcabədi rayon şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki,Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2010-cu il tarixdə 4027 nömrəli şəhadətnamə ilə qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006cı il tarixədək) sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı 1970-1973, 1973, 1977-1997-ci illərdə Ağcabədi rayon sabiq “S.Vurğun” adına kolxozda işləməsi barədə Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 101 nömrəli arxiv arayışı təqdim etmişdir. Arxiv arayışında vətəndaşın 1970, 1977-1978, 1987-1997-ci illərdə işləyib əmək haqqı alması və faktiki işlənilmiş adam günləri qeyd olunmuş, lakin 1971, 1972, 1973, 1979- 1986-cı illərin arxiv sənədləri rayon Dövlət Arxivində mühafizə olunmadığı üçün İddiaçı həmin illərdə işləməsi barədə heç bir məlumat verilməsi mümkün olmamışdır. Vətəndaşın 1970, 1977-1978, 1987-1997-ci illərdə işlədiyi sosial sığorta stajı 12 il 11 ay, 1971-1973, 1979- 1986-cı illər üzrə sosial sığorta stajı 11 il nəzərə alınarsa o halda İddiaçı təqdim etdiyi hərbi xidmət illəri də nəzərə alınmaqla ümumilikdə 25 il 11 ay 07 gün sosial sığorta stajı yaranar. Həmin iş stajına əsasən İddiaçı tələb olunan pensiya hüququ yaranar. Qeyd olunanları nəzərə alaraq İddiaçı mübahisəli sosial sığorta stajı 1970-1973, 1977-1997-ci illərdə Ağcabədi rayon “S.Vurğun” adına kolxozda işlədiyi dövrün sığorta stajı kimi nəzərə alınmasına qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X4 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Ağcabədi rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Ağcabədi rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur və xx.xx.2020-ci il tarixdə 64 yaş 6 ayı (x xxxx 2019-xx xxxx 2020-cu il tarixlərdə kişilər üçün pensiya yaşı 64 yaş 6 aydır) tamam olmuşdur. İddiaçının arxiv arayışındakı, əmək kitabçasındakı iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 04050242 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, Ağcabədi rayonu, Hacıbədəlli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1992-ci il tarixli, АЗЕ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə Ağcabədi rayonu “S.Vurğun” adına kolxoza ərizəsinə əsasən kolxozçu kimi işə qəbul edilmiş, xx.xx.1974-cü il tarixdə hərbi xidmətə getməsi ilə əlaqədar olaraq işdən azad edilmiş, xx.xx.1976-cı il tarixdə hərbi xidmətdən qayıtdıqdan sonra sıravi kolxozçu kimi işə qəbul edilmiş, xx.xx.1977-ci il tarixdə idarə heyətinin qərarı ilə ixtisasına uyğun olaraq sex rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.1991-ci il tarixdə ərizəsinə əsasən vəzifəsindən azad edilib təsərrüfat briqadiri vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü il tarixdə ərizəsinə əsasən anbardar işinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə “S.Vurğun” adına kolxozun fəaliyyətinə xitam verilməsi ilə əlaqədar işdən azad edilmişdir. İşdə olan xx.xx.1974-cü il tarixli, H3 ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 101 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1970, 1977-1978, 1987-1997-ci illərdə “S.Vurğun” adına kolxozda işləmişdir. İşdə olan Dövlət X7 Ağcabədi rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Pespublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı ilədək) sığortaolunanların qazanılmış əmək pensiyası hüququnun nəzərə alınması üçün əmək kitabçası təqdim etmişdir. Lakin əmək kitabçasında yazılan qeydlərə Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 101 nömrəli arayışda olan qeydlər uyğunlaşmadığı üçün həmin sənədlərə əsasən əmək pensiyası təyin edilməsi mümkün olmur. Odur ki, əmək pensiyası almaq hüququ yaranmır. İşdə olan Ağcabədi rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 169 nömrəli məktubunda İddiaçı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 101 nömrəli arxiv arayışının verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətlərini göndərmişdir. İşdə olan Dövlət X7 Ağcabədi rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, Ağcabədi rayonu, Hacıbədəlli kənd sakini İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən (yaş həddində edilən dəyişikliklər nəzərə alınmaqla) İddiaçı yaşa görə pensiya hüququ 64 yaş 6 ayı tamam olduğu gündən, yəni xx.xx.2020-ci il tarixdən yaranmışdır. Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 101 nömrəli arxiv arayışına əsasən İddiaçı 1970,1977-1978, 1987-1997-ci illərdə Ağcabədi rayonu “S.Vurğun” adına kolxozda işləmiş və 12 il 11 ay sığorta stajı toplamışdır. 1971-1973, 1979-1986-cı illərin arxiv sənədləri rayon dövlət arxivində mühafizə olunmadığı üçün İddiaçıhəmin illər üzrə stajını nəzərə almaq mümkün deyildir. Həmin illər məhkəmə qərarı əsasında 11 il nəzərə alınarsa, o halda İddiaçı kolxoz dövrü iş stajı 23 il 11 ay olar. Hərbi xidmətdə olduğu müddət xx.xx.1974-xx.xx.1976-cı illər üzrə 2 il 7 gün olmaqla ümumilikdə İddiaçı iş stajı 25 il 11 ay 07 gün olar ki, həmin illərə görə də vətəndaşın yaşa görə əmək pensiyası hüququ yaranar. İddiaçı mübahisəli sosial sığorta stajı 25 il 11 ay 07 gündür. İşdə olan Dövlət X7 Ağcabədi rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********0 nömrəli məktubundan görünür ki, Ağcabədi rayonu, Hacıbədəlli kənd sakini İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün təqdim etdiyi sənədlərdə Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 101 nömrəli arxiv arayışı ilə təqdim etdiyi əmək kitabçasındakı qeydlər üzləşdirərkən bir çox illərdə fərq yaranır. Belə ki, arxiv arayışında 1970-ci ildə 4 ay işləyib 82 manat əmək haqqı alması qeyd olunmuş, lakin əmək kitabçasında həmin il qeyd olunmamışdır. 1971-1973, 1979-1986-cı illərin sənədləri arxivdə mühafizə olunmadığı üçün düzgünlüyünün yoxlanılması mümkün olmur, 1977-ci ildə arxiv arayışında 10 ay işləyib 991,0 manat əmək haqqı alması qeyd olunmuş, lakin əmək kitabçasında həmin ildə 318 adam günü və 2013 manat əmək haqqı alması, 1978-ci ildə arxiv arayışında 9 ay işləyib 890.0 manat əmək haqqı alması qeyd olunmuş, lakin əmək kitabçasında həmin ildə 365 adam günü və 1919 manat əmək haqqı alması, 1997-ci ildə arxiv arayışında 12 ay işləyib 238800 manat əmək haqqı alması qeyd olunmuş, lakin əmək kitabçasında həmin ildə işləməsi qeyd olunmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların aktların qüvvəsi geriyə şamil olunmur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri (xx.xx.2020-ci il tarixli, 101 nömrəli arxiv arayışını və əmək kitabçasını) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 101 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 101 nömrəli arayışının mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə, həmçinin aşağıdakı normaları qeyd edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” xx xxx 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx.xx.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının 1977-1978, 1987-1997-ci illərdə “S.Vurğun” adına kolxozdaminimum əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri (12 il 7 ay) onun sosial sığorta stajına hesablanmalıdır. Мəhkəmə, həmçinin xx.xx.1992-ci il tarixli, АЗЕ ******* nömrəliəmək kitabçasını da iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. İddiaçı əmək kitabçasında qeyd edilən 1971-1973, 1979-1986-cı illər üzrə 11 sosial sığorta stajı toplamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir.Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı əmək kitabçasında və arxiv arayışında qeyd edilən iş illəri, eyni zamanada hərbi xidmət müddəti nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əməkpensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı 1971-1974 və 1976-1997-ci illərdə Ağcabədi rayon “S.Vurğun” adına kolxozunda əmək iştirakı normasına görə faktiki müddət üzrəiş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və X6 Naziriliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsinin Ağcabədi rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1971-1974 və 1976-1997-ci illərdə Ağcabədi rayon “S.Vurğun” adına kolxozunda əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və X6 Naziriliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsinin Ağcabədi rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1272/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1272/2020
13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver