Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1273/2020 04.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Ağcabədi rayonu, Hüsülü kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X3 Ağcabədi rayon şöbəsinə qarşı «sosial sığorta stajı müəyyən edilərək, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx xxxxxx 1955-ci il tarixdə Ağcabədi rayonu, Qiyamadınlı kəndində doğulmuşdur. Ağcabədi rayonu, Hüsülü kəndində qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət X3 Ağcabədi rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxx 2020-ci il tarixli **********1 saylı məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edib, iddiaçının əmək pensiyası hüququnun nəzərə alınması üçün 1971-1974, 1976-1997-cı illərdə Ağcabədi rayonu «Ə.Bünyadov» adına kolxozda işləməsi barədə əmək kitabçasını təqdim edə bilmədiyini əsas gətirərək, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1971xx.xx.1974-cü ilə kimi və 1976-cı ilin iyun ayından 1997-ci ilə kimi Ağcabədi rayon sabiq «Ə.Bünyadov» adına kolxozda kolxozçu və traktorçu işlədiyini sığorta stajı kimi müəyyən edərək Dövlət X3 Ağcabədi rayon şöbəsinin üzərinə ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddiа ərizəsini onunla əsaslandırmışdır ki, o, yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü Dövlət X3 Ağcabədi rayon şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Lakin Dövlət X3 Ağcabədi rayon şöbəsi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsaslanaraq, ona xx.xx.2020-ci il tarixli, **********1 saylı imtina məktubu göndərmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Qanun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. O, xx.xx.1955-ci ildə Ağcabədi rayonu, Qiyamadınlı kəndində anadan olmuşdur. 1971-ci ildən 1974-cü ilin may ayına kimi və 1976-cı ilin iyun ayından 1997-ci ilə kimi Ağcabədi rayon sabiq «Ə.Bünyadov» adına kolxozda kolxozçu və traktorçu işləmişdir. 1997-ci ildə rayonda həyata keçirilən aqrar islahatlar nəticəsində kolxozun fəaliyyətinə xitam verilmiş və bununla əlaqədar işdən azad edilmişdir. xx.xx.1974-cü ildən xx xxx 1976cı ilə kimi sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Kolxozda işlədiyi dövrdə adına əmək kitabçası açılmamışdır. Bununla belə onun əmək fəaliyyətinə dair «Ə.Bünyadov» adına kolxozun Ağcabədi rayon Dövlət Arxivində saxlanılan sənədlərində məlumat vardır. Lakin pensiya yaşına çatdıqdan sonra Dövlət X3 Ağcabədi rayon şöbəsinə müraciət edərək, Ağcabədi rayon Dövlət Arxivindən verilmiş xx.xx.2020-ci il tarixli, 131 nömrəli arxiv arayışını təqdim etsə də, Dövlət X3 Ağcabədi rayon şöbəsi həmin arxiv arayışını nəzərə almamış və ona əsassız olaraq yaşa görə pensiya təyin etməkdən imtina etmişdir. Hesab edir ki, Dövlət X3 Ağcabədi rayon şöbəsinin imtinası ilə onun konstitusion hüquqları pozulmuşdur. Cavabdeh Dövlət X3 Ağcabədi rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli **********2 saylı münasibət məktubunda qeyd edilmişdir ki, Ağcabədi rayonu, Hüsülü kənd sakini İddiaçı xx.xx.2020-ci il tarixdə iş stajı barədə sənədlərini təqdim edərək, yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Ədliyyə Nazirliyində xx xxxxxxx 2010-cu il tarixdə 4027 saylı şəhadətnamə ilə qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyaları təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı ilədək) sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Vətəndaş İddiaçı 1971-1974 və 1976-1997-ci illərdə Ağcabədi rayonu «Ə.Bünyadov» adına kolxozda işləmişdir. xx.xx.1974-xx.xx.1976-cı illər üzrə hərbi xidmət dövrünü nəzərə almaqla İddiaçı 26 il 10 ay sosial sığorta stajı vardır. Lakin İddiaçı 1971- 1974, 1976-1997-ci illərdə Ağcabədi rayonu «Ə.Bünyadov» adına kolxozda işləməsi barədə əmək kitabçası təqdim edə bilmədiyinə görə pensiya təyin edilməsində həmin illəri nəzərə almaq mümkün olmur. O halda vətəndaşın tələb olunan sığorta stajı olmadığı üçün əmək pensiyası hüququ yaranmır. Dövlət X3 Ağcabədi rayon şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə prosesini keçirib qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət X3 Ağcabədi rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və hərbi biletinin təsdiq olunmuş surətlərini, Ağcabədi rayon Dövlət Arxivinin arxiv arayışını, Ağcabədi Rayon İHB-nin Hüsülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına Ağcabədi rayon Dövlət Arxivinin və Dövlət X3 Ağcabədi rayon şöbəsinin məktubları əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X1 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Ağcabədi rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Ağcabədi rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət X4 Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X4 adlandırılmışdır. İddia mahiyyəti üzrə qismən uğurludur, yəni qismən əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxx 1955-ci il tarixdə doğulmuşdur. xx xxxx 2020-ci il tarixdə 64 yaş 6 ayı tamam olmuşdur. İddiaçının xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İddiaçının 1971-1974, 1976-1997-cı illərdə Ağcabədi rayonu «Ə.Bünyadov» adına kolxozda işləyib əmək haqqı alması Ağcabədi rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 131 nömrəli arxiv arayışında qeyd edilmişdir. Lakin Ağcabədi rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 131 nömrəli arxiv arayışından görünür ki, iddiaçının 1971-ci ildə faktiki adam günü və həmin ildə hansı aylar üzrə əmək haqqı alması qeyd edilməmiş, 1972-ci ildə faktiki adam günü 269 gün, 1973-cü ildə faktiki adam günü 277 gün, 1974-cü ildə faktiki adam günü 146 gün, 1976-cı ildə faktiki adam günü 172 gün, 1977-ci ildə faktiki adam günü 311 gün, 1978-ci ildə faktiki adam günü 272 gün, 1979-cu ildə faktiki adam günü 351 gün, 1980-ci ildə faktiki adam günü 303 gün, 1981-ci ildə faktiki adam günü 243 gün, 1982-ci ildə faktiki adam günü 388 gün, 1983-cü ildə faktiki adam günü 268 gün, 1984-cü ildə faktiki adam günü 317 gün, 1985-ci ildə faktiki adam günü 292 gün, 1986-cı ildə faktiki adam günü 280 gün, 1987-ci ildə faktiki adam günü 282 gün, 1988-ci ildə faktiki adam günü 343 gün, 1989-cu ildə faktiki adam günü 357 gün, 1990-cı ildə faktiki adam günü 343 gün, 1991-ci ildə faktiki adam günü 347 gün, 1992-ci ildə faktiki adam günü 354 gün, 1993-cü ildə faktiki adam günü 343 gün, 1994-cü ildə faktiki adam günü 283 gün, 1995-ci ildə faktiki adam günü 240 gün, 1996-cı ildə faktiki adam günü 238 gün və 1997-ci ildə faktiki adam günü 243 gün olmuşdur. «SSRİ-də vətəndaşların pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1972-1974, 1976-1997-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozlarda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «Vətəndaşların pensiya təminatı» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Dövlət X3 Ağcabədi rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli **********7 saylı məktubunun məlumatları nəzərə alındıqda müəyyən edilir ki, Ağcabədi rayonu «Ə.Bünyadov» adına kolxoz üzrə minimum adam günü norması kişilər üçün 240 adam günü müəyyən olunmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1972-1973, 1977-1995 və 1997-ci illərə münasibətdə yerinə yetirildiyindən həmin illər ona tam əmək stajı kimi, yəni 22 il hesablanmalıdır. 1974, 1976 və 1996-cı illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (146 + 172+238) × 12 = 6672/240=27,8 ay (≈2 il 3 ay). Beləliklə, hərbi xidmət müddəti nəzərə alındıqda iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, iddiaçının 1972-1974, 1976-1997-ci illərdə Ağcabədi rayonu «Ə.Bünyadov» adına kolxozda işləməsi barədə Ağcabədi rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 131 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddia təmin edilməli, 1971-ci ildə faktiki adam günü və həmin ildə hansı aylar üzrə əmək haqqı alması Ağcabədi rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 131 nömrəli arxiv arayışında öz əksini tapmadığından iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən iddiaçının Ağcabədi rayonu «Ə.Bünyadov» adına kolxozda işləməsinin onun əmək kitabçasında qeyd olunmamasını əsas gətirməsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Ağcabədi rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 131 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının Ağcabədi rayonu «Ə.Bünyadov» adına kolxozda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 1972-1974, 1976-1997-ci illərdə Ağcabədi rayonu «Ə.Bünyadov» adına kolxozda işləməsi barədə Ağcabədi rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 131 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, оnа yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət X3 Ağcabədi rayon şöbəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçının ərizəsinə əsasən tələb olunmadığından məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddia qismən təmin edilsin. İddiaçı 1972-1974, 1976-1997-ci illərdə Ağcabədi rayonu «Ə.Bünyadov» adına kolxozda işləməsi barədə Ağcabədi rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 131 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, оnа yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət X3 Ağcabədi rayon şöbəsinin üzərinə qoyulsun.
2. İddia qalan hissədə təmin edilməsin.
3. Prosessual xərc iddiaçıya aid edilsin.
4. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
5. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov