Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1277/2022 06.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “yenidən həqiqi hərbi xidmətə qəbul edilmə” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MN-in Şəxsi Heyət Baş İdarəsinin əsassız qərarı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1277/2022 nömrəli qərardadı ilə iddiа ərizəsində dəqiqləşmə аpаrılaraq, cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cəlb edilməsini, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin cavabdeh siyahısından çıxarılmasını, iddia tələbinə isə “yenidən həqiqi hərbi xidmətə qəbul edilməsi” kimi dəqiqləşmə aparılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti baş-leytinant İddiaçı: 1998-2000-ci illər C.Naxçıvanski adına hərbi lisey, 2000-2004-cü illər Azərbaycan Ali Hərbi Məktəbini bitirib, leytenant hərbi rütbəsinə layiq görülmüşdür. 2004-2015-ci illər göndərişlə Azərbaycan Respublikasının müxtəlif bölgələrində xidmət etmişdir. Xidməti dövründə 3 dəfə hərbi hospitalda müalicə almışdır. 2015-ci ildə ağır ailə vəziyyəti və sağlamlığı ilə əlaqədar, öz arzusuyla (156j) ordu sıralarından ehtiyata buraxılmışdır. 6 il müddətində şəxsi vəsaiti ilə müalicə alaraq, sağlamlığını tam bərpa etmişdir, ailə vəziyyəti qənaətbəxşdir. 2021-ci ildə Dövlət Sərhəd Xidmətinə və Müdafiə Nazirliyinə, 15 il xidmətinin davamını etmək arzusu, barədə müraciət etmişdir. Müraciətinin hər ikisinə, heç bir əsas gətirilmədən imtina cavabı gəlib “Hərbi xidmət keçmə haqqında” Əsasnamə onun xidmətini davam etdirə bilməsi üçün tam əsas verir 15 il xidmət etmə iki azyaşlı övladının olması və heç bir yerdən ailəyə gəlirin gəlməməsi və s nəzərə alıb, DSX-də və ya MN-də həqiqi hərbi xidmətə bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir. MN-nin Şəxsi Heyət Baş İdarəsinin əsassız qərarı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hüquq İdarəsi xx.xx.2022-ci il tarixli 11/2106 saylı etiraz məktubunu göndərərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. İddia tələbinin təmin edilməsini istisna edən iddia tələbinin faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iddiaçı ehtiyatda olan baş leytenant İddiaçı Gəncə Hərbi Məhkəməsinin 14 aprel 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa yüngül zərərə vurma) və 331.3-cü (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) maddələri ilə məhkum edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2015-ci il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydasf’nın 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xüsusi ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş şəxslərlə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina edilir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq AR İPM-nin 38, 48.2-ci maddələrini rəhbər tutaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı həqiqi hərbi xidmətə bərpa tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclası zamanı iddiaçı iddia ərizəsi üzrə izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbərdar edilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Laçın rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1/Ş-18989 saylı məktubuna əsasən, İddiaçı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ərizəsi komanda üzrə məruzə edilmiş və onun könüllülük əsasında yenidən hərbi xidmətə qəbul olunmağı barədə yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul edilməmişdir. - İddiaçının şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə anadan olmuş, Laçın rayonu, Təzəkənd kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. - EZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixində hərbi xidmətə çağırılmış, xx.xx.1915-ci ildə öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 367- 12169Ş-3222 saylı arayışına əsasən, (Nazirliyin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən) xx xxxxxx 1983-cü il tarixdə Azərbaycan Respublikası, Laçın rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 1/2012 saylı məktubuna əsasən, ehtiyatda olan baş leytenant İddiaçı Gəncə Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 331.3-cü (hərbi qulluqçunu təhqir etmə, döymə və işgəncə vermə) maddələri ilə məhkum edilmişdir. Bu barədə ehtiyatda olan baş leytenant İddiaçı Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsi tərəfindən rəsmi cavab verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydasfnm 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xüsusi ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş şəxslərlə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina edilir. Ehtiyatda olan baş leytenant İddiaçı hərbi xidmət keçməsi barədə məktubunuzda qeyd olunan məlumatın (şəxsi iş surətinin) əldə olunması üçün qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbə, bölmə) müraciət olunması məqsədəmüvafiqdir. - Azərbaycan Respublikasının Gəncə Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli 346 saylı məktubuna əsasən, İddiaçı barəsində Gəncə Hərbi Məhkəməsinin 14 aprel 2009-cu il tarixli hökmü xx.xx.2009-cu il tarixdə qanuni qüvvəsini almış və həmin tarixdə icra olunması üçün N nömrəli hərbi hissəyə və Gəncə Kəpəz rayon Məhkəmə İcraçıları Şöbəsinə göndərilmiş, həmin hərbi hissədən məhkəməyə daxil olmuş xx.xx.2010-cu il tarixli, 154 nömrəli məktubdan görünür ki, V.Ələsgərov təyin olunmuş 500 manat cəriməni tam olaraq dövlət nəfinə ödəmişdir. -Gəncə Hərbi Məhkəməsinin 14 aprel 2009-cu il tarixli 1(095)-67/2009 nömrəli hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikasının CM-nin 128 və 331.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə törətməkdə təqsirli bilinib, CM-nin 128-ci maddəsi ilə 200 (iki yüz) manat cərimə cəzasına, CM-nin 331.3-cü maddəsi ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 400 (dörd yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti cəza 500 (beş yüz) manat cərimə cəzası təyin edilmişdir. Haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Laçın rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 152-2788-22 saylı məktubuna əsasən, xx.xx.1983-cü il təvəllüdlü, Laçın rayon Təzəkənd kəndində anadan olmuş İddiaçı məhkumluğunun olub-olmaması yoxlanılmışdır. Müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3 və 128-ci maddələri ilə təqsirli bilinərək barəsində Gəncə Hərbi Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128;331.3;62;66.3 maddələri ilə 500 manat cərimə cəzası təyin olunub.xx.xx.2010-cu ildə cərimə cəzası tam ödənilmişdir. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çaxırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin xx.xx.2022-ci il tarixli, 656 saylı məktubuna əsasən, xx.xx.1983-cü il təvəllüdlü, ehtiyatda olan baş leytenant Şükürov X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsində hərbi qeydiyyatdadır. Zabitin şəxsi işindəki məlumatlara əsasən, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almış, xx.xx.2004-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətində həqiqi hərbi xidmətdə olmuşdur, xx.xx.2004-cü il tarixdə “leytenant”, xx.xx.2006cı il tarixdə “baş leytenant” hərbi rütbəsi verilmişdir. İddiaçı “Hərbi xidmətkeçmə haqqında“ Əsasnamənin “156”-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Müdafiə Nazirinin 0128 nömrəli xx.xx.2015-ci il tarixli əmri ilə ehtiyata buraxılmışdır. Ehtiyatda olan baş leytenant İddiaçı şəxsi işində olan məlumatları məhkəməyə göndərmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2015-ci il tarixli, 0128 saylı əmrdən çıxarışa əsasən, İddiaçı “Hərbi xidmətkeçmə haqqında“ Əsasnamənin “156”-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. - İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixdə Qərargah bölük komandirinə ünvanlanan raportdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında“ Əsasnamənin “156”-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, həqiqi hərbi xidmətə bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı xx.xx.2015-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında“ Əsasnamənin “156”-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, sonradan İddiaçı hərbi xidmətə qəbul olunması haqqında müraciəti barədə cavabdeh orqan tərəfindən müsbət qərar qəbul etməməsi səbəbinin nədən ibarət olmasıdır. Məhkəmə iddiaçının iddia ərizəsi üzrə mübahisə ilə bağlı işi araşdıraraq qüvvədə olan qanunvericiliyin normalarını əsas gətirir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.8 maddəsinə əsasən, qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Bu Qanunun 11-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 13-cü maddəsinə əsasən, İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu Qanunun 24-cü maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . Bu Qanunun 61-ci maddəsinə görə, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73-cü maddəsinə əsasən, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək yenidən hərbi xidmətə qəbul olunmasını xahiş etmişdir. İddiaçının müraciətinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsində baxılmış və xx.xx.2021-ci il tarixli, 1/Ş-18989 saylı məktub ilə İddiaçı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ərizəsi komanda üzrə məruzə edilmiş və onun könüllülük əsasında yenidən hərbi xidmətə qəbul olunmağı barədə yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul edilməmişdir. İşin hallarından məlum olmuşdur ki, İddiaçı xx.xx.2009-cu il tarixdə AR CM-in 128 və 331.3-cü maddələri ilə məhkum olunmuşdur, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128;331.3;62;66.3 maddələri ilə 500 manat cərimə cəzası təyin olunmuş, xx.xx.2010-cu ildə cərimə cəzası tam ödənilmişdir. xx.xx.1997-ci il tarixli «Hərbi xidmət keçmə» Əsasnamənin 26-cı madddəsinə əsasən, «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hərbi xidmətin müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər aşağıdakı hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə bilərlər:a) əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə — qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar;b) hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə - xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər. v) gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə — azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar; q) zabitlərin həqiqi hərbi xidmətinə — hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Həmin Əsasnamənin 27-ci maddəsinə əsasən, könüllü həqiqi hərbi xidmətə daxil olduqda (bu Əsasnamənin 9-cu maddəsi) həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirmiş Azərbaycan Respublikasının vətəndaşları (kursantların hərbi təhsil müəssisələrinə və zabitlərin hərbi xidmətinə daxil olan vətəndaşlardan başqa) «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə ilə tanış olduqdan sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmək barədə yazılı öhdəlik götürürlər. Dövlət və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə könüllü daxil olmaq istəyən digər dövlətin vətəndaşı arasında tərəflərin qarşılıqlı vəzifələri, məsuliyyəti və bağlaşmanın ləğv edilməsi əks olunan bağlaşma bağlanır. Könüllü həqiqi hərbi xidmətə daxil olmağa arzusunu bildirən və bu Əsasnamənin 26-cı və 27-ci maddələrinin tələblərinə cavab verən bütün şəxslərə hərbi hissə qərargahları və rayon (şəhər) hərbi komissarlıqları iki nüsxədə şəxsi iş tərtib edirlər. Həqiqi hərbi xidmətə namizəd olan şəxslərin adına tərtib edilmiş şəxsi işlər göndərilir (təqdim edilir): Könüllü həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirən hərbi qulluqçular üçün — müvafiq hərbi hissə komandirlərinin adına və ya bu hərbi hissələrin daxil olduğu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının müvafiq qurumlarına; Zabitlərin həqiqi hərbi xidmətinə daxil olmaq arzusunu bildirən, bu Əsasnamənin 26-cı maddəsinin «q» bəndinin tələblərinə cavab verən, bu maddədə sadalanan hərbi qulluqçular, hərbi vəzifəlilər və qadınlar bu Əsasnamənin 29-cu maddəsinə müvafiq olaraq sənədlər tərtib edirlər. Hərbi qulluqçuları, hərbi vəzifəliləri və qadınları zabitlərin həqiqi hərbi xidmətinə qəbul etmək hüququna Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı malikdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən, aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır:- bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün. Həmin Qanunun 38.1.5-ci maddəsinə əsasən, zabitlər üçün: ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar – 1 il 6 ay (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllüdaxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər – 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanır). “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 26 noyabr 1993-cü il tarixli “Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qismlərinin, növlərinin, birliklərinin, birləşmələrinin və hərbi hissələrinin şəxsi heyətinin sayını müəyyənləşdirir, öz səlahiyyəti daxilində hərbi kadrları hazırlayır və yerləşdirir, hərbi rütbələr verir;vətəndaşların hərbi xidmətə hazırlanması məsələlərinə dair qüvvədə olan qanunvericiliyin icrasında iştirak edir; qüvvədə olan qanunvericiliyə müvafiq surətdə hərbi xidmət keçilməsini təşkil edir və Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının, mülki heyətinin, hərbi xidmətdən buraxılmış şəxslərin və onların ailə üzvlərinin sosial və hüquqi təminatlarını təmin edir. Göründüyü kimi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən hərbi hissələrinin şəxsi heyətinin sayını müəyyənləşdirilir, öz səlahiyyəti daxilində hərbi kadrları hazırlanır və yerləşdirilir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə araşdırması ilə təsdiq olunur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən həqiqi hərbi xidmətə qəbul edilən şəxslərin öyrənilməsi işi təşkil edilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Kadrlar İdarəsi iddiaçının ərizəsi tərəfindən aidiyyəti üzrə məruzə olunmuş və İddiaçı hərbi xidmətə qəbulu məqsədəuyğun hesab edilməmişdir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi anlamına gəlir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırki halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmiş, inzibati orqanın diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələrdə baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı oğlu yenidən həqiqi hərbi xidmətə qəbul edilmə tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 68–69-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı yenidən həqiqi hərbi xidmətə qəbul edilmə tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1277/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1277/2022
06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver