Məhkəmə qərarları › İş №2-1(120)-128/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-128/2021

01.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-128/2021 01.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə xx xxxxx 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1973-1977-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunda əyani təhsil aldığı illərin və xx.xx.1992-ci ildən xx.xx.2001-ci ilə kimi “Bərəkət” Dövlət müəssisəsində mağaza müdiri vəzifəsində işlədiyi illərin iş stajı kimi hüquqi əhəmiyyətli fakt olaraq müəyyən edilməklə hazırda qüvvədə olan “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ona təyin olunmuş yaşa görə əmək pensiyasının qeyd olunan illər də nəzərə alınmaqla yenidən hesablanmasının Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadları ilə iddianın dəyişdirilməsi qəbul olunmuş, eləcə də iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə Bakı şəhərində anadan olmuşdur və hazırda Cəlilabad rayonu Ocaqlı kəndində yaşayır. O, 1973-cü ildən 2001-ci ilə kimi müxtəlif idarələrdə işləmiş və adına əmək kitabçası yazılmışdır. Habelə, o, 1973-1977-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əyani təhsil almış və bunu təsdiq edən diplomu vardır. Hazırda ona əmək pensiyası təyin olunmuş və 130 manat pensiya alır. Lakin təhsil aldığı illər diplomda qeyd olunmasına və işlədiyi illər əmək kitabçasına yazılmasına baxmayaraq həmin illər onun sosial sığorta stajına hesablanmamışdır. Halbuki, onun əmək kitabçasında qeyd edildiyi kimi, o, xx.xx.1992-ci ildən xx.xx.2001-ci ilə kimi “Bərəkət” dövlət müəssisəsində mağaza müdiri vəzifəsində işləmiş və 1973-1977-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əyani təhsil almışdır. Onun təhsil almağına və işləməyinə dair hüquq müəyyənedici sənədləri olduğu halda həmin illərin iş stajı kimi hesablanmaması onun sosial təminat hüququnu məhdudlaşdırmışdır. Ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanması ilə bağlı DSMF-nin Cəlilabad rayon şöbəsinə müraciət etmiş, lakin əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının nümayəndəsi iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia tələbi təmin edilə bilməz və rədd edilməlidir. Belə ki, iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, xx.xx.1992-ci ildən xx.xx.2001-ci ilə kimi “X4 müəssisəsində” mağaza müdiri vəzifəsində işləmişdir. Vətəndaş Cəlilabad rayon filialına müraciət edərək həmin dövrlərin sosial sığorta stajına əlavə edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. xx.xx.2020-ci il tarixli Cəlilabad rayon filialının İddiaçı ünvanlanan məktubunda bildirilmişdir ki, vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində göstərilən sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinin cəmi 25 il sığorta stajı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Hesab edirlər ki, imtina əsaslıdır və iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməməlidir. Belə ki, işin faktiki hallarına əsasən, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. Vətəndaş yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə xx.xx.2020-ci il tarixdə Filiala ərizə ilə müraciət etmişdir. Təqdim etdiyi sənədlərə əsasən vətəndaş xx.xx.1973xx.xx.1977-ci illərdə təhsil almış, xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuş, xx.xx.1973-13.06.xx.xx.1973, xx.xx.1973-xx.xx.1973, xx.xx.1977-xx.xx.1977, xx.xx.1979xx.xx.1985, xx.xx.1985-xx.xx.1986, xx.xx.1987-xx.xx.1988, xx.xx.1988-xx.xx.1990, xx.xx.1990-xx.xx.1992-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Vətəndaşın cəmi iş stajı 17 il 9 ay 7 gündür, xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixə Cəlilabad rayon Bərəkət kiçik müəssisəsində işlədiyini iddia etdiyi illər həmin müəssisənin DSMF-Cəlilabad rayon filialında sosial sığorta ödəyicisi kimi qeydiyyatda olmadığından iş stajı hesablanarkən həmin illər nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Bərəkət kiçik müəssisəsi DSMF-Cəlilabad rayon filialında sosial sığorta ödəyicisi kimi qeydiyyatda olmadığından və məcburi dövlət sosial sığorta haqları ödəmədiyindən iddiaçının işlədiyini iddia etdiyi dövrlər sığorta stajına daxil edilə bilməz. Həmçinin, iddiaçının əmək kitabçasının 20-ci səhifəsində “X4 müəssisəsi”ndə mağaza müdiri vəzifəsinə təyin edildiyi, 22-ci səhifədə isə həmin müəssisənin ləğv olunması ilə əlaqədar olaraq vəzifədən azad edildiyi qeyd edilmişdir. Lakin bu qeyd müvafiq əmrlə öz təsdiqini tapmır. İddiaçının işdən azadolma əmri yoxdur. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1960-cı il 26 dekabr tarixli,186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək kitabçasında qeydlər-işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qaydaların 3.4-cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Lakin iddiaçının əmək kitabçasında və iş materiallarında işdən azad olunma əmrləri yoxdur. Bu da işçinin əmək kitabçasını və işlədiyi illəri mübahisələndirir. İşin tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədi ilə tərəflərindən şəxsin işlədiyini iddia etdiyi müəssisə barəsində müvafiq məlumatların əldə olunması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə xx xxxxxx 2021-ci il tarixli **********1 nömrəli sorğu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X3 Xidmətinə xx.xx.2021-ci il tarixli **********8 nömrəli sorğu ünvanlanmışdır. Həmçinin şəxsin işlədiyini və əməkhaqqı aldığını iddia etdiyi dövrlərlə əlaqəli Milli Arxiv İdarəsi Cəlilabad rayon Dövlət Arxivinə xx.xx.2021-ci il tarixli **********8 nömrəli sorğu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq Arxiv idarəsinin xx.xx.2021-ci il tarixli, 25 nömrəli məktubunda “X4 müəssisəsi”nin sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi, arxivdə mühafizə olunmadığı qeyd edilmişdir. Yuxarıda göstərilən səbəblərdən, şəxsin həmin dövrlərdə “X4 müəssisəsi”ndə işlədiyini təsdiq edən arxiv sənədləri və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə heç bir sənəd olmadığı üçün şəxsin iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 imtinanın əsaslı olduğunu bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.1992-ci il tarixdə “Bərəkət” dövlət müəssisəsinə mağaza müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2001-ci il tarixdə müəssisənin ləğv olunması ilə əlaqədar olaraq vəzifəsindən azad edilmişdir. İşdə olan Cəlilabad Rayon Statistika İdarəsinin xx.xx.2020-ci il tarixli, 74 saylı məktubundan görünür ki, “Bərəkət” dövlət müəssisəsinin xx.xx.1992-ci il tarixdən 1997-ci ilədək fəaliyyəti olmuş və xx.xx.1998-ci il tarixdən islahat aparılması ilə əlaqədar olaraq fəaliyyəti dayandırılmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********180500 saylı məktubundan görünür ki, “Bərəkət” dövlət müəssisəsi adında hüquqi şəxsin vergi ödəyicisi kimi qeydiyyatda olması barədə 6 saylı Ərazi Vergilər Baş İdarəsində heç bir məlumat mövcud deyildir. İşdə olan Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 196 saylı Arayışından görünür ki, “Bərəkət” dövlət müəssisəsinin sənədləri (əmr və əmək haqqı kitabları) arxivə təhvil verilmədiyi üçün İddiaçı işləməsi barədə heç bir məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli, 010- 032-10xx/xx/2020 saylı məktubundan görünür ki, İddiaçı 1973-1977-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunda əyani şöbədə təhsil almışdır. Ali təhsil müəssisəini xx.xx.1977-ci il tarixli, 93/c №-li əmrlə “Ticarətin iqtisadiyyatı” ixtisası üzrə bitirmiş və ona B-İ 000815 №-li diplom verilmişdir (qeydiyyat nömrəsi 563). İşdə olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq”ın xx.xx.2021-ci il tarixli, AAŞ-03/07 saylı məktubundan görünür ki, “Bərəkət” adlı dövlət müəssisəsi olmadığı üçün xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.1992-xx.xx.2001-ci illərdə “Bərəkət” dövlət müəssisəsində işləməsi barədə heç bir məlumat təqdim edə bilmirlər. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək Pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş və onun 64,5 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin qeydinə əsasən xx.xx.2017-ci il tarixdən kişilərin pensiya yaşı artırıldığından iddiaçının pensiya yaşı onun 64,5 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. Beləliklə, iddiaçıya xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması üçün minimum 25 il sosial sığorta stajı tələb olunur. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1973-xx.xx.1977-ci illərdə təhsil almış, xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmətdə, xx.xx.1973-xx.xx.1973, xx.xx.1973-xx.xx.1973, xx.xx.1977-xx.xx.1977, xx.xx.1977-xx.xx.1985, xx.xx.1985-xx.xx.1986, xx.xx.1987-xx.xx.1988, xx.xx.1988xx.xx.1990, xx.xx.1990-xx.xx.1992-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmaqla 17 il 09 ay 07 gün sığorta stajı vardır. Məhkəmə iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixədək Cəlilabad rayon “Bərəkət” dövlət müəssisəsində işləməsini təsdiqi kimi məhkəməyə təqdim etdiyi əmək kitabçasını sonuncunun həmin müəssisədə işləməsini təsdiq edən sübut kimi qismən qəbul edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçının adına olan əmək kitabçasında onun xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixədək Cəlilabad rayon “Bərəkət” dövlət müəssisəsində mağaza müdiri vəzifəsində işlədiyi göstərilsə də, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Cəlilabad rayon Statistika İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 74 nömrəli məktubundan müəyyən olunur ki, “Bərəkət” dövlət müəssisəsinin xx.xx.1992-ci il tarixdən fəaliyyəti olmuş və xx.xx.1998-ci il tarixdən islahat aparılması ilə əlaqədar olaraq fəaliyyəti dayandırılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəmənin suallarına cavab olaraq əmək kitabçasında onun xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixədək “Bərəkət” dövlət müsəssisəsində mağaza müdiri vəzifəsində işləməsinin göstərilməsi ilə bağlı bildirmişdir ki, o, xx.xx.1992-ci il tarixdən “Bərəkət” dövlət müəssisəsinə mağaza müdiri vəzifəsinə təyin olunmuş və xx.xx.1998-ci il tarixdə “Bərəkət” dövlət müəssisəsində islahat aparılsa da, o, “Bərəkət” dövlət müsəssisəsində mağaza müdiri kimi vəzifəsini xx.xx.2001-ci il tarixədək icra etmişdir. Məhkəmə araşdırması zamanı həmin məlumatların əmək kitabçasına hansı qanuni əsasla yazılmasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, iddiaçının əmək kitabçasında onun xx.xx.1992-ci il tarixdən “Bərəkət” dövlət müəssisəsinə mağaza müdiri vəzifəsinə təyin olunmasına dair əmr mövcud olsa da, iddiaçının xx.xx.2001-ci il tarixdə işdən azad olunması barədə qeyd müvafiq əmrlə öz təsdiqini tapmır və iddiaçının işdən azadolma əmri yoxdur. Bu səbəbdən də iddiaçının həmin müəssisədə xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işləməsini təsdiq etmək mümkün olmadığından və məhkəmə tərəfindən əmək kitabçasında qeyd olunan illər şərh olunan əsaslara görə sübut kimi qəbul edilmədiyindən məhkəmə hesab edir ki, əmək kitabçasında iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Bərəkət” dövlət müsəssisəsində mağaza müdiri vəzifəsində işləməsinə dair göstərilmiş iş illəri iddaçıya sığorta stajı kimi qəbul edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cəmi 23 il 1 ay 07 gün sığorta stajı olduğundan bununla da o, tələb olunan 25 illik sığorta stajına malik olmadığından ona sığorta stajına görə pensiya təyin edilə bilməz. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar