Məhkəmə qərarları › İş №2-1(120)-128/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-128/2023

15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-128/2023 15.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı "xxxx" X2 nümayəndəsi X10 iştirakı ilə, İddiaçı "xxxx" X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə və onun üzərində olan tikililərə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 15 sentyabr 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı "xxxx" X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" İstehsal X11 məxsus torpaq sahəsinə və onun üzərindəki tikililərə mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Kürdəmir rayonu Ərşəli kəndi ərazisində yerləşən "xxxx" X3 məxsus 0,20 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki "xxxx" X3 məxsus xidməti binanın və anbarın üzərində mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə müvafiq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1989-cu ildə yaradılmış “Avtomobil kooperativinin” əmlakı və torpaq sahəsi bazasında 1992-ci ildə "xxxx" X6 təsis olunmuşdur. Kürdəmir rayonunun “R.Axundov” adına kolxozun 20 yanvar 1989-cu il tarixli ümumi yığıncağının qərarı ilə həmin müəssisəyə 0,20 hektar torpaq sahəsi ayrılmış, 30 yanvar 1989-cu il tarixli Kürdəmir rayon XDS-nin İcraiyyə Komitəsinin Komissiyası ilə bu torpaq sahəsi yerində koordinatları üzrə müəssisəyə təhvil verilərək AKT tərtib olunmuş və Kürdəmir rayon XDS-nin sədri tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bundan sonra burada Kürdəmir rayon XDS-nin İcariyyə Komitəsinin təsdiq etdiyi smeta üzrə anbar binası, talvar və xidməti binalar inşa edilmişdir və 1989-cu ildən hal-hazıra kimi istismar olunur. Hazırda istifadələrində olan torpaq sahəsinə və buradakı tikililərə “Çıxarış” əldə etmək üçün Əmlak İdarəsinə müraciət etmişlər. Onlar müəssisəyə Baş plan tərtib etdilər və həmin plan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edildikdən sonra Əmlak İdarəsinə verilməsini bildirdilər. Bundan sonra torpağa və tikintiyə dair Baş Planı Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı təsdiq etmişdir. Qeyd olunanları nəzərə alaraq Baş plan və buna əlavə olunmuş hüquqmüəyyənedici sənədlər DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə təqdim olunmuş, onun əsasında torpağa və tikintiyə Çıxarışın verilməsi cavabdehdən xahiş edilmişdir. Cavabdeh 15 mart 2021-ci il tarixli cavab məktubu ilə ərizənin icrasından imtina etmişdir. Cavabdeh imtinanın səbəbini qeyri-yaşayış binasının qeydiyyatı üçün əsas hesab edilən torpaq sahəsinin ayrılması barədə qərar, Kürdəmir RİHB-nın tikintinin inşa edilməsinə icazə qərarı, istismara qəbul aktı və yaxud Kürdəmir RİHB-nm tikinti obyektinin istismarına icazənin və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihənin təqdim olunmaması ilə izahını verir. Bildirir ki, cavabdehə təqdim olunan sənədlərdə kiçik müəssisənin yaradılması barədə Kürdəmir RİH-i Başçısının xx.xx.1992-ci il tarixli sərəncamı, 30 yanvar 1989-cu il tarixli R.Axundov adına kolxozun torpaq ayrılmasına dair Aktı və onun Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin sədrinin təsdiqi, müəssisənin Nizamnaməsi, ayrılmış torpaq sahəsində tikintiyə dair smetanın və onun icrası haqqında sənədləri, elektrik təsərrüfatı üzrə transfarmatorun qoyulması və onun istismara verilməsi, tikintinin Baş Planı, Eskiz planları və 1989-cu ildə təsdiq olunmuş ayrılan sahəyə yer quruluşu planından Çıxarış və digər hüquqmüəyyənedici sənədlər öz əksini tapmışdır. Buradan aydın olur ki, zaman üzrə, yəni 1989-cu ildə qüvvədə olan qanunvericiliyə əsasən müəssisənin bütün hüquqmüəyyənedici sənədləri vardır və obyektin istismarı 1989-cu ildən hal-hazıra davam edir. İmtina üzrə tələb olunan sənədlər isə forma və məzmunca yeni qanunvericiliyin tələbləri əsasında tələb olunmaqla yanaşı təhrif edilmişdir. Obyektə məhkəmədən kənar “Çıxarış”ın alınması sahəsindəki bütün cəhdləri nəticəsiz qalmış və onlara bu barədə rəsmi cavab verilməmiş, bildirilmişdir ki, bundan əvvəl onlara bir neçə dəfə cavab verilmişdir. Əlavə olaraq cavabdehə 3 mart 1989-cu il tarixli tikintinin simetası təqdim olunmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, X5 rayonu, Ərşəli kəndində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində "xxxx" X2 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinə müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilən sənədlər təqdim edilmədiyi üçün ərizənin icrasından imtina olunmuşdur. Bununla əlaqədar olaraq, imtina bildirişi göndərilmiş və bildirişdə qeyd edilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciət olunacağı təqdirdə Kürdəmir rayonu, Ərşəli kəndində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində "xxxx" X2 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacağı qeyd olunmuşdur. Əlavə olaraq bildirirlər ki, elektron uçot layında torpaq sahəsindən götürülmüş koordinatlarda yerləşən torpaq sahəsi qoyun-mal ferması kimi qeyd olunmuş, həmçinin Bakı-Qazax magistral yolunun mühafizə zonasında yerləşir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyriyaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən qeyri-yaşayış binalarına münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X16 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X16 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından, o cümlədən Kürdəmir rayonunun “R.Axundov” adına kolxozun 20 yanvar 1989-cu il tarixli ümumi yığıncağının iclas protokolundan çıxarışın, 30 yanvar 1989-cu il tarixli aktın və smeta sənədlərinin surətlərindən görünür ki, “R.Axundov” adına kolxozun 20 yanvar 1989-cu il tarixli ümumi yığıncağı tərəfindən avtomobillərin təmiri və onlara texniki xidmət göstərilməsi üzrə “Avtomobil” kooperativinin açılması üçün 0,20 hektar torpaq sahəsinin ayrılması və təsdiqinin Kürdəmir rayon XDS-nin İcraiyyə Komitəsindən xahiş edilməsi qərara alınmış, həmin qərar əsasında yaradılmış komissiya tərəfindən yerində baxış keçirilərək “Avtomobil” kooperativinə 0,20 hektar torpaq sahəsinin ayrılmasının məqsədəuyğun hesab olunması 30 yanvar 1989-cu il tarixli aktla rəsmiləşdirilmiş, qeyd olunan qərar, akt və smeta sənədləri Kürdəmir rayon XDS-nin İcraiyyə Komitəsi tərəfindən təsdiq edilmiş, ayrılmış torpaq sahəsində Kürdəmir rayon XDS-nin İcariyyə Komitəsinin təsdiq etdiyi smeta üzrə anbar binası, talvar və xidməti binalar inşa edilmişdir. İş materiallarında olan “Avtomobil” kooperativinin 3 fevral 1992-ci il tarixli, 5 №-li iclas protokolundan görünür ki, “Avtomobil” kooperativinin ləğv edilməklə fəaliyyətinin dayandırılması və "xxxx" X2 yaradılması, X4 müəssisənin direktoru vəzifəsinə seçilməsi, müəssisənin və onun nizamnaməsinin qeydə alınması üçün Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısına müraciət edilməsi qərara alınmışdır. İş materiallarında olan “Avtomobil” kooperativinin "xxxx" X3 çevrilməsi haqqında Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının 3 mart 1992-ci il tarixli, 88 nömrəli sərəncamının surətindən görünür ki, “Avtomobil” kooperativinin 01 fevral 1992-ci il tarixli, 37 №-li məktubu və 3 fevral 1992-ci il tarixli 5 №-li protokolundan çıxarışı nəzərə alınaraq “Avtomobil” kooperativinin ləğv edilməsi, onun bazasında "xxxx" X6 yaradılaraq qeydə alınması və nizamnaməsinin təsdiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********257200 saylı məktubunda bildirilmişdir ki, "xxxx" X6 xx.xx.2021-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Baza məlumatlarına əsasən müəssisənin hüquqi ünvanı Kürdəmir rayonu, Muğanlı kəndi, rəhbəri X16 olaraq qeyd olunmuşdur. Hazırda "xxxx" X2 fəaliyyəti aktivdir. İş materiallarından görünür ki, Kürdəmir rayonunun Ərşəli kəndində yerləşən "xxxx" X3 məxsus torpaq sahəsinin baş planı və həmin torpaq sahəsində inşa edilmiş anbar binası, talvar və xidməti binaların eskiz planları Kürdəmir Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsi tərəfindən tərtib və təsdiq olunmuşdur. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçı "xxxx" X6 Kürdəmir rayonunun “R.Axundov” adına kolxozun 20 yanvar 1989-cu il tarixli ümumi yığıncağının qərarı ilə ayrılmış 0,20 hektar torpaq sahəsi və həmin torpaq sahəsində Kürdəmir rayon XDS-nin İcariyyə Komitəsinin təsdiq etdiyi smeta əsasında inşa edilmiş anbar binası, talvar və xidməti binalar üzərində sahiblik və istifadə hüququnu qanuni əsaslarla əldə etmişdir. İş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin iddiaçının nümayəndəsi X13 ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********15 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: "xxxx" X3 məxsus Kürdəmir rayonu, Ərşəlı kəndində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizənizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. Qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılarkən müəyyən olunmuşdur ki, torpaq sahəsinin ayrılması barədə və tikili barədə hüquqların dövlət qeydiyyatı üçün əsaslar tam şəkildə təqdim edilməmişdir. Bununla əlaqədar bildirirlər ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə-müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bildirirlər ki, qeyri-yaşayış binasının qeydiyyatı üçün əsas hesab edilən torpaq sahəsinin ayrılması barədə qərar, Kürdəmir RİHB-nın tikilinin inşa edilməsinə icazə barədə qərarını, istismara qəbul aktı və yaxud Kürdəmir RİHB-nın tikinti obyektinin istismarına icazəsini və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəni təqdim etməmisiniz. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından imtina olunur. Nəzərinizə çatdırırıq ki, qeyd edilən çatışmazlıqlar aradan qaldırıldığı təqdirdə müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsində hüquqlarınızın dövlət qeydiyyatına alınması məsələsinə qanuna müvafiq qaydada baxılacaqdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.24) tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarizasiyasını həyata keçirmək, inventarizasiya işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Cavabdeh inzibati orqan iddiaçının sahibliyində olan daşınmaz əmlaklara mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsindən imtina edilməsinin əsası kimi qeyri-yaşayış binasının qeydiyyatı üçün əsas hesab edilən torpaq sahəsinin ayrılması barədə qərarın, Kürdəmir RİHB-nın tikilinin inşa edilməsinə icazə barədə qərarının, istismara qəbul aktının və yaxud Kürdəmir RİHB-nın tikinti obyektinin istismarına icazəsinin və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihənin təqdim edilməməsini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı çərçivəsində iddiaçının hüquqi varisi olduğu “Avtomobil” kooperativinə 0,20 hektar torpaq sahəsinin ayrılması barədə Kürdəmir rayonu “R.Axundov” adına kolxozun Kürdəmir rayon XDS-nin İcariyyə Komitəsi tərəfindən təsdiq olunmuş 20 yanvar 1989-cu il tarixli ümumi yığıncağının qərarı, həmin torpaq sahəsinin ərazi hüdudları daxilində inşa edilmiş tikililərin-anbar binası, talvar və xidməti binaların Kürdəmir rayon XDS-nin İcariyyə Komitəsi tərəfindən təsdiq olunmuş smeta sənədləri, Kürdəmir Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsi tərəfindən tərtib və təsdiq olunmuş Kürdəmir rayonunun Ərşəli kəndində yerləşən "xxxx" X3 məxsus torpaq sahəsinin baş planı və həmin torpaq sahəsində inşa edilmiş anbar binası, talvar və xidməti binaların eskiz planları məhkəməyə təqdim olunmuşdur. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertlər qarşısında-Kürdəmir rayonu “R.Axundov” adına kolxozun 20 yanvar 1989-cu il tarixli ümumi yığıncağının qərarına əsasən "xxxx" X3 (ilk əvvəl “Avtomobil kooperativi”nə) avtomobillərin təmiri və onlara texniki xidmət göstərilməsi məqsədilə Kürdəmir rayonu, Ərşəli kəndi ərazisində qeyriyaşayış binalarının tikintisi üçün ayrılmış 0,20 kv.m torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Kürdəmir rayonu “R.Axundov” adına kolxozun 20 yanvar 1989-cu il tarixli ümumi yığıncağının qərarına əsasən "xxxx" X3 (ilk əvvəl “Avtomobil kooperativi”nə) avtomobillərin təmiri və onlara texniki xidmət göstərilməsi məqsədilə Kürdəmir rayonu, Ərşəli kəndi ərazisində qeyri-yaşayış binalarının tikintisi üçün ayrılmış 0,20 kv.m torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - "xxxx" X6 tərəfindən inşa edilmiş anbar binası və xidməti binalar Kürdəmir rayonu “R.Axundov” adına kolxozun 20 yanvar 1989-cu il tarixli ümumi yığıncağının qərarına əsasən "xxxx" X3 (ilk əvvəl “Avtomobil kooperativi”nə) avtomobillərin təmiri və onlara texniki xidmət göstərilməsi məqsədilə Kürdəmir rayonu, Ərşəli kəndi ərazisində ayrılmış 0,20 kv.m torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşirmi? - "xxxx" X3 məxsus 0,20 kv.m torpaq sahəsində inşa edilmiş anbar binası və xidməti binalar “Memarlıq və tikinti şöbəsi” tərəfindən təsdiq edilmiş Baş Plana (layihəyə) uyğun inşa edilmişdirmi və qeyri-yaşayış binasının layihəsi tikinti və şəhərsalma normalarına uyğundurmu? - "xxxx" X3 məxsus 0,20 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş anbar binası və xidməti binalar Bakı-Qazax magistral avtomobil yolunun mühafizə zolağına düşürmü və yolun mühafizə zolağından hansı məsafədə yerləşir? - "xxxx" X3 məxsus 0,20 kv.m torpaq sahəsində inşa edilmiş anbar binası və xidməti binalar başqa şəxslərin hüquqlarını pozurmu və başqa şəxslərin mülkiyyətindən maneəsiz istifadəyə məhdudiyyət yaradırmı? məzmununda suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubu ilə iş üzrə 16 yanvar 2023-cü il tarixli, 10/6747 nömrəli ekspert rəyi və iş materialları məhkəməyə daxil olmuşdur. Ekspert rəyində aşağıdakılar bildirilmişdir: Qərardadırı birinci-ikinci-ücüncü və altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 16 saylı Ucar LTİ-nin xx.xx.2022ci il tarixli, **********51 nömrəli mütəxəssis rəyinə əsasən, “Kürdəmir rayonu R.Axundov adına kolxozun dövlət uçotuna aid yerquruluşu planı”nda mübahisələndirilən torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün torpaq sahəsinin naturada yerini və koordinatlarını müəyyən etmək mümkün olmadı. İddiaçının nümayəndəsinin naturada göstərdiyi, planalma zamanı 2276 m2 olduğu müəyyənləşən torpaq sahəsinin koordinatları naturada müəyyən olundu. Naturada gösərilən 2276 m2 torpaq sahəsi daxilində tikililər mövcuddur. Torpaq sahəsi ilə Bakı-Qazax avtomobil yolu arasında 69 metr məsafə mövcuddur. Qərardadın dördüncü sualı üzrə: Baxış zamanı naturada təqdim olunan tikililərin yerləşmə vəziyyətinin, xarici və daxili ölçülərinin “Baş Plan”dakı vəziyyətlə uyğun olduğu müəyyən olundu. Qərardadın besinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən Bakı-Qazax avtomobil yolu ilə naturada təqdim olunmuş torpaq sahəsinə qədər məsafənin 69 metr, baxış zamanı əldə olunmuş məlumatlara əsasən, Bakı-Qazax avtomobil yolu ilə (kənar zolağın mərkəzindən) ən yaxın məsafədə yerləşən A literli tikiliyə qədər məsafənin isə 40 metr olduğu nəzərə alaraq, tikililərin və naturada təqdim olunan torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 oktyabr 2015-ci il tarixli, 298 saylı qərarının 1.1 bəndi ilə müəyyən olunmuş 30 metrlik mühafizə zolağına düşmədiyi müəyyən olundu. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçının qanuni əsaslarla sahibliyində olan daşınmaz əmlaklara mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsindən imtina edilməsinin hüquqi əsası yoxdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Digər tərəfdən, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçı "xxxx" X6 Kürdəmir rayonunun “R.Axundov” adına kolxozun 20 yanvar 1989-cu il tarixli ümumi yığıncağının qərarı ilə ayrılmış 0,20 hektar torpaq sahəsi və həmin torpaq sahəsində Kürdəmir rayon XDS-nin İcariyyə Komitəsinin təsdiq etdiyi smeta əsasında inşa edilmiş anbar binası, talvar və xidməti binalar üzərində həmin daşınmaz əmlaklara faktik mülkiyyətçi hüququ ilə 30 ildən çox müddət ərzində fasiləsiz və etirazsız sahiblik etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (Beyeler İtaliyaya qarşı, “X18 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və “əmlak” anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan Hüquqlarının və X12 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduğu halda cavabdeh hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Göründüyü kimi cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilən halların mövcudluğu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmənin mövqeyi belədir ki, iddiaçıya torpaq sahəsi qanuni əsaslarla ayrıldığından, bu barədə hüquqmüəyyənedici qərar mübahisələndirilmədiyindən və ləğv olunmadığından, həmçinin qeyd olunan torpaq sahəsində inşa edilən tikililər həmin torpaq sahəsinin ərazi hüdudları daxilində inşa edildiyindən, istifadəsində olan 0,20 hektar torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üstüstə düşməsi müəyyən edilmədiyindən, eləcə də həmin tikililər ərazinin ümumi görünüşünə xələl gətirmədiyindən, həmçinin həmin tikililərin mövcudluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən mübahisələndirilmədiyindən, eləcə də tikinti layhəsinin razılaşdırılması, tikintiyə icazə və istismara icazə sənədlərinin səlahiyyətli orqan tərəfindən verilməsi müəyyən edildiyindən iddiaçının həmin torpaq sahəsi və onun üzərində inşa edilmiş qeyri-yaşayış sahələrinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalıdır. Odur ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci və 10.2-ci maddələrinin müddəalarına, eləcə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü, 15-ci maddəsinin tələblərinə uyğun deyil. Qeyd olunanlara əsasən cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd olunaları işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hazırkı halda iddiaçının həmin əmlaklara hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından imtina əsasları mövcud olmadığından, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin iddiaçıya qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 0,20 hektar torpaq sahəsi və onun üzərində yerləşən tikililərə (vahid əmlak kimi) hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Kürdəmir rayonu Ərşəli kəndi ərazisində yerləşən "xxxx" X3 məxsus 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki "xxxx" X3 məxsus xidməti binanın və anbarın üzərində (vahid əmlak kimi) "xxxx" X2 mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə müvafiq Çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Kürdəmir rayonu Ərşəli kəndi ərazisində yerləşən "xxxx" X3 məxsus 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki "xxxx" X3 məxsus xidməti binanın və anbarın üzərində (vahid əmlak kimi) "xxxx" X2 mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə müvafiq Çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti iddiaçı "xxxx" X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X9, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar