Məhkəmə qərarları › İş №2-1(120)-1280/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1280/2020

07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1280/2020 07.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nurəlizadə Fuad Vidadi oğlunın katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2019-cu il tarixli, **********93822 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, xx.xx.2019-cu il tarixli, **********93822 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçının nümayəndəsi və vəkili hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********188663 saylı qərarına əsasən İddiaçı (VÖEN **********) 2017-2018 və 2019-cu ilin 01 avqust dövrünü əhatə edən fəaliyyəti yoxlanılmışdır. Yoxlama xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər davam etmişdir. xx xxxxxxx 2019-cu ildə yoxlayıcılar tərəfindən **********190566 nömrəli "X7 Aktı” tərtib edilmişlər. “X5 dair Akt” 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********193822 nömrəli qərarı ilə təsdiq edilmişdir. İddiaçı xx xxxxxx 2019-cu ildə 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək, 19.08.19-cu il tarixli qərar əsasında aparılan “X3” nəticələri haqqında tərtib edilmiş Akt ilə razılaşmamağının səbəblərini göstərmişdir. Ərazi Vergilər Baş İdarəsi müraciətini cavablandırmamış və sonrakı dövrlərdə "Koronavirus (Covid-19) pandemiyası” ilə əlaqədar karantin elan olunduğu səbəbindən (müraciətinin) şikayətin verilmə müddətini bərpa etməklə, görə “X7 Aktı” və onun əsasında vergi orqanı tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini AR VN-nin Apellyasiya Şurasından xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 762 nömrəli Fərmanın tələblərinə və Apellyasiya Şuraları haqqında nümunəvi əsasnaməyə uyğun olaraq, AR Vergilər Nazirliyin Apellyasiya Şurasına əsaslandırılmış ərizə təqdim etməklə, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya Şurasına təqdim etdiyi ərizəyə cavab verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət ünvanlayaraq Apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. İddiaçı fərdi sahibkar kimi xx.xx.2012-ci ildə Bakı şəhər Vergilər Departamentində ********** saylı VÖEN ilə qeydiyyata alınmışdır. İyun 2018-ci il tarixə qədər ********** nömrəli VÖEN üzrə fəaliyyəti dayandırılmışdır. 6 saylı X4 xidməti ərazisində yerləşən Lerik rayonu, Hamarmeşə kəndi ərazisində vergiödəyicisi kimi fəaliyyəti iyun 2018-ci il tarixindən etibarən həyata keçirilir. Bu tarixə qədər qeyd olunan ünvanda iddiaçının nə faktiki, nə də hüquqi olaraq sahibkar kimi heç bir fəaliyyəti olmamışdır. Yoxlama aktından göründüyü kimi iddiaçı mehmanxana adlı obyektə (yoxlama zamanı yoxlayıcılar tərəfindən əsas dövriyyə bu obyekt üzrə götürülüb) sahibkarlıq fəaliyyətinə xx.xx.2018-ci il tarixdən başlamışdır. Bu tarixə qədər ərazidə fəaliyyəti olmayıb. Bu ərazidə 2008-2017-ci ilə kimi "xxxxx" MMC (VÖEN № **********), sonra isə 2017-ci ildən 2018-ci ilin iyun ayına kimi fiziki şəxs X2 (VÖEN № **********) icarə qaydasında istifadə etmişdir. Bu qeyd olunanlar 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 10 ildə hər il aparılmış yoxlama aktlarında məlumat uçot bazasında, bank sənədlərində və s. sənədlərdə öz təsdiqini tapmışdır. Belə ki, yoxlayıcılar qeyri-rəsmi məlumatlara istinad edərək, iddiaçıya 2017-ci ilin 1- İV ayları üzrə sadələşmiş vergi, 2017-ci ilin iyun ayından başlayaraq ƏDV qeydiyyatının yaranmasını əsas götürərək, 2017-ci ilin iyun ayından 2019-cu ilin avqust ayına kimi iddiaçıya ƏDV vergisi və gəlir vergisi hesablamışlar. “X7 Aktı” əsasında xx.xx.2019-cu il tarixdə 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş qərar vergi orqanı tərəfindən vergi ödəyicisinə qəbul edilən vaxt və sonralar təqdim olunmasına dair heç bir sübut mövcud deyildir. Bu səbəbdən də vergi ödəyicisi tərəfindən əvvəlki bütün şikayətlərdə yoxlama aktı mübahisələndirilmişdir. Vergi orqanı tərəfindən qəbul edilmiş qərar poçt vasitəsilə, yaxud bilavasitə vergi ödəyicisinə təqdim olunmamışdır. Vergi ödəyici yalnız xx xxxxxx 2019-cu il tarixdən sonra 6 saylı Ərazi Vergilər Baş İdarəsindən qərarın surətini götürmüşdür. Vergi əməkdaşı isə vergi ödəyicisinə qərarın surətini təqdim etmiş, lakin heç bir sənədə imza etdirməmişdir. Beləliklə mübahisələndirilən qərarın təqdim olunma tarixi xx.xx.2019-cu il tarixdən sonrakı dövrə təsadüf edir. Qeyd olunanlarla yanaşı nəzərə alınmalıdır ki, xx.xx.2019-cu il tarixdə AR Prezidentin Fərmanı ilə Vergilər Nazirliyi ləğv edildiyindən, iyun 2020-ci il tarixə qədər yeni Nazirliyin yaradılması və sair təşkilatı işlərlə əlaqədar faktiki olaraq Vergilər Nazirliyin Apellyasiya şurası fəaliyyət göstərməmişdir. Eyni zamanda xx xxxx 2020-ci il tarixdən etibarən AR Nazirlər Kabinetin qərarı ilə ölkədə karantin elan edildiyindən, forsmajor hadisəsi baş vermişdir. Vergi ödəyicisi tərəfindən 6 saylı Ərazi Vergilər Baş İdarəsinə və digər orqanlara aşağıdakı tarixlərdə mübahisə ilə əlaqədar müraciətlər edilmiş, lakin heç bir cavab verilməmiş, aktda göstərilənlərin vergi ödəyicisinin iştirakı ilə müzakirəsi məqsədilə heç bir tədbir görülməmişdir. Vergi ödəyicisi VN-nin Apellyasiya Şurasına və İqtisadiyyat Nazirliyin Apellyasiya Şurasına müraciətlər ünvanlamışdır. Beləliklə xx.xx.2019-cu il tarixdə qərarın surəti 6 saylı Ərazi Vergilər Baş İdarəsindən götürüldüyündən, xx.xx.2020-ci il tarixə qədər şikayət vermə müddəti olmuşdur. Nəzərə alsaq ki, xx.xx.2020-ci il tarixdən etibarən ölkədə karantin elan edilmişdir. Vergi ödəyicisi ölkədə elan edilmiş karantin, Forsmajor hadisəsi ilə əlaqədar ölkə daxili hərəkət etmək hüquqları məhdudlaşdırılmış və Vergilər Nazirliyinin Apellyasiya Şurası fəaliyyət göstərməmiş, yeni yaradılmış İqtisadiyyat Nazirliyindəki Apellyasiya Şurası isə fəaliyyətə başlamamışdır. Bu orqana edilmiş müraciətə xx.xx.2020-ci il tarixdə cavab verildiyindən şikayətin verilmə müddəti bu tarixdən hesablanmalı və iddia mümkün hesab edilməlidir. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli qərardan ilk əvvəl həmin vaxtlarda mövcud olmuş Vergilər Nazirliyinə və 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət ünvanlamışdır. AR Prezidentinin Sərəncamı ilə Vergilər Nazirliyin ləğv edildiyi səbəbindən bu orqan tərəfindən müraciətlərə cavab verilmədi. Eyni zamanda AR VN-nin Apellyasiya Şurasına ərizə ünvanladı. Bu ərizəsinə dəə iki səbəbə görə uzun müddət rəsmi cavab verilməmişdir. Belə ki, ərizəyə baxılmamasmın səbəbi kimi şifahi olaraq bildirilir ki, Vergilər Nazirliyi ləğv olunub və yeni yaradılmış İqtisadiyyat Nazirliyində təşkil olunacaq Apellyasiya Şurasında ərizələrə (şikayətlərə) baxılacaq. Yeni yaradılmış İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası NK-in qərarı ilə ölkədə karantin elan olunduğu səbəbdən şikayətə uzun müddət ərzində baxmamış və bunu şifahi olaraq karantin ilə əlaqəndirdilər. İddiaçı tərəfindən AR Prezidentinin xx.xx.2016-cı il tarixli 762 nömrəli Fərmanının tələblərinə və Vergi Məcəlləcinə uyğun olaraq Apellyasiya Şuralarına şikayət verildiyindən, habelə karantin ilə əlaqədar şikayətə uzun müddət ərzində baxılmadığı səbəbindən iddia ərizəsi üzrə buraxılmış müddəti üzürlü hesab edərək, şikayət vermə müddətini bərpa etməklə işə məhkəmə tərəfindən baxılmasını xahiş edir. Eyni zamanda bildirir ki, Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə müraciətimə cavab ünvanlamışdır. Bu cavab məktubu qüvvədə olan qanunlar əsasında aktda yol verilmiş nöqsanlar araşdırılmadan, cavab məktubu tam şəkildə qorxutmaq və hədələmək prinsipi əsasında yazılmış subyektiv mülahizədir. Məhkəmədən 6 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı barəsində çıxarılmış xx.xx.2019-cu il tarixli, **********93822 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsini və iddia ərizəsində göstərilənləri nəzərə alaraq, baş mühasib həbsdə olduğundan, sənədləri təqdim edə bilmədikləri üçün, Azərbaycan Respublikasının keçmiş Vergilər Nazirliyinin və hazırkı İqtisadiyyat Nazirliyinin Apelyasiya Şuralarına şikayətlər verməklə bu orqanlardan cavab gözlədikləri üçün, habelə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə karantin rejimi elan olunduğu üçün, iddia ərizəsi üzrə buraxılmış müddəti üzrlü hesab edərək, şikayət vermə müddətini bərpa etməklə işə baxılmasını xahiş etdi. Cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış iddia tələbinə etirazda qeyd edilmişdir ki, mübahisələndirilən xx.xx.2019-cu il tarixli, **********193822 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar xx.xx.2019-cu il tarixdə **********426900 nömrəli məktubla sifarişli poçt vasitəsi ilə iddiaçının hüquqi ünvanına və xx.xx.2019-cu il tarixdə **********426900 nömrəli məktubla elektron üsulla iddiaçının elektron kabinetinə göndərilmişdir. İddiaçı sözügedən qərarı xx.xx.2019-cu il tarixdə saat 09:45:51-də oxumuşdur. İddiaçı tərəfindən mübahisə predmeti ilə bağlı təqdim edilən xx.xx.2020-ci il tarixli müraciətin araşdırılması zamanı müəyyən edilmişdir ki, X7 nəticəsində hesablanmış xüsusilə külli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2020-ci il tarixdə Vergilər Nazirliyinin Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə ********* nömrəli cinayət işi üzrə aparılan cinayət təqibinə, bu cür əmələ ilk dəfə yol verildiyindən və cinayət nəticəsində vurulmuş ziyan tam ödənildiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.4-cü maddəsinə əsasən xitam verilmişdir. Həmçinin bildirilmişdir ki, CPM-nin 7.0.3-cü maddəsinə əsasən cinayət prosesi-cinayət təqibi üzrə həyata keçirilən prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların məcmusudur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2.1-ci maddəsinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. X7 nəticəsində inzibati akt-vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilsə də, həmin materiallar əsasında cinayət əməlinə hüquqi qiymət verildiyindən və bəraətverici olmayan əsasla cinayət işinə xitam verildiyindən artıq yoxlama materialları inzibati icraat çərçivəsindən çıxaraq cinayət prosessual fəaliyyətin predmetinl təşkil etmişdir. Odur ki, cinayət prosesinin tərkib hissəsi olduğundan və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun predmetini təşkil etmədiyindən şikayətə həmin Qanun çərçivəsində baxıla bilməz. Eyni zamanda ərizədə qeyd olunan dəlilə münasibət bildirərək qeyd edir ki, COVİD-19 pandemiyası iddia ərizəsinin vaxtında təqdim edilməsinə heç bir maneə olmamışdır. Belə ki, ölkədə və dünyada bu pandemiya yayılmağa başladığı gündən ölkədə heç bir dövlət orqanı fəaliyyətini tam dayandırmamışdır, əsas etibarı ilə poçt xidməti fəaliyyətdə olmuş, vətəndaşların öz lazımı ehtiyaclarını ödəməsi üçün SMS icazə sistemi yaradılmışdır. Bu nöqtei-nəzərdən də iddia ərizəsinin qanunvericilikdə müəyyən olunmuş müddət ərzində məhkəmələrə təqdim edilməsi üçün bütün lazımı şəraitlər mövcud olmuşdur. Bu baxımdan da hesab edir ki, prosessual müddətin bərpa edilməsi üçün heç bir əsas yoxdur. İddiaçının xx.xx.2020-ci il tarixdə mübahisə predmeti ilə bağlı iddia ərizəsini tərtib etdiyini nəzərə alsaq, iddiaçı tərəfindən iddia ərizəsinin təqdim olunması üçün müəyyən olunmuş iddia müddətinin (İnzibati aktın təqdim olunduğu vaxtdan 30 gün) ötürülməsi faktı birmənalı şəkildə təsdiqini tapır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hesab edir ki, iddiaçı mübahisələndirilən qərardan qanunla tələb olunan şikayət verilmə müddətini üzrsüz səbəbdən ötürdüyü üçün şikayət verilməsi müddəti bərpa edilməməli və iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materialında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatından görünür ki, xx.xx.2019-cu il tarixli, **********193822 nömrəli qərar xx.xx.2019-cu il tarixdə **********426900 nömrəli məktubla elektron üsullaxx.xx.2019-cu il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və sözügedən qərar iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə oxunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli, **********113100 nömrəli məktubundan müəyyən olunur ki, İddiaçı (VÖEN **********) xx.xx.2020-ci il tarixli müraciətinə baxılmışdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Göründüyü kimi hazırda qüvvədə olan qanunvericilik vergi orqanı tərəfindən qəbul edilmiş qərarın elektron üsulla göndərilməsinin mümkünlüyü birmənalı təsbit edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2019-cu il tarixli, **********193822 nömrəli qərar xx.xx.2019-cu il tarixdə elektron üsulla iddiaçının elektron kabinetinə göndərilmiş və sözügedən qərar iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə oxunmuşdur. Bundan başqa,iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli, **********113100 nömrəli məktubundan müəyyən olunur ki, İddiaçı, yuxarı vergi orqanına qanunverciliklə müəyyən edilmiş müddətdə (öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində-Vergi Məcəlləsi, maddə 62.3) deyil, xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Eyni zamanda iddia ərizəsinə iddiaçının qanunverciliklə müəyyən edilmiş müddətdə yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) müraciət etməsinə dair mötəbər sübutlar (poçt qəbzi və s.) əlavə edilməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçının sözügedən qərarı mübahisələndirməyə dair subyektiv hüququ qərar ona təqdim edilən vaxtdan yaranmasına baxmayaraq, məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Mübahisələndirilən inzibati aktların qəbul edilməsindən 7 (yeddi) aydan artıq müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür . Eyni zamanda iddiaçı və onun vəkilinin buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizələri iş materiallarına əlavə edilmişdir. Həmin ərizələrdə mübahisələndirilən qərardan ilk əvvəl həmin vaxtlarda mövcud olmuş Vergilər Nazirliyinə və 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət ünvanlandığı, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Vergilər Nazirliyi ləğv edildiyi səbəbindən bu orqan tərəfindən müraciətlərə cavab verilmədiyi, habelə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə karantin rejimi elan olunduğu göstərilərək iddia ərizəsi üzrə buraxılmış müddəti üzrlü hesab edərək bərpa olunması xahiş edilmişdir. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki,mübahisələndirilən qərarın xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən oxunduğu vaxtdan 3 ay müddətində onun yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) müraciət etmək hüququ olmuşdur. Bundan başqa,“COVİD 19” pandemiyası iddiaçı tərəfindən iddia ərizəsinin vaxtında təqdim edilməsinə heç bir maneə olmamışdır. Belə ki, ölkəmizdə və dünyada bu pandemiya yayılmağa başladığı gündən ölkəmizdə heç bir dövlət orqanı fəaliyyətini tam dayandırmamış, əsas etibarı ilə poçt xidməti fəaliyyətdə olmuş, vətəndaşların SMS icazə sistemi ilə hərəkətinə icazə yaradılmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən buraxılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2014cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2015-ci il tarixli qərarında göstərilmişdir: “Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır». Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu maddəsində qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3-cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 1.4-cü maddəsinə görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə, yuxarıda sadalananlara əsasən hesab edir ki, «xxxxx Lerik» məhdud məsuliyyətli cəmiyyətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» barədə iddiası üzrə buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilməməli və «qərarın ləğv edilməsi» tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» barədə iddiası üzrə buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilməsin. İddiaçı 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar