Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1283/2020 11.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Salyan rayon filialına qarşı «xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən əlilliyə görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq hal-hazıradək yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx xxxx 1966-cı il tarixdə Salyan rayonu, Qarabağlı kəndində doğulmuşdur. İddiaçıya xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 1992-2006-cı illərdə işləməsinə dair sənədləri Cavabdehnə təqdim edərək, əmək pensiyasının yenidən hesablanıb ödənilməsi üçün ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********6 saylı məktubunda iddiaçının əmək kitabçasında işləməsinə dair müvafiq qeydlərin olmasına baxmayaraq, 1992-2006-cı illərə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqlənmədiyini əsas gətirərək, iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 1992-2006-cı illərdə “Azərenerjixüsusitəmir” müəssisəsinin Əli-Bayramlı ərazisində işlədiyi illər nəzərə alınmaqla hüququnun yarandığı tarixdən əlilliyə görə əmək pensiyasının yenidən hesablanması, ona artıq ödənilmiş pensiya məbləği kimi hesablanmış borcun silinməsi və bu borcla bağlı tutulan məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. xx xxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə təqdim edib, iddia tələbində dəqiqləşmə apararaq, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən əlilliyə görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq hal-hazıradək yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(120)- 1283/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Salyan rayon filialına Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Salyan rayon filialına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizəsində məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, «xxxxxx» ASC-nin arxiv arayışını, əmək kitabçasının təsdiq olunmuş surətini, əmək pensiyası alması barədə Cavabdeh arayışını və cavabdehin imtina məktubunun surətini əlavə etmişdir. Həmçinin iş materiallarına Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Salyan rayon filialının məktubu iş materiallarına əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X1 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Salyan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanına əsasən bu Fərmanın 1– 3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, iddiaçı xx xxxx 1966-cı il tarixdə doğulmuşdur. İddiaçıya xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh inzibati orqan iddiaçının 1992-2006-cı illərə aid iş stajının Dövlət Arxivinin arayışları əsasında təsdiqlənmədiyini əsas gətirərək, həmin dövrü sığorta stajı kimi nəzərə almamışdır. İddiaçı xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən əlilliyə görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq hal-hazıradək yaranmış fərqin birdəfəyə ödənilməsini xahiş edir. İddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işləməsi ona məxsus xx xxxxxx 1987-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası və «xxxxxx» ASC-nin xx.xx.2020-ci il tarixli 01-ZP/275 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Bundan başqa «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd olunanlardan göründüyü kimi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarına əsasən cavabdeh tərəfin iddiaçıya məxsus əmək kitabçasının mötəbərliliyinə dair şübhələri varsa, əmək kitabçasının qeyri-mötöbərliliyini sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Мəhkəmə xx xxxxxx 1987-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasını və «xxxxxx» ASC-nin xx.xx.2020-ci il tarixli 01-ZP/275 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübutlar kimi qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx xxxxxx 1987-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və «xxxxxx» ASC-nin xx.xx.2020-ci il tarixli 01-ZP/275 nömrəli arxiv arayışında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq əlilliyə görə təyin olunmuş əmək pensiyasının xx.xx.2019-cu il tarixdən yenidən hesablanaraq hal-hazıradək yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Salyan rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddia təmin edilsin. İddiaçı xx xxxxxx 1987-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və «xxxxxx» ASC-nin xx.xx.2020-ci il tarixli 01-ZP/275 nömrəli arxiv arayışında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq əlilliyə görə təyin olunmuş əmək pensiyasının xx.xx.2019-cu il tarixdən yenidən hesablanaraq hal-hazıradək yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Salyan rayon filialının üzərinə qoyulsun.
2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov