Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1284/2021 09.07.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlu iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “12.05.2021-ci il tarixli təhqiqat qərarının surətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi, Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qаrşı 12.05.2021-ci il tarixli təhqiqat qərarının surətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еtmişdir. İddiа ərizəsi inzibаti mübаhisə kimi qеydiyyаtа аlınаrаq, məhkəməyə dахil оlduğu gündən icrааtа qəbul еdilmiş sаyılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ərizəni nəzərdən kеçirib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiаya inzibati icraat qaydasında baxılması mümkün sаyılmаmаlıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. İddiaçıların iddia ərizəsinin məzmunundan aydın olur ki, 02.05.2021-ci il tarixdə baş vermiş hadisə ilə bağlı iddiaçıların şikayəti əsasında cavabdeh inzibati orqan sayılan Cavabdeh təhqiqat bölməsində araşdırma aparılmış və 02.05.2021-ci il tarixli qərar qəbul edilmişdir. İnzibati orqan tərəfindən qəbul olunmuş 02.05.2021-ci il tarixli qərar iddiaçı tərəf olan iş üzrə zərər çəkmiş şəxslərə bu günə kimi verilməmişdir. Dəfələrlə qərarı qəbul etmiş inzibati orqana şifahi və rəsmi müraciət edib, həmin qərarın surətini tələb etsələr də, qərarı qəbul etmiş inzibati orqan Azərbaycan Respublikasının Cinayyət Prosessual Məcəlləsinin 212.2-ci maddəsinin tələblərini pozmaqla həmin qəbul edilmiş qərarın surətini onlara bu günə kimi verməmişdir. Həmçinin, cavabdeh inzibati orqan zərər çəkmiş şəxs kimi iddiaçıların 12.05.2021-ci il tarixli qərardan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 212.3-cü maddəsinin tələblərində göstərilmiş şikayət vermə hüquqlarını məhdudlaşdırmışdır. İddia ərizəsinin məzmunundan göründüyü kimi hazırkı mübahisə inzibati icraat qaydasında deyil, cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyət üzrə yaranan mübahisədir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 67.3-cü məddəsinə əsasən, Rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. Həmin Məcəllənin 87.6.13-cü məddəsinə əsasən zərər çəkmiş şəxsin cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və onun xahişi ilə bu qərarların surətini əldə etmək; cinayət işi üzrə icraata xitam verilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə və cinayət təqibinin rədd olunması barədə qərarların, ittiham aktının, hökmün və ya məhkəmə qərarlarının surətlərini almaq hüququ vardır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.2.1-ci maddəsinə əsasən, təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından - ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilir. Həmin Məcəllənin 122.2.3-cü məddəsinə əsasən, bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir. Həmin Məcəllənin 122.3-cü məddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın hərəkətlərindən və qərarlarından şikayət yazılı, bu Məcəllə ilə ərizənin yazılı forması xüsusi nəzərdə tutulmadıqda isə şifahi ola bilər (cinayət prosesini həyata keçirən orqan şifahi şikayəti bu zaman aparılan prosessual hərəkət protokolunda və ya ayrı protokolda qeyd edir). Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən, şikayət bilavasitə, yaxud hərəkətindən və ya qərarından şikayət edilən cinayət prosesini həyata keçirən orqan vasitəsilə verilir. Öz hərəkətlərindən və ya qərarlarından, yaxud başqa şəxslərin hərəkətlərindən və ya qərarlarından şikayəti qəbul etmiş təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə, bu Məcəllədə digər müddətlər nəzərdə tutulmayıbsa, onu aldığı andan təxirə salınmadan 24 saat müddətində aidiyyəti üzrə baxılması üçün göndərməlidir. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən, cinayət prosesi iştirakçısının şikayətinə təxirə salınmadan və hər bir halda cinayət prosesini həyata keçirən orqanın onu aldığı gündən 3 (üç) gündən gec olmayaraq baxılmalıdır. Cinayət prosesində iştirak edən digər şəxslərin şikayətlərinə cinayət prosesini həyata keçirən orqanlar tərəfindən şikayətin alındığı gündən 15 (on beş) gündən gec olmayaraq baxılır. Bu Məcəllədə şikayətlərə baxılmasının digər müddətləri də nəzərdə tutula bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunun 3.2-ci, 3.2.1-ci və 3.2.2-ci maddələrinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki,... bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Hazırki iddia ərizəsi üzrə tərəflər arasında olan münasibətlər inzibati (publik) sahədə yaranmadığından, hazırkı mübahisəyə inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxıla bilməz. İddaçılara izah olunur ki, cinayət prosesini həyata keçirən orqanın (təhqiqatçının) prosessual hərəkətlərdən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və yaxud məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 35.3-cü mаddəsinə əsаsən iddiаnın mümkün sаyılmаmаsı bаrədə məhkəmə qərаrdаd qəbul еdir. Həmin qərаrdаddаn yuхаrı məhkəməyə şikаyət vеrilə bilər. Bеləliklə, məhkəmə hеsаb еdir ki, iddiаçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “12.05.2021-ci il tarixli təhqiqat qərarının surətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаya inzibati icraat qaydasında baxılması mümkün sаyılmаmаlıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsаsən və Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 35, 50 və 80-cı mаddələrini rəhbər tutаrаq məhkəmə... qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “12.05.2021-ci il tarixli təhqiqat qərarının surətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаya inzibati icraat qaydasında baxılması mümkün sаyılmаsın. Qərаrdаddаn, оnun rəsmi qаydаdа vеrildiyi gündən 10 (оn) gün müddətində Şirvаn İnzibаti Məhkəməsi vаsitəsi ilə Şirvаn Аpеlyаsiyа Məhkəməsinə şikаyət vеrilə bilər. Sədrlik еdən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1284/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1284/2021
09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver