Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1284/2022 06.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 06 oktyabr 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş ‘‘Əmək pensiyaları haqqmda” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Salyan rayonunun, Bəşirbəyli kəndində anadan olmuşdur. Lakin hal-hazırda Şirvan şəhər sakini olmaqla yaşayır. Onun xx.xx.1980-cı il tarixdən hal-hazıra kimi işləməklə əmək kitabçasına əsasən 41 il ümumi əmək stajı olmaqla, həmin əmək stajının xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixə kimi "xxxx"-nin Əli Bayramlı DRES (indiki X7 Stansiyası MMC)-də podratçı təşkilat olaraq “Əli Bayramlı Təmir Müştərək Müəssisəsi”-də “elektrik-qaynaqçısı”, xx.xx.1981-xx.xx.1983-cü il tarixə kimi “X2”-də “elektrik-qaynaqçısı”, xx.xx.1983xx.xx.1984-cü il tarixə kimi “Baş Tümen vilayətinin Federovsk NQCİ-nin Qülləquraşdırıcı İdarəsi”-də “elektrik-qaynaqçısı”, köçürmü yolu ilə xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci ilə kimi “elektrik-qaynaqçısı”, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci ilə kimi “Kemermalskneft İdarəsi”-də “elektrik-qaynaqçısı”, xx.xx.1989-xx.xx.1994-cü il tarixə kimi “Tümen vilayətinin Federovsk NQCİ”-də “elektrik-qaynaqçısı”, xx.xx.1995-03.0Ş.2001-ci ilə kimi “X3 Stansiyası”-da “elektrik- qaynaqçısı”, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilə kimi "xxxx" ASC-nin “Sutikinti Birliyi 1 №-li FQİ”-də “elektrik-qaynaqçısı”, xx.xx.2005xx.xx.2005-ci il tarixə kimi “Karasu Əməliyyat Şirkəti”-də “elektrik- qaynaqçısı” vəzifələrində işləmiş və hal-hazırda da işləyir. İşlədiyi sahə ağır iş stajı olduğuna görə hesab edir ki, ona xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən həmin tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən xx.xx.2017-ci il tarixdən, 57 yaşımdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Bildirir ki, o, xx.xx.1978-xx.xx.1980-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. Həmçinin xx.xx.1977-xx.xx.1978-ci ilə kimi Əli Bayramlı 28 №-li Peşə Məktəbində “elektrik-qaynaqçı” peşəsində təhsil almışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən hər bir şəxsin pensiya seçmək hüququ vardır. O, xx.xx.2006-cı ilə kimi ümumi 25 il və 12 il 06 ay xüsusi iş stajı topladığına görə hesab edir ki, onun xx.xx.2017-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. Çünki, xx.xx.2017-ci il tarixə kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən hüquqi yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının XXXİİİ. ÜMUMİ PEŞƏLƏR: “əl ilə qaynaq aparan elektrik qaynaqçıları (23200000—19906)” və Xİİ. QAZMA, NEFTİN, QAZİN VƏ QAZ KONDENSATLARİNİN HASİLATİ VƏ EMALİ (DƏNİZ NEFTÇİLƏRİNDƏN BAŞQA), KÖMÜRÜN VƏ ŞİSTİN EMALİ: “qülləquraşdırıcılarqaynaqçılar (21301 OOa—11588)” kodları ilə qeyd edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi gündən bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. O, cavabdeh ƏƏSMN-nin yanında DSMF-nun XŞT üzrə MF-na xx.xx.2021-ci il tarixli ərizə və ərizəyə şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş sürətini, əmək fəaliyyətini təsdiq edəcək arxiv arayışlarının əsllərini, hərbi biletin notarial təsdiq edilmiş sürətini və güzəştli arayışlarını əlavə etməklə müraciət edərək xx.xx.2017-ci il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial isə ona xx.xx.2006-cı il tarixə kimi ümumi iş stajının olmasını qəbul etsə də, lakin güzəştli iş stajının 12 il 06 aydan az (09 il 04 ay 14 gün (xx.xx.1980-xx.xx.1980, xx.xx.1981xx.xx.1983, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.1987, xx.xx.1983-xx.xx.1988, xx.xx.1989-xx.xx.1992-ci il və xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Ona görə də pensiyanın təyin edilməsinin mümkünsüz olduğunu bildirməklə imtina verilmişdir. Bildirir ki, ona xx.xx.2017-ci il tarixdən, 57 yaşından güzəştli şərtlərə yaşa görə pensiya təyin edilməsi barədə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfındən xx.xx.2021-ci il tarixdə, **********1 №-li məktubla ona cavab verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 №-li əlavənin (Əmək pensiyasının təyin edilməsi üçün zəruri sənədlərin Siyahısı) tələblərinə uyğun qaydada tərəfinizdən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağdakı sənədlərin təqdim edilməsi zəruridir: 1. Şəxsiyyət vəsiqəsinin sürəti; 2. Ümumi iş stajını təsdiq edən sənədlərin əsilləri: (əmək kitabçanızın, həqiqi hərbi xidmətdə olmağınız barədə təsdiq edən sənəd və s.); 3. Qanununun 9-cu maddəsinə əsasən şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağınıza dair iş yerinin arayışın əsli; 4. Pensiya təyin edilməsi ilə bağlı ərizə; Həmçinin göstərilmişdir ki, qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda 3-cü bənddə qeyd edilən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağınıza dair iş yerinin arayışı bu məktuba əlavə olunmuş arayışa uyğun qaydada tərtib edilməklə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. O, isə xx.xx.2017-ci il tarixli ərizə ilə yenidən cavabdehə tələb edilən hallara əsasən qismən yerinə yetirməklə ünvanladığı ərizədə 1-ci, 2-ci və 4-cü tələblərə dair sənədlərin notarial təsdiq edilmiş sürətini təqdim etmişdir. Lakin əlavənin 3-cü bəndindəki tələbə dair münasibət olaraq bildirir ki, işlədiyi idarə və müəssisələr fəaliyyətlərini dayandırdıqlarından işlədiyi peşə üzrə güzəştli arayışların təqdim edilməsi onun iradəsindən asılı olmayaraq mümkün olmamışdır. Bu səbəbdən də yalnız hal-hazırda işlədiyi “Karasu” OC-də xx.xx.2005-xx.xx.2005-ci illər üzrə dövrlərdə 4 ay, 07 gün güzəştli iş stajının və "xxxx" ASC-nin "xxxx" Müəssisəsində xx.xx.2001xx.xx.2005-ci illər üzrə dövrlərdə 3 il 03 ay 22 gün güzəştli iş stajının olduğu barədə güzəştli arayışları yuxarıda qeyd edilən tələblərə əsasən ərizəsinə əlavə edir. Lakin cavabdeh yuxarıda qeyd etdiyi halları əsas gətirməklə pensiya təyin edilməsindən imtina etmişdir. O, güzəştli arayışla əlaqədar hesab edir ki, işlədiyi peşə birmənalı olaraq zərərli və ağır iş olduğundan və hətta istehsalatın bütün sahələrinə aid olduğundan, xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan xx.xx.1993-cii il tarixli, 320 nömrəli 2 №-li Siyahısında işlədiyi peşə və vəzifələr XXXİİİ. Ümumi peşələr: “əl ilə qaynaq aparan elektrik qaynaqçıları (23200000—19906)” kodu ilə qeyd edilmişdir. Ona görə də “elektrik-qaynaqçısı” Siyahıda açıq-aşkar bütün sahələri əhatə edən ümumi bölmədə qeyd edildiyindən hər hansı bir ifadə və məna baxımından cavabdeh tərəfmdən mübahisə yaratmamalıdır. Qeyd edilən peşənin gördüyü işlər müxtəlif sahələrdə bir başa qaynaq işi ilə əlaqəli olduğundan, hesab edir ki, işin xüsusiyyəti (zərərli və ağır iş olması) bəllidir. Belə ki, Nazirlər Kabinetinin “Ümumi peşələr” bölməsində nəzərədə tutulan “elektrik-qaynaqçısı” peşəsində işləyən şəxslərin harada işləməsindən asılı olmayaraq bütün adda elektrik qaynaqçıları güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna malik olması barədə ƏƏSMN-nin yanında DSMF-nun “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın tətbiqi barədə Kollegiya Qərarından çıxarışa əsasən DSMF-nun rayon və şəhər şöbələrinə ünvanladığı xx.xx.2007-ci il tarixli məktubunda da öz təsdiqin tapır. Cavabdehin imtinasına əsasən onun əmək stajının ümumi iş stajı olması barədə heç bir münasibət bildirmədiyindən, hesab edir ki, o hallara dair hər hansı bir mübahisə yoxdur və hesab edir ki, cavabdeh onun ümumi iş stajının olmasını qəbul edir. Lakin cavabdehin onun xx.xx.2006-cı il tarixə kimi 09 il 04 ay 14 gün (xx.xx.1980-xx.xx.1980, xx.xx.1981xx.xx.1983, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.1987, xx.xx.1983-xx.xx.1988, xx.xx.1989-xx.xx.1992-ci il və xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil etməklə imtina etməsini hesab edir ki, əsassızdır. Bunu onunla əsaslandırır ki, cavabdeh onun yalnız imtinasında qeyd etdiyi dövrləri, yəni, 9 il 04 ay 14 gün işlədiyi dövrləri nəzərə alsa da, lakin onun işlədiyi xx.xx.1995-xx.xx.2001-ci il tarixə (04 il 07 ay 12 gün) kimi “X3 Stansiyası”-da “elektrik-qaynaqçısı” və xx.xx.2002-xx.xx.2005-ci il tarixə (3 il 03 ay 22 gün) kimi “Sutikinti Birliyi”-nin l №-li FQİ-də “elektrik-qaynaqçısı” vəzifələrində işlədiyi dövrləri nə səbəbə nəzərə almamasına dair münasibət bildirməmişdir. Belə olan halda onun xx.xx.2006-cı il tarixə kimi güzəştli iş stajı 17 il 04 ay 20 gün təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun Kollegiyasının 17 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajınm müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının təsdiq edilməsi barədə Qərarın tələbləri nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. O, güzəştli iş stajı barədə arayışa dair münasibətdə bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarınжт təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 №-li əlavənin (Əmək pensiyasının təyin edilməsi üçün zəruri sənədlərin Siyahısı) tələblərin 3-cü hissəsi aid deyildir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Göründüyü kimi, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ xx.xx.2017-ci il tarixdə yarandığından, hesab edir ki, ona güzəştli iş stajı barədə arayışa dair münasibətdə xx.xx.2017-ci il tarixə kimi olan “Əmək pensiyaları haqqında” Qanunun normaları tətbiq edilməlidir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Adıcəkilən Qaydaların 2 №-li Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, umumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyasını təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Onun hüququ 01 may 2017-cı il tarixində yarandığından ona münasibətdə bu Qaydalar tətbiq oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli, 17 №-li Qərarı ilə təsdiq edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları onun pensiya hüququ yaranan tarixdə qüvvədə olmuşdur. Həmin Qaydalarda isə həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayışın təqdim olunması göstərilməmişdir. Həmin şərt yalnız xx.xx.2017-ci il tarixdən sonra “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərindən irəli gələn pensiyaların təyin edilməsi və hesablanması Qaydaları da mövcuddur. Belə olan halda onun hüququ 2017-ci ilin may ayında yarandığından, xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərindən irəli gələn pensiyaların təyin edilməsi və hesablanması Qaydaları tətbiq edilə bilər. Hesab edir ki, cavabdehin məktubunu imtina kimi qiymət vermək olar və inzibati icraat haqqında qanunun tələblərinə görə əsassızdır və əmək pensiyaları qanunvericiliyinin müvafıq tələblərinə aşağdakı hallara əsasən cavab vermir. Belə ki, Azərbaycan Respublikası D.S.M.F. tərəfındən təsdiq olunaraq xx.xx.2010-cu il 4027 saylı şəhadətnamə ilə normativ hüquqi akt kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.1.8-ci bəndində göstərilmiş «misalda» da pensiya hüququnun yaranması üçün tələb olunan üç hüquqi faktdan ikisinin - ümumi və güzəştli əmək stajının «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasınm Qanunu və bu Qanuna xx.xx.1997-ci il tarixli, 321-İQD saylı Qanunla edilmiş dəyişikliyin qüvvədə olduğu dövrdə yaranması, 3-cü hüquqi faktın - yaşın isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi vaxtdan sonra yaranması halında da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını bir daha təsdiqləmişdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyənnamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi sosial təminat, miili səylər və beynalxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafıq olaraq, ləyaqətin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zərərli olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vəsaitlərinin asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Göründüyü kimi onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ xx.xx.2017-ci il tarixdən yaranmasına baxmayaraq, lakin Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun birmənalı olaraq tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxan şəxs kimi müəyyən edilməklə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa xx.xx.2017-ci il tarixdən edilmiş dəyişiklər onun hüquqi vəziyyətini ağırlaşdırdığından, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ-ci bəndinin tələblərini rəhbər tutaraq, hesab edir ki, qeyd edilən dəyişiklər ona münasibətdə tətbiq edilməməli, hazırkı mübahisəyə onun 57 yaşının tamam olduğu, lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə görə xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanununa əsasən qazanmış olduğu ümumi və xüsusi əmək stajına dair olaraq müəyyən edilməklə qüvvədə olmuş qanunvericilk normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fıziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə, hesab edir ki, onun xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə işlədiyinə, eləcə də xx.xx.2017-ci il tarixdə 57 yaşı tamam olduğuna görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci bəndinə həmin tarixdən ona xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsi tətbiq edilməməklə pensiya təyin edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun Kollegiyasının 17 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının təsdiq edilməsi barədə Qərarının 2.1.6-cı bəndində göstərilir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan digər şəxslərin Qanunun 9.1-9.8-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 2.1.8-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən Qanun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq sürətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən gıizəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. “Əmək pensiyaları haqqında” Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmçinin, qeyd edir ki, onun ərizəsinə baxılması ilə əlaqədar cavabdeh tərəfındən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmamışdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fıziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüququi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) Göründüyü kimi, cavabdeh (inzibati orqan) yuxarıda qeyd olunan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Həmçinin, imtina qərarı kifayət qədər əsaslandırılmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafıə vasitələri, bu hüquqi müdafıə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, qeyd edilən maddənin mətnindən də bəlli olduğu kimi, həmin maddə ƏPQ-dan əvvəl güvvədə olan qanunvericilikdən bəhs edir. Qeyd edilən maddədə göstərilən şəxslərin ƏPQ-nu qüvvəyə minməmişdən əvvəl “Vətəndaşların pcnsiya təminatı haqqında” Qanunla tənzimləmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin (b) bəndinə görə, Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan 1 nömrəli siyahısı üzrə çalışan kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 ili 06 ay həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus 22 oktyabr 1980-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixli, 54-ok nömrəli əmrə əsasən Əli Bayramlı 1-ci dərəcə üzrə elektrik qaynaqçısı daimi şagirdi qəbul edilmiş, xx.xx.1980-ci il tarixli, 87-ok nömrəli əmrə əsasən Azərbaycan SSR ƏQHM-nin 36-cı maddəsinin 1-ci bəndinə əsasən öz xahişi ilə azad edilmiş, xx.xx.1980-ci il tarixli, 178/y nömrəli əmrə əsasən üzən gəmi heyətinə nəqliyyat donanmasının gəmilərində motorçu şagirdi işinə qəbul edilmiş, xx.xx.1981-ci il tarixli, 8/y nömrəli əmrə əsasən imtahan verdikdən sonra ikinci dərəcə üzrə motorçu ştatına keçirilmiş, xx.xx.1981ci il tarixli, 10/N nömrəli əmrə əsasən nəqliyyat donanmasının gəmilərində motorçu işinə qəbul edilmiş, xx.xx.1981-ci il tarixli, 92/N nömrəli əmrə əsasən Azərbaycan SSR ƏQHMnin 37-ci maddəsinə əsasən öz xahişi ilə azad edilmiş, xx.xx.1981-ci il tarixli, 115-k nömrəli əmrə əsasən 3 saylı Surqut buruqquraşdırma İdarəsinin İstehsalat Xidməti Bazasına 2-ci dərəcə üzrə elektrik qaynaqçısı işinə qəbul edilmiş, xx.xx.1981-ci il tarixli, 151-k nömrəli əmrə əsasən 3-cü elektrik qaynaqçısı dərəcəsi verilmiş, xx.xx.1983-cü il tarixli, 12-k nömrəli əmrə əsasən 2 saylı rayon mühəndis-texnoloji xidmətinə 3-cü dərəcə üzrə buruqquraşdırıcı-elektrik qaynaqçısı keçirilmiş, xx.xx.1983-cü il tarixli, 153-k nömrəli əmrə əsasən RSFSR ƏQHM-nin 31-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1983-cü il tarixli, 105 nömrəli əmrə əsasən müvəqqəti olaraq 2 saylı sahəyə 4-cü dərəcə üzrə elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.1984-cü il tarixli, 11 nömrəli əmrə əsasən RSFSR ƏQHM-nin 29-cu maddəsinin 2-ci bəndinə əsasən müvəqqəti işlərin əsası üzrə işdən azad edilmiş, xx.xx.1984-cü il tarixli, 45-k nömrəli əmrə əsasən “BAŞTÜMENNEFTEQAZ” “Noyabrskneftqaz” İstehsalat Birliyinin 1 saylı rayon mühəndistexnoloji xidmətinə 3-cü dərəcə üzrə buruqquraşdırıcı-elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.1986-cı il tarixli, 61k nömrəli əmrə əsasən 4-cü ixtisas dərəcəsi verilmiş, xx.xx.1987ci il tarixli, 61 k nömrəli əmrə əsasən buruqquraşdırıcı-elektrik qaynaqçısı 5-ci ixtisas dərəcəsi verilmiş, xx.xx.1987-ci il tarixli, 59 k nömrəli əmrə əsasən RSFSR ƏQHM-nin 31ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1987-ci il tarixli, 130 nömrəli əmrə əsasən Əli-Bayramlı ŞDİŞ yanında İdarədənkənar mühafizə bölməsinin ştatına atıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci il tarixli, 32 nömrəli əmrə əsasən həmin komandanın nəzarətçisi vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci il tarixli, 123 nömrəli əmrə əsasən RSFSR ƏQHM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1988-ci il tarixli, 718-k nömrəli əmrə əsasən “Komsomolskneft” Neft-Qaz Çıxarma İdarəsinin Tikinti-quraşdırma sexinə dördüncü dərəcə üzrə elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.1988-ci il tarixli, 950-k nömrəli əmrə əsasən RSFSR ƏQHM-nin 31-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1989-cu il tarixli, 111-k nömrəli əmrə əsasən “Surqutneftqaz” X1 nəqliyyatın Fyodorovsk İdarəsinin Təmir-mexaniki emalatxanalarına dördüncü dərəcə üzrə elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.1994-cü il tarixli, 674/k nömrəli əmrə əsasən RSFSR ƏQHM-nin 31-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli, 12654-20 nömrəli Atestatın surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978-ci il tarixədək Əli Bayramlı şəhər 28 nömrəli texniki peşə məktəbində “Elektrik qaynaqçısı” sənəti üzrə peşə təhsili almışdır. İş materiallarında olan НЗ-3942506 saylı hərbi biletdən görünür ki, İddiaçı 10 may 1978-ci il tarixdən 15 may 1980-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Müəssisəsinin xx.xx.2021-ci il tarixli, 12 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 02 yanvar 2002-ci il tarixdən (əmr № 02/k xx.xx.2002) xx.xx.2005-ci il tarixədək (əmr № 24/k xx.xx.2005) "xxxx" Müəssisəsinnin 1 nömrəli sahəsində 5-ci dərəcəli qaynaqçı peşəsində işləmişdir. Qeyd: Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1996-cı il tarixli, 110 saylı sərancamına və ARSSC-nin 199/1 saylı, xx.xx.1996-cı il tarixli əmrinə əsasən "xxxx" trestinin adı dəyişilib, "xxxx" birliyi, 01.01,2003-cü il tarixdən isə ARSSC-nin xx.xx.2002-ci il tarixli, 245/İ saylı və "xxxx" birliyinin xx.xx.2002-ci il tarixli, 16/İ saylı əmrləri ilə "xxxx" Müəssisəsi adlandırılıb. Əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının ümümi peşələr bölməsində qeyd edilmişdir. İş materiallarında olan “X5”nın xx.xx.2021-ci il tarixli, 86 nömrəli arayışından görünür ki, İddiaçı, X6 Əməliyyat Şirkətində Tikinti Quraşdırma sexində Qaynaq işləri üzrə sahə rəisinin müavini vəzifəsində işləyir. İddiaçı neft sənayesində güzəştli şərtlərlə pensiya hüququ verən peşələr, vəzifələr üzrə X6 Əməliyyat Şirkətində iş stajı haqqında qeydlər aşağıdakı kimi göstərilmişdir: Karasu Əməliyyat Şirkəti- 1.Qaynaq sexi: Elektrik qaz qaynaqçısı-xx.xx.2005-xx.xx.2005; 2.X4-xx.xx.2005-xx.xx.2009; 3.Qaynaq sexi: Qaynaq sexinin rəis müavini-xx.xx.2009-xx.xx.2021; 4.Tikinti Quraşdırma sexi: Qaynaq işləri üzrə sahə rəisinin müavini-xx.xx.2012-xx.xx.2021. Cəmi 4 ay 7 gün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarına və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən aşağıda qeyd olunan çıxarışlar üzrə İddiaçı 4 ay 7 gün imtiyazlı iş stajına malikdir. 35. Ümumi peşələr. Qaz qaynaqçıları-kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlada, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan qaz qaynaqçıları. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Müəssisəsinin məhkəməyə ünvanlanmış xx.xx.2022-cü il tarixli, N-M01/1-237 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 05 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Müəssisəsində 5-ci dərəcəli qaynaqçı işləmişdir. Həmin məktuba əlavə edilmiş "xxxx" Birliyi 1 nömrəli Tikinti-Quraşdırma İdarəsinin xx.xx.2002-ci il tarixli, 02/k nömrəli əmrdən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdən əmək müqaviləsi ilə 6(altı) ay müddətinə 5-ci dərəcəli qaynaqçı işinə qəbul edilmişdir. Həmin məktuba əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Müəssisəsinin xx.xx.2005-ci il tarixli, 14/k nömrəli əmrə əsasən "xxxx" Müəssisəsinin 1 nömrəli sahəsinin 5-ci dərəcəli qaynaqçısı xx.xx.2005-ci il tarixdən işlədiyi peşədən azad edilmiş, son haqqhesabı xx.xx.2003-xx.xx.2005-ci il iş vaxtı üçün 25 t.g. müddətinə ödənilmiş, (xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur). İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz 22 oktyabr 1980-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçanızın surətində və əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin güzəştli iş stajınız 12 il 6 aydan az (9 il 4 ay 14 gün (xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1992-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə cavabdeh təşkilatın bu dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 30.1-ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. xx.xx.1997-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 57 yaşa çatdıqda və ən azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün o, qeyd edilən yaş həddinə çatmalı, xx.xx.2006-cı il tarixədək azı 25 il ümumi iş stajı olmalı və bu müddətin azı 12 il 6 ayını 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli, yəni göstərilən tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İddiaçının ümumi iş stajı işin mübahisələndirilməyən hallarındandır. Cavabdeh imtina məktubunda qeyd edir ki, Mərkəzi Filiala təqdim edilmiş 22 oktyabr 1980-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasının surətində və əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 4 ay 14 gün (xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1992-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu dəlillə əlaqədar olaraq məhkəmə bildirir ki, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, iddiaçının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün şəxs qeyd edilən yaş həddinə çatmalı, xx.xx.2006-cı il tarixədək ən azı 25 il ümumi iş stajı olmalı və bu müddətin ən azı 12 il 6 ayını 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli, yəni göstərilən tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajına mövcud malik olmalıdır. İş materiallarına əlavə edilmiş, iddiaçıya məxsus əmək kitabçasında qeyd olunmuş məlumatlar, eləcə də arxiv arayışı, həmçinin işlədiyi idarə və müəssisələr tərəfindən verilmiş arayışlar nəzərə alınmaqla iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Müəssisəsinin xx.xx.2021-ci il tarixli, 12 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 02 yanvar 2002-ci il tarixdən (əmr № 02/k xx.xx.2002) xx.xx.2005-ci il tarixədək (əmr № 24/k xx.xx.2005) "xxxx" Müəssisəsinnin 1 nömrəli sahəsində 5-ci dərəcəli qaynaqçı peşəsində işləmişdir. Qeyd: Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1996-cı il tarixli, 110 saylı sərancamına və ARSSC-nin 199/1 saylı, xx.xx.1996-cı il tarixli əmrinə əsasən "xxxx" trestinin adı dəyişilib, "xxxx" birliyi, 01.01,2003-cü il tarixdən isə ARSSC-nin xx.xx.2002-ci il tarixli, 245/İ saylı və "xxxx" birliyinin xx.xx.2002-ci il tarixli, 16/İ saylı əmrləri ilə "xxxx" Müəssisəsi adlandırılıb. Əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının ümümi peşələr bölməsində qeyd edilmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş, “X5”nın xx.xx.2021-ci il tarixli, 86 nömrəli arayışından görünür ki, İddiaçı, X6 Əməliyyat Şirkətində Tikinti Quraşdırma sexində Qaynaq işləri üzrə sahə rəisinin müavini vəzifəsində işləyir. İddiaçı neft sənayesində güzəştli şərtlərlə pensiya hüququ verən peşələr, vəzifələr üzrə X6 Əməliyyat Şirkətində iş stajı haqqında qeydlər aşağıdakı kimi göstərilmişdir: Karasu Əməliyyat Şirkəti- 1.Qaynaq sexi: Elektrik qaz qaynaqçısı-xx.xx.2005-xx.xx.2005; 2.X4-xx.xx.2005xx.xx.2009; 3.Qaynaq sexi: Qaynaq sexinin rəis müavini-xx.xx.2009-xx.xx.2021; 4.Tikinti Quraşdırma sexi: Qaynaq işləri üzrə sahə rəisinin müavini-xx.xx.2012-xx.xx.2021. Cəmi 4 ay 7 gün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarına və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən aşağıda qeyd olunan çıxarışlar üzrə İddiaçı 4 ay 7 gün imtiyazlı iş stajına malikdir. 35. Ümumi peşələr. Qaz qaynaqçıları-kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlada, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan qaz qaynaqçıları. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan (xx.xx.2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. İddia ərizəsindən və iş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********1 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatı üçün sənədlərin təqdim olunması haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 2021-ci ilin sentyabr ayının 07-də (müraciəti 04 oktyabr 2021-ci il tarixli **********1 cavab məktubu ilə cavablandırılmışdır) müraciət etmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 57 yaşdan yəni, xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (07 sentyabr 2021-ci il) əvvəlki illər üçün, yəni 07 sentyabr 2018ci ildən 07 sentyabr 2021-ci il tarixədək hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan yəni, xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (07 sentyabr 2021-ci il) əvvəlki illər üçün, yəni 07 sentyabr 2018-ci ildən 07 sentyabr 2021-ci il tarixədək hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1284/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1284/2022
06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver