Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1285/2021 09.12.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh «Beyləqan rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsə qarşı cavabdehin qanuna zidd hərəkətlərinə son qoyulması və 16.05.2021-ci il tarixli sorğuda tələb olunan məlumatların cavablandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh «Beyləqan rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanuna zidd hərəkətlərinə son qoyulması və 16.05.2021-ci il tarixli sorğuda tələb olunan məlumatların cavablandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh «Beyləqan rayon Mərkəzi Xəstəxanası» X13in nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə İddiaçı və cavabdeh «Beyləqan rayon Mərkəzi Xəstəxanası» X13in nümayəndəsindən iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh “Beyləqan Rayon Mərkəzi Xəstaxanası” X15 Azərbaycan Respublikası Konstitusiyasında təsbit olmuş və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunan hüquqlarını pozmaqla ona qarşı qanuna zidd hərəkətlərə yol vermiş və hazırda da bu qanuna zidd hərəkətlərini davam etməkdədir. Cavabdehin bu qanuna zidd hərəkəti BMT-nin 1948-ci ildə qəbul edilmiş və vətəndaş hüquqları haqqında Ümumi bəyamnaməyə ziddir. Belə ki, onun tərəfindən rəsmi olaraq Beyləqan rayon Mərkəzi Poçt filialı vasitəsilə poçt göndərişi haqqında SS723194710AZ ştrix kodlu, ********* nömrəli qəbzə əsasən cavabdeh “Beyləqan rayon Mərkəzi Xəstaxanası” X13 direktoru Nurəngiz Bəşirovaya 16.05.2021-ci il tarixli sorğu göndərilmişdir. Poçt göndərişin qəbulu haqqında xəbəmaməyə əsasən iş üzrə cavabdeh onun 16.05.2021-ci il tarixli sorğusunu 18.05.2021-ci il tarixdə rəsmən qəbul etmişdir. Tərəfindən göndərilmiş və cavabdeh tərəfindən rəsmi qəbul edilmiş 16.05.2021-ci il tarixli rəsmi sorğuda aşağıdakı suallara cavab verilməsi nəzərdə tutulmuşdur: 1. “Hazırda direktoru olduğunuz Beyləqan RMX-da vakant olan bütün vəzifələr barədə mənə ətraflı rəsmi məlumat verəsiniz.” 2. “Hazırda direktoru olduğunuz Beyləqan RMX-da pensiya (65) yaşına çatmış şəxslərin işləyib-işləməməsi və işləyirsə hansı hüquqi əsaslarla işləmələri barədə mənə ətraflı rəsmi məlumat verəsiniz.” 3. “Hazırda direktoru olduğunuz Beyləqan RMX-ya faktiki pensiyada olan şəxslərin işə götürülüb-götürülməməsi və götürüldüyü təqdirdə hansı hüquqi əsaslarla götürülmələri barədə mənə ətraflı rəsmi məlumat verəsiniz”. Lakin, tərəfiindən göndərilmiş sorğuya dövlətin qanunlarında göstərilmiş müddətdə və qaydada baxıb cavab vermək əvəzinə, cavabdeh “Beyləqan rayon Mərkəzi Xəstaxanası” X13 direktoru Nurəngiz Bəşirova qərəzli şəkildə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini açıq şəkildə ona qarşı pozmaqla qanuna zidd hərəkətə yol vermişdir. İnsan Hüquqlarının və əsas X3 X5 Hüquq və Azadlıqları ilə bağlı Müddəaların Azərbaycan Respublikasının Qanunvericilik sisteminin tətbiqi ilə bağlı tələblərə əsasən Azərbaycan Respublikasının Məlumat azadlığı haqqında Qanunu məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Qanuna əsasən hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır. Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır. Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasmda nəzərdə tutulmuş hallarda yol verilir. Məlumat azadlığından istifadə edilməsi qaydası Azərbaycan Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilir. Cavabdeh “Beyləqan rayon Mərkəzi Xəstaxanası” X13 direktoru Nurəngiz Bəşirova 18.05.2021-ci il tarixdə rəsmi qəbul etdiyi dövlət sirri təşkil etməyən və cəmiyyət üçün açıq hesab olunan 16.05.2021-ci il tarixli sorğuda qeyd olunan sualları cavablandırmamaqla məlumat verməmişdir və bununlada onun qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını pozmaqla qanuna zidd hərəkətlərə yol vermiş və hazırda da bu qanunazidd hərəkətlər cavabdeh tərəfindən davam etməkdədir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı «Beyləqan rayon Mərkəzi Xəstəxanası» X13 direktoru Nurəngiz Bəşirovaya ünvanladığı 16.05.2021-ci il tarixli sorğusunda “yaşı 65-ə çatanlar, pensiya alaraq işləyənlər və vakant iş yerləri ilə bağlı” sorğusundan görünür ki, hazırda direktoru olduğu Beyləqan RMX-da vakant olan bütün vəzifələr barədə, hazırda direktoru olduğu Beyləqan RMX-da pensiya (65) yaşına çatmış şəxslərin işləyib-işləməməsi və işləyirsə hansı hüquqi əsaslarla işləmələri barədə, hazırda direktoru olduğu Beyləqan RMX-ya faktiki pensiyada olan şəxslərin işə götürülüb-götürülməməsi və götürüldüyü təqdirdə hansı hüquqi əsaslarla götürülmələri barədə ətraflı rəsmi məlumatın verilməsini xahiş etmişdir. İş materiallarında olan «Beyləqan rayon Mərkəzi Xəstəxanası» X13 İddiaçı ünvanladığı 26.07.2021-ci il tarixli, 519 nömrəli məktubunda qeyd edilmişdir ki, ...“16 iyul 2021-ci il tarixli yazılı müraciətinizə cavab olaraq bildiririk ki, “Beyləqan RMX-sı” X13 dispetçer vəzifəsinə işə qəbul ilə bağlı rəsmi müraciət etməniz və həmin vəzifəyə başqa şəxslərin işə qəbul edilməsinə dair müraciətə tərəfimizdən baxılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının şəxsən müraciət etmək, habelə fərdi və ya kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Nəzərinizə çatdırırıq ki, “Beyləqan rayon Mərkəzi Xəstəxanası'' X13 X7 Yardım Stansiyasının 5 (beş) dispetçer ştat vahidi vardır. Mövcud olan həmin 5 (beş) dispetçer ştat vahidi hesabına beş işçi işləyir. Qeyd etdiyiniz X8 11.01.1959-ci il təvəllüdlüdür. İşçinin yaş həddi ilə bağlı işdən çıxmasına 3 (üç) ilə yaxın müddət vardır. Nəzərinizə bir daha çatdırırıq ki, həmin 5 (beş) ştat vahidlərində faktiki olaraq işçi işləməsi səbəbindən 15.02.2021-ci il tarixdən bu günə kimi “Beyləqan rayon Mərkəzi Xəstəxanası'' X13 X7 Yardım Stansiyasının dispetçer ştatına heç bir yeni işçi işə qəbul edilməmişdir.” İş materiallarında olan «Beyləqan rayon Mərkəzi Xəstəxanası» X13 İddiaçı ünvanladığı 14.08.2021-ci il tarixli, 589 nömrəli məktubunda qeyd edilmişdir ki, ...”30.07.2021-ci il tarixli, ünvanlanmış məktubunuza cavab olaraq bildiririk ki, işçilərin əmrinin tərəfimdən imzalanıb-imzalanmaması, vəzifəni icra edərkən dövlətin qanunlarına tam əməl edib-etməməsi, vətəndaşlara yalan məlumat verib-verməməsi, dövlətin qanunlarına zidd şəkildə hər hansı şəxsi işə qəbul edib-etməməsi, vətəndaşları işə qəbul edərkən ayrıseçkiliyə yol verib-verməməsi, Azərbaycan Respublikasının Prezidentinin tövsiyə və tapşırıqlarına əməl edib-etməməsi ilə bağlı daxil olmuş məktubunuza tərəfimizdən baxılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının şəxsən müraciət etmək, habelə fərdi və ya kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Məlumat üçün bildiririk ki, 1) işçilərin əmrinin imzalanıb-imzalanmaması Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifəiəri yerinə yetirir və hüquqları həyata keçirir. Agentliyin idarə olunması o cümlədən onun idarə, filial və nümayəndəliklərinin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edir. 2) Vəzifəni icra edərkən dövlətin qanunlarına tam əməl edilməməsi, 3) vətəndaşlarına yalan məlumat verib-verməməsi, 4)Azərbaycan Respublikasının Prezidentinin tövsiyə və tapşırıqlarına əməl edib-etməməsi, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Agentliyi (Agentlik) fəaliyyət istiqamətini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Tibbi Sığorta haqqında Azərbaycan Respublikasının 29 oktyabr 1999-cu ci tarixli, 726 nömrəli Qanununu, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 8 sentyabr 2017-ci il tarixli 1592 nömrəli fərmanı, Azərbaycan Respublikasının Konstitusiyasını və həmin Fərman ilə təsdiq edilmiş İcbari Tibbi Sığorta üzrə X2 ümumi müddəaların, Agentliyin fəaliyyətnin məqsəd və fəaliyyət istiqamətlərini, vəzifələrini və hüquqların idarə olunması, nizamnamə fondu, əmlak və maliyyə fəaliyyətinin əsasları, nəzarətin forması və əhatə dairəsi, Agentlik hər il ölkənin icbari tibbi sığorta sistemi ilə bağlı vəziyyəti və inkişaf perspektivləri barədə hesabatı, habelə Agentliyin fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. Agentliyin İdarə olunması öz fəliyyətində və idatəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. X12 İdarə strateji məqsəd və planlarını müəyyən edir və bu barədə Azərbaycan Respublikası Prezidentinə məlumat təkliflər verir və sənədlər təqdim edir. Agentliyin fəaliyyətinə rəhbərliyi idarə heyəti tərəfindən həyata keçirir və onu təmsil, fəaliyyət istiqamətinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir. “Beyləqan RMX-sı” X15 Azərbaycan Respublikasının qanunlarının, bu Nizamnamənin, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Nazirlər Kabinetnin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur. X9 qərarlarını, X10 sərəncam və əmrlərini yerinə yetirir və Agentliyin aparatına subordinasiya qaydalarına riayət e d i r, fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzrədə tutulmuş digu vəzifələri yerinə yetirir. Həmçinin, 5) dövlətin qanunlarına zidd şəkildə hər hansı şəxsi işə qəbul edib-etməməsi, 6) vətəndaşları işə qəbul edərkən ayrı-seçkiliyə yol verib-verməməsi, “Beyləqan RMX-sı“ X15 Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına uyğun olaraq və 25-ci maddəsi Bərabərlik hüququ və 3-cü hissəsində göstərildiyi kimi dövlət, irqindən, etnik mənsubuyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalar, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağalarına əməl etməklə vətəndaşları qəbul edərkən ayrı seçkiliyə yol vermir.” İş materiallarında olan «Beyləqan rayon Mərkəzi Xəstəxanası» X13 İddiaçı ünvanladığı 16.08.2021-ci il tarixli, 606 nömrəli məktubunda qeyd edilmişdir ki, ...”07.08.2021-ci il tarixli, 34 nömrəli sorğunuza cavab olaraq bildiririk ki, vətəndaş X6 işdən çıxarılmasının hüquqi əsasları barədə daxil olmuş sorğunuza tərəfimizdən baxılmışdır. Məlumat üçün bildiririk ki, vətəndaş X6 əmək müqaviləsi insan resursları şöbəsinin kadrlar üzrə mütəxəssisi Sevda şahverdiyevanın işlədiyi dövrdə bağlandığından harada olmasını o bilmiş, axtarışa verildikdə məlum olmuşdır ki, işçi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında əmək müqaviləsi bağlanmamışdır. Tərəfimdən insan X1 müvafiq göstəriş verilmiş, 04.03.2021-ci il tarixdən vətəndaş X6 elektron müqaviləsinin müddəti uzadılmışdır. İş materiallarında olan «Beyləqan rayon Mərkəzi Xəstəxanası» X13 məhkəməyə və İddiaçı ünvanladığı 03.12.2021-ci il tarixli, 1115 nömrəli məktubunda qeyd edilmişdir ki, “vətəndaş İddiaçı 16 may 2021-ci il tarixli və 30 sentyabr 2021-ci il tarixli sorğularına təkrar olaraq cavab veririk ki, İcbari Tibbi Sığorta işə qəbul üzrə 1 nömrəli müvəqqəti qaydasının 3cü bəndinə əsasən 65 yaşadan yuxarı olan işçilərin müqaviləsinin uzadılması-həkimlərlə bağlı kəskin zərurət halında 70 yaşadək tibb müəssisəsinin rəhbərinin qərarı əsasında müqavilə hər dəfəsində 3 ay müddətinə olaraq uzadıla bilər. 65 yaşa çatmış orta tibb işçiləri ilə bağlanmış əmək müqaviləsinin uzadılmasına razılıq verilmir. Yalnız xüsusi hallarda əmək müqaviləsinin uzadılmasına zərurət yaranarsa (Covid, mərkəzdən uzaq yerləşən tibb müəssisəsində çatışmazlıq olarsa) Agentliyə məktubla müraciət edilməlidir. 65 yaşa çatmış inzibati və kiçik tibb heyəti ilə bağlanmış əmək müqaviləsinin uzadılmasına icazə verilmir. Müəssisədə olan vakant vəzifələr barədə ətraflı məlumatı Məşğulluq Mərkəzindən əldə edilə bilər. Pensiyada olan şəxslərin işə götürülüb-götürülməməsi qanunvericiliklə qadağan edilməyən və əmək qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə kimi hər kəs əmək fəaliyyəti ilə məşğul ola bilər. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2-ci maddəsinə əsasən hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3-cü maddəsinə əsasən informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1-ci maddəsinə əsasən sorğu edilən informasiyanın informasiya sahibində olubolmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2-ci maddəsinə əsasən informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 2.4-1-ci maddəsinə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. 2.5.-ci maddəsinə əsasən informasiya sahiblərindən bu Qanunun tələblərinə uyğun olaraq əldə edilmiş sənədləşdirilmiş informasiyadan, digər məqsədlər, o cümlədən kommersiya məqsədləri üçün törəmə informasiya məhsulunun yaradılmasına bu şərtlə icazə verilir ki, törəmə informasiya yaradılarkən ilkin mənbəyə istinad edilsin. 3.0.1-ci maddəsinə əsasən informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar; 27.1-ci maddəsinə əsasən aşağıdakı hallarda informasiya sorğusu icra olunmuş sayılır: 27.1.1-ci maddəsinə əsasən informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə; 27.1.2-ci maddəsinə əsasən informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə; 27.1.3-cü maddəsinə əsasən açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə; 27.1.4-cü maddəsinə əsasən informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə. 27-1-ci maddəsinə görə sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı tələbi təmin olunduğundan (informasiya sorğusu cavablandırıldığından) və mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı : İddiaçı cavabdeh «Beyləqan rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsə qarşı cavabdehin qanuna zidd hərəkətlərinə son qoyulması və 16.05.2021-ci il tarixli sorğuda tələb olunan məlumatların təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1285/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1285/2021
09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver