Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1289/2023 06.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı torpağın mülkiyyətə verilməsinə dair JN-213 (kod ********) saylı şəhadətnamədən X6 adının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair JN-213 (kod ********) saylı şəhadətnamədən X6 adının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona və onun ailə üzvlərinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 nömrəki qərarı ilə 0.13 ha torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında JN-213, KOD 80600038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamədə onun ailə üzvü olmayan, tanımadığı bir şəxsin X6 adı qeyd edilmişdir. O, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaması və ona çıxarışın verilməsi tələbi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə ərizə ilə müraciət etmiş. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi onun müraciətindən xx.xx.2022-ci il tarixli, **********96 nömrəli məktubla imtina etmişdir. Ona səbəb kimi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə adı göstərilən şəxs X6 çıxarışın verilməsinə razılıq verməli olduğunu demişlər. O daha sonra həmin şəxs yəni X6 adının torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən çıxarılması tələbi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə müraciət etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi bu müraciətindən də imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəlləsinin) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarının tələbindən çıxış edərək hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran sübutları təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Günəşli kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 616 nömrəli arayışından görünür ki, JN-213A nömrəli KOD 80600038 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş. Məmmədova Sara — X13 və X7—X1 oxunmalıdır. Bundan əlavə olaraq İddiaçı ailəsində və təsərüfatında X12 adında şəxs yoxdur və olmamışdır. İş materiallarında olan Cəlilabad rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 126 nömrəli məktubunda göstərilmişdir ki, torpağa mülkiyyətə dair JN -213(kod ********) nömrəli dövlət aktının və həmin dövlət aktının tərtib edilməsinə əsas olunmuş sənədlər barədə 8 saylı Cəlilabad rayon ərazi dairəsinin sənədləri arxivə təhvil verilməmişdir. İş materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16-3/8-10-178/23 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı ilə X6 qohumluqları ilə Cəlilabad rayon Qeydiyyat şöbəsinin arxivində və elektron informasiya sistemində məlumat aşkar olunmadı. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-746/2023 nömrəli məktubunda göstərilmişdir ki, 2-1 (120)-1289/2023 nömrəli inzibati iş ilə əlaqədar Cəlilabad rayonu, Günəşli kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarından İddiaçı və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarışların, eləcə də Cəlilabad rayon Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 9 nömrəli Qərarının təsdiq olunmuş surətinin verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində aidiyyəti üzrə baxılmışdır.Bildiririk ki, pay torpaq sahəsinə dair subyektlərin siyahısında X7 və X6 adları aşkar edilməmişdir.Cəlilabad rayonu, Günəşli kəndi üzrə subyektlərin siyahılarından və Cəlilabad rayon Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 9 nömrəli Qərarından çıxarışların təsdiq olunmuş surəti təqdim edilir. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının aparatının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-41/2-418/2-2023 nömrəli məktubunda göstərilmişdir ki, Cəlilabad rayon aqrar islahat komissiyasının 30 sentyabr 1997-ci il tarixli 9 nömrəli iclas protokolunun arxiv surəti məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 11/2-25415-23 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ünvanladığınız müraciətə cavab olaraq, sorğu etdiyi şəxsin yaşayış yeri üzrə qeydiyyatı barədə arayış göndərilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-213A kod 80600038 nömrəli şəhadətnamədən görünür ki, Cəlilabad rayon Aqrar İslahat komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə 0.13 hektar torpaq sahəsi İddiaçı, X4, Məmmədova Sara, X2, X3, X5 və X6 mülkiyyətinə verilmişdir. Belə ki, iş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Günəşli kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-41/2-10-268/2023 nömrəli məktubunda göstərilmişdir ki, Günəşli kəndində yaşayan İddiaçı adma verilmiş JN-213 (kod ********) nömrəli şəhadətnamədə qeyd olunmuş X12 ilə heç bir əlaqəsi yoxdur. Eyni zamanda X12 adında Günəşli kəndində pasport qeydiyyatında olan və yaşayan şəxs yoxdur İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin iddiaçıya ünvanladığı 01 noyabr 2022-ci il tarixli, **********60 nömrəli məktubunda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanladığınız müraciətinizə cavab olaraq bildiririk ki, 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirən orqan olduğu üçün müraciətinizdə qeyd edilən X6 adının torpağın mülkiyyətə verilməsinə dair JN-213A saylı şəhadətnamədən çıxarılması və yeni şəhadətnamənin verilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2 və 15-ci maddəsinin tələblərinə əsasən mümkün deyildir.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakmiyyəti orqanları, bələdiyyələr və Məhkəmələr tərəfindən həll edilir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Odur ki, X6 adının torpağın mülkiyyətə verilməsinə dair JN-213A saylı şəhadətnamədən çıxarılması və yeni şəhadətnamənin verilməsi məsələsi ilə əlaqədar aidiyyatı üzrə Məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin məhkəməyə ünvanladığı 28 dekabr 2022-ci il tarixli, **********19 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ərizəsinə Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən rəsmi məktubla bildirilmişdir ki, 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirən orqan olduğu üçün müraciətinizdə qeyd edilən X6 adının torpağın mülkiyyətə verilməsinə dair JN-213A saylı şəhadətnamədən çıxarılması və yeni şəhadətnamənin verilməsi "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2 və 15-ci maddəsinin tələblərinə əsasən mümkün deyildir.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakmiyyəti orqanları, bələdiyyələr və Məhkəmələr tərəfindən həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.X6 adının torpağın mülkiyyətə verilməsinə dair JN- 213A saylı şəhadətnamədən çıxarılması və yeni şəhadətnamənin verilməsi məsələsi ilə əlaqədar aidiyyatı üzrə Məhkəməyə müraciət etmək hüququnun olduğu qeyd edilibYuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı ərizənin surəti əlavə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi “torpağın mülkiyyətə verilməsinə dair” JN-213 kod, 80600038 nömrəli şəhadətnamədə hüquq sahibləri kimi İddiaçı, X10, X9, X7, X11, X6 adları qeyd edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən şəhadətnamə Cəlilabad rayonu Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı və Cəlilabad rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl” əsasında tərtib edilmişdir. Həmin sənədlər torpağın mülkiyyətə verilməsinə dair” JN-213 kod, 80600038 nömrəli şəhadətnamənin tərtib edilməsi üçün ilkin hüquqmüəyyənedici sənədlər hesab olunur. Hazırda iddiaçı həmin şəhadətnamədən X6 adının çıxarılmasını cavabdeh inzibati orqandan tələb edir. Məhkəmə müəyyən etdiyi işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinin yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər. Hazırkı halda, cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) nəticəsi mübahisələndirilir. Lakin mübahisələndirilən qeydiyyat sənədlərində ifadə olunan hüquq inzibati akta – Aqrar İslahat Komissiyasının qərarına əsasən əmələ gəlmişdir və hüququn qeydiyyatı da həmin akta əsaslanır. Belə ki, qanuni istifadədə olan torpaq sahələri vətəndaşların mülkiyyətinə rayon aqrar islahat komissiyalarının qərarına əsasən verilmişdir. Bundan sonra torpaq sahiblərinə “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr tərtib edilmişdir. Hazırkı tələb üzrə iddiaçının mülkiyyətinə 0.13 hektar həyətyanı torpaq sahəsi verilmiş və JN-213 kod, 80600038 nömrəli şəhadətnamə ilə rəsmiləşdirilmişdir. İddiaçı, X10, X9, X7, X11, X6 adının JN-213 kod, 80600038 nömrəli şəhadətnamədəki hüquq sahibləri sırasına daxil edilməsi rayon aqrar islahat komissiyasının qərarı ilə həll edilmiş məsələdir. Başqa sözlə İddiaçı, X10, X9, X7, X11, X6 adının JN-213 kod, 80600038 nömrəli şəhadətnaməyə hüquq sahibləri kimi daxil edilməsi Aqrar İslahat Komissiyasının qərarı (inzibati aktı) əsasında həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, hazırda islahat işləri sona çatmış, iddiaçının maraqlarına zidd qərar qəbul edən müvafiq Aqrar İslahat Komissiyası ləğv olunmuş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir. Yəni aqrar islahat komissiyalarının qərarının ləğvi ilə bağlı tələb Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı yönələ bilməz. Bununla belə məhkəmə gələcəkdə çətinliklərlə rastlaşmaması üçün iddiaçıya izah edərək bildirir ki, əgər iddiaçının hüquqi marağı onun və ailə üzvlərinin mülkiyyətində olan torpağın hüquqmüəyyənedici sənədlərində (yerli aqrar islahat komissiyasının qərarında, “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl”də və şəhadətnamədə) adı göstərilən X6 adının çıxarılması ilə bağlıdırsa, bu zaman həmin tələb üzrə cavab verməli inzibati orqan Cəlilabad Rayon İcra Hakimiyyətidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım məktubu göndərilsə də, o, hüquqi yardım məktubuna münasibət bildirməmişdir, iddia tələbini müdafiə etmişdir. Göründüyü kimi iddiaçı Cəlilabad rayonu Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarından uzun müddətdir ki, məlumatlı olmasına baxmayaraq həmin qərarı qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi hazırki iddia tələbinə cavab verməli olan inzibati orqan deyildir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0-cu bəndinə əsasən, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək, daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin etmək və daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə müəssisələrin qiymətləndirilməsini təşkil etmək Xidmətin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Göründüyü kimi, Aqrar İslahat Komissiyasının qərarını ləğv etmək Xidmətin vəzifə səlahiyyətlərinə aid edilməmişdir ki, iddia tələbinin düzgün cavabdehə qarşı irəli sürülməməsi iddianın mümkün sayılmaması üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı torpağın mülkiyyətə verilməsinə dair JN-213 (kod ********) saylı şəhadətnamədən X6 adının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1289/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1289/2023
06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver