Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1289/2025 19.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024cü il tarixli qərarının ləğv edilməsi, iddiaçıya xx.xx.2022-ci il tarixdə 5 (beş) il müddətinə təyin edilmiş “ümumi xəstəlik səbəbindən” ikinci dərəcəli əlilliyin xx.xx.2024-cü il tarixdən elektron altsistemdə bərpa edilməsi” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçıya xx.xx.2022-ci il tarixdə 5 (beş) il müddətinə təyin edilmiş “ümumi xəstəlik səbəbindən” ikinci dərəcəli əlilliyin xx.xx.2024-cü il tarixdən elektron altsistemdə bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1asında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri Hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş 05 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi”nə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddiaçının və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddiaçının və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinnin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçıya xx.xx.2022-ci il tarixdə 5 (beş) il müddətinə təyin edilmiş “ümumi xəstəlik səbəbindən” ikinci dərəcəli əlilliyin xx.xx.2024-cü il tarixdən elektron altsistemdə bərpa edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1289/2025 nömrəli qərardadı ilə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinnin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçıya xx.xx.2022-ci il tarixdə 5 (beş) il müddətinə təyin edilmiş “ümumi xəstəlik səbəbindən” ikinci dərəcəli əlilliyin xx.xx.2024-cü il tarixdən elektron altsistemdə bərpa edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-ci il tarixdə Saatlı rayonu, Azadkənd kəndində doğulmuşdur. 2014-cü ilin oktyabr tarixindən, ona ümumi xəstəliklərdən əlillik dərəcəsi təyin olunmuş, səkkiz il ikinci dərəcəli əlilliklə əmək pensiyası almışdır. xx.xx.2022-ci il tarixdə yenidən Əyani yoxlanışdan keçərək, insulindən aslı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip ağır forma İnsulin tələbli. Əvvəllər keçirilən miokard infarktı. Keçirilmiş miokard infarktından sonrakı karioskleroz. Digər rublikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən perferik angiopatiya. Hər iki aşağı ətrafın diabetik angiopatiyası. Stenokardiyanın digər formalı. ÜİX Gərginlik stenokardiyası İİİ f/sinif diaqnozu ilə yenidən əlillik təyin olunmuşdur. Dəfələrlə müxtəlif tibb müəssiələrində müayinə və müalicə olunmağına baxmayaraq sağlamlıq durumunda yaxşılaşmalar müşahidə olunmamışdır. İki ildir ki, o, İİ dərəcəli əlilliyinə görə əmək pensiyası almaqda davam edirdi. xx.xx.2024-cü il tarixdə 3-17-/2-5-14599/2024 saylı məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın (bundan sonra - Qayda) 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi -Sosial Ekspertiza Komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Yuxarıda qeyd olunanlara əsasən ona ümumi xəstəlik səbəbindən xx.xx.2024-ci il tarixində 5 il müddətinə təyin edilmiş ikinci dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul edilmişdir. Bununlada o, müvafiq əlillik dərəcəsi ilə bağlı əmək pensiyasından məhrum edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Saatlı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: insulindən asılı şəkərli diabed. Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabed İİ tip ağır forma insulin tələbi. Əvvəllər keçirilən miokard infarktı, Keçirilmiş miokard infarktından sonrakı karioskleroz. Digər rublikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən perferik angiopatiya. Hər iki aşağı ətrafın diabetik angiopatiyası. Stenokardiyanın digər formalı. ÜİX Gərginlik stenokardiyası İİİ f/sinif; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Tam reabilitasiya olması – Səbəb: tam reabilitasiya qərarı qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Saatlı rayon sakini xx.xx.1963-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfdən təkrar xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona Ümumi xəstəlik səbəbindən "İnsulindən asılı şəkərli diabet. Çox saylı ağırlaşmalarla. Şəkərli diabet İİ tip ağır forma insulin tələbli. Əvvəllər keçirilən miokard infarktı. Keçirilmiş miokard infarktından sonrakı kardioskleroz. Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Hər iki aşağı ətrafın diabetik angiopatiyası. Stenokardiyanın digər formaları. ÜİX. Gərginlik stenokardiyası İİİ f/sinif." diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-8-2890/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Təqdim edilmiş Akad. C.Abdullayev adına ETKİ xx.xx.2022-cı il tarixli Tibbi Rəydə diaqnoz "ÜİX. Gərginlik stenokardiyası İİ f/sinif. Stent angioplastikası əməliyyatından sonrakı vəziyyət. (2017) Arterial hipertrofiya İİ dərəcə. Şəkərli diabet, 2 tip" kimi, TƏBİB Akad. M.A.Topçubaşov adına ECM xx.xx.2022-ci il tarixli rəydə diaqnoz "Ateroskleroz. Hər iki aşağı ətrafda baldır arteriyalarının stenozu İİİ dərəcə. Diabetik angiopatiya. Şəkərli diabet İİ tip orta ağır forma "kimi qiymətləndirilmişdir. Obyektiv baxış zamanı xəstə 10 ildir ki şəkərli-diabet xəstəsi olduğunu ifadə etmiş, qəbul etdiyi medikamentoz preparatlardan Aktrapid qəbul etdiyini (gündə 2 dəfə) ifadə etmişdir. Əyani müayinə zamanı hər iki aşağı ətrafda periferik pulsasiya qeyd olunmuş, əlillik təyinatına əsas verən şəkərli diabetin ağırlaşmalarını təsdiq etmək üçün DTSERA-da EXO, Doppler müayinəsi aparılmışdır. xx.xx.2024-cü il tarixdə ƏƏSMN tabeliyində DTSERA-da aparılmış Aşağı ətraf arterialarının doppleroqrafiyasının nəticəsi "Magistral tip axınlar" kimi, həmin müəssisədə eyni tarixdə aparılmış EXO müayinəsinin nəticəsi "Koronar angioplastikadan sonrakı vəziyyət (2017). Aorta sərtləşib. Aorta kökü cüzi genişlənib. Sol mədəciyin sistoladiastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=60%). Aorta və Mitral qapaqlar cüzi fibrotikdir. Perkard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparılır" kimi müəyyən edilmiş, əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixdən etibarən "Tam reabilitasiya olunması" na dair qərar qəbul edilsin. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssissələrinin həkimməsləhət komissiyası və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin etibarnamə üzrə nümayəndəsi X8 iddia ərizəsinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcbur etmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, həmin qərar cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir. İddiaçının iddia ərizəsi xx.xx.2024-cü il tarixdə poçta təqdim etməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və qeydə alınmışdır. Bu hal onu deməyə əsas verir ki, iddiaçı inzibati akt sistemə yekləndiyi tarixdən 30 (otuz) günlük müddəti keçirməmiş, bundan başqa cavabeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt məhkəmə icraatına qədər iddiaçıya təqdim edilməmiş, məhkəmə icraatı zamanı iddiaçı həmin qərardan məlumatlı olmuş və bu səbəbdən tələbinin dəqiqləşdirməsinə dair ərizə məhkəməyə təqdim etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallatında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-Ş- 14599/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-Sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra –Agentlik) əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar olaraq İddiaçı xx.xx.2024-cü il tarixində Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, ona ümumi xəstəlik səbəbindən xx.xx.2022-ci il tarixində təyin edilmiş 5 il müddətinə ikinci dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının 05 mart 2024-cü il tarixli, 3-17-4/3-1-11383/2024 nömrəli Qərarının surətindən görünür ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə və "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 38 nəfərə dair xx.xx.2024-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşlardan 31 nəfərinin əyani müayinəsini həyata keçirmiş, digər 7 nəfərin isə tibbi-ekspert sənədlərini araşdırılmış və aşağıdakıları müəyyən etmişdir: Saatlı rayon sakini xx.xx.1963-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfdən təkrar xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona Ümumi xəstəlik səbəbindən "İnsulindən asılı şəkərli diabet. Çox saylı ağırlaşmalarla. Şəkərli diabet İİ tip ağır forma insulin tələbli. Əvvəllər keçirilən miokard infarktı. Keçirilmiş miokard infarktından sonrakı kardioskleroz. Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Hər iki aşağı ətrafın diabetik angiopatiyası. Stenokardiyanın digər formaları. ÜİX. Gərginlik stenokardiyası İİİ f/sinif." diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-8-2890/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Təqdim edilmiş Akad. C.Abdullayev adına ETKİ xx.xx.2022-cı il tarixli Tibbi Rəydə diaqnoz "ÜİX. Gərginlik stenokardiyası İİ f/sinif. Stent angioplastikası əməliyyatından sonrakı vəziyyət. (2017) Arterial hipertrofiya İİ dərəcə. Şəkərli diabet, 2 tip" kimi, TƏBİB Akad. M.A.Topçubaşov adına ECM xx.xx.2022-ci il tarixli rəydə diaqnoz "Ateroskleroz”. Hər iki aşağı ətrafda baldır arteriyalarının stenozu İİİ dərəcə. Diabetik angiopatiya. Şəkərli diabet İİ tip orta ağır forma "kimi qiymətləndirilmişdir. Obyektiv baxış zamanı xəstə 10 ildir ki şəkərli-diabet xəstəsi olduğunu ifadə etmiş, qəbul etdiyi medikamentoz preparatlardan Aktrapid qəbul etdiyini (gündə 2 dəfə) ifadə etmişdir. Əyani müayinə zamanı hər iki aşağı ətrafda periferik pulsasiya qeyd olunmuş, əlillik təyinatına əsas verən şəkərli diabetin ağırlaşmalarını təsdiq etmək üçün DTSERA-da EXO, Doppler müayinəsi aparılmışdır. xx.xx.2024-cü il tarixdə ƏƏSMN tabeliyində DTSERA-da aparılmış Aşağı ətraf arterialarının doppleroqrafiyasının nəticəsi "Magistral tip axınlar" kimi, həmin müəssisədə eyni tarixdə aparılmış EXO müayinəsinin nəticəsi "Koronar angioplastikadan sonrakı vəziyyət (2017). Aorta sərtləşib. Aorta kökü cüzi genişlənib. Sol mədəciyin sistoladiastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=60%). Aorta və Mitral qapaqlar cüzi fibrotikdir. Perkard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparılır" kimi müəyyən edilmiş, əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixdən etibarən "Tam reabilitasiya olunması" na dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2- 24505/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Saatlı rayon sakini İddiaçı Hüseyn oğlunun əlillik vəziyyəti barədə xx.xx.2024-cü il tarixli, 2- 1(120)-4013/2024 nömrəli sorğunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçı əlillik vəziyyəti Saatlı Rayon Mərkəzi Xəstəxanasının 0309003AARHX nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində əlillik vəziyyətlərinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaş məktub əsasında xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilmişdir. Həmin tarixdə İddiaçı əyani müayinədə iştirak etmiş, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9 Heyətinin xx.xx.2024-cü il tarixli, 3-17-4/3- 3-3525/2024 nömrəli Qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) Aparatının Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın (bundan sonra Qayda) 3.7-ci bəndinin və İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 38 (otuz səkkiz) nəfərə dair xx.xx.2024-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşların 31 (otuz bir) nəfərin əyani müayinəsini həyata keçirmiş, digər 7 (yeddi) nəfərin isə tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırmışdır. Həmin vətəndaşlardan 15 (on beş) nəfərin "əlillik təyinatı barədə qərarının qüvvədə saxlanılması", 1 (bir) nəfər barəsində "xx.xx.2024-cü il tarixli 3- 17-4/3-3-942/2024 nömrəli qərarı ləğv edilərək, xx.xx.2022-ci il tarixli əlillik təyinatı barədə qərarın bərpa edilməsi", 7 (yeddi) nəfər barəsində "diaqnozun təsdiqini tapmaması", 12 (on iki) nəfər barəsində "tam reabilitasiya olması", 1 (nəfər) barəsində "xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-943/2024 nömrəli qərarın ləğv edilərək, xx.xx.2024-cü il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlilliyin təyin olunması", 1 (bir) nəfər barəsində "xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-331/2024 nömrəli qərarı ləğv edilərək, xx.xx.2015 ci ildən "Uşaq serebral iflici. Tetraplegik forma" diaqnozuyla 18 yaşınadək "Sağlamlıq imkanlarının məhdudluğu" barədə qərarın bərpa edilməsi", 1 (bir) nəfər barəsində isə "xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-943/2024 nömrəli qərarı ləğv edilərək, xx.xx.2022-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərarın bərpa edilməsi"nə dair qərar qəbul edilmişdir. (siyahı əlavə olunur). Aparılmış inzibati icraatın nəticələrini və əyani müayinənin həyata keçirilməsi haqqında Tibbi-Sosial Ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-2896/2024 nömrəli qərarı, xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-8764/2024 nömrəli xidməti məruzəni nəzərə alaraq, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 21, 62 və 67-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Tibbi-Sosial Ekspertiza və X1"nin 3.2.4 və 4.5.18-ci yarımbəndlərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndini rəhbər tutaraq X13 qərara alır: Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4013/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik C.M.Abdullayev adına X3” X15 14 fevral 2025-ci il tarixli, 3-28-7/2-82/2025 nömrəli məktubun surətindən görünür ki, vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixində Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-4013/2024 nömrəli qərardadı ilə İnstituutun poliklinika şöbəsinə yaxınlaşıb ambulator müayinələrdən keçdikdən sonra həkim-kardioloqlar tərəfindən tibbi rəy verilmişdir. “Akademik C.M.Abdullayev adına X3” X15 xx.xx.2025-ci il tarixli tibbi rəyin surətindən görünür ki, diaqnoz "ÜİX. Gərginlik stenokardiyası İİ f/sinif. Stent angioplastikası əməliyyatından sonrakı vəziyyət. (2017) Arterial hipertrofiya İİ dərəcə. Şəkərli diabet, 2 tip" kimi, TƏBİB Akad. M.A.Topçubaşov adına ECM xx.xx.2022-ci il tarixli rəydə diaqnoz "Ateroskleroz. Hər iki aşağı ətrafda baldır arteriyalarının stenozu İİİ dərəcə. Diabetik angiopatiya. Şəkərli diabet İİ tip orta ağır forma" kimi qiymətləndirilmişdir. “Akademik C.M.Abdullayev adına X3” X15 xx.xx.2025-ci il tarixli tibbi rəyin surətindən görünür ki, aparılmış Transtorakal exokardioqrafiya nəticəsi: sol mədəciyin sistola-diastolik ölçüləri normaldır. Sistolik funksiyası azalmışdır. LVEF-53%. Sol mədəciyin divar hərəkət qüsuru izlənilir. (posterior divar hipokinezə)ə Sol mədəciyin diastolik disfunksiyası. Sol qulaqçıq genişlənmiş və Sağ mədəcik ölçüləri normaldır. Pulmonar arteriya təzyiqi normaldır. X14 X12 X5 nəticəsi Bel fəqərəarası disklərin siqnal intensivliyi degenerativ dəyişiklik nəticəsində T2 rejimində zəifləmiş sağ paramdian yırtıq (6mm), bu səviydir. bel fəqərə cisimlərin qarşı səthlərində subxondral sklerotik dəyişikliklər təyin olunur. L2-L3 fəqərəarası diskdə arxa median qabarma qeyd edilir. L3-L4 fəqərəarası diskdə arxa sol paramedian protruziya (3 mm), bu səviyyədə arxa boylama bağın və bilaterial sarı bağın qalınlaşması, spinal kanalın sirkulyar daralması, dural kisənin və hər iki sinir kökcüyünün sıxılması aşkar olunur. (stenoz). L4-L5 fəqərəarası diskdə arxa sağ paramdian yırtıq (6mm), bu səviyyədə arxa boylama bağın və bilateral sarı bağın qalınlaşması, spinal kanalın sirkulyar daralması, dural kisənin və hər iki sinir kökcüyünün sıxılması aşkar olunur. (stenoz). L5-s1 fəqərəarası diskdə arxa sola meyilli, dural kisəni və hər iki sinir kökcüyünü sıxan geniş əsaslı yırtıq (5 mm) təyin olunur. Bakı Yeni Klinikasının xx.xx.2025-ci il tarixli aşağı ətraf arteriyalarının rəngli dopler müayinəsinin nəticəsindən görünür ki, İddiaçı US doppler müayinəsi zamanı hər iki aşağı ətrafda xarici qalça, ümumi bud, səthi və dərin bud, dizaltı arteriyalarda ön və arxa qamış arteriyaları və a. Dorzalis pedislərdə nisbi zəifləmiş magistral trifazik qan axıntıları qeyd olunmuşdur. Nəticə: Aşağı ətraf magistral arteriyalarının ateroskleroz xəstəliyi qeyd edilmişdir. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun Vİİ fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MƏHKƏMƏNİN MÖVQEYİ Hazırkı iş üzrə iddiaçının tələbi- onun hüquqi marağı və məqsədi ona xx.xx.2022-ci il tarixdən 5 il müddətinə təyin edilmiş “ümumi xəstəlik səbəbi ilə əlaqədar” təyin olunmuş İİ qrup əlilliyinin bərpa olunmasına nail olmaqdan ibarətdir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, iddiaçı ilkin olaraq oktyabr ayı 2014-cü il tarixdən xx.xx.2022-ci il tarixdək İİ dərəcəli əlliklə əmək pensiyası almış. xx.xx.2022-ci il tarixdə yenidən əyani yoxlanışdan keçərək “ümumi xəstəlik” səbəbi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-Sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra –Agentlik) əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar olaraq İddiaçı xx.xx.2024-cü il tarixində Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından tam reabilltasiya olması barədə qarar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının 05 mart 2024-cü il tarixli, 3-17-4/3-1-11383/2024 nömrəli Qərarının surətindən görünür ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə və "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 38 nəfərə dair xx.xx.2024-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşlardan 31 nəfərinin əyani müayinəsini həyata keçirmiş, digər 7 nəfərin isə tibbi-ekspert sənədlərini araşdırılmış və aşağıdakıları müəyyən etmişdir: Saatlı rayon sakini xx.xx.1963-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfdən təkrar xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona Ümumi xəstəlik səbəbindən "İnsulindən asılı şəkərli diabet. Çox saylı ağırlaşmalarla. Şəkərli diabet İİ tip ağır forma insulin tələbli. Əvvəllər keçirilən miokard infarktı. Keçirilmiş miokard infarktından sonrakı kardioskleroz. Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Hər iki aşağı ətrafın diabetik angiopatiyası. Stenokardiyanın digər formaları. ÜİX. Gərginlik stenokardiyası İİİ f/sinif." diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-8-2890/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Təqdim edilmiş Akad. C.Abdullayev adına ETKİ xx.xx.2022-cı il tarixli Tibbi Rəydə diaqnoz "ÜİX. Gərginlik stenokardiyası İİ f/sinif. Stent angioplastikası əməliyyatından sonrakı vəziyyət. (2017) Arterial hipertrofiya İİ dərəcə. Şəkərli diabet, 2 tip" kimi, TƏBİB Akad. M.A.Topçubaşov adına ECM xx.xx.2022-ci il tarixli rəydə diaqnoz "Ateroskleroz. Hər iki aşağı ətrafda baldır arteriyalarının stenozu İİİ dərəcə. Diabetik angiopatiya. Şəkərli diabet İİ tip orta ağır forma " kimi qiymətləndirilmişdir. Obyektiv baxış zamanı xəstə 10 ildir ki şəkərli-diabet xəstəsi olduğunu ifadə etmiş, qəbul etdiyi medikamentoz preparatlardan Aktrapid qəbul etdiyini (gündə 2 dəfə) ifadə etmişdir. Əyani müayinə zamanı hər iki aşağı ətrafda periferik pulsasiya qeyd olunmuş, əlillik təyinatına əsas verən şəkərli diabetin ağırlaşmalarını təsdiq etmək üçün DTSERA-da EXO, Doppler müayinəsi aparılmışdır. xx.xx.2024-cü il tarixdə ƏƏSMN tabeliyində DTSERA-da aparılmış Aşağı ətraf arterialarının doppleroqrafiyasının nəticəsi "Magistral tip axınlar" kimi, həmin müəssisədə eyni tarixdə aparılmış EXO müayinəsinin nəticəsi "Koronar angioplastikadan sonrakı vəziyyət (2017). Aorta sərtləşib. Aorta kökü cüzi genişlənib. Sol mədəciyin sistoladiastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=60%). Aorta və Mitral qapaqlar cüzi fibrotikdir. Perkard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparılır" kimi müəyyən edilmiş, əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixdən etibarən "Tam reabilitasiya olunması" na dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2- 24505/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Saatlı rayon sakini İddiaçı Hüseyn oğlunun əlillik vəziyyəti barədə xx.xx.2024-cü il tarixli, 2- 1(120)-4013/2024 nömrəli sorğunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçı əlillik vəziyyəti Saatlı Rayon Mərkəzi Xəstəxanasının 0309003AARHX nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində əlillik vəziyyətlərinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaş məktub əsasında xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilmişdir. Həmin tarixdə İddiaçı əyani müayinədə iştirak etmiş, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. “Akademik C.M.Abdullayev adına X3” X15 xx.xx.2025-ci il tarixli tibbi rəyin surətindən görünür ki, diaqnoz "ÜİX. Gərginlik stenokardiyası İİ f/sinif. Stent angioplastikası əməliyyatından sonrakı vəziyyət. (2017) Arterial hipertrofiya İİ dərəcə. Şəkərli diabet, 2 tip" kimi, TƏBİB Akad. M.A.Topçubaşov adına ECM xx.xx.2022-ci il tarixli rəydə diaqnoz "Ateroskleroz. Hər iki aşağı ətrafda baldır arteriyalarının stenozu İİİ dərəcə. Diabetik angiopatiya. Şəkərli diabet İİ tip orta ağır forma" kimi qiymətləndirilmişdir. Baxılan iş üzrə məhkəmə hesab edir ki, inzibati orqan qanunsuz əlverişli inzibati akt hesab etdiyi qərarı ləğv etmişdir. Belə ki, cavabdeh şəxsin xəstəliyinin əlillik təyinatına əsas verməməsi qənaətinə gəlməklə 5 il müddət müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarını ləğv etmişdir. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq “İnzibati icraat haqqında” Qanunun 3.3-cu və 67-ci maddəsinin, eləcə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində qanunverici inzibati orqana müəyyən şərtlər daxilində əvvəllər şəxsə müəyyən olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək imkanı tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt (birgə) ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, 5 (beş) il müddətinə müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə 5 (beş) il müddətinə müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. Belə mübahisələr həll edilərkən həm də “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Buna görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Nəzərə alınmalıdır ki, iddiaçının əlilik ilə bağlı sənədləri illərlədir ki, cavadeh orqandadır. Hazırki iş üzrə müəyyən edilir ki, inzibati orqan qanunsuz əlverişli inzibati akt hesab etdiyi qərarın ləğv edilməsinə əsas ola biləcək hər hansı bir əsas olmadan, iddiaçı xx.xx.2022-ci ildə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaş məktub əsasında xx.xx.2024-cü il tarixinə Agentliyə dəvət edilmişdir. Həmin tarixdə İddiaçı əyani müayinədə iştirak etmiş, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Qanunvericilk inzibati orqanın qanunsuz əlverişli inzibati aktını ləğv etməsini müəyyən şərtlər daxilində tanıyır. Bunun üçün ilk növbədə qanunla müəyyən edilmiş əsas olmalı, belə əsas olduqda inzibati icraat təzələnməli və qanunvericiliyə uyğun inzibati icraat aparılmalıdır. İddiaçıya 5 (beş) il müddətinə əlilliyin müəyyən olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın obyektiv səbəblərdən 5 (beş) ildən tez olmadığının qəbul edilməsidir. Başqa sözlə, qanunverici 5 (beş) il əllilik müəyyən edilmiş şəxslərə münasibətdə onların reabilitasiya imkanlarının 5 (beş) il tez aparılmasını məqsədə müvafiq hesab etmir, buna görə də, onların təkrar müayinəyə 5 (beş) ildən tez cəlb edilməsi zərurəti aradan qalxmış olur. Belə yanaşma, bir tərəfdən, şəxsin sağlamlığında əhəmiyyətli yaxşılaşmaların artıq istisna edildiyi hallarda onun mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, 5 (beş) il müddətə əlilliyi müəyyən olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və hər il müayinədən keçmədən, sosial dəstək təminatlarını itirmək qorxusunu 5 (beş) il yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin 5 (beş) il müəyyən olunması ilə həm dövlət orqanlarının və şəxsin əlavə inzibati yükdən azad olunmasına nail olunur, xüsusən dövlət reabilitasiyası artıq 5 (beş) il mümkün olmayan həmin şəxslərin təkrar müayinəsi ilə bağlı əlavə resurs sərfindən azad edilir, həm də müvafiq sahədəki dövlət idarəçiliyinin səmərəliliyi və proqnozlaşdırıla bilən olması, eləcə də şəxslərin hüquqi statuslarının sabitliyi və müəyyənliyi təmin edilir. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Beləliklə, inzibati orqan özünün əvvəlki qüvvədə olan inzibati aktının ləğvi ilə bağlı məsələyə münasibətdə “İnzibati icraat haqqında” Qanunun, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının tələblərinə riayət etmədiyindən iddia təmin edilməli İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və iddiaçıya xx.xx.2022ci il tarixdə 5 il müddətinə təyin edilmiş “ümumi xəstəlik səbəbi” ilə əlaqədar ikinci dərəcəli əlilliyi xx.xx.2024-cü il tarixdən elektron altsistemdə bərpa edilməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin İddiaçıya xx.xx.2022-ci il tarixdə 5 (beş) il müddətinə təyin edilmiş “ümumi xəstəlik səbəbi” ilə əlaqədar ikinci dərəcəli əlillik xx.xx.2024-cü il tarixdən elektron altsistemdə bərpa edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1289/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1289/2025
19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver